Qar qar əriyəndən son qara topraq



Yüklə 92.83 Kb.
tarix26.05.2017
ölçüsü92.83 Kb.
tapmaca tapdırmaca

26\9\89

♣ Aç desəm açılır, yap desəm qapılır. (qap desəm qapılır). (ağız).

Ağ dəvəm durub gedsə, qara qoyun yatıb qalar. (qar. qar əriyəndən son qara topraq).

♣ Ağ ipəyim açılmış, yaşıl ipək yayılmış. (qar ərimi, göy çıxımı.).

♣ Ağ papaqlı qoca, meşə içrə oturar. (qarlı kütük).

♣ Ağ sandığım açılar, içindən ipək saçılar. (günəş)

♣ Ağ siçan qara siçan, biri yatar, biri açar. (gecə. gündüz).

♣ Ağdı ama pənir değil, quyruğu uzun siçan değil. (turp. tırp).

♣ Ağıllıya desəm, dinləyib bilər, ağılsıza desəm, dinləyib gülər. (cəvab:

♣ Alçacıq boyu, acıdır suyu. (lampa).

♣ Alçacıq dallı, yemişi ballı. (çilek). (çiyələk). (yertut).

♣ Altın sarı at barır, ışıq saçan od yayır. (altın sarı atdı, hər yana ışıq saçdı.). (gün).

♣ Altındı dalda yatar, dal qırılmış, yerdə yatar. (heyva).

♣ Anası yer, atası gün. (bitgi)

♣ Arxana mindim xan oldum, qapıya gəldim qul oldum, oduna yandım kül oldum. (odun).

♣ Arxası dəri, qulağı dəri. (qaval).

♣ Arxasında ağzı var, tumşuğunda gözü var. (tumşuğ: üzdə burun ağız bölümü) . (dəğirman).

♣ Asıt yasıt yorqalı (yerişli), ağzı qızıl torbalı. (kəklik).

♣ Asıt yasıt yorqası (yerişli). var, gümüş çaxlı sırqası var. (çaxlı: həlqəli). (alaşaqşaq). (alaquyruq).

♣ Avludan (çalıdan) atladı, qonşuda yumurtladı. (qabaq)

♣ Avuca dolar, evə sığmaz. (lampa, çirağ ışığı).

♣ Ay mənim al yasdığım, içinə un basdığım. (iğdə).

♣ Ayağı papıq (yapıq), ağzı köpük. (dəvə).

♣ Ayağı yox qaçır, qanadı yox uçur. (bulut. tüstü. tütün.).

♣ Başı sarıqlı, qutuda durar, eşiyə çıxsa, oduda var. (kibrit).

♣ Başı var saçı yox, gözü var qaşı yox. (başı vardır saçı yox, gözü vardı qaşı yox). (balıq).

♣ Bir atım var, çək toxdasın, sox yoxlasın. (başmaq).

♣ Bir balaca fal daşı, dolanırı üz başı. (çinli torba içində, gümüş üzük.). (göz).

♣ Bir balaca odu var, göz korladan dumanı. (sarqa: siqar).

♣ Bir boşqam var baş götü dəlik. (qarın).

♣ Bir burça fətir, aləmə səçir (saçır). (ay. günəş).

♣ Bir dağ başında iki laçın, görməz, qança (nəqqədər). uçsa dağın başın. . (baş. kirpik).

♣ Bir dalım var, beş qolu. (əl. barmaq).

♣ Bir danğasıq nə gördüm, küyüb yanar, iyi yox, ilərləyər, ayağı yox, gövdəsi var, başı yox, illər sürüb yaşı yox, atası yox, anası yox, qərdəşi yox, yengəsi yox, göy göldə üzər gəmisi yox, bunu bilməyən yox. (gün).

♣ Bir evdə iki ortaq, bir sarı, biri ağ. (yumurta).

♣ Bir gəlin var, gəzdiyi dağlar bağlar, özü gülər, gözü ağlar. (bulağ).

♣ Bir qabağım, yeddi dəlik başında. (baş).

♣ Bir quşum var(il), on iki yuvası(ay), hər yuvada otuzdan yumurtası(gün), hər yumurtanın igirmi dörd balası(saat), hər balanın altmışlıq ayağı(dəqiqə), bu sözləri bilən tapar, bilməyənin ağzı açıq qalar.

♣ Bir nəyi yox aranda, qayğısı yox boranda.

♣ Bir nəyim var gələn öpər, gedən öpər. (?).

♣ Bir otaqdı, qapısı yox. (yumurta).

Bir toxlum var, bir yanı qara, bir yanı ağ, bu nədir, düşün tap. (bir gün. gecə, gündüz).

♣ Bir yolu azınmayıb yanılmaz, gecələrin özü gələr, gündüzləyin axdarsanda tapılmaz. (ay).

♣ Biri onundolur, bir ondan qorxur. (arvad).

♣ Biri ötər, iki dinər, ikisi qarar. (dinər: dinlər), (qarar: baxar). (dil. qulaq. göz.).

♣ Birisi deyir 'qaçalım', birisi deyir 'yatalım',. (axmaq ilə tükənməz, yatmaq ilə yorulmaz). (su. daş.).

♣ Birisi günü bəğənər, birisi tünü. (birisi günüz çıxar, birisi tünüz.).(gündə mən işlərəm, tündə sən). (günəş. ay).

Biz biz bizidik, biz minlərcənə qızıdıq, dan atana yayıldıq, dan atan son yumulduq. (ulduz).

♣ Biz bizidik, bizidik, otuz iki qızıdik, qatar qatar dizildik, yaş qocalıq yetişdi, birdən birə üzüldük. (otuz iki qızıdıq, əzildik büzüldük, iki duvara düzüldük). (diş).

♣ Boş gedib dolu gələr, dəbərtdikcə xoş gələr. (qaşıq).

♣ Böyük yorqan tutmuş olur hər yanı, dərə dibi lüt qalar. (qar).

♣ Budağı sayın yuvası, yuvası sayın yumurtası. (sayın: sayı qədər). (hər dılında yuvası, hər yuyuvasında yumurtası). (buğda).

♣ Budu (götü). yerdə, başı göydə. (dağ).

♣ Buğu var, saqqalı yox, kölgəni sevər, istidə yatar, uzun yolu gedəsi yox. (pişik).

♣ Bulut gəlsə gələrim, tarla dağa, bağlara. (yağmur).

♣ Buran buran yələkli, iki altı barmaqlı, sürmə qara boyalı, don üstündən donu var. (buran buran: rəhli rəhli. əlvan yalğan). (tavus).

♣ Burnu uzun soxulmaz, boynu uzun toxunmaz. (leylək).

♣ Çalınar görünməz. (fışqa. ıslıq).

♣ Çarşıdan aldın bir dənə, evdə açdın min dənə. (qız oyandı, cama dayandı, cam qırıldı, qana boyandı).(nar).

♣ Çarşıdan alınmaz, buxcaya qoyulmaz, ondan dadlı nə olmaz (yuxu.).

♣ Çiçək onun dal onun, yediyimiz bal onun. (arı).

♣ Çıp çıp deyər yerə düşər, onu görən balalar, yarmadır deyər, gün gözü gördüyündə, yoxalıb gedər. (burcağ. şeh. şəbnəm).

♣ Çıtır çıtır yeyilir, ona əğləncə deyilir. (tuxum. zımışqa).

♣ Çöllərə ayran tökdüm. (ay ışığı).

♣ Dağdan dağa altın ucuq, ucu başına onun yetməz. (ucuq:ip). (gün ışığı).

Dağdan gəlir, daşdan gəlir, bir qudurğan arslan gəlir, buna yanıt kim tapır. (sel).

♣ Dağdan ulan, dənizdən dərin. {dağdan balqan (yüksək), dənizdən dalğan (dərin).}. (. düşüncə. duyu. xiyal).:

♣ Dağılsa beş, biriksə bir. (yumruq).

♣ Dalına keçdim, g-tünə qoydum. (kilit. açar).

♣ Dallarda təpə, qırmızı küpə. (gilas).

♣ Dalları aşaq, köksü yuxarı. (saqqal).

♣ Damda taqqa tuq (takır tukur), sandım qızlar kilim toxur. (yağmur).

♣ Dəğ desəm dəğməz, dəğ desəm dəğər. (dodağ).

♣ Dışı ağ duvar, içində sarısı var. (yumurta).

♣ Dışı var içi yox, təpik yer, suçu yox. (top).

♣ Döğərək aran, altı boran. (döğərək aran: girdə meydan), . (ələk. un).

Dönsən dönər, bir atağın üstünə minər. (atağ: qapının üst dirəyi). (qapı).

♣ Dörd ayaqlı, dəmir dırnaqlı. (at).

♣ Dörd bağadur kürəşir, heç biridə yenilməz. (yaz. yay. güz. qış).

♣ Dörd qazıq (çivi. mıx), hammıya azıq (xurək). (inək əmcəkləri).

♣ Dumanı tütər, yüküdə çəkər, balıq değil, dənizdə üzər. (gəmi).

♣ Duzsuz pişər, qaynamaz düşər. (yemiş).

♣ Dünyaya durğaq olan iki dirək, biri altın, biri gümüş olsa gərək. (durğaq: situn). (olsa gərək: olmalı). (ay. gün).

♣ Düzülməmiş inci, toxunmamış torğu (ipək, parça, ağ). (ulduz. göy).

♣ Ertən qalxar, car salar. (əzan oxur, namazsız, hay küy salar yamansız). (xoruz).

♣ Ertin dörd ayağlı, günün ik ayağlı yerir, gecin üç ayağlı yerir. (səhər dörd ayağlı, günüz iki (ik). ayağlı, gecə üç ayağlı yerir). (uşaq. iyid. qoca).

♣ Eşiyə(eşik: qapı) baxdım, deşiyə taxdım. (kilit. açar).

♣ Əğri dala qar yağmaz. (qoç buynuzu)

♣ Əl tutmaz, pıçaq kəsməz, ondan dadlı harda var?(yuxu).

♣ Əldən tutsan süzülür, oda tutsan üzülür. (suda gəzir, boğulmur). (balıq).

♣ Əllə yazılır, gözlə görünür, dillə oxunur. (pitik. kitab).

♣ Əlsiz ayaqsız, qapını açar. (əllə tutulmaz, gözə görünməz). (yel)

♣ Gecə açılar, günüz yapılar. (ay. ulduz)

♣ Gecə boşalır, danda dolaşır(dolur. yüklənir). (yüklük).

♣ Gecə girdi asılır(açılır), yarıq düşdü yaşınır. (ışıq düşdü gizlənir). (ay).

♣ Gecə girsə qapalı göz, günüz girsə açalı göz. (gün).

♣ Gecələri yuxunda görürsün, gündüzlərin arxasıcan yerirsin, bunu tap, tapmasan aclığından ölürsün. (pul. para).

♣ Gedər gedər ucu yox, qat qat kəssən qanı yox. (gedib gedsən ucu yox, kəsib kəssən qanı yox). (yer)

♣ Gedsən gedər, dursan durar. (kölgən)

♣ Girdə topum suda oynar. (gün).

♣ Göy gölüm var, iki yumuq(topum) içində, biri gündə üzər, cücəsi yox, biri tündə, cücəsi çox, tapa bildin durasın(yaşayasın), tapammadın öləsin. (göy. gün. ay. ulduz).

♣ Göy ipəkdir, iğnə batmaz, qeyçi kəsməz, dərzi tikməz. (göyüzü).

♣ Göy ordu, göy orduda bol mıncıq, mıncıq içrə tombalay, tapdala ki tapasan, tapanmasan batasan. (ordu: alan. meydan. kəmp). (tombalay: tombal ay. girdə ay). (göy. ulduz. dolun ay).

♣ Göy üzüm var, göy məndə. (göy üzlüyəm, çox geniş, gəzir gəmilər məndə) . (dəniz)

♣ Göy üzündə yarım çörək. (yarım ay)

♣ Göydə açıq pəncərə, qalaylı bir təncərə. (ay)

♣ Göydə çaxmaq çaxar. (şişmək. ıldırım).

♣ Göyə mıncıq səpdim, burulub evə qaçdım. (ulduzlar).

♣ Gözə girər, gözə görünməz. (yel).

♣ Güdə boylu, qara donlu. (badımcan)

♣ Gümüş yuvar, altın yuvar, biri balalı, biri tək danalı. (ay. gün)

♣ Gümüşsü güzgü verdim, ay almadı, gün aldı. (buz). (ay buzu neylər, gün alıbda əridər).

♣ Gündüz gəbə, tündüz qısır. (tündüz: gecə). (ayaqqabı).

♣ Xanım içərdə, saçı dışarda. (qarqıdalı. məkə).

♣ İki ağa ini, biri birin qoğalar. (ağa ini : böyük kiçik). (ayla günəş).

♣ İki anadan on bala, öz işinə yordana (yordana: iş bilən. işin bilən). (əl. barmaqlar).

♣ İki bala ayaqlaşıb yatır, dura sala dayaqlaşıb atır. (dura sala: ara sıra). (kirpik).

♣ İki dartar, biri yırtar. (öküz. saban (xış).

♣ İki kilim, ikisidə gen kilim. (yer üzü. göy üzü).

♣ İki yoldaş, birin görəməz). (gün. ay).

♣ Işıqla çıxar, qarayla batar. (kölgə).

♣ Kiçgənə qurd, yediyi tut, barsanı geyindirir, geyənləri sevindirir. (barsanı: hamını. hərkəsi). (yemiş).

♣ Kiçicik baca, dolu yonğaca. (ağız. dişlər).

♣ Kiçicik baca, dünyanı utar. (ağız).

♣ Kiçikcənə boyu var, qatda qabat donu var. (qatda qabat: qat qat). (soğan).

♣ Kim qudursa quyuya sıçar. (?).

♣ Komul komul kom qoyun, min sürüdən çox qoyun. yat yat dedim yatmadı, dan atarkən yox qoyun. (ulduz).

♣ Qaçar durmaz (zaman), yatar durmaz (ölü), gedər gəlməz (keçmiş), alar verməz (ölüm), gələr gedər (pul),.

Qaçar qaçar, qarnı doyar. (çəhrə iğdəsi).

♣ Qal desən qalmaz, kəndi başına gedməz. (kölgə).

♣ Qaladan atsan yayılar, suya atsan bayılar (yapıxar). (pamqıq).

♣ Qaldıqca uzanar, verdikcə qısalar. (borc).

♣ Qanatsız uçar. (qar).

♣ Qara ayqır, qızıl qısraq. (qara bulut. şimşək).

♣ Qara boza boyu var, qara tüslü (boyalı). donu var. (badımcan).

♣ Qara buğa köçürkən, yeri göyü qapsayar. (gecə).

♣ Qara dağa qar yağdı, iki ayağım üç oldu. (saçın ağarması. çəlik. əsa.).

♣ Qara qarqıtım, içindəki yarqınım. (qara tulumcuğum, içində mənim sevgilim). (tulumdaki qımız).

♣ Qaranlıqda gizlənmir, gün çıxanda yoxalar. (ulduz).

♣ Qayada qalbur asılı, içində qum basılı. (qulaq).

♣ Qazanda pişməz, tabağa düşməz, onu dadmasa, adam olmaz. (ana sütü).

♣ Qıl qılının üstünə, qıllı dodaq üstünə.(buğ. bıyıq).

Qolu yox, baltası yox, çox gözəl köprü yapar. (şaxda. soyuq).

♣ Qulağı kor, gözü açıq. (aşiq).

♣ Quyruğunu bağlaram, qulağını buraram, tüm dünyanı soraram. (radyo).

♣ Mən durarm, o gedər. mən gedərəm, o qalar. (səs. iz.).

♣ Mən gedərəm, o gedər. (kölgə).

♣ Mən gedərəm, o qalar. (ad).

♣ On iki qollu yarıq daraq, hər qolunda otuz yapraq, yaprağın bir üzü ağ, bir üzü qaraq. (yarıq daraq: kərtil, iri dişli dirək). (on iki ay. otuz gün).

♣ Otuz atı bir qazığa bağladım, on beşi qara, on beşi ağ. (qazığ: taxda, dəmirdən yasanmış yekə mıx). (bir ay. yarısı qara, yarısı ağ).

♣ Önünə keçdim, ağzına qoydum. (kilit. açar).

♣ Önünə keçir, içinə qoyur. (düz oxladım içinə qoydum). (haçar. kilid).

♣ Önünə keçməz, ardın bıraxmaz. (kölgə).

♣ Öz qanın, özü əmər. (lampa).

♣ Özü girər, başı qalar. (çivi. mıx).

♣ Pəncərədən ay doğdu, soyuq düşdü yox oldu, anası beşikdəykən, qızcığazı qız doğdu. (çiçək).

♣ Pəncərədi qapaqlı, çevrə bəri saçaqlı. . (göz. kirpik).

♣ Piçaq açar qapısını. (yemiş).

♣ Sallanıb girər, sallanıb çıxar. (dolça).

♣ Sandığıma min ox saldım, dan qaradım biri yox, donub qaldım. (dan qaradım: səhər baxdım) (ulduz).

♣ Sarı toyuğum, cücəsi çox, sana gəlməz, cıv cıv edər cıvlaşar, qaçıb gedməz. (ay. ulduz).

♣ Sarıdır zəfran kimi, qorunur quran kim. (sarıdır zəfran değil, qorunur quran değil). (altın).

♣ Sırtı qızıl, içi ağ, arasında dayaq. (iğdə).

♣ Soyuğda donar, ılığda solar. (pambıqdan ağ, sütdən duru). (qar).

♣ Sudan çıxar sudan qorxar. (duz).

♣ Suya atsan yanar, oda atsan qanar (dinməz). (kirəc. ahang).

♣ Suya düşdü min dənə, sudan çıxdı bir dənə. (at quyruğunun suda açılması).

♣ Taxılsa gedir, açılsa durur. (ayaqqabı).

♣ Tanrımın qılıcı, göydən çıxdı ucu, yerə dəğir bir ucu.(buradan atdı qılıcı, oradan çıxdı ucu. (şimşək. ıldırım).

♣ Tapışı (səsi) var sözü yox, canı var dili yox, mindiyi atın canı yox. (uşaq. mindiyi beşik).

♣ Təpədə qılıç yanğıray. (yanğıray: parlayar). (ay yayı. yeni doğmuş ay).

♣ Təpsən (təpikləsən), tərpənib durur, yeyib içib doymaz, bunu tap, tapmasan olmaz. (yer üzü).

♣ Tikişsiz ipək, dizisiz mıncıq. (göy. ulduzlar).

♣ Tutdum tut vermədi, baxdım, görü vermədi, itdim, iti vermədi, gecə gündüz uğuldar. (yel).

♣ Tutsan tutlmaz, gözə görünməz, soxsan soxulmaz, səsi duyulan, dəliqanlı köçün (köçün: oynayan. rəqqas). (yel).

♣ Tüklü ağzın açdı, çılpaq içinə qaçdı. (corab. ayaq).

♣ Tün girəndə gözün yumar, tüş girəndə gözün açar. (gün).

♣ Tündə (qaranlıqda). kordu, gündə gözlü, yapar şəkil baxınca, silər çabıq qaçınca, . (güzgü).

♣ Tündə saçdım oxlarım, dan gəlibən topladım. (ulduz).

♣ Tür boyalı yayım var, yağmur sonu göylərdə,. (göy qurşağı).

♣ Tür tür keçə, dürülməz keçə. (çeşit çeşit parça, ama bükülməz parça). (dürülmək: burulmaq). (yer).

♣ Uzanıb gedər bilinməz, dursa (qalxsa) bir gün göy üzünü bürüyər. (yatsa göydən (otdan) alçaq, dursa göylərə ulaşır). (yol).

Uzar uzar uz ağac, dallı budaqlı ağac, bir ucu qapıya bağlı. (yol)

♣ Uzun boylu qızıl atan, boynun əğər su içər. (gün).

♣ Üçü qoşa, biri tək, yeddi dəlikli toxmaq. (baş).

♣ Üzü var, səsi yox. (sis. duman).

♣ Üzünə durdum, dibinə qoydum. (kilit. açar).

♣ Üzünə durdum, içinə(dibinə) qoydum. (kilit. açar).

♣ Yağa bassan pozular, daşa bassan qırılar. (güzgü).

♣ Yansa yandırar, küysə küydürər. (od).

♣ Yarım qaşıq, duvara yapışıq. (qulaq).

♣ Yarısı qara, yarısı ağ, dincəlmədən fırlanar. (fələk. dünya).

♣ Yaşıl qoysan qırmızı çıxar. (xına. həna).

♣ Yatsa daş, yansa odun. (daş kömür).

♣ Yazda geyinər, qışda soyunar. (yazda geyinər, qışda saçınar). (ağac).

♣ Yazda gəlir, qışda gedir. (quzqun).

♣ Yazın geyinə, qışın soyunar. (ağac).

♣ Yer altında qırmızı top. (çuğundur).

Yer köküdür, yerin kökü yox. (yerkökü).

♣ Yerdə yatsa çürüməz, suya batsa əriməz, bunun adın nə deyəz (deyək). (gün).

♣ Yuvar gözəl üzü var, körpə ışıq balası. (ay. ulduz).

Ω Ω Ω





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə