Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ



Yüklə 12,74 Mb.
səhifə16/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   12   13   14   15   16   17   18   19   ...   102

buqcalamaq buxcalamaq. boğcalamaq. torlamaq. dövrləmək. dövrələmək. dövürləmək. toplamaq. devşirmək. paketləmək.

buqda - buğda dəməti: toqurçın.
- qızılca buğday: buğanın yumşaq, kəvrək çeşiti.
- tüklü buğda böcəyi: kəpənək.

buqğal buğal. boqğal. boğal. boqal. boynu qısıq, qıssa, ağzı geniş sürəği (> sürahi) içgi qabı.

buqov buxov. bukağı. kündə. köstək. ayaq bağı. - doğanın ayağında kündə varıdı.

buqovlamaq buxovlamaq. bukağılamaq: boğağılamaq. bukağı vurmaq: zəncirləmək.

buqovlı buxovlı. bukavlı. bokavlı. biləkləri ağ (at).

buqovluq buxovluq. bukağılıq. boğağılıq. atın ard ayağının buxov vurulan bilək bölümü.

buqra buğra. buğrağanı. un aşı.

buqrağanı buqrağanı. buqra. un aşı.

buqsık pişmiş buğda ilə badam içi üzərinə bal, süt ilə yapılmış bulamac tökülərək meydana gətirilən bir yemək.

buqur buxur. buğur. poğur. 1. dəvə ayqırı. 2. qızqın dəvə. 3. buğu. buğ. buxar. - buxur almaq: buğuya oturmaq.

bulAğa Bəlkə. olAQa.

bulağay bəlva. qarışıqlıq. gurultu. - işçilər arasında bir gurultu qopdu. - bu gurultu nədən ötürüdür.

bulaq (< bulanmaq: qaynamaq). 1. bulana, bura bura çıxan su. qaynaq. pinar. 2. düşən. vaqiə. macəra.
- bulaq suyunun axdığı yerin ağzına qiyulan daş təknə, çanaq: təknə daşı.
- bulaq oti: tərə.

bulaqan darqaşayıt. utanmaz.

bulamaq sıvamaq. suvamaq. ağuşturmaq. bələmək. alamaq. batırmaq.- yağa ağuşmuş kağız.
- quyruq bulamaq: yaltaqlanmaq. sallamaq. quyruq sallamaq. sürtüklənmək.

bulandırmaq qərətmək. qarartmaq. qaratmaq. duruluğun gidərmək. - bulut çıxıb havanı qarartdı.

bulanıq 1. bulutlu. dumanlı. - göy bulutlandı: bulandı. 2. tumanlıq. dumanlıq. qaramlıq. qaramtulluq. sislik. 3. iyi seçəmməyən. müşəvvəş. - bulanıq oyu (zehn). - bulanıq göz. 4. qarışıq. - bulanıq hava: bulutlu sisli hava. 5. soluq. fərsiz. - bulanıq bəniz(surat). 6. kədər. kətər. kətir. kitər (< kitmək: qapamaq). qapalı. tutuq. 7. bulutlu. bürküt. bürklü. qapalı. - qapalı hava. - qapalı göy.
- bulanıq göz: qanlı. qan oturmuş.
- bulanıq suda balıq avlamaq: fürsəti işə tutmaq.

bulanı - salını bulanı: ördək kimi sallana sallana yerimək.

bulanıqlı tortlı. tortılı. dürtli. 1. köçəkli. köçələkli. çökünrüli. pusalı. 2. pırraq, bərraq olmayan. təsfiyə olunmayan.

bulanmaq boyanmaq. aludə olmaq. bulutlanmaq. tumanlanmaq. dumanlanmaq. qaralmaq. duruluğun gedmək. qərəlmək. qararmaq. qaralmaq. - bulut çıxıb hava qaraldı. - günəşə baxdım gözüm qarardı. - uçurumdan, köprüdən aşağı baxdım gözüm qarardı. - baş gicəllənib, gözün qararlmasın.
- göy bulutlandı: bulandı.
- göz alacalanmaq:. qarışmaq. iyi görməz oldu.

bulantı ürək qalxması.

bulantılıq - yaramazlığı, bulantılığı keçmək: uslanmaq. turulmaq. durulmaq (< durmaq).

bulaşan 1. bulaşıq. əzilən. lus. 2. geçən. geçici. sarıl. sarılan. - geçici kəsəl. 3. sıvıq. bulaşıq.

bulaşdırmaq sürmək. yapışdırmaq.
- üzünə gözünə bulaşdırmaq: bacarmayıb qarışdırmaq.
- iki əl ilə bulaşdırmaq: qara yaxmağa çalışmaq.

bulaşıq 1. alayış. bulaşlıq. bulaşma. alayış. bulaşıq. bulaşma. 2. bulaşan. əzilən. lus. 3. sürülmüş. yapışmış. 4. ləkəli. kirli. 5. sıvıq. bulaşan.
- əl yolu, ayaq yolu, bulaşıq yolunun, bulanıq suyunu dışarı göndərən genglər, gühlər. qobur. - qobur tıxanmış. - qoburu açmaq.

bulaşqan yılışqan. yılışıq. yapışqan.

bulaşqanlıq yapışqanlıq. yılışqanlıq. yılışıqlıq. sırtıqlıq. sırıtqanlıq.

bulaşma alayış. bulaşıq. bulaşlıq.

bulaşmaq taxılmaq. qarışmaq. sataşmaq. - onlar əsgik biridirlər, onlara bulaşma.

bulaşιq Kas boya. mat (boya). şavsız. veyran. unqundal8.

bulat bolat. tədarük. amadəlik. hazırlıq.

bulatmaq bolatmaq. tədarük görmək. amadə edmək. hazırlamaq.

bulayan alayan. qatan.

buldıq boldıq. 1. bulnur. bulunur. hazir. movcud. 2. bulunmuş. cari. mə'muli beh.

buldunıka ambar. boşqa.

bulduri çattırı. irtiş. yetşiri. ulaşı. göndəri. götüri. nəql. isal.

buldur bildir. keçən il.

buldurmaq boldurmaq. aratdırmaq. axtartmaq. araştırtmaq. - itənləri buldurun.

bulduruş irtiş. ərtiş. yetriş. isal.

bulğamaq təyərləmək. türləmək. yaraklamaq.

bulğu idrak. əql. fəhm. anlayış. ürfan. vicdan. kəşf. ixtira. icad.

bulğur burğul. burğur. pişirilib qurudulmuş pilov dəmlənən buğda. burğul pilavı.
- qaynadılmış bulğur: gücə.

bulqaq bulğaq. bəlva. qovğa.

bulqan bulqan. burkan. vulqan > volkan. yanar (dağ).

bulqancıq bulğancıq. tanğ. əcib qərib. şaşırtıcı.

bulquna malquna. ılqın ağacına bənzər bir ağac.

bullaq allaq. allaq bullaq. qarışıq. məmzuc. müşəvvəş.

bullaşmaq 1. genəlmək. genəmək. genişlənmək. ənləşmək. ənniləşmək. vüsət tapmaq. tovsi' olmaq.- tumanın balağ keşləri bollaşıb. - köynəyin qolları bollaşdı. 2. çoxalmaq. məbzul olmaq. tofir olmaq.- qar yağış bol yağdı, azıq aşılıq bollaşdı. - əsgərlərin azıqı bollaşmalı.

bullatmaq 1. genlətmək. genətmək. genişlətmək. ənlətmək. vüsət vermək. tovsi' edmək. ənnilətmək. - tumanın balağların bollatmalı. - köynəyin qolların bollat. 2. çoxaltmaq. məbzullatmaq. tofir edmək. - qar yağış bol yağdı, azıq aşılıqı bollatdı. - əsgərlərin azıqın bollatmalı.

bulmaq 1. svarmaq. vasil olmaq. dərk edmək. hasil edmək. 2. uğramaq. düçar olmaq. - bəlasın bulmaq. - kişi etdiyin bulur. 3. raslamaq. görüşmək. təsadüf edmək. - dünən onu buldum. 4. tapmaq. kəşf edmək. icad edmək. - yeni yollar bulmalı. 5. icra olmaq. - yasalar bulundu. 6. tədarük edmək. - bir az yemək bulmalı.
- üz bulmaq: üzlənmək. ürək tapıb ilərləmək.
- aralıq bulmaq: fürsət tapmaq.
- aralarını bulmaq: ortalıqla iş aparmaq.
- aradığını bulmaq: müstəhəq cəzasına varmaq.
- tanrıdan bulmaq: allahın qəzəbinə düşmək.
- üz bulmaq: sırtılmaq. düz yoldan azmaq.
- aralarını bulmaq: müsalihə edmək. sazqaşlamaq. sazışmaq.

bulnur bulunur. buldıq. boldıq. hazir. movcud.

bulun 1. tur. dur (< durmaq). qərar. - dursuz xəstə alınmır. - dur almaq: qərar almaq. - dur vermək: qərar vermək. - on kərə dur qoydum gəlmədi: qərar qoydum. - durlu çağda buluşarız: qoyulmuş zamanda tapışarıq. 2. əsir. alıq. 3. kömək. imdad.

bulunan turan. duran. mocud. kain. qayim.

bulundurmaq tutmaq. qomaq. qoymaq. bıraqmaq. - məni ac qoydular.

bulundurmaq 1. ehzar edmək. 2. hazırlamaq.

bulunlamaq turlamaq. durlamaq (< durmaq). qərarlamq. qərar qoymaq.

bulunlamaq kömək, imdad edmək.

bulunma 1. kəşf. 2. icad.

bulunmaq 1. turmaq. durmaq. qalmaq. sürmək. dəvam edmək. - siz orda durursuzmu. - aşçız genə sizdə durur. - kitabların məndə durur. - dünya durduqca. - at durdu. - sözünd durmaq. 2. yardım edmək. - bu kişi hər zaman mənə bulunmuşdu.

bulunmaz kəmtap. kəmyab. tapılmaz. nayab. quş sütü: nayab.

bulunmuş buldıq. boldıq. cari. mə'muli beh.

bulunur bulnur. buldıq. boldıq. olan. hazir. mocud. hazir.

bulunuş tapınış. 1. movcudiyyət. 2. hizur. 3. kəşf. 4. hazir olma.

bulur bilir. bəlir. məşhur.

bulursuz bilirsiz. bəlirsiz. məcvhul. bəlirsiz.

buluş xiyal. idə.

buluşdurmaq 1. tapdırmaq. hazırlatmaq. amadə etdirmək. tədarük gördürmək. 2. görüştürmək. bir araya gətirtmək. mulaqat etdirmək.

buluş fəhm. idrak. kəşf. ixtira. icad.

buluşlı fəhimli. fərasatlı. idraklı. müdrik.

buluşmaq sataşmaq. raslaşmaq. düşüşmək. müsadif olmaq. - gözümə nəisə sataşdı.

buluşmaq boluşmaq. oluşmaq. 1. bir bulda, bolda, olda tapışmaq. birbirini bulmaq. bir araya gəlmək. görüşmək. mulaqat edmək. - o ilə buluşmaq olmadı: onun ilə görüşmək mümkün olmadı. 2. rastlaşmaq. təsadüf edmək. - harda buluşsada, türk türkə qardaşdır.

bulut - bulutdan şeh qapmq: iti istəklikdən imdir.
- bulutlarda gəzmək: taslamaq. şişinmək. yekəxanalanmaq. havalanmaq. - igitlik taslıyan.
- yerə enən bulut: sis. püs. şeh, yaş, sulu, çilli duman.
- bulutlar içində: bulutlara qədər: çox yüksək.
- bulutdan şeh qapmaq: hər nədən alınmaq.
- bulut kimi: çox bol.

bulutlanmaq 1. bulanmaq. dumanlanmaq. - göy bulutlandı: bulandı. 2. ləkələnmək. - su saçıb parçalar bulutlandı.

bulutlu 1. bulanıq. dumanlı. - göy bulutlandı: bulandı. 2. ləkəli. aydın olmayan. - su saçıb parçalar bulutlandı. 3. bulanıq. bürküt. bürklü. qapalı. ışıltılı, bərraq olmayan. tonuğ. donuğ. dumanlı. tüssüli. boz. soluq. qapanıq. tutuq. - qapanıq hava. - donuğ sırça. - qapalı hava. - qapalı göy.

bulvar bolvar. bol, gen olan sokaq.

bunaq bunğaq. bunalmış. əldən düşmüş. fərtut. - bunaq bir qoca.

bunaq səfeh. gic.

bunaqlıq bunğaqlıq. bunalmış durum. əldən düşüklük. fərtutluq.

bunalmaq bunğalmaq. 1. əldən düşmək. halsızlanmaq. 2. boğumsanmaq. bıqqınmaq. - dumandan bunaldı. 3. alıqmaq. şaşırmaq. əğli gedmək. 4. boğulmaq. sıxılmaq.

bunalmış bunğaq. bunaq. əldən düşmüş. fərtut. - bunaq bir qoca.
- bunalmış durum: bunğaqlıq. bunaqlıq. əldən düşüklük. fərtutluq.

bunamaq bunğamaq. bax > bunalmaq. alıqlaşmaq. səfehləmək. bunqamaq. alın tirmək. uşaqlıq edmək

bunar bunğar. binğar. binar. pinar. yerdən çıxan su. suyun çıxdığı yer. mənbə'. - pinar başı: sərçeşmə.

bunatmaq bunğatmaq. 1. əldən salmaq. halsızlatmaq. 2. boğumsatmaq. bıqtırtmaq. - duman bizi bunaltdı. 3. alıqlatmaq. şaşırtmaq. əğlin aparmaq.

buncuq boncuq. mıncıq. muncuq. yumuc. yumquc. boğuncuq. (böcək qabuğu). gözlük. göz dəğməsin diyə cocuğların taxlarına (börkləinə), qollarına taxılan mıncıq.

bundan - bundan sonra: imdən geri.

bunğa buna. bınğa. bına.

bunğaq bunaq. əldən düşmüş. fərtut. - bunaq bir qoca.

bunğaqlıq bunğama. alıqlaşma. bunaqlıq. bunalmış durum. əldən düşüklük. fərtutluq.

bunğalmaq bunalmaq. 1. əldən düşmək. halsızlanmaq. 2. boğumsanmaq. bıqqınmaq. - dumandan bunaldı. 3. alıqmaq. şaşırmaq. əğli gedmək.

bunğama bunğaqlıq. alıqlaşma.

bunğamaq bunalmaq. bax > bunğalmaq.

bunğar bunar. binğar. binar. pinar. yerdən çıxan su. suyun çıxdığı yer. mənbə'. - pinar başı: sərçeşmə.

bunğar bınğar. bınar.

bunğatmaq bunatmaq. 1. əldən salmaq. halsızlatmaq. 2. boğumsatmaq. bıqtırtmaq. - duman bizi bunaltdı. 3. alıqlatmaq. şaşırtmaq. əğlin aparmaq.

bunqaq bükük. qarı. köhnə. əldən düşmüş.

bunqamaq bunamaq. səfehləmək. alın tirmək. uşaqlıq edmək

burağan borağan. buram buram dönərək yağan yağmır qarla qarışıq əsən gur yel. fırtına. - burağana, borağana tutulduq.

burax qoyu. qoytu. qutru. salı. ötrü. çıxı. mə'zuniyyət. ruxsət. icazə.

buraxılmaq qalmaq. tərk olunmaq. - iş qaldı.

buraxılmaq qonmaq. qonulmaq. qoyulmaq. ötürülmək. tərk olunmaq. - siqara qondu bitti.

buraxılmaz geçilməz. göz örtünməz. - geçilməz iş. - geçilməz gözəllik.

buraxış qoyuş. qutruş. salı. salış. ötrüş. çıxarış. əfv.

buraxma kəsim. tərk. tə'til. aralıq vermə. - dərslərin kəsimi.

buraxmaq qaşımaq. boşamaq. ötürmək. savmaq. ötürmək. qoğmaq. çıxarmaq. mürəxəs edmək. ruxsət vermək. salıvermək. salırqımaq. qoyuvermək. qutru vermək. qutramaq. qutarmaq. ötrümək. ötürmək. çıxarmaq. əfv edmək.
- gəvşəklər savulsun işdən. - eşqi sav başından görərsən özünü. - sav başında ölkənin düşməni qəddarıni.

buraxmamaq buraxmamaq. tutmaq. ötürməmək. yığmaq. çəkmək. - kəndini tutmaq. - dilini tutmaq. - soluğun tutmaq.

buraqı burakı. burkam. 1. baş saçında bıraxılan saç bölümü, quruğu. pərçəm. 2. qoyuq. mətruk.

buraq boraq. bor yer. bur yer: şoraq yer. çoraq yer. bar. bur. bor. bora. düz, təkiz olmayan.

buraqma atma. qoma. qoyma. vəz'. tərh. - yapının atması: tərhi. - qanunun atması: təhi. - buyruqların atması: tərhi

buraqmaq buraxmaq. qoymaq. qoyuvermək. uzatmaq. sərbəs ötürmək (# kəsməmək). - saç, dırnaq, ağac uzatmaq.

buram dönək. dolşaq. dönərək, dolaşaraq havada girdəvlər biçimində düşən qar, yağmurı andıran söz.
- buram buram qar yağır.
- buram buram duman çıxır.
- buram buram tərləmək: çoxlu tərləmək.
- göydə buram buram bulutlar əsirdi.

buran - bel buran: it quyruğu. bitgi adı.
- boyun buran: sarı asmıya (üzümə) bənzər bir quş. şıqraq. köçgən.

burancık dilcik. kilidin dili.

buranğı buranğı. borani. boranğı. neçə nərsə qarışaraq yapılan göy yeməyi.

burar - dil burar: kəkrə. acımtıraq əkşi.

buraş pox. artıq. (> borazfars).

burbaşmaq yubalmaqka. yubanmaq. qarışmaq.

burcaq bucaq. tuq. tuqş. tuş. qıyın.

burçaq burçaq. burçuq. yuvarlaq dənə. - borçaq. - qərə borçaq.

burçın geyik dişisi.

burçınlamaq (çivinin ucun) pərçinləmək. pəxləmək. qamamaq.

burçuq burçaq. burçaq. burulmuş. bükülmüş. yuvarlaq. lülə lülə.

burdağan quluçqa.

burdurmaq iğdiş etdirmək enətmək.

burğa dəlik.

burğaclanmaq burğaşlanmaq. burşaqlanmaq. qarğışıqanmaq. qarma qarışıq olmaq.

burğaclıq tolaşıqlıq. dolaşıqlıq. giriptlik.

burğacuq burğaq. burşuq. qarğışıq. qarışıq.

burğaq burğacuq. burşuq. qarğışıq. qarışıq.

burğaşlanmaq burşaqlanmaq. burğaclanmaq. qarğışıqanmaq. qarma qarışıq olmaq.

burğulamaq direl ilə dəlmək.

burğul bulğur. pişirilib qurudulmuş pilov dəmlənən buğda. burğul pilavı.

burğur bulğur.

burxulmaq çevrilmək. burulmaq. dönmək. tovlanmaq. bükülmək. altıva olmaq.

burın - qarqa burın: tel, sim burmağ üçün bir qısqaç çeşiti.

bur bor. bora. bar. 1. düz, təkiz olmayan. - bor yer: bur yer: şoraq yer. çoraq yer. 2. bulantı suyun qabda buraqtığı bar, iz, pas, pus. - bor bağlamaq. - borca qoymaq. 3. bor. işgil. çətinlik. müşgül. düğün. məsələ. pıroblem.

burqaq burraq. bırraq. bırqaq. qıvraq. iti. yeyin.

burqam burkam. burakı. baş saçında bıraxılan saç bölümü, quruğu. pərçəm.

burqam burkam. qala. hisar.

burqan burkan. burğan. 1. volkan. yanar dağ: ot püsgürən dağ. bulqan. vulqan > volkan. yanar (dağ). 2. büqqan. böhran.

burqan büqqan. böhran.

burqat 1. bük. heykəl. 2. bük. büt. 3. bük. sənəm. 4. atolyə. 5. niqarxana.

burqılma burxılma. boşunma. qaşınma. ötrünmə.

burqu burğu. 1. direl. nərsəni burula burula dələn. 2. möhrə. 3. sökəcək. - təpə burğusi: bütri, şüşə tixacağın çıxaracaq burqu.

burquluq burulmuş. enənmiş. iğdişlənmiş.

burqunmaq tavlanmaq. tovlamaq. dolanmaq. dözmək. keçinmək.

burqutmaq burğutmaq. qolların, budaqların birin (üzvlərin birin) burub incitmək.

burma 1. çevirmə. döndərmə. qıvırma. 1. enəmə. iğdiş edmə. 1. burulmuş nərsə. hələzon biçimi olan. 1. bağırsağ qarında olan sancı, acı. burunti. buruş. burunmaq. 1. lülə. 1. sarığ burma. açılmış xəmiri burub, qıvırıb, içinə ət, göy gövərənti qoyulan yemək. - sığara börək. - püf börək. - su börək. - qiyməli börək. - pənirli börək. - tatar börəyi.
- burmalı dirək.
- dil burma: kəkrəlik. dil burma. acılıq. sərtlik. əkşilik.
- burmalı minarə.
- it burnu: yabanı gül.
- burun otu: ənfiyə.
- burun buruna: baş başa. yaxından. qarşı qarşıya.
- burun pərdəsi: burnun iki bacası arasında olan zar.
- burnandan düşmüş: çox bənzəmiş. - qıx deyib burnundan düşüb.
- burun sürtmək: alçaqcana, yavaşcana soxulmaq. yalanmaq.
- burun şişirmək: qurulmaq. qurralanmaq. qurlanmaq. mütəkəbbir olmaq. buğ (bıyıq) burmaq.
- burun qanamaq: qan tökülmək.
- burun qanadı: burun dəliklərinin qapaqları.
- çiçəyi burnunda: təzə (yemiş).
- dana burnu: yer altında gövərintilərin kökün kəsən bir böcək.
- qarğa burnu: burnu bir çeşit çəngəlli qısqaç.
- burunsuz: burnu düşük yapıq, bərk kiçik olan.

burmaq 1. döndərib bükmək. bağlamaq. - bitik burmaq: kitab bağlamaq. 2. qıvırmaq. çimdikləmək. barmaq, ya qısqac arasına qoyub qıvırmaq. - ətimi burdi. 3. sancımaq. sancılanmaq. - qarnım burur. 4. qatlamaq. dəvşirmək. devşirmək. türmək. dürmək. qatlamaq. sarmaq.- bu qalını devşirmək. - şey şüyüzü deşirib sandığa qoy.
- dil burmaq: əkrətmək. kəsitmək. gəsitmək. - turş heyva dilimi burur. 5. iğdişləmək. enmək.
- dodaq burmaq: ağlayacaq olmaq.
- qol burmaq: qələbə çalmaq.
- qulaq burmaq: ixtar edmək.
- bura bura oynamaq: barmaqların çalpara kimi qımıldataraq oynamaq.
- burun burmaq: bəğənməmək.
- buğ (bıyıq) burmaq: qurulmaq. qurralanmaq. qurlanmaq. mütəkəbbir olmaq.

burnaz qırqı burun. burnu böyük, armıd kimi olan.

burnun - burnundan qıl aldırmaq: köməklik edməmək. qabağın almaq. dibindən qoğalamaq, mən' edmək.
- qıl burun: dənizə uzanmış incə, uzun qara, topraq parçası.

burraq burqaq. bırraq. bırqaq. qıvraq. iti. yeyin.

bursuq daraq kovak.

burşaqlanmaq burğaclanmaq. burğaşlanmaq. qarğışıqanmaq. qarma qarışıq olmaq.

burşuq burğacuq. burğaq. qarğışıq. qarışıq. pürtük. burtuk. qıvraq. - qıvraq saç.

burta xırqa çeşitindən üst geyim.

burtaq buruşuq. saf olmayan.

burtılmaq burtulmaq. burtuq olmaq. buruşmaq. bürkülmək. turşulmaq.

burtka qabus. qabus.

burtlaq 1. doğuz balası. 2. daşlıq, çanqıllı yer.

burtmaq buruşdurmaq. somurtmaq.

burtuk pürtük. burşuq. qıvraq. - qıvraq saç.

burtulmaq burtılmaq. burtuq olmaq. buruşmaq. bürkülmək. turşulmaq.

buru burunti. burma. buruş. bağırsağ qarında olan sancı, acı.

buruq 1. burulub incimiş, acımış. - buruq qol. 2. ağız buruşduran.

burulmaq bürkülmək. sapaşmaq. yolundan çıxmaq. əğrilmək. caymaq. - əlim sapaşdı.

burulmaq dürilmək. qatlanmaq. sarılmaq.

burulmaq burxulmaq. qol budağın inciməsi. çevrilmək. dönmək. tovlanmaq. bükülmək. altıva olmaq.

burulmuş 1. burçuq. burçaq. burçaq. bükülmüş. yuvarlaq. lülə lülə. 2. burquluq. enənmiş. iğdişlənmiş. - burulmuş, qatlanmış nərsə: buruma. burum. qatlama. qatlayış.

buruma burum. qatlama. qatlayış. burulmuş, qatlanmış nərsə.

burumcək bürümcək. qoza kimi burulmuş nərsə. yumaq.

burum 1. qopum. qıvım. - bir burum: bir qopum. bir qıvım. 2. buruma. qatlama. qatlayış. burulmuş, qatlanmış nərsə. - bir burum qaymaq: bir qat, lay qaymaq.

burun 1. dənizlərin içinə uzanan uzun, dağlıq, daşlıq qara (qarrə. topraq) bölümü olanına söylənir { qumlıq, üsti düz, alçaq olanına "dil" söylənir}. 2. uc. rə's. tikə quşə. - şamın burnun qır, kəs. - dənizə irəliləmiş dağlıq, daşlıq qara uci. alçağına "dil" deyilir. - burnu böyük: qurralı. kibirli. - qaranın dənizə girmiş bir ucu. - burun duruq: heyvanın ağız burun bağı. tumşuq bağı. əsnək. - burun hörgöcü: ayaq örgücü: ayağın burnun tümsək, şişik, dik olan bölümü.
- burun pıçağı: oymaçı, xərrat pıçağı.
- burnu yuxarıda: çox istəyən. aza qanıqmayan.
- qırqı burun: burnazburnu böyük, armıd kimi olan.
- burnu qaf dağında: qurra: mütəkəbbir.
- burnu yelli: hizli. hisli. yeyin. tüd.
- burun burmaq: bəğənməmək.
- burun burmaq: bəğənməmək.
- burun dəliğin boğaza çatan yer: gənğiz.- gənizdən söyləmək: mırıldamaq. xım xım edmək. - yeyib içirkən nərsə burun dəliyinə getmək: gənizə qaçmaq.
- burun qamışı: burun qıqırdağı, ğuzrufu.
- burundan damlamaq: çox bənzəmək.
- burundan qan damlamaq: çox incimək.
- dana burnı: bitgilərin yer altındaki köklərin kəsən, iricə başlı böcək.
- domuz burnu: barmağı tutan şişli, irinli xəstəlik. qurlağan. tolama. dolama. ət yaranın yüngülü.
- domuz burnu: qurlağan. dolama çeşiti. ət yaran.
- qaradan dənizə uzanan daşlıq burun: kərəmpə.
- quş burnu: 1. dimdik. qaqa. 2. bitgi adı.
- pat burun: yasdım. patqa. yastı, basıq burun.
- uzun burun: sivri burun.
- (heyvan) - burun dəliyi: qalaq.
- (qulaq. göz.). - burun gəmirciyi: qıqırdağı.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin