Ojnajir. Orqanizmdə tireoid hormonlarin artıq olmasi,və hormonlara perifirik toxumalar tərəfindən yüksək həssaslıq varsa,zülalların katabolizmi aktivləşir, karbohidrat mübadiləsi pozulur, karbohidratların piylərə çevrilmələri ləngiyir və belə olduqda piylərin depodan mobilizasiyası baş verməsi səbəbindən xəstə çəkisini itirir . Tireoid hormonların artıq olması su-duz mübadiləsinin pozulmasına səbəb olur, su,natrium-xlorid, kalsium və fosforun itkisinə gətirir. Əgər tireoid hormonlar artıqdırsa, oksidləşdirici fosforlaşdırma dəyişir, bu da əzələ zəifliyi əmələ gətirir və temperaturu yüksəldir (həm də hipotalamik mərkəzlər həyəcana gəlirlər).