“Qara Qarayev tələbələrinin xatirəsində”



Yüklə 6.85 Kb.
PDF просмотр
tarix10.07.2017
ölçüsü6.85 Kb.

“Qara Qarayev - tələbələrinin xatirəsində” 

 

Fevralın 11-də Azərbaycan Bəstəkarlar  İttifaqında “Qara 

Qarayev - tələbələrinin xatirəsində” kitabının təqdimat mərasimi 

keçirilib. 

Təqdimat mərasimini giriş sözü ilə açan Bəstəkarlar İttifaqının 

sədri Firəngiz  Əlizadə, kitabın Mədəniyyət və Turizm Nazirliyinin 

və Azərbaycan Bəstəkarlar  İttifaqının birgə  dəstəyi ilə  ərsəyə 

gəldiyini bildirib: “Kitabda Azərbaycanın dahi bəstəkarı, SSRİ xalq 

artisti, SSRİ  və Azərbaycan Dövlət mükafatları laureatı Qara 

Qarayevin 40 illik pedaqoji fəaliyyəti zamanı onun sinfini bitirən 

tələbələrinin xatirələri cəmlənib.Qara Qarayevin tələbəsi olmuş 

bəstəkarların arasında onun ənənələrini davam etdirən, artıq dünya 

miqyasında tanınan görkəmli bəstəkarlarımız az deyil. Onların 

arasında SSRİ xalq artistləri Rauf Hacıyev, Arif Məlikov, xalq 

artistləri Hacı Xanməmmədov, Xəyyam Mirzəzadə, Vasif 

Adıgözəlov, Sevda İbrahimova, Tofiq Bakıxanov, Polad Bülbüloğlu

Oqtay Zülfüqarov, Musa Mirzəyev, o cümlədən mən də varam. 

Bizim hər birimizin xatirəsində Qara Qarayevin ustad portretinin 

cizgiləri, pedaqoji metodları, onunla bağlı  hər hansı hadisə  səmimi 

hisslərlə oxucuya çatdırılıb. Bu xatirələr ustad bəstəkarın həyatının 

müxtəlif illərini əks etdirən fotolarla müşayiət olunur”. 

Kitab-fotoalboma daxil olan xatirələrin fonunda bəstəkarın 

müxtəlif yaradıcılıq dövrlərinə aid yaddaqalan anları çoxsaylı foto-

şəkillərlə  əks olunur. Kitabda Qara Qarayevin yaradıcılıq 

fəaliyyətinin bütün sahələri xronoloji ardıcıllıqla işıqlandırılıb, o 

cümlədən dahi bəstəkarın milli və dünya musiqi sənəti haqda fikir və 

düşüncələri, həmçinin böyük ustada ünvanlanan dünya korifey 

musiqiçilərinin dəyərli fikirləri özünə yer alıb. 

Nəşrdə ulu öndər Heydər Əliyevin, musiqisi ilə Azərbaycanda 

və dünyada şöhrət tapmış böyük bəstəkar Qara Qarayev haqqındakı 

fikirlərinə xüsusi səhifə ayrılıb. 

«Şərq-Qərb» nəşriyyatında işıq üzü görən kitabın tərtibçi-



redaktoru bəstəkar-musiqişünas Nərgiz Şəfiyevadır. 

 

 

Turan 

   Mədəniyyət.- 2010.- 12 fevral.- S. 3. 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə