“Qanun”. 2013.№11. S. 58-66. CİNayətkarliq haqqinda



Yüklə 228.28 Kb.
Pdf просмотр
tarix16.06.2017
ölçüsü228.28 Kb.

“Qanun”.-2013.-№ 11.-S.58-66.

CİNAYƏTKARLIQ HAQQINDA TƏLİMLƏRİN TARİXİ, 

KRİMİNOLOGİYA ELMİNİN YARANMASI VƏ İNKİŞAFI

Mustafayev Çingiz Feyruz oğlu,

hüquq elmləri doktoru



Açar sözlər: kriminologiya, cinayətkariıq  problemləri. dövlətçilik və qanunvericilik, ədalətli dövlət, cinayət və

cəza.


Kлючевые

 слова:

 Kpиминалогия,

 проблемы

 преступности,государственность

 и

законадательство,справедливое государство, преступление и наказание. .



Keywords: criminology, criminal problems, statehood and legislation, fair state, crime and punishment.

İlk  növbədə  qeyd  edilməlidir  ki,  bəşəriyyətin  böyük  bəlalarından  olan  cinayətkarlıq  barədə  ideya  və

təlimlər olmadan kriminologiya elmi formalaşa bilməzdi

Dünya  tarixi  göstərir  ki,  bəşəriyyətin  inkişafının  bütün  dövrlərində  insanlar  cinayət  törətməkdən

çəkinməmişlər. İnsanları və onların yaratdıqları müxtəlif yönümlü cəmiyyətləri bu günədək cinayət nədir, nə üçün

cinayət törədilir kimi suallar daim narahat etməkdədir.

Bu  suallara  müxtəlif  dövrlərdə  yaşamış  fılosoflar,  hüquqşünaslar,  dövlət  xadimləri  cavab  axtarmağa

çalışsalar  da,  problemin  cəmiyyət  həyatında  birmənalı  həll  olunmasına  hələ  də  nail  olmaq  mümkün  olmamışdır.

Lakin  cinayətkarlıq  problemi  ilə  əlaqədar  elmi  axtarışların  davam  etdirilməsinin  zəruriliyini  və  bəşəriyyətin  bu

istiqamətdə əldə etdiyi təcrübədən səmərəli istifadə olunmasının vacibliyini nəzərə alaraq, bu sahədə mövcud olan

elmi irsə bir daha diqqət yetirilməsi məqsədəuyğun olardı.

Qədim  dövrlərdə  Platonla  Aristotelin  fikirləri  xüsusi  ilə  əhəmiyyətli  olmuşdur.  Belə  ki,  Platon  qısqanclığı,

eyş-işrətə  meyilliliyi  cinayətlərin  və  başqa  pozuntuların  səbəbi  kimi  qiymətləndirmişdir.  O,  cəzanın

fərdiləşdirilməsinin tərəfdarı olmuş və qeyd etmişdir ki, cəza cinayətkar üçün xeyirxahlıqdır, çünki onun qəlbində

harmoniyanın  bərpasına  kömək  edir  (7,  s.10-  11).  Bu  məqsədlə  o,  həmçinin  qeyd  edirdi  ki,  «qanunu  pozanları

dövlət  cəzalandırır  və  bu  cəzanın  adı  islah  etmədir,  ona  görə  ki,  cəza  islah  edir»  (23,  s.  418-476).Platon

qanunvericilik  prosesinə  də  xüsusi  əhəmiyyət  vermişdir.  O,  insanm  qeyri-kamilliyinin  nəzərə  ahnmasının

zəruriliyini qeyd etməklə yanaşı, cəzanın insanı tərbiyə etməsini də göstərmişdir. Onun fikrincə, cəza fərdi xarakter

daşımalı  və  zərər  çəkmişə  dəymiş  ziyan  ödənilməlidir.  Sosial  kənaraçıxmaların  səbəblərini  araşdıraraq  o,  təsdiq

edirdi  ki,  «var-dövlət  dəb-  dəbəyə  və  tənbəlliyə,  yoxsulluq  isə...  alçaqlığa  və  cinayətlərə  səbəb  olur»  (22,  s.  171-

172).  Bundan  əlavə,  o,  həmçinin  ədalətsizliyin  qarşısının  alınması  məqəsədilə  təklif  etmişdir  ki,  «qanunverici

yoxsulluğun  və varlanmanın hədlərini müəyyən etməlidir» (24, s. 219). Onun humanist ideyalarından biri də odur

ki, «qanunverici ədalətin  həyata keçirilməsinə nəzarət etməli və qanuna riayət edənləri həvəsləndirməlidir...» (24,

s. 94)


Dövlət,  cəmiyyət,  hüquq  və  cinayətkarlıq  problemləri  ilə  əlaqədar  Aristotelin  fıkirləri  xüsusilə

təqdirəlayiqdir. Belə  ki,  onun  mövqeyinə  görə,  tamhüquqlu  vətəndaşlar qanun  qarşısında  bərabərdirlər.  Bu  böyük

mütəfəkkirin söylədiyi fikirlər indi də öz aktuallığını itirməmişdir. Bu gün zəruri hüquqi prinsiplərdən olan hamının

qanun  qarşısında  bərabərliyi  prinsipi  inkişaf  etmiş  ölkələrin  konstitusiyalarında  təsbit  edilmişdir.  Onun  başqa  bir

əhəmiyyətli  fikri  budur  ki,  cəza  xəbərdaredici  funksiyaya  malik  olmalıdır.  O,  cinayətlərin  səbəbini  isə  aşağıdakı

faktorlarla əlaqələndirmişdir: dövlətdə qaydasızlıq, oğurluğun asan gizlədilməsi imkanı, süni ehtiyacın yaradılması,

kasıbların  ağır  vəziyyəti,  zərər  çəkmişlərin  şikayət  verməkdən  çəkinmələri,  cəzanın  zəifliyi,  hakimlərin

rüşvətxorluğu.  Bu  məqsədlə  o,  qeyd  edirdi  ki,  «yoxsulluq  üsyanların  və  cinayətlərin  mənbəyidir».  Onun  maraqlı

fikrlərindən  biri  də  odur  ki,  «hər  bir  dövlət  quruluşunda  başlıca  məsələ  qanunların  vasitəsi  ilə  vəzifəli  şəxslərin

varlanmasının qarşısının alınmasıdır» (1, s. 416-421).



Eyni  zamanda  Aristotel  cəza  təyini  məsələlərinə  də  diqqət  yetirmişdir.  Onun  fıkrincə,  cəza  təyini  zamanı

cinayətin  baş  vermə  şəraiti  nəzərə  alınmalı,  bu  zaman  şəxsin  özünün  cinayət  törətmək  niyyətində  olması  ilə

cinayətin başqa halların təsiri altında törədilməsi məsələləri fərqləndirilməlidir (7, s. 11-13).

Məlumdur  ki,  bəşəriyyət  tarixində  dövlətçilik  və  qanunvericilik  ideyalarının  inkişafı  baxımından  qədim

Roma  imperiyasının-da  əhəmiyyəti  az  olmamışdır.  Roma  hüququnun  müasir  hüququn  inkişafı  üçün  tarixi  rolu

inkaredilməzdir. Bu sahəyə bir sıra  tarixi şəxslər  öz  layiqli  töhfələrini  vermişlər.  Məsələn,  qədim  Roma  natiqi  və

hüquqşünası Siseron cinayətlərin səbəbi kimi ağılsız eyş- işrət həvəsini göstərmişdir. O, həmçinin qeyd etmişdir ki,

cəza  nəinki  dəymiş  ziyana  uyğun  olmalı,  həm  də  əməlin  subyektiv  cəhətinə  əsaslanmalı,  hakimlər  isə  qanuna

söykənməlidirlər.  O,  insana  təbiətdən  verilmiş  həya  hissinin  pis  əməllərdən  çəkindirici  roluna  böyük  əhmiyyət

vermişdir.  Bununla  əlaqədar  olaraq  o,  həmçinin  qeyd  edirdi  ki,  həya  və  vicdan  vətəndaşlara  cinayət  törətməmək

üçün qorxudan az təsir etmir. Ədalətli dövlətin xüsusiyyətlərini səciyyələndirərkən o, həmçinin hesab' etmişdir ki,

«dövlətdə  səsvermə  və  fikir  ifadə  edilməsi  satın  alınmamalıdır».  Bundan  əlavə,  onun  fikrincə,  «ən  böyük

ədalətsizlik  ədalətə  görə  muzd  istəməkdir»  (33,  s.  77-78).  Qanunları  qiymətləndirərkən  isə  o,  təsdiq  edirdi  ki,

«qanun təbiətin gücüdür, o, müdrik insanın ağlı və şüurudur, o, hüququn və qanunsuzluğun ölçüsüdür» (33, s. 101).

Roma  filosofu,  siyasi  xadim  və  yazıçı  Seneka,  Platon  kimi  qeyd  etmişdir  ki,  cəza  təqsirkarın  islah

olunmasına, həm də  cəmiyyətin  təhlükəsizliyinin  təmin  edilməsinə  yönəlməlidir.  O,  ilk  növbədə,  cinayət  törətmiş

şəxslərin xarakteristikasına və iradəsinin məzmununa diqqət yetirmişdir (10, s. 9).

Kriminoloji ideyaların inkişafı baxımından Romada Pompeyin və Yuli Sezarın həyata keçirdikləri tədbirlər

də  maraqlı  olmuşdur.  Məsələn,  Pompeyin  konsulluğu  dövründə  piratlar  edam  edilmirdilər  və  dənizdən  kənar

əyalətlərdə işləmələri üçün onlara şərait yaradılırdı. Nəticədə, onlar cinayətkarlardan qanunlara tabe olan cəmiyyət

üzvlərinə çevrilirdilər. Yuli Sezar isə varlıların özbaşınalıqlarının qarşısını almaqdan ötrü vətəndaşı öldürməyə görə

 əmlakın tam müsadirə edilməsi cəzasını müəyyən etmiş və ümumiyyətlə, cinayətlərə görə cəzaları sərtləşdirmişdir

(27, s. 22).

Orta  əsrlərdə  dövlət,  hüquq  və  cəmiyyət  və  onlarla  əlaqəli  təzahürlərlə  bağlı  ideyalar  daha  da  inkişaf

etmişdir.  Həmin  dövrdə  dövlətin  və  cəmiyyətin  idarə  olunmasında  kilsə  hakimiyyəti  xüsusi  yer  tuturdu.Belə  bir

şəraiıdə  elmin  inkişafı  üçün  şərait  məhdudlaşsa  da,  azad  fikir  söyləmək  imkanı  heçə  ensə  də,  hər  şeyin  insana

yuxarıdan verilməsı idcyası hökm sürsə də, cinayətin isə törədilməsi insan bədəninə şeytan ruhunun daxil oiması ilə

 əsaslandırılsa  da,  müasir  elmin.  o  cümlədən  kriminologiyanın  əsasını  təşkil  edən  bir  çox  ideyalar  məhz  həmin

dövrdə irəli sürülmüşdür.

XV  əsrə kımi cinayət-hüquqi  təlimlər  kilsədən  asılı olmuşdur.  Həmin  dövrün  səciyyəvi  cəhəti  ondan  ibarət

olmuşdur  ki,  cinayət  xeyirlə  mübarizə  aparan  şərin  məhsulu  kimi  qiymətləndirilmişdir.  O  zamanın  tanınmış

simalarından  biri  katoliklər  və  pravoslavlar  tərəfindən  eyni  dərəcədə  hörmətlə  qəbul  edilən  Müqəddəs  Avqust

olmuşdur. O, insan əməlinin onun iradəsinin məhsulu olmasını təsdiqləyərək bu qənaətə gəlmişdir ki, insan cinayəti

onun  içinə  girmiş  şər  qüvvənin  təsiri  nəticəsində  törədir.  Onun  fikrincə,  «şər,  xeyirin  azalmasından  başqa bir  şey

deyildir» (29).

XV-XVII  əsrlər  isə  bir  çox  sahələrin  inkişafı  baxımından  bəşəriyyət  tarixinin  intibah  dövrü  (keçid  dövrü)

kimi yaddaşda qalmışdır.

Rus hüquqşünası Çubinski vaxtilə qeyd edirdi ki, həmin dövrdə hüquqşünaslardan fərqli olaraq filosofiar və

yazıçılar daha çox mütərəqqi ideyalar irəli sürmüşlər. O, cinayət və cəza, cinayətkarlığa qarşı mübarizənin təşkili və

cinayətlərin  səbəbləri  məsələlərinə  xüsusi  əhəmiyyət  vermiş  və  bu  istiqamətlərdə  həvata  keçirilən  tədqiqatların

hansı  elm  sahəsinə  aid  olması  barədə  konkrer  nəticəyə  gəlmiş  və  hesab  etmişdir  ki,  «cinayət  doqmatikasını»,

«cinayət  siyasətini»  və  «cinayət  etiologiyasını»  özündə  birləşdirən  genışləndirilmiş  elm  sahəsi  cinayət  hüququ

elmidir.  Buradan  belə  bir  nəticə  hasil  olur  ki,  o,  kriminoloji  problemlərinin  cinayət  hüququ  elmi  kontekstində

araşdırılmasının tərəfdarı olmuşdur (32, s. 51).

Tomas  Mor  (1478-1535)  -  ingilis  humanisti  və  yazıçısı  «Utopiya»  əsərində  cinayətkarlıq  məsələlərinə  öz

münasibətini bildirərək qeyd etmişdir ki, əgər cinayətlərin səbəbləri  dəyişməz qalarsa, nəticələr də dəyişməyəcək.

Onun fikrincə, cinayətkarlığa  qarşı mübarizə işində cəmiyyətin iqtisadi durumu təkmilləşməli, cinayətkarlara qarşı

insanpərvər münasibət bəslənilməli, oğurluğa görə ölüm cəzası tətbiq edilməməli, əmlak xarakterli cinayətlərə görə

isə  islah  işləri  tətbiq  edilməlidir.  O,  cinayətlərin  səbələrini  yoxsulluqda  və  kasıbçılıqda  görmüşdür (7,  s.  12;  9,  s.

19).


İngilis filosofu Bekon (1561-1626) isə hesab  etmişdir ki,  cinayətkarlığa  qarşı mübarizə  məqsədilə  qanunlar

təkmilləşdirilməli, hüququn məqsədi insanları xoşbəxt etmədən ibarət olmalı, cəzalar sərt olmamalı, ən yaxşı qanun

hakimin özbaşınalığına yol verməyən qanun olmalıdır (10, s. 12).


XVIII  əsrdə  cinayət  haqqında  elm  sürətlə  inkişaf  etməyə  başlamışdır.  Həmin  dövrün  görkəmli

nümayəndələrindən  olan  fransız  mütəfəkkiri  Monteskyenin  ideyaları  xüsusilə  diqqətə  layiqdir.  Onun  mövqeyinə

görə, dünyada hər şey qanunauyğun şəkildə inkişaf edir, cinayətin əsas səbəbi pisniyətlilik və pismənəviyyatlılıqdır,

qanunlar  hansı xalq  üçün  yaradılırsa,  ona  da  uyğun  olmalıdır,  bir  xalqın  qanunu  başqa  xalqa  uyğun  gələ  bilməz,

qanunverici  xalqın  ümumi ruhu  ilə  hesablaşmalı, cəza  tədbirləri  humanist  olmalı,  cinayətlərin  qarşısının  alınması

üçün  dövlət  mənəviyyatın  inkişafına  diqqət  yetirməli,  repressiv  metodlara  qənaət  edilməlidir.  Bundan  əlavə  o,

cinayətləri  təsnif  etmiş  və  bu  baxımdan  cəzaların  diferensiasiyasını tövsiyə  etmişdir.  O,  cəzaların  və  cinayətlərin

mütənasibliyi məsələlərinə də diqqət yetirmişdir. Cəzanı qiymətləndirərkən o, qeyd etmişdir ki, «son zərurətlə diqtə

edilməyən  hər  hansı cəza  zorakılıq  aktıdır».  Onun  azadlıq  haqqında  fıkri  də  diqqəti  cəlb  edir.  Belə  ki,  o,  hesab

edirdi ki, « azadlıq qanunların icazə verdiyini etmək hüquqdur» (2, s. 69;7;19):

Kriminologiyanın  inkişafı  tarixində  Çezare  Bekkariyanın  yaradıcılığı  da  mühüm  əhəmiyyət  kəsb  etmişdir.

Onun  «Cinayətlər  və  cəzalar»  kitabı tarixdə  bu  problemlə  əlaqədar  ilk  xüsusi  ədəbiyyatdır.  O,  hesab  etmişdir  ki,

qanunlar insanın təbiətinə əbədi məxsus olan hisslərə zidd olmamalıdır. Zidd olarsa, onda əks təsirlə üzləşmiş olur.

Qəbul  etməsək  də,  o,  qeyd  edirdi  ki,  insan  hüquqlarının  qorunması  üçün  həmin  hüquqların  məhdudlaşdırılması

zəruridir (bu barədə diskussiyalar vardır).  Monteskyenin yuxarıda söylənilmiş  fıkrini təsdiqləyərək o  göstərmişdir

ki,  «son  zərurətdən  irəli  gəlməyən  insanın  insan  üzərində  hakimiyyətinin  hər  hansı  təzahürü  istibdaddır».  Onun

fikrincə,  «cəzalar  qanunla  müəyyən  edilməlidir».  Cəzaların  amansızlığını o,  nəinki  mənəviyyatın  nailiyyətlərinin,

həmçinin  ədalətin  inkarı  kimi  qiymətləndirirdi.  Cəzanın  sərtliyinə  gəldikdə  isə  o,  haqlı  olaraq  təsdiq  edirdi  ki,

«cəzanın sərtliyi cinayətin ağırlığından asılıdır». O, cinayətlərin xəbərdarlığı və cəzanın labüdlüyü məsələlərinə də

diqqət yetirmişdir (2, s. 69, 72, 73, 83).

Cinayətlərin  səbəbləri  barədə  Lokk,  Helvetsi,  Holbax,  Didro,  Volter,  Bentam  və  başqaları da  səmərəli  fikirlər

söyləmişlər.  Bu  istiqamətdə  Bentamın  söylədiyi  fıkirlər  xysusilə  diqqəti  cəlb  edir.  Belə  ki,  o,  cinayət  və  cəza

problemlərini ciddi tədqiq etmiş və bu gün də əhəmiyyətini itirməyən ideyalar irəli sürmüşdür. O, dövrünün hüquqi

düşüncəsinə uyğun olaraq cinayətləri təsnifatını vermiş, cinayətlərin əleyhinə qarşı vasitələri göstərmiş (o cümlədən

cəzaları),  cəzanın  əsas  keyfıyyət  göstəricilərini  müəyyən  etmiş,  cinayətlərin  xəbərdarlığının  (ümumi  və  xüsusi

prevensiya), cəzaya qənaətin və cəzanın islah etmə rolunun vacibliyini və s. göstərmişdir (3, s. 475,493, 494, 525,

526, 554, 555).

Cinayət  və  cəza  problemlərini  inqilabçı  demokratlardan  olan  Russo,  Marat,  Radişev  və  başqaları  yaşadıqları

cəmiyyətlərin  siyasi,  iqtisadi  durumuna  uyğun  olaraq  interpretasiya  etmişlər.  Onlar  kütlələrin  istismarını,  xüsusi

mülkiyyəti,  hakim  siniflərin  özbaşınalıqlarını  cinayətlərin  səbəbi  kimi  qiymətləndirmişlər.  Rus  inqilabçı

demokratları  Gertsen,  Çernışevski  də  qeyd  olunan  mövqedən  problemə  yanaşaraq  cinayətlərin  səbəblərini

antoqonist cəmiyyətin daxilində olmasını göstərərək çıxış yolunu inqilabda görmüşlər (10, s.13-14).

Cinayət və cəza problemləri K.Marksın və F.Engelsin də araşdırmalarının predmeti olmuşdur. K.Marks cəzanın

ümumi xəbərdarlıq funksiyasına malik olmasını inkar etsə də, hesab edirdi ki, cəza tədbirləri bəzən müsbət  effekt

vermir  və  əks  nəticələrə  gətirib  çıxardır.  Onun  fikrincə,  ən  dəhşətli  cinayətlər  dərhal  cinayətkarların  edam

edilməsinin ardınca törədilir. Cəza barəsində o, qeyd edirdi ki, «cəza necə olmasından asılı olmayaraq cəmiyyətin

yaşaması  şəraitinə  qarşı  yönəlmiş  hüquq  pozuntularına  qarşı  müdafıə  vasitəsidir»  (1.7,  s.  530-531).  O,  eyni

zamanda  hesab  edirdi  ki,  varlanmaqda  olan  və  yoxsulluğu  azaltmaq  istəməyən  çürük  cəmiyyətdə  cinayətkarlıq

əhalinin sayından daha sürətlə artır (18, s. 517).

F.Engels  isə  1844-45-ci  illərdə  yazılmış  «İngiltərədə  fəhlə  sinfinin  vəziyyəti»  əsərində  aşağıdakı  məsələləri

araşdırmışdır:

-ictimai şəraitin cinayətkarlığa təsiri, onun mexanizmi;

-cinayətkarlığın sosial mahiyyəti;

-cinayətkarlıq sosial müharibənin məhsuludur;

-cinayətkarlığa  qarşı  mübarizə  üçün  ictimai  və  siyasi  idarələrin,  cəmiyyətin  ictimai-iqtisadi  quruluşunun

dəyişilməsinin vacibliyi.

Fəhlə sinifinin vəziyyətinin ağırlığını nəzərə alaraq, o, qeyd etmişdir ki, «qəzəbin birinci, çox qaba və ən barsız

forması cinayət  olmuşdur». O, mülkiyyət  əleyhinə olan cinayətlərin nə vaxt  aradan  qalxacağını proqnozlaşdıraraq

söyləmişdir  :  «Mülkiyyət  əleyhinə  cinayətlər  o  yerdə  olmayacaq  ki,  orada  hər  kəs  fıziki  və  mənəvi  tələbatlarının

ödənilməsi üçün bütün zəruri olanları əldə edir və bütün sosial fərqlər aradan qalxır» (35, s. 438; 36).

Sonrakı  dövrlərdə  yuxarıda  göstərilən  və  digər  fəlsəfi-hüquqi  ideyalardan  bəhrələnərək  cinayətlər  və


cinayətkarlıq haqqında təlimlər daha da inkişaf etmiş və kriminologiya elminin yaranmasını şərtləndirmişdir.

Müstəqil eim sahəsi kimi, kriminologiyanın formalaşmasına təsir edən faktorlar aşağıdakılardır:

-cəmiyyət və insan haqqında elmlərin inkişafı;

-dialektik-materializmin populyarlığı;

-bütün proseslərin qarşılıqlı əlaqədə və asılılıqda olması barədə təlimin inkişafı.

Lakin  fikrimizcə,  bütün  bunlardan  öncə  bu  elmin  yaranmasına  təsir  edən  əsas  faktor  elə  cinayətkarlığın

bəşəriyyətin inkişafının bütün mərhələlərində qarşısıalınmaz bir fenomenə çevrilməsidir.

Bundan əlavə. Kriminologiyanın yaranmasına 4 növ tədqiqatın təsiri olmuşdur.

1)antropoloji;

2)statistik;

3)sosial-iqtisadi, sosioloji;

4)sosial-hüquqi.

Qeyd  olunan  istiqamətlərin  bəzi  nümayəndələrinin  mövqelərinə  diqqət  yetirilməsini  zəruri  hesab  edirik.

Məsələn, kriminologiya elmindən məlumdur ki, antropoloji tədqiqatların əsasını freneloq Qal qoymuşdur (avstriyalı

həkim-freneloq  (1728-1828)).  Frenelogiya  kəllənin  formasının  insanın  əqli  və  mənəvi  keyfiyyətləri  ilə  əlaqəsi

haqqında nəzəriyyədir. O, cinayətkarın bioloji təsnifatını verərək onları 3 kateqoriyaya bölmüşdür:

1)özlərinin pis xüsusiyyətləri ilə mübarizə apara bilənlər;

2)təbiətən zəif və pis insanlar. Elə bu səbəbdən də cinayətin qurbanları.

3) bunların arasında olan insanlar (orta yeri tutan). Bu kateqoriya insanlar təbiətən cinayətə meyilli olurlar.

Qalm  fikrincə,  cinayət  fərdin  öz  məhsuludur.  Ona  görə  də  cinayətlərin  xarakteri  onları  törədənlərin

xarakterindən  asılıdır  (10,  s.  5).  Bu  cür  tədqiqatlar  aparmış  başqa  bir  görkəmli  mütəxəssis,  1835-İ909-cu  illərdə

yaşamış Lombrozo  (tibbi  məhkəmə  professoru)  olmuşdur.  O,  anadangəlmə  cinayətkar  ideyasının müəllifidir.  Onu

da  qeyd  etmək  lazımdır  ki,  sosioloji  məktəbin  inkişafı  sosial  faktorların  təsirinin  mümkünlüyünün  Lombrozo

tərəfindən  qəbul  edilməsinə  səbəb  olmuşdur.  Bundan  əlavə,  o,  sonralar  «anadangəlmə  cinayətkar  hökmən  cinayət

etməlidir» fikrindən də imtina etmişdir (İ4; 15; 16).

Statistik  tədqiqatlar  sahəsində  aparılan  araşdırmaların da  kriminologiyanın  inkişafına  az  təsiri  olmamışdır.  Bu

tədqiqatlar nəticəsində cinayətin öyrənilməsindən cinayətkarlığın öyrənilməsinə keçilmişdir. Bu ısə, öz növbəsində,

kriminologiya  elminin  inkişafının  elə  o  dövründə  sistemli  yanaşma  metodundan  artıq  istifadə  edildiyindən  xəbər

verir.  Bu  alimlərin  tədqiqatları  nəticəsində  cinayətkarlıq  və  cəmiyyətin  durumu  haqqında  statistik  məlumatların

dəyişikliyinin qarşılıqlı əlaqədə olması müəyyən edilmişdir. Statistik tədqiqatlar müəllifi olan belçikalı  riaziyyatçı

Ketle  qeyd  edirdi  ki,  cəmiyyətdə  bütün  təzahürlər  bir-biri  ilə  sıx  əlaqədə  olmaqla  bir-  birini  şərtləndirirlər.

Cinayətin törədilməsini şərtləndirən faktorlarla əlaqədar o, təsdiq etmişdir ki, konkret insanı cinayətə tərəf itələyən

hallara  onun  yaşadığı  mühit,  ailə  münasibətləri,  dini  tərbiyəsi,  sosial  vəziyyətinə  aid  vəzifələri  və  s.  aiddir.  O,

həmçinin  bu  qənaətə  gəlmişdir  ki,  sosial  şəraitlərin  sabitliyi  sosial  proseslərin  sabitliyinə  təminat  verir.  Qeyd

olunanlarla yanaşı, o, cinayətə meyilliliyin yaranmasında fərdin azad iradəsinə daha çox üstünlük vermişdir. Onun

fıkrincə,  cinayətlərin  sayı  təkcə  şəxsiyyətin  mənəviyyatından  və  sosial  şəraitdən  yox,  həmçinin  xalqların

xasiyyətləri və tələbatları ilə harmoniya təşkil etməli olan qanunlardan asılıdır. Çünki bu cür harmoniyanın yoxluğu

ictimai iğtişaşlara gətirib çıxardır (8, s. 91- 101, 218).

Cinayət, cinayətkar və cəza haqqında ideyalar Qarofalo, Enriko Ferri tərəfindən də araşdırılmışdır.  Lakin onlar

cinayətkarlığın  sosial  aspektlərinin  öyrənilməsinə  daha  çox  diqqət  yetirmişlər.  Romanın  kassasiya  məhkəməsinin

prokuroru  R.Qarofalo  özünün  1890-cı ildə  çıxmış  «Kriminologiya»  kitabında  cinayətkarlığın  yoxsulluqla  əlaqəli

olmasını  təsdiq  etmişdir.  Ferri  isə  cinayətkarları  insan  cinsinin  bir  növü  hesab  edərək  cəzanı  bu  insanlardan

cəmiyyətin  müdafiəsi  hesab  etmişdir.  Bundan  əlavə,  o,  Qarofalonun  cinayətə  vermiş  olduğu  sosioloji  tərifi  tam

hesab etməyərək qeyd etmişdir ki, cinayəti «sivil cəmiyyətə xas əsas alturistik yanımcıllıq hisslərini və düzgünlüyü

pozan və cəmiyyətə ziyan vuran əməl» kimi qiymətləndirən bu tərif sosioloji mənada əsas cinayətləri əhatə etmir.

Çünki bu tərifdə utancaqlıq, dini, vətənpərvərlik kimi hisslər və s. nəzərə alınmayıb (30, s. 98-99).



Kriminologiya elminin inkişafında tanınmış alman tədqiqatçısı Frans fon Listin də böyük rolu olmuşdur. Onun

«Cinayət  siyasətinin  vəzifələri»  və  «Cinayətkarlıq  sosial-patoloji  təzahür  kimi»  əsərlərində  elmi  ictımaiyyətin

diqqətini çəkən bir çox fıkirlər vardır. Listin konsepsiyasına görə, cəza cinayətkarlığa  qarşı mübarizədə ən başlıca,

daha  təkmil  və  yeganə  vasitə  deyil,  «cinayətkarlığa  qarşı  mübarizədə  birinci  planda  cəza  yox,  ictimai  mühitə  və

siyasi-ictimai zəminə təsir edən tədbirlər olmalıdır». Bundan əlavə, o, hesab edirdi ki, «cinayətlərlə mübarizə işində

cəza ilə yanaşı, daha təkmil tədbir onun (cinayətkarlığın - Ç.M.) xəbərdarlığıdır. O, cinayətkarları əsasən iki qrupa

bölmüşdür: təsadüfi və daimi. Sonuncuları isə, öz növbəsində, islah olunmağa qadir olanlar, islah olunmayanlar və

anadangəlmə  cinayətkarlar  kimi  qruplaşdırmışdır.O,islah  olunmanın  əsas  yolunu  tərbiyə  metodlarında  görürdü.

Nəhayət, o, cinayətə özünəməxsus tərif verərək demişdir: «Cinayət dövlətin cəza ilə təhdid etdiyi yalandır» (11; 12;

İ3, s. 205).

Sosioloji  tədqiqatlar  istiqamətində  peşəkar  cinayətkar  tipi  ideyasını  və  «yamsılama  nəzəriyyəsini»  fransalı

mütəxəssis  C.Tard  inkişaf  etdirmişdir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  nəzəriyyənin  rüşeymləri  Ketlenin

tədqiqatlarında  da  var  idi.  C.Tard  hesab  edirdi  ki,  insan  nə  edirsə  etsin,  bu  təkrarlamanın məhsuludur|  Bu  sahədə

analiz  apararaq,  o,  yamsılamanın  yaranma  mexanizmini  vermişdir:  yamsılama  -  yamsılamaları  ümumiləşdirmə  -

kəşf etmə - yamsılama. Bununla yanaşı, C.Tard sosial təsir nəzəriyyəsini də işləmişdir. Bununla əlaqədar olaraq, o,

mühitin  cinayətkarlığa  təsirinin  daha  dərindən  öyrənilməsini  zəruri  hesab  etmişdir.  Yamsılamanı  xarakterizə

edərkən o, təsdiq edirdi ki, «yamsılama şüurlu və ya şüursuz, ağıllı və ya yayğın, könüllü və ya könülsüz ola bilər...,

yamsılamaların çoxu özünün əmələ gəlməsinə görə, ağılsız və qeyri-iradi olurlar» (28, s. 198).

Sonralar  cinayətkarlığın  cəmiyyətdə  nəinki  labüd  mümkünlüyü,  habelə  «normal»  hal  olması ideyası meydana

çıxmışdır.  Fransız sosioloqu  E.Dyurkheym  hesab  edirdi  ki,  sosial  orqanizmə  məxsus  bütün  təzahürlər  cəmiyyətin

mövcud  olduğu  şəraitdən  doğduğuna  görə  normal  hesab  edilməlidir.  Məhz  elə  buna  əsasən,  cinayətkarlığın

cəmiyyətdə mümkün normasının müəyyən edilməsi və bu normanın pozulmasına qarşı mübarizə aparılması ideyası

irəli  sürülmüşdür.  Neqativ  ictimai  təzahürlərin  əksəriyyətinin  mənbəyini  E.Dyurkheym  cəmiyyətdə  həmrəyliyin

olmamasında  görürdü.  Cəzaya  gəldikdə  isə  o,  təsdiq  edirdi  ki,  «cəzanın  əsas  təyinatı vicdanlı  insanlara  təsirdən

ibarətdir.  Ona  görə  ki,  cəza  kollektiv  hissiyyatlara  vurulmuş  yaranı  sağaltmağa  xidmət  edir.  Cəza,  sarsılmışların

şüurunda kollektiv ruhun sonradan zəifləməsinin qarşısını alaraq, cinayətlərin artmasına əngəl ola bilər» (5; 21; 26).

Daha  sonralar  cinayətkarlığın  «böyük  cəmiyyət»in  mövcudluğundan  doğması ideyası  ortaya  atıldı  (Amerikan

sosioloqu  Edvin  Şur  tərəfindən  1970-ci  illərdə).  Belə  ki,  onun  fıkrincə,  gəlir  uğrunda  rəqabətin,  fərdiyyətçiliyin

inkişafı cinayətkarlığa sövq etdirir.

Qeyd  olunanlarla  yanaşı,  kriminologiya  elmində  kriminal  psixologiya,  cinayətkarlığın  sosial  orqanizmin

məhsulu olması (A.Prins nəzəriyyəsi), cinayətkarlığın psixoanalitik cəhətləri,  klinik  kriminologiya,  destruktivliyin

sosiobioloji aspektləri, viktimoloji aspektlər, stiqma barədə nəzəriyyələr və konsepsiyalar da vardır (4; 6; 7; 20; 25;

31; 32).

Azərbaycan  Respublikası  tarixində  kriminologiya  elminin  yaranması  və  inkişafına  gəldikdə  isə  qeyd  etmək

lazımdır  ki, bu elm sahəsinin ölkəmizdə formalaşması məsələlərinə diqqət yetirilməsi xüsusi əhəmiyyət  kəsb edir.

Ona  görə  ki,  ziddiyyətli  inkişaf  tarixinə  malik  ölkəmizdə  cinayətkarlıq  fenomeni  başqa  regionlarda  mövcud  olan

cinayətkarlığa  məxsus  xüsusiyyətləri  özündə  əks  etdirsə  də,  fərqli  əlamətlərə  də  malikdir.  Bu,  ilk  növbədə,

respublikanın milli  və  dövlətçilik  ənənələri,  iqtisadi  inkişafı, ictimai  şüurun  və  mədəniyyətin  inkişaf  səviyyəsi  ilə

şərtlənir. Təbii ki, bu xüsusiyyətlər və əlamətlər ayrı-ayrı ölkələrdə müxtəlif səviyyədədir. Ölkələrin sosial- iqtisadi

inkişaf templərinin eyni olmaması və başqa regional əhəmiyyətli məsələlər cinayətkarlığın da kəmiyyət və keyfiyyət

göstəricilərinin sözsüz müxtəlifliyini bir daha təsdiqləyir. Dövlətimizin inkişafının sovet dövründə bu fərqlərin çox

cüzi olduğu bir ideya kimi irəli sürülmüşdür. Lakin inkişafın postsovet mərhələsi əyani olaraq göstərdi ki, problemə

ideoloji prizmadan yanaşma cinayətkarlığın mahiyyətinin dolğun aşkarlanması imkanlarını məhdudlaşdırmışdır.

Buna baxmayaraq qeyd etməliyik ki, milli kriminologiya elmi əsasən sovet dövründə  sovet  kriminologiyasının

tərkib  hissəsi  kimi  formalaşmışdır.  Həmin  dövrdə  cinayətkarlığın  əsl  mahiyyəti  cəmiyyətə  dürüst  təqdim

olunmurdu.  Bununla  yanaşı,  sovet  kriminologiyasının  nailiyyətlərini  inkar  etmək  ədalətsizlik  olardı.  İdeoloji

buxovların  olmasına  baxmayaraq,  kriminologiya  elmi  bu  gün  aktual  hesab  edilən  və  reallıqdan  doğan  bir  çox

ideyalar  (məsələn,  korrupsiyanın,  narkomaniyanın,  planların  süni  şişirdilməsi  nəticəsində  yaranan  cinayətlərin

mövcudluğu,  cinayətlər  barədə  statistikanın  cinayətkarlığın  real  vəziyyətini  əks  etdirməməsi  və  s.)  məhz  həmin

dövrdə irəli sürmüşdür.

Milli  kriminologiyamıza  gəldikdə  isə  onu  qeyd  etmək  lazımdır  ki,  böyük  tarixə  malik  ölkəmizdə  kriminoloji

məktəb əsasən sovet dövründə inkişaf etmiş və sovet kriminoloji məktəbinin tərkib hissəsi kimi mövcud olmuşdur.

Bu  sahədə  ən  böyük  nailiyyətlər  20-ci  əsrin  ikinci  yarısından  başlayaraq  əldə  edilmişdir.  Cinayət  hüququnun  və

kriminologiyanın  inkişafında  əməyi  olmuş  mütəxəssislərin  sırasına  mərhum  akademik  V.Qəhrəmanovu,



professorlardan  İ.Məmmədovu,  T.Qafarovu,  hazırda  fəaliyyət  göstərən  alimlərdən  F.Səməndərovu,  İ.İsmayılovu,

İ.Rəhimovu,  T.Qarayevi  ,  X.Ələkbərovu,  Ç.Mustafayevi,  H.Qurbanovu,  K.Səlimovu,  B.Zahidovu  və  bir  çox

başqalarını aid etmək olar.

Milli  kriminologiya  elmi  XXI  əsrin  sonlarınadək  əsasən  Rusiya  kriminoloji  məktəbinin  nailiyyətlərindən

bəhrələnmişdir.  XXI  əsrin  əvvəlindən  başlayaraq  milli  kriminologiya  postsovet  məkanından  kənara  çıxmağa

başlamışdır.  Belə  ki,  son  illərdə  aparılan elmi-tədqiqat  işlərində  qərb  mütəxəssislərinin  araşdırmalarına  da  diqqət

yetirilir.  Bu  gün,  kriminoloji  tədqiqatların  səmərəliliyininin  artırılması  üçün  milli  kriminologiyanın  metodoloji

əsasları  təkmilləşdirilməli,  inkişaf  etmiş  ölkələrin  qabaqcıl  təcrübəsi  öyrənilməli  və  elmi  tədqiqatlar  prosesində

nəzərə alınmalıdır.

Elmin bu sahəsinin inkişafının indiki mərhələsindən danışarkən onu da qeyd etmək lazımdır  ki, bu sahəyə çox

böyük  maraq  yaranmış  və  hazırda  ölkənin  nüfuzlu  tədris  və  elm  ocaqlarında  müxtəlif  tədqiqatlar  həyata

keçirilməkdədir. Azərbaycan Respublikasının müstəqilliyinin əldə edilməsi ilə ölkə həyatının ayrı-ayrı sahələrində

inkişaf  üçün  səmərəli  imkanlar  yarandığı  kimi  elmin  də  inkişafına  geniş  qapılar  açılmışdır.  Hüququn  ayrı-ayrı

sahələri kimi kriminologiya da artıq öz inkişafının yeni mərhələsini yaşayır. Lakin

krimnoloji  tədqiqatlar  sahəsində  müəyyən  çatışmazlıqlar  da  vardır.  Belə  ki,  bəzi  hallarda  tədqiqat  mövzuları

cinayətkarlığın  real  vəziyyəti  və  konkret  dövrdə  cəmiyyət  üçün  daha  təhlükəli  olan  cinayətlər  nəzərə  alınmadan

seçilir.  Bir  çox  hallarda  tədqiqatçılar  bir-birindən  xəbərsiz  fəaliyyət  göstərirlər.  Bəzi  hallarda  tədqiqatçılar

tərəfindən  araşdırdıqları mövzu  üzrə  bütün  mənbələr  (ən  azı ölkə  üzrə)  öyrənilmir,  öyrənilsə  belə,  elmi  cəhətdən

kifayət  dərəcədə  qiymətləndirilmir.  Bundan  əlavə,  ayrı-ayrı elmi  işlərdə  problemə  sistemli  və  kompleks  yanaşma

müşahidə olunsa da, cinayətkarlıq probleminə konkret tədqiqat işi deyil, kriminologiya elmi kontekstində sistemli

yanaşmaya hələ də nail olmaq mümkün olmamışdır. Fikrimizcə, bu sahədə köklü dəyişikliklərin edilməsi məqsədilə

 Ədliyyə  Nazirliyi  nəzdində  cinayətkarlığa  və  başqa  hüquq  pozuntularına  qarşı  mübarizə  problemləri  ilə  məşğul

olacaq  elmi-tədqiqat  institutu  yaradılmalıdır.  Yalnız  bundan  sonra  kriminoloji  tədqiqatların  sistemliliyi  və

kompleksliliyi,  elmi  araşdırmaların  ardıcıllığı  və  bir-birini  tamamlamaları  mümkün  olar.  Bu  institut  aparılacaq

çoxşaxəli  tədqiqatlara  əsaslanaraq  cinayətkarlığa  qarşı  mübarizənin  təkmilləşdirilməsi  məqsədilə  müvafiq  dövlət

orqanlarına elmi cəhətdən əsaslandırılmış tövsiyələr təqdim edə bilər. 



İstifadə olunmuş mənbələr:

1.Аристотель.Политика. Сочинения в 4-х томах. Т. 4, М., 1983

2.Беккариа Ч. О преступлениях и наказаниях. М., 1995

3.Бентам И. Основные начала Уголовного Кодекса. Избр. Соч. 1867. Т. 1.

4.Дриль Д. Преступность и преступники и т.д. М., 2006

5.Дюркгейм Э. Метод социологии. Киев-Харьков, 1899

6.С.М.Иншаков. Зарубежная криминология. М., 1997

7.Кан Кеда. Преступность и криминология в современной Японии. М., 1989;

8.Кетле А.Социальная система и законы, ею управляющие. С-Пб., 1866

9.Криминология. М., 1994

10.Криминология, под ред. Долговой А.И. М., 1997

11.Лист Ф. Задачи уголовной политики. Преступление как социально-потологическое явление. М., 2009

12.Лист Ф. Наказание и его цели. С-Пб., 1895

13.Лист Ф. Учебник уголовного права (общая часть). М., 1903

14.Ломброзо Ч. Новейшие успехи науки о преступнике. С-Пб., 1892


15.Ломброзо Ч. Преступление. М., 1994

16.Ломброзо Ч. Гениальность и помешательство. Киев, 1995

17.Маркс К. Смертная казнь // Маркс К., Энгельс Ф. Полн. соб. соч. Т.8

18.Маркс К. Население, преступность и пауперизм // Маркс К. Энгельс Ф. Пол. собр. соч. Т. 13

19.Монтескью. Дух законов. Санкт-Петербург, 1839, 4.1

20.Морозов Н.А. Преступность и борьба с ней В Японии. Санкт-Петербург, 2003

21.О разделении общественного труда, 1991

22.Платон. Государство, законы, Политик. М., 1998

23.Платон. Протагор. М., 1990

24.Платон. Законы. Соч. в 3-х томах, 1972. Т.З. ч. 2.

25.Познышев С.В. Криминальная психология. Преступные типы. М., 2009

26.«Самоубийство». С-пб., 1912

27.Светоний Г.Т. Жизнь Двенадцати Цезарей. М., 1990

28.Тард Ж. Законы подражания. С.-Петербург, 1892

29.Творения Блаженного Августина. Киев, 1901

30.Ферри Энрико. Уголовная социология. М., 2005

31.В.Фокс. Введение в Криминология. М., 1985 и др.

32.Чубинский М.П. Очерки уголовной политики. М., 2010

33.Цицерон. Диалоги. М., 1966

34.Шнайдер Г.Й. Криминология. М., 1994

35.Энгельс Ф. Положение рабочего класса в Англии. Маркс К., Энгельс Ф. Пол.

соб. соч. Т. 2.

36.Энгельс Ф. Эльбердфельдские речи / Маркс К.,Энгельс Ф. Пол. соб. соч. Т. 2.

Мустафаев Чингиз

История учения о преступлений, становлении

и развитии криминологической науки

РЕЗЮМЕ

В  данной  статье  рассматриваются  различные  подходы  к  проблемам  преступления  и  наказания,

прослеживается история  становления  и развития  криминологической  науки, характеризуются  особенности

отечественной  криминологии.  Кроме  того,  в  работе  проанализированы  основные  криминологические

теории, сыгравшие важную роль в развитии криминологии как социально правовой науки.

Mustafayev Chingiz

History of the doctrine on crimes, formation and

development of criminological science


SUMMARY

The  article  dwells  on  various  approaches  to  the  problems  of  crime  and  punishment,  traces  the  history  of

formation and development of criminological science, the domestic criminology. The author gives analysis of the

basic criminological theories that played an important role in development of criminology as a socio-legal science.



Təqdim edən: h.e.d., prof. M.S.Qəfərov

Daxil olma tarixi: 04.11.2013

Təkrar işlənmə tarixi: göndərilməyib 

Çapa imzalanma tarixi: 21.11.2013

Каталог: docs -> JURNAL
JURNAL -> Roza eyvazova
JURNAL -> Naxçivan tariXİNƏ VƏ MƏDƏNİYYƏTİNƏ daiR Əlyazma mətnləRİ SƏbuhi İbrahimov
JURNAL -> «Türkologiya».–2011.№1.–S. 69-75. TÜRk diLLƏRİNDƏ ortaq terminologiyanin yaradilmasi cəMİLƏ babayeva
JURNAL -> İnsan qrupunu qəSDƏn məhv etmək siyasəTİ Nəsir Məmmədov, амеа-nın İnsan Hüquqları İnstitutu Açar sözlər
JURNAL -> Türk xalqlarının ortaq dastanlarının yaranması və yayılması coğrafiyası Sədnik Paşa Pirsultanlı
JURNAL -> AZƏrbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ ƏDLİYYƏ naziRİ aslan bəy səFİKÜrdskiNİn həyati və FƏALİYYƏTİ Rauf rzayev
JURNAL -> DÜnya azərbaycanlilarinin III qurultayi: Güclü Azərbaycan üçün güclü diaspor Vüsalə Kərimova
JURNAL -> Milli-mənəvi dəyərlərin şagird şəxsiyyətinin formalaşmasına təsiri İsfəndiyar Novruzlu
JURNAL -> «Mədəni Maarif». 2011.№1. S. 24-26. Müzikl janrının tarixinə qısa baxış (1920-70-ci illər) Pikə FƏtullayeva
JURNAL -> «Q a n u n ç u lu q». 2 0 1 № S. 3 2 3 7


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə