Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ


sivişmək zivişmək. qaymaq. yox olmaq. qaldırılmaq. məhv olmaq. sivitləmək



Yüklə 12,74 Mb.
səhifə69/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   65   66   67   68   69   70   71   72   ...   102

sivişmək zivişmək. qaymaq. yox olmaq. qaldırılmaq. məhv olmaq.

sivitləmək sipitləmək. siyirmək.- nə yemək varıdı içəri sipətlədi: içəri ötürdü.

sivri sivir. 1. iti. hadd. - sivri sözlər. 2. incə. uzun. boylı. uca. boy atmış. - sivri bir cocuq. 3. zirək. 4. > zirvə. uc. sərt. kəsgin. bək. bərk. quvvətli. sivir. uclı. uclu. uca. - dağ təpəsinin sivrisi: zirvisi: barmaq.
- sivri sinək.
- sivri çirkin qılıqlı nərsə: qoqoruz. xoruzlanan kimi.
- sivri sivir, dikə durmaq: qoqoruzlanmaq. xoruzlanmaq.
- sivri uclu: ərsay: iti. çivri. ərsay: iti. çivri.
- sivri bucaq. sivri köşə: hadd zaviyə.
- sivri burun: uzun burun.
- sivir ağıl: ağlı dar.

sivrilan > savalan. sivrilən. sivrilik.

sivrilcə < siqilcə.

sivrilən sivrilik. (> sivrilan. savalan).

sivrilik sivrilən. (> sivrilan. savalan).

sivrilmək sivrimək. qalxmaq. osusmaq. tərəqqi edmək.

sivrimək sivrilmək. qalxmaq. osusmaq. tərəqqi edmək.

sivritmək ititmək.

siyirmək sipitləmək. sivitləmək. - nə yemək varıdı içəri sipətlədi: içəri ötürdü.

sıylıq istəlik4. bələk5. yadigar.

sıymaq simək. siqmək. qırmaq. kəsmək. əzmək. pozmaq. basıb yox edmək.

sıymızdi sözün tutmamaq. dönük. qırıq. əhdin sındıran. bəfasız.

sıymızmaq sözün tutmamaq. dönüklük edmək. əhdin sındırmaq. bəfasızlıq edmək.

sıyrılmaq sezrilmək. sıdrılmaq. sızrılmaq. çarpmaq. dəğmək. görüşmək.

siyrinmək sırınmaq. sırıtmaq. açılmaq. ölmək.

sıyrıtmaq 1. açılmaq. sırıtmaq. siyritmək. faş olmaq. azlıqların, saçuq suçuqların, eyb nuqsanların bir ucdan çıxması, gürünməsi. - onun suçları sırıtır. 2. sırıtmaq. siyritmək. çılpaqlamaq. açıb göstərmək.

siyritmək 1. sığdırıb, bərk sürtüb üzünü aldırmaq. - ağacın qabığını sırtdı. 2. sürtüb, dəğib keçmək. yalamaq. - qurşun sırtdı keçdi. 3. sığdırıb, bərk sürtüb üzünü aldırmaq. - ağacın qabığını sırtdı. 4. sürtüb, dəğib keçmək. yalamaq. - qurşun sıyrıtdı keçdi. 5. açılmaq. sıyrıtmaq. sırıtmaq. faş olmaq. azlıqların, saçuq suçuqların, eyb nuqsanların bir ucdan çıxması, gürünməsi. - onun suçları sırıtır. 6. sırıtmaq. sıyrıtmaq. çılpaqlamaq. açıb göstərmək.

sıysız sayqısız. kəpəz. kəpəzə. köpək. kövək. salıkasız4. salmaksız4. e'tibarsız. mübtəzəl. dəğərsiz. qiymətsiz.

sıysızlatmaq salsızlatmaq. sayqısızlatmaq. salkasızlatmaq. kəpəzlətmək. kəpəzələtmək. köpəklətmək. kövəklətmək. e'tibarsızlatmaq. mübtəzəllətmək. dəğərsizlətmək. qiymətsizlətmək.

sızak < sızmaq: ağrıyıb göynəmək). sızış. göynük.

sızdırmaq 1. tər kimi damla damla axıtmaq. tərəşşüh etdirmək. - su küpündən, yağ sızdırır. 2. sərxoş edib bayqıtmaq, uyutmaq. kefləndirmək. - içdirib içdirib sızdi. - sızdırıb istəyin yerinə gətirdi. 3. sızlatmaq. sızırmaq. ağrıtmaq. incitmək. - çimdikləyib sızlatdı. 4. sezdirmək. hiss etdirmək. dolaysiylə anlatmaq. bəlləndimək. - oğrular sezdirmədən malları çalmışlar.

sızı 1. təqtir. damla damla axma. 2. sınıra toxunan , incə işliyən ağrı. - bacaqlarımda sızı vardır, bir takım sızılar gəzir. 3. ağrı. acıq. acı. incik. dərd. kədər.

sızıq sızlanma. sızıltı. şikayət. təzəllüm.

sızıqlanmaq sızlanmaq. sızıldamaq. zırıldamaq. ağlaşmaq. şikayətlənmək.

sızıldamaq sızlanmaq. sızıqlanmaq. zırıldamaq. ağlaşmaq. şikayətlənmək.

sızılmaq sezilmək. hiss olunmaq. dolaysiylə anlamaq. bəllənilmək.

sızıltı sızlanma. sızıq. təzəllüm. şikayət.

sızıntı 1. müqəttər. damla damla axıb yığılmış su, suvuq. 2. bir qabdan damla damla tərləyib axan suvuq. - yağ sızıntısı. su sızıntısı.

sızırmaq sızdırmaq. sızlatmaq. ağrıtmaq. incitmək. - çimdikləyib sızlatdı.

sızış sızak. a< sızmaq: cışma. göynük.

sızlanma sızıq. sızıltı. təzəllüm. şikayət.

sızlanmaq sızıqlanmaq. sızıldamaq. zırıldamaq. ağlaşmaq. şikayətlənmək.

sızlatmaq sızdırmaq. sızırmaq. ağrıtmaq. incitmək. - çimdikləyib sızlatdı.

sızmaq 1. tər kimi damla damla axmaq. tərəşşüh edmək. - su küpündən, yağ sızmaz. 2. sərxoş olub bayqınmaq. - içib içib sızdi. 3. sezmək. hiss etmək. dolaysiylə anlmaq. - biz sezmədən, oğrular malları çalmışlar. - başımda bir ağrı sezirəm. - işləməməyin deməsədə, sözlərindən sezdim.

sızrılmaq sezrilmək. sıdrılmaq. sıyrılmaq. çarpmaq. dəğmək. görüşmək.

soba 1. ocaq. 2. gülxana. ser. parnik. - sobada yetişmək: tələsik, çabuq yetişmək.
- ocağın sobanın, peçin buru başı: qoğan. qovan. - külək vurub peçin qoğanın salıb.

sob soy sözünün təkidir. - soy sob: el quşaq. əsl o nəsəb.

sofa - evin sofası: bəçqüm. hol.

soxru soxur. soxulub. xafa xafdan. birdən.

soxu soqu. soxqu. həvəng. dibək.

soxulub soxru. soxur. xafa xafdan. birdən.

soxur xafa xafdan. soxru. soxulub. birdən.

soqa soğa. 1. sovğa. sova. ehsan. eanə. sədəqə. 2. soxa. buta. (qızılçı butası). 3. soka. susqa. susduran. oturtu. otutu. dincəltən. müsəggin. təsgin verən.

soqaq soxaq. sallapati. girən. gözətməz. saymaz. soxulan yer. yort. yürt. baca. soqar (> suraxfars< soxmaq). mülahizəsiz hər işə girişən kimsə.
- sokaq takımı: çüçə adamı. aşağ el. əvam.
- sıqı sokağ: dar sokağ.

soqan soğan. 1. qat qat qabıqdan oluşan, tob biçimində, yaxıcı bitgi. 2. suğan (< su: iti) > suhanfars). qoğara qora. ititmək aracı.
- yaban soğanı: yabanı soğan. gömürən.
- qıyağan daş: soğan daş: mərmər daşların sürtməkdə, soğanlamada işlənən daş.
- saqalına soğan doğramaq: ələ salmaq.
- qaba soğan: əməyə, zəhmətə gəlmiyən kişi. lapaçı.
- soyub soğana döndərmək: var yoxun almaq.
- arpacıq soğan: kiçik, dayanıqlı soğan çeşiti.
- öküz soğanı: bitgi çeşiti. terik ejiptlatin.
- dağ soğanı: nə'leyn. sil məritimlatin.
- qırmızı soğan: dadlı soğan çeşiti.

soqdurmaq sancıtmaq. saplatmaq. taxmaq. batırtmaq. - bu qazığı (böyük mıxı) çayırın ortasına saplat.

soqım soxum. bir aqaç parçasıdır ki çam qozası şəklində kəsilərək içi oyulur, üç tərəfından dəlinərək oxun üzərinə qonur.

soqışdırmaq sıxışdırmaq. 1. tıxışdırmaq. - buxcanı dolaba soxuşdurdum. 2. usulca vermək. - dilənçinin əlinə bir neçə para soxuşdurdu.

soqışmaq soğışmaq. 1. su yerə batıb, topraq tavlanmaq, dolmaq. 2. usulca arıya girmək, yerləşmək. - oda gəlib arıya soxuşdi.

soqqu soxqu. soxu. həvəng < kovang. dibək.

soqqu soxqu. soqu. soxu. həvəng. dibək.

soqmaq soxmaq. <> sıxmaq. 1. dəxalət edmək. idxal edmək. - işə barmaq soqmaq: işi pozmaq. - burun soqmaq: uyarsız, gərəksiz yerə girmək, qarışmaq. 2. saplamaq. 3. batırmaq. 4. aldatmaq. - hesaba soxmaq. 5. incitmək. - soxmayınca durmaz. 6. taldırmaq. daldırmaq. batırmaq.
- itərək, basaraq soxmaq: tıqmaq. - yunu yastığa, balışa tıxmaq. 7. qaqmaq. ( q <> t ) taqmaq.- bu toprağa qazıq qaqılmaz. 8. uğratmaq. bəddəmək. tutturmaq. giriftar edmək. - başımı bəlaya uğratdım. 9. gətirmək. qomaq. qoymaq. - yoluna gətirmək. -meydana gətirmək. 10. (böcək. heyvan) gəgələmək. vurmaq. çalmaq. sancmaq. ısırmaq. 11. sancmaq. saplamaq. taxmaq. batırmaq. tikmək. - arabanı çamura saplayacaqsız. - pərçəmi sapla. - sancağı sapla. - əlimə iğnə sapladı.
- nərsəni nərsiyə soxmaq: təpmək: gömmək. örtmək. quylamaq. batırmaq.
- vurub soxmaq: qaqmaq. daxil edmək. - çivi qaqmaq.

soqman uzun türkmən çizməsi.

soqu soxu. soxqu. həvəng < kovang. dibək. soxqu. həvəng.

soquq soğuq. savuq. sevimsiz. xoşa gəlməz. - soyuq kişi. - soyuq söz. - soyuq kitab. - soyuq qız.
- soğuq olmaq: qış olmaq. qışlamaq. - bu il yaman qışladı.
- soğuq dəğmə: ayaz.
- soyuq bez: sıq toxunmuş kətən bezi.
- soyuq almaq: soyuqlamaq: soyuq dəğmək.
- soyuq basmaq: birdən soyuq düşmək.
- soyular: soyuq hava. - soyuqlar gəldi.

soquqca soğuqca. 1. olduqca soyuq. 2. az soyuq.
- hava soyuqcadır.

soquqluq soğuqluq. soyuqluq. 1. toxbasar. deser. yeməkdən sonra yeyilən soyuq yemək. ( dondurma, yemiş kimi). 2. hamamın bərk sıcaq olmayan yeri. - soyuqluqda yuvundum.
- bel soyuqluğu: işək borularının ısıtması, yanıqması.
- buzun soyuqluğu uzaqdan etgilər.

soqulan soxulan. soxular. soxulğan. girər. girən.

soqular soxular. soxulan. soxulğan. girər. girən.

soqulcan soxulcan. 1. sinən. sinğən. girişgən. imalə. 2. ağac, yer dəliklərinə sinən, sinğən, yanı soxulcanlığ, girişgənlik qılığı, xəsiyəti olan kiçik qurd.

soqulcan soğulcan (< soxulan). 1. toprağın içinə soxulan, ayaqsız qurd çeşiti. 2. bağırsaqların içində yaşıyan, uşaqlarda tapılan uzun qurd. - soğulcan otu: bu qurdu düşürmədə işlənilən br bitgi.
- şərit soğulcan: dudi vəhid.
- yer soğulcanı: bir çeşit uzun kök.

soqulğan soxulğanhər yerə soxular, girər. hər kəslə çabuq bildik, tanış olan. - soğulqanın biridir.

soqulmaq soxlaşmaq.

soqulmaq soxulmaq. 1. ( içəri, içinə) talmaq. dalmaq. batmaq. 2. tıqılmaq. araya girmək. - qazma toprağa daldı.
- qoyusuz, izinsiz bir yerə soxulmaq: talmaq. dalmaq. - qapıdan içəriyə dalı verdi.

soqum soğum. 1. soğuma. doyma. göz toqluğu. qənaət. 2 göt gəmiyi. qıç gəmiyi. quyruq soxumu.

soquma soğuma. soğum. doyma. göz toqluğu. qənaət.

soqumaq soğumaq. açımlanmaq. iştahdan düşmək. ürəyi vurulmaq.

soqumaq soğumaq. soyumaq. soyuqlamaq. ara açılmaq.sovumaq. savumaq. - bir birindən soğudular.

soqumluq soğumluq. soğuma durumu. soğumluq. doyumluq. gözü toqluluq. qane'lik.

soqumsızlıq soğumsızlıq. doymazlıq. gözü aclılıq. tamahkarlıq. təmə'.

soqunmaq soğunmaq. soğqunmaq. lütlənmək. yalınmaq. silkinmək. lütlənmək. yalınmaq. silkinmək.

soqurka 1. ada tavşanı. kələrə bənzər bir çeşit ada tavşanı. suqur. - soqurluq: tavşanı çoq, bol olan. 1. soxulan dağ siçanı. kor siçan. 1. kor. görməz. batmış. qapanmış. - soqur göz. 1. bir gözlü. - soqur kişi.

soquş soxuş. sıqış. sığış. sıxış. təzyiq.

soquşmaq soxuşmaq. sıqışmaq. sığışmaq. sıxışmaq. sıkışmaq. 1. basışmaq. bir birinə girmək. birbirin sıxaraq yığışmaq. - qalabalıq sıxışırdı. - el məçidə sıqışdı. 2. darlaşmaq. daraımaq. - ürəyim sıqışdı. 3. məcbur qalmaq. müztər qalmaq. - çox sıqışsam, bu yoluda işlədəcəyim.

soquşmaq soxuşmaq. tıqışmaq. dar bir yerə, başqaları arasına girmək.

sol - qoşunda olan sağ qol sol qol.
-
sağ qol ağalığı: binbaşılıq ilə yüz başılıq arasında olan dərcələrin ən yüksəyi, bu dərcə sol qol ağalığından yüksəkdir.
- sol əli ilə işləyən: solaq. solaxər.

sol - ordunun sol qoluna: cuvanqar, sol qoluna bıranqar.

solak çolaq. yirim.

solaqər solaxər. solaq. sol əli ilə işləyən.

solaq 1. xanların qatında olan özəl yaraqlı güclər. 2. solaxər. sol əli ilə işləyən.

solayçı qolayçı.başı soyuq. yaldızçı. yalandan işçi. üstün görü işləyən. üstün gör işləyən. göz boyaçı.

solaylama qolaylama. bəzək. yalandan iş. yaldız. üstün görü iş. üstün gör işləmə. göz boyama.- onun diplomu bir yaldızdır. - içi təzək, üzü yaldız.

soldurmaq ursalamaq. ölüşgətmək. pozmaq. əsgitmək.

solğunmaq bozlanmaq. bozarmaq. tutulmaq. boyası qaçmaq.

solıcan çovqan. çəkə. kəkə.

solmaq pozulmaq. büzülmək. pərişan olmaq.

solmaq pürsümək. ölüşgəmək. - boya solmaq: küsmək. beziqmək. - soldurmaq: küsturmək. beziqdirmək.

solpuq ölü. soluq. ölüşgəmiş.

solpuq salıq. salqı. sarqıq. porsuq.

solpuq salpa. gəvşək. sarqıq.

solpumaq buruşmaq

solpük ölşük. ölşək. salqıq. sarqıq. gəvşək. - solpük ətlər.

soluğan 1. nəfəs darlığı xəstəliyi. asm. - soluğana uğramaq. 2. soluq, nəfəs darlığı olan. - soluğan kişi. - soluğan at: hingə vuran at. nəfəs darılığı olan at. - dəniz soluğanı: dənizin yumşaq dalğası. fırtınadan sonra səkrək səkrək , soluq soluq, alırcasına qıyıya gəlib çarpan dalğa.

soluq 1. fərsiz. - bulanıq bəniz(surat). 2. ölü. solpuq. ölüşgəmiş.

soluqan - soluğan kəsəli: asm kəsəlinin itisi: yelpik.

soluq 1. nəfəs. 2. ışıltılı, bərraq olmayan. tonuğ. donuğ. dumanlı. tüssüli. bulutlu. boz.- donuğ sırça. - soluq darlaşıb qaçamamaq: dalaqı şişmək.
- soluq soluğa: soldurmazdan: soluğ aldırmazdan: nəfəs nəfəsə. soluğu darına. aman vermədən. çox tələsik.
- soluğu filan yerdə aldı: kəndini dar oraya aldı.

soluqlanmaq nəfəs almaq. geniş nəfəs almaq. dincəlmək. rahatlanmaq.

solumaq üfələtmək. nəfəs salmaq. nəfəslə çaldırmaq. nəfəs etdirmək. oxuyub üfləmək. ağızla üf deditmək.
- dərin solumaq: öfqərmək. içdən soluq almaq. için çəkmək.

solumaq - soluyub çəkərək içmək: səpəmək. somurmaq. yalayıb almaq.

solumaq dar dar, sıx sıx nəfəs çəkmək. - soluyaraq gəldi.

solutmaq hingiyə, higgiyə, nəfəs nəfəsə saldıtmaq. çox yormaq. - heyvanları soltmuşdur.

som 1. doğru. üzək. çin. öz. xalis - öz dəmir. - üzək kişi: doğru, som adam. 2. son: içi dolu madəndən olan şey.

soma boş. kaf. bihudə. - somanın biri: mənkəfə. budala. - soma söz. - soma yaşam.

somi somun. sumun. 1. yuvarlaq əkmək, ətmək. 2. yumri, dəvə ayağı kim şiş, yumşaq nərsə. 3. vaşar. pincin başına keçirilən vaşar.

som 1. balıq dişi ki ondan piçaq kimi ayqıtlara sap yapılır. 2. bütün. içi dolu. kamil. kofu kafı olmayan. - som kişi. - som gümüş. - som altın.
- som sırmalı taqa: altın uluq taqa: qızıl sırma ilə işlənmiş parça topu.
- som qızıl: damla qızıl.

somun sumun. somi. 1. yuvarlaq əkmək, ətmək. 2. yumri, dəvə ayağı kim şiş, yumşaq nərsə. 3. vaşar. pincin başına keçirilən vaşar.

somurdanmaq xomurdanmaq. mırıldanmaq. söylənmək. deyinmək.

somurmaq - yalayub somurmaq: yalmarmaq. çəkib içərmək.

somurmaq qabarıb, büzülüb darğın durmaq.

somurmaq səpəmək. soluyub çəkərək içmək. yalayıb almaq.

somurtmaq - dodaq sarqıtmaq. dodaq sallamaq.

somurtmaq burtmaq. buruşdurmaq.

somurtmaq dodaqlarını uzadıb, büzüb durmaq.

son 1. dək <> qədər <> çək. can. nəhayət. - ikiyə dək: ikiyə qədər. - nə dək: nə qədər. - bu dək varki: bu qədər varki: bu dəğişləki: bu fərqlə ki. - o dək: o çək: o qədər. - bu dək: bu çək: bu qədər. - şi dək: şu çək: şu qədər. 2. nəticə. aqibət. 2. som: içi dolu madəndən olan şey. 3. alt. arxa. geri. uc. qayət. müntəha. - ucuna vardıq.- bu işin altı iyi çıxmayacaq. dalı. axır. ısra. bitirim. axər. əncam. - ən sona: ən sonunda. əsrücığa. asrucığa. axirində. axiri.- bu nağılın altı, lap şaşırdıcıdır. 4. sonğ. əncam. 5. döl əşi.
- ən geridə olan: quyruq.
- ən sonu: qat qala. ən qatı. ən nəhayəti. - qat qala onbeş tümənə verə bilərəm.
- sonu xeyr olsun.
- eni soni: aqibətüləmr. nəhayətüləmr.
- sonu saymaq: sonucun düşünmək.
- son günlük: kişinin (insanın) son günlərində, qocalığında dinc günlər görməsi. - tanrı ona son günlüyü verdi.

sona qıl quyruq.

sonbeşik son cocuq. təknə qazıntısı (: yaşlı çağda doğulan son cocuq).

sonğır üzək. çəkirdək. çərdək. göbək. ağırşağ.

sonqlamaq sonğlamaq.sonlamaq. peyləmək. dibləmək. izləmək.

sonlamaq sonğlamaq. peyləmək. dibləmək. izləmək.

sonra - bundan sonra: imdən geri.

sonsuz bitməz. tükənməz. əbədi. sonucsuz. arılmaycığa. arılmaz. azalmaz. tükənməz. - arılmaz kəsəl. arılmaz ağrıya düşdük. - bu varlığına baxma, sonsuzdur.

sonuc - sonucun düşünmək: sonu saymaq.

sonucsuz sonsuz. - bu varlığına baxma, sonsuzdur.

sopa 1. qalın dəgəng, dəğənək. tayaq. dayaq. dayanacaq nərsə. çəlik. dəğənək. əsa. - beli bükülmüş, dayaqı düşmüüş: əlindən düşmüş. - sopalı taqa. ağaclı parça topu.- sopalı kişi: yaraqlı kişi. 2. parçada olan enli yol, çubuq, çapuq. - sopalı qumaş.

sopalı yollu. cızıqlı. çubuqlu. - yollu parça.

soracu Cuyacu. - cuyacı: soracı.

soraq sormaqla öğrənilən nərsə. xəbər. mə'lumat. təhqiqat.

sorğuc sarğuc. 1. çələng. başa taxılan tuğ. 2. bir sıra quşların təpələrində tükdən olan topcq, süs.

sorğun söğütün çeşitlərindən. misir qavağı.

sorıtqan sorıtğan. üzü əkşik. üz əkşidən. üzü gülməz.

sorıtmaq dodaqlarını uzaldıb, sallayaraq, üzünü büzüşdürüb, buruşduraraq qılığ, ifadə satmaq. üz əkşidmək.

sorma soruq. soruş. sual. pürsiş. istifsar.

sormaq 1. dodaqlarını uzadaraq güclə əmmək. 2. yinmək. aramaq. - sora sora içmək.
- könül sormaq: könül almaq: bir xəstənin halın sormaq. bir kimsəyə sovğat göndərmək.
- sorma! sormayın!: " digər nəqu": şişirtmə, qabartma simgələri.

soruq sorma. soruş. sual. pürsiş. - soruq günü: san günü. hesab günü. məhşər günü.

sorulmaq əmrülmək. amrulmaq. sinilmək. çəkilmək.

sorulmaq 1. sual olunmaq. - siz harda olduğunuz soruldumu?. nədən bu iş məndən sorulur. 2. görəvli, məsul olmaq. məsul tutulmaq. - bu işdən dolayı mən sorulmam.

sorum - sorumlu görmək: müaxizə edmək. yaxasından tutmaq.

sorumluluq yetqi

soruş sorma. sual. soruq. pürsiş. istifsar.

soruşdurmaq istifsar edmək. təqiq edmək.

sova sovğa. soğa. ehsan. eanə. sədəqə.

sovğa ərsə. iris. (< ərdirmək). (> irsərəb). bağlanmış. gətirilmiş. çatdırılmış.

sovğalıq malikanə. ocaqlıq. tərkəlik. mirasa buraxılmış nərsə.

sovğat ödül. önğdül. hidyə.

sovqa sovğa. qalıntı. miras.

sovqa sovğa. soğa. sova. ehsan. eanə. sədəqə.

sovqat turqun. - turqunu mançu sezinmə: sovqatı əl müzdü sanma.

sovma savma. ötələmə. savuşdurma. dəf'.

sovumaq soğumaq. savumaq.

soy döl. uruq. ırq. nəsil. tayfa. oğuş. uğuş. yalım. maya. covhər. gövhər. cins.
- bir soydan olan: sınar. bildik. tanış. tanıdıq.- heyvan sınarına çəkər.

soydan özxanidan. özxanidan elçin.

soyğun 1. soyma. soyunma. qəsb. səlb. - soyğun vermək: soyulnmaq. qəsb olunmaq. 2. - yığva, düğün, toy soyğunları: yüngül paltarda olub ortalıqda olan qulluqçular.

soyğunluq yüngül paltarda olmaq. yığva, düğün, toyda, yüngül paltarda olub ortalıqda qulluq edənin görnüşü.

soy 1. cis. türlü. qəbil <> qabıl. nov'. dürlü. sinif. sınıb. məqulə. dürlü. türlü. - bu qəbil işləri burax.- cis maldi: soy maldı. - cisdəndir: nə soydandır. 2. nəcib. ciş. əsil. - soy kişidir. - soy at. 3. əsil. toğan. doğan (< doğmaq). ırq əhfad. əcdad sülalə nəjad nəsəb zürriyyət.
- soy sob: el quşaq. əsl o nəsəb.
- soy sop: tayfa uruq. qohum əqrəba. - soy sopu arı kimi çox bir kişi.

soyqunçu yol qıran: yol kəsən. qaraman.

soylı soylu. doğuşlu. cis. nəcib. nəcabətli. əsil.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin