Qarabağ problemiNİn həLLİ beynəlxalq iCTİMAİYYƏTİn maraqlarindan uzaqda


Nəticədə erməni lobbisinin açıq fəaliyyəti müxtəlif dövlətlərdə, təşkilatlarda ictimai rəyin E



Yüklə 29,47 Kb.
səhifə2/3
tarix06.12.2022
ölçüsü29,47 Kb.
#72670
1   2   3
V. Nuranə BMT

Nəticədə erməni lobbisinin açıq fəaliyyəti müxtəlif dövlətlərdə, təşkilatlarda ictimai rəyin Ermənistanın lehinə formalaşmasına şərait yaratdı.



BİRLƏŞƏN MİLLƏTLƏRİN KİFAYƏTSİZ QƏTNAMƏLƏRİ
BMT 1945-ci ildə beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi və saxlanılması, millətlər və dövlətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur.
BMT yarandığı gündən sülh yolunda, insan hüquqlarının müdafiə edilməsi uğrunda bir çox fəaliyyətlərlə məşğul olmuş və məqsədlərinə çatmışdır.
BMT hansı prinsiplərlə işləyir? Hansı münaqişə ocaqlarında müsbət rol oynayıb?
BMT-nin iş prinsiplərinə bütün üzvlərin bərabərliyi, nizamnaməyə daxil olan öhdəliçiliyi vicdanla yerinə yetirmək, beynəlxalq aləmdə bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etmək, dövlətlərin daxili işlərinə qarışmamaq kimi məsələlər daxildir.
BMT-nin diskriminasiyaya qarşı yönəlmiş qətnamələri hadisələrin yumşalmasına müəyyən dərəcədə təsir etmişdir, məsələn, genosidin xəbərdarlığı və ona görə cəzalandırma haqqında konvensiya (1948); müstəmləkə zülmü altında olan ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında bəyannamə (1960); irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında bəyannamə (1963); Apartheyd cinayətlərinin qarşısının alınması və ona görə cəzalandırma haqqında konvensiya (1973) və s. BMT-nin münaqişə ocaqlarındakı proseslərə təsiri çox böyük olmuşdur, bəzi məsələlərə təşkilatın Təhlükəsizlik Şurasında baxılması, müəyyən qətnamələrin verilməsi proseslərin müsbət tendensiyaya doğru dəyişməsinə şərait yaratdı. BMT-nin fəaliyyəti nəticəsində 1959-cu ildə Misirdən işğalçı qüvvələri (ingilis, fransız, İsrail qoşunlarının) çıxarıldı, Tunisdə, Əlcəzairdə, Mərakeşdə müstəmləkə rejimləri ləğv olundu və s.
Bütün bu qarışıq məsələlərin həllinə qətnamələr qəbul etməklə, tərəfləri vacib tədbirlərə görməyə çağıraraq nail olan BMT niyə Dağlıq Qarabağ münaqişəsi dövründə qətnamələri ilə bir şey edə bilmədi, niyə Ermənistan tərəfini vacib tədbirlər görməyə vadar etmədi?
Əvvəla məqalənin əvvəlində də dediyimiz kimi, hegemon dövlətlərə Azərbaycanın maraqları sərf etmirdi (yerləşdiyi regionda üstünlüyün Türkiyənin maraqları ilə səsləşdiyinə görə). BMT-nin də əsas qüvvələrini əvvəldə də adını çəkdiyimiz dövlətlər təşkil edirdi.
BMT özünü yarandığı gündən insan hüquqlarının müdafiəçisi, sülh üzrə vasitəçi kimi tanıdıb, amma Dağlıq Qarabağ münaqişəsi dövründə bu xüsusiyyətini bir növ gizlətməyi üstün tutub. BMT-nin Bütün İnsanların Məcburi İtkin Düşmədən Qorunması Haqqında konvensiyası qəbul edilmişdir, həmin konvensiyanın 1-ci maddəsində “məcburi itkin düşmə” dövlətin agentləri və ya insanlar və ya insanlar qrupu tərəfindən dövlətin icazəsi, dəstəyi və ya razılığı ilə azadlıqdan məhrumetmə, həbs, oğurluq və ya məhrumetmənin digər hər hansı bir forması, bunun ardınca isə itkin düşmüş şəxsin azadlıqdan məhrum edilməsinin danılması və ya onun taleyinin və ya yerinin gizli saxlanılması və bununla da, həmin insanın qanunla müdafiəsinin qarşısının alınması kimi izah olunur. Bəs bu konvensiyaya əməl edilirsə, vacibliyi mühümdürsə, niyə o qədər Qarabağ qaçqınlarına bu konvensiya təsir etmədi, niyə Qarabağ qaçqınlarının vəziyyəti Avropada adi hal kimi qarşılandı? Bu konvensiyanın şərtlərini bu günümüzün hadisələri ilə izah edək, Ukrayna-Rusiya müharibəsində Ukraynadan didərgin düşən qaçqınların halına nədənsə Avropa ölkələrinin canı yandı, amma eyni “can yanma”nı Azərbaycan tərəfinə qarşı görmədik.
Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra bir sıra beynəlxalq təşkilatlara müraciət etdiyi kimi, BMT-yə də müraciət etdi. 1992-ci ilin martında Azərbaycan bu dövlətin üzvlüyünə qəbul edildi, elə eyni vaxtda da Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi açıldı. Bu da Azərbaycanın BMT tərəfindən tamamilə rəsmi şəkildə tanınması demək idi. Bütün bunlardan sonra Azərbaycan Ermənistan təcavüzləri haqqında BMT-yə müraciət etdi və bu məsələlərin qarşısını almasını təşkilatdan xahiş etdi. BMT regiona nümayəndə heyəti göndərsə də, nümayəndə heyəti burdakı vəziyyətlə BMT-nin baş katibinə məlumat versə də, BMT-nin baş katibi ATƏT-in nizamnamələri xaricində fərqli bir şey etmədi, bu da BMT-nin bu məsələyə soyuq münasibətini açıq-aşkar göstərirdi.
1992-ci ilin 8 mayında Şuşanın ermənilər tərəfindən işğal edilməsi Azərbaycanı yenidən erməni təcavüzü haqqında BMT-yə müraciət etməsinə məcbur etdi. Hadisədən 4 gün sonra BMT Təhlükəsizlik Şurası bu məsələni müzakirəyə qoydu, amma bu müzakirənin nəticəsi yalnızca BMT TŞ-nın baş sədrinin adından bəyanatın yayılması oldu. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi. Sənəddə maraqlı tərəflər zorakılığa son qoymağa çağırılır və BMT Nizamnaməsinin müddəalarına əməl etməyə dəvət olunurdu."Təhlükəsizlik Şurasının üzvləri bütün maraqlı tərəfləri zorakılığa son qoyulması, Baş katibin missiyasının işini asanlaşdırmaq və onun personalarının təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməyə çağırır. Onlar Şuranın sədri adından 1992-ci il yanvarın 23-də (S/23496) və fevralın 14-də (S/23597) müvafiq olaraq Ermənistanın və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması barədə bəyanatlarını, xüsusilə də nizamnamənin mübahisələrin dinc yolla və güc tətbiq etmədən nizamlanmasına aid prinsiplərinə istinadları xatırladırlar", - deyə sənəddə bildirilirdi. Bu isə bəyanatın əslində münaqişənin real mahiyyəti barədə heç nə ifadə etməyən adi bir sənəd olduğunu göstərirdi. BMT Təhlükəsizlik
Şurasının yeganə müsbət addımı ondan ibarət oldu ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin Təhlükəsizlik Şurası sədrinə məktubu TŞ-nin rəsmi sənədi kimi yayıldı. Bu məktubda Ermənistanın keçirdiyi hərbi əməliyyatlar suveren dövlətin ərazi bütövlüyünü pozmaq cəhdi kimi qiymətləndirilirdi.
Bu hadisələrdən, müəyyən bəyanatlardan sonra BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi haqqında 822, 853, 874, 884 saylı 4 qətnaməsi qəbul edilmişdir. Bu qətnamələr nə dərəcədə əhəmiyyətli idi və münaqişənin həllində nə qədər rol oynadı sualına cavab tapaq.
BMT-nin 822 saylı qətnaməsi 1993-cü ilin 30 aprelində, Kəlbəcərin işğal edilməsindən biraz sonra qəbul edilmişdir. Qətnamə, demək olar ki, TŞ-nın 1993-cü ildə 29 yanvar və 6 aprel bəyanatları ilə eynilik təşkil edirdi. Qətnamədə Baş Katib öz narahatlığını ifadə edirdi, lakin bu qətnamə də əvvəlki bəyanatlar kimi konkret mövqe göstərmirdi, qətnamənin şərtlərində hərbi əməliyyatların dayandırılmasının, işğalçı qüvvələrin Kəlbəcər və digər işğal edilmiş ərazilərdən çıxarılmasının, tərəflərin ATƏT çərçivəsində keçiriləcək sülh danışıqlarına gəlməsinin zəruriliyi, dünya ölkələrinə münaqişədən zərər görmüş ərazilərdə əhalinin əzab-əziyyətlərinin azaldılması üçün humanitar çağırış, Kəlbəcər rayonundakı vəziyyətin qiymətləndirilməsi göstərilsə də, işğalçı tərəfin konkret kim olduğu göstərilmirdi, Ermənistan Respublikası bütün işğal iddialarını işğal edilmiş rayonlardakı yerli erməni qüvvələrinin boynuna qoyurdu.
BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi haqqında 2-ci qətnaməsi olan 853 saylı qətnamənin qəbul olunmasına səbəb Ağdamın işğalı oldu. Ağdamın işğalından 6 gün sonra 1993-cü ilin 29 iyulunda qətnamənin qəbul edilməsi ilə Azərbaycan və Ermənistan arasında gərginliklə, məcburi köçkünlərin vəziyyəti ilə əlaqədar narahatlıq ifadə olunsa və 822 saylı qətnamə ilə müqayisə edəndə bu qətnamə obyektiv görünsə də, bu qətnamədə də işğalçının adı konkret çəkilmir, “yerli erməni” ifadəsi daha çox qabardılırdı. Bu qətnamənin qəbul edilməsi ilə bir daha məlum oldu ki, Ermənistan tərəfi heç bir bəyanata, qətnaməyə məhəl qoymur.
Bütün bəyanatlara, qətnamələrə baxmayaraq Ermənistan tərəfi öz bildiyini etməyə davam etdi, Füzuli və Cəbrayılı işğal etdi. Yeni rayonların işğalına görə, 1993-cü ildə oktyabrın 14-də BMT-nin TŞ-nın növbəti 874 saylı qətnaməsi qəbul edildi. Bu qətnamə konkret məzmununun olmaması baxımdan digər qətnamələrdən fərqlənmirdi, amma qətnamənin özündən əvvəlkilərdən tək fərqi bu qətnamədə işğal edilmiş rayonların adının çəkilməməsi idi, halbuki əvvəlki qətnamələrdə işğal edilmiş rayonların adları konkret çəkilirdi.
Bunun üstünə Ermənistanın Zəngilanı işğal etməsi artıq dünya ictimaiyyətinin bu məsələyə ciddi şəkildə qiymət verməsini zəruri edirdi. Azərbaycanın müraciəti ilə 1993-cü ilin noyabrın 11-də 884 saylı qətnamə qəbul edildi. Bu qətnamə də gözlənilən nəticəni vermədi. Təbii ki də, BMT-nin prinsiplərini oxuyanda bu qətnamələrin onun prinsipləri ilə qətiyyən səsləşmədiyini görürük. BMT-nin təcavüz haqqında, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulması haqqında nə qədər bəyanatları, qətnamələri var, amma bütün bunları Dğlıq Qarabağ münaqişəsində görmədik. BMT Ermənistanın qarşısına qəti tələblər qoya bilər, təcavüzkarın cəzalandırılması üçün sərt tədbirlər görə bilərdi, amma etmədi, çünki məqalənin əvvəlində də dediyim kimi, bu münaqişə BMT ölkələrinə sərf edir, həlli isə maraqlarına uymurdu.
Düny ictimaiyyəti də, BMT də münaqişənin həllinin necə mümkün olduğunu çox yaxşı formada gördülər, amma münaqişənin həlli prosesini öz səyləri nəticəsində yox, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti, vaxtında verilmiş əmri, Azərbaycan Respublikasının qəhrəman ordusunun canları, qanları və böyük Azərbaycan xalqının dözümü, səbiri, birgəliyi sayəsində gördülər.

Yüklə 29,47 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin