Qara zirə və onun yağı ilə müalicə üzrə tövsiyyələr



Yüklə 346,5 Kb.
səhifə2/81
tarix02.01.2022
ölçüsü346,5 Kb.
#1697
1   2   3   4   5   6   7   8   9   ...   81
1 qram qara zirə yağı bu baxımdan gündəlik tələba­tı­mızı təmin edir. Qara zirədəki niqellon və alfapinen kimi efirli yağlar tənəffüs boru­sunu genişlən­dirir, əzələ­lərin genişlənməsinin qarşısını alır. İfrazatı normaya sa­lır və öskürəyi sakitləşdirir, iltihabı aradan qaldırır, ağrıları kəsir və sidiyi bayıra qovur. Uzun müddət ar­dıcıl qəbul edildikdə qara zirə qanda şəkəri aşağı salır.Bu qədər ecazkar keyfiyyətlərə malik və Allahın Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) tərifinə layiq olan qara zirə bundan öncə sadaladığımız özəllikləri ilə aşağıdakı xəstəliklərdə və çatışmazlıq­larda son dərəcə müsbət nəticələr əldə etmək üçün faydalıdır. (Xəstəliklər və onların müalicə edilməsi üçün zəruri olan proseduraların təsvirinə keçməzdən öncə deməliyəm ki, qara zirə toxumunu və ya yağını qəbul etməzdən əvvəl siqaret çəkən şəxslər siqareti atmalı­dır. Bundan başqa yuxarıda göstərdiyimiz hansısa xəstəliyə dair kitab-soraqçamızdan konkret məlumat əldə edə bilməsəniz, müvafiq və çoxsaylı elektron mənbələrə müraciət etmək olar. Mənbələr haqqında soraqçanın sonunda – istifadə edilmiş ədəbiyyat bölümündə məlumat tapmaq olar). 

1. BAŞ AĞRISI: 1 xörək qaşığı üyüdülmüş qara zirə, 1 xörək qaşığı üyüdülmüş cirə (anise seed) və 1 xörək qaşığı üyüdülmüş mixək qarışdırılaraq, yeməkdən öncə 1 çay qaşığı qəbul edilir. Əvvəlcə ağızda o qədər saxlanılır ki, yumşalsın və udulmaq üçün rahat olsun və bundan sonra udulur. Qarışığı qəbul edərkən qətiyyən üstün­dən su içilməməlidir.Çay qaşığının yarısı qədər qara zirə yağını gündə iki-üç dəfə qəbul etmək. 

2. REVMATİZM: Az miqdarda qara zirəni zeytun yağı ilə qarış­dıraraq bir qədər qızdırmaq və tez-tez ağrıyan yerə çəkmək (sürtmək). Həmçinin yatmazdan qabaq qayna­dılmış qara zirənin balla qarışdırılmış suyunu için. 


Yüklə 346,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin