Qanunverici metrologiya üzrə beynəlxalq Büro Komitənin idarəçilyi və nəzarəti altında qanunverici metrologiya üzrə beynəlxalq Büro Konfransın və Komitenin fəaliyyətini təmin edir. Büro Konfransın və Komitənin qurultaylarının hazırlanmasına, təşkilatın müxtəlif üzvləri arasında münasibətlərinin yaranmasına, üzv dövlətlərin və ya müxbir üzvlərin müvafiq qurumlarının əlaqələrinin gənişləndirilməsinə rəhbərlik edir. Ona həmçinin yuxarıda qeyd edilən, tədqiqat işlərinin aparılması, protokolların tərkib edilməsi, bülletenlərin hazırlanması və üzv dövlətlərə pulsuz paylamaq kimi işlər tapşırılır. Büro yuxarında nəzərdə tutulan sənədlər və informasiya mərkəzini yaradır. Komitə və Büro Konfransın qərarlarını yerınə yetirmək kimi öhdəlik götürür. Büro təcrübi tədqiqat və laboratoriya işləri aparmır. Lakin o, avadanlıqların konstruksiyalarının və bəzi cihazların fəaliyyətinin öyrənilməsi üçün sərgi zallarına malik ola bilər.
Büro adminstrasiyası Fransada yerləşir. Komitə tərəfindən təyin edilən direktor və əməkdaşlar Büronun işçi heyətini təşkil edir. İşçi heyətə həmçinin direktor tərəfindən icarəyə götürülən müvəqqəti və ya daimi qulluqçular, agentlər cəlb edilə bilərlər.
Büronun heyəti və lazım gəldikdə ekspertlər yuxarıda qeyd olunduğu hallarda mükafatlandırılır. Onlar miqdarı Komitə tərəfindən müəyyənləşdirilən ödəmə və ya aylıq maaş alırlar. Pensiyayaçıxma, niam-intizam, i reimi, əməkdaşlar, qulluqçular, agentlər və direktor barədə əsasnaməni Komitə müəyənləşdirir. Komitə tərəfindən təyin edilənvə ancaq Komitə qərarı əsasında analoji tədbirlər tətbiq edilən əməkdalar müstəsna olmaqla, direktor quluqçu və agentləri təyin edir, geri çagırır və işdən azad edir. Hər bir uzv-dövlət öz ölkəsində bir məmurvə a Büro ilə müntəzəm əlaqə yaratmaq və bütün öyrəniləcək sualları kordinasiya etmək məqsədi ilə göstəriş verir. Əgər ölkənin hər hansı vətəndaşı Komitənin üzvüdürsə, ona eyni zamanda yuxarıda göstərilən əlaqəni yaratmagı təmin etmək tapşırılır. Direktor nəzarət altında Büronun fəaliyyətini təmin edir və Komitənin direktivinə əsasən hər bir növbəti sessiyada idarəetmə barədə hesabat verməyə məsuldur. Direktor daxil olan gəlirləri qəbul edib, büdcəni formalaşdırır, heyətlə, maddi hissə ilə əlaqədar bütün xərcləri təyin həll edir, xəzinədarliqla bağlı fondları idarə edir. Direktor Konfrans və Komitənin katibi səlahiyyətlərini daşıyır.