Qara Qarayevin anadan olmasının 95-ci ildönümünə həsr olunur



Yüklə 28.26 Kb.

tarix26.07.2017
ölçüsü28.26 Kb.

 

Qara Qarayevin anadan olmasının 



95-ci ildönümünə həsr olunur 

 

 

 

 

 

 

 

QARA QARAYEV adına

 

 

“TƏHLİL VƏ İFA EDİR GƏNC MUSİQİÇİLƏR” 

 

II  R E S P U B L İ K A   E L M İ - İ F A Ç I L I Q    

M Ü S A B İ Q Ə S İ  

 

 

 

BMA, 25-30 mart 2013-cü il 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 



Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası 

BMA-nın məktəb-studiyası 

 

 



Qara Qarayevin anadan olmasının 

95-ci ildönümünə həsr olunur 

 

 



QARA QARAYEV adına 

“TƏHLİL VƏ İFA EDİR GƏNC MUSİQİÇİLƏR” 

II RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ 

 

(BMA, 25-30 mart 2013-cü il) 

 

S p o n s o r :  

«AGBank» Açıq Səhmdar Cəmiyyəti  



MÜSABİQƏNİN ƏSASNAMƏSİ 

 

Qara Qarayev adına II Respublika elmi-ifaçılıq müsabiqəsi musiqi və incəsənət 

məktəblərinin şagirdləri üçün keçirilir.  

Müsabiqədə  bütün  ixtisaslar  üzrə  (fortepiano,  simli,  nəfəs,  zərb,  xalq  çalğı 

alətləri, vokal) ifaçılar iştirak edə bilər. 

 

 



ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN MƏQSƏDLƏRİ 

 

1. Qara Qarayevin yaradıcılığının dərin öyrənilməsi vasitəsilə təbliği. 

2. Musiqinin məzmununun əhəmiyyətinin başa düşülməsi. 

3. Təcrübənin ifaçılıq nəzəriyyəsi ilə əlaqələndirilməsi. 

4. Müəllimlərin professional biliklərinin təkmilləşməsi. 

5.  Müasir  musiqi  mədəniyyəti  tələblərinə  cavab  verən  professional  musiqiçilərin 

hərtərəfli inkişafının təmin edilməsi. 

 

 



 

 

 



 

MÜSABİQƏNİN ŞƏRTLƏRİ 

1.  Müsabiqənin  hər  bir  iştirakçısı  ifa  edilən  əsərlərdən  hər  hansı  birinə  dair 

məruzə  etməli,  digər  əsərlərə  isə  annotasiya  (qısa  məlumat)  yazmalıdır,  ikinci 

mərhələdə isə əsərlərin konsert ifası ilə çıxış etməlidir. 

2.  Müsabiqənin  birinci  və  ikinci  mərhələlərinin  hər  birində  çıxış  üçün  ayrılan 

reqlament 8 – 15 dəqiqədir. 

3.  Qaliblər  münsiflər  heyəti  tərəfindən  müəyyən  edilir.  Mükafat  yerlərini  tutan 

qaliblər  “II  Respublika  müsabiqəsi  laureatı”  adına  layiq  görülür.  Diplom  alan 

şəxslərə isə “II Respublika müsabiqəsi diplomantı” adı verilir. 

4.  Münsiflər  heyəti  mükafatları  verib-verməmək,  eləcə  də  onları  iştirakçılar 

arasında bölmək hüququna malikdir. 

5. Münsiflər heyətinin qərarı həlledicidir: burada nə şikayət vermə, nə də təkrar 

müzakirə ola bilməz. 

6.  Müsabiqə  laureatları  Üzeyir  Hacıbəyli  adına  Bakı  Musiqi  Akademiyasının 

Böyük Zalında yekun konsertdə iştirak edecəklər. 

 

MÜSABİQƏNİN PROQRAMI 

 

İfacı reqlamentə uyğun olaraq proqram seçimində sərbəstdir.  

İfa edilən əsərlərdən biri Qara Qarayevin (orijinal və ya köçürülmə) əsəri olmalıdır.  

 

Birinci mərhələ 



 

Müsabiqənin proqramına uyğun olaraq ifa edilən əsərlərdən hər hansı birinə dair 

məruzə  edilməli,  digər  əsərlərə  isə  annotasiya  (qısa  məlumat)  yazılmalıdır. 

Məruzənin mətni 2 – 4 çap vərəqi həcmində olmalı və aşağıda sadalanan aspektləri 

daxil etməlidir: 

 –  əsərin  obraz-emosional  məzmununun  açıqlanması,  eləcə  də  şəxsi  qavranılıb 

anlanılması; 

 –  əsərin  forması,  tempi,  ritmi,  fakturası,  ştrixləri,  aqogikası  və  nüanslarında  öz 

əksini  tapan  bədii  ifa  məsələləri,  eləcə  də  texniki  çətinliklər  və  onların  aradan 

qaldırılması yolları; 



 

 –  tədqiq  olunan  əsərlərin 



www.youtube.com

  saytında  yerləşdirilən  müxtəlif 

interpretasiyaların müqayısəli xarakteristikası;  

 – tədqiq olunan əsərlərin əsas müddəalarını əks etdirən parçaların məruzə zamanı 

ifası (not üzündən oxumaq da olar); 

 – istifadə olunmuş ədəbiyyatın siyahısı; 

 –  tədqiq  olunan  əsərlərin  internet  vasitəsilə  dinlənilən  ifalarının  siyahısı  (ifanın 

yerləşdiyi saytın elektron ünvanını göstərməklə). 



Qeyd:  şifahi  məlumat  zamanı  əsərlərin  təhlilinin  əsas  müddəalarının 

fortepianoda  fraqmentlər  (3  –  4  xanə)  şəklində  illüstrasiya  edilməsi  zəruridirsə, 

buna yol verilir. 

 

İkinci mərhələ 

Birinci mərhələdə baxılan əsərlərin konsert ifası (əzbər). 

 

İŞTİRAKÇILARIN ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNƏ  



TƏQDİM EDƏCƏKLƏRİ SƏNƏDLƏR 

 

1.  İştirakçının  özünün  və  ya  təhsil  müəssisəsinin  ərizəsi  (məruzələrin 

mövzularının,  ifa olunan  proqramın  göstərilməsi şərtilə;  əsərlərin adı,  yazıldığı  il 

və səsləniş müddəti dəqiq göstərilməlidir), ünvan, telefon, e-mail. 

2. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti. 

3. 13x18 ölçüdə 2 rəngli foto şəkil. 

3. Qısa tərcümeyi-hal və yaradıcılıq xasiyyətnaməsi. 

4.  Müsabiqədə  ifa  olunacaq  əsərlərə  dair  hazırlanan  məruzə  və  annotasiyalar 

(istifadə olunan ədəbiyyat göstərilməklə).  

Qeyd:  Məruzə  və  annotasiyalar  iki  formada  (elektron  və  çapdan  çıxarılmış) 

təqdim  olunmalıdır.  Məruzənin  üz  vərəqəsində  iştirakçı  barədə  aşağıdakı 

məlumatlar verilməlidir: 

 – şagirdin təhsil aldığı məktəbin nömrəsi; 

 – soyadı, adı, atasının adı; 

 – oxuduğu sinif; 

 – ixtisası; 


 

 – ifa olunan əsərlərin adı; 



 – iştirakçının rəhbərlərinin (ixtisas və nəzəri fənlər üzrə müəllimlərin) soyadı, adı, 

atasının adı və imzaları; 

 – viza (musiqi məktəbinin müdirinin imzası). 

Ədəbiyyat  siyahısında  kitabın  müəllifı,  adı,  nəşriyyatı  və  nəşr  olunan  ili 

göstərilməlidir.

 

 



ƏRİZƏ VERMƏNİN QAYDASI 

 

Müsabiqədə iştirak etmək istəyənlər öz ərizələrini (tam sənədlər paketi ilə birgə) 

Təşkilat  komitəsinə  bu  ünvana  təqdim  etməlidirlər:  AZ  1014,  Bakı,  Şəmsi 

Bədəlbəyli küçəsi, 98, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, məktəb-

studiya. Sənədlərlə ərizə 28 fevral 2013-cü il tarixinədək göndərilməlidir.  

Telefon:    (+99412)  4931917,  tel./faks:  (+99412)  5980194  (BMA,  məktəb-

studiya), E-mail: 

musicstudiobaku@hotmail.com

  

 

 







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə