“Qaraciyər xəstəliklərinin diaqnozunda və hepatitlərin təqibində “Fibroscan”ın istifadəsi” adlı elmi-praktik seminar keçirilib



Yüklə 267.83 Kb.
Pdf просмотр
səhifə1/3
tarix16.07.2017
ölçüsü267.83 Kb.
  1   2   3

 “Qaraciyər xəstəliklərinin diaqnozunda və hepatitlərin 

təqibində “Fibroscan”ın istifadəsi” adlı elmi-praktik 

seminar keçirilib

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 15 (1612) 16 sentyabr 2015 - ci il                           Qiyməti 40 qəpik

Tələbə 

yataqxanasının 

əsaslı təmirdən 

sonra açılışı olub

«БИЛИК ЭЦНЦ» NƏ HƏSR EDİLMİŞ 

GENİŞ TOPLANTI KEÇİRİLDİ

YENİ DƏRS İLİNİZ MÜBARƏK!

Yaponiyanın Tohoku Universitetinin Tibb Fakültəsinin 

Epileptologiya kafedrasının professoru ATU-nun qonağı olub

BU  SAYIMIZDA 

EPİLEPSİYANIN AKTUAL MƏSƏLƏLƏRİNƏ DAİR 

ELMİ-PRAKTİK SEMİNAR

«Tələbələrin nitq mədəniyyətinin 

formalaşdırılması barədə düşünmək lazımdır»

ATU-nun Fransa Universitetləri ilə 

əlaqələri genişlənir

3

2

5

6

3

8

4

Tibb Universitetində Reabilitasiya 

və Fizioterapiya Mərkəzi açıldı

4

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 

maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respub-

likası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb 

tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 

2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun ola-

raq qərara alıram:

1. 2015/2016-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrup-

ları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının 

ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü 

verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli 

gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2015-ci il.



2015/2016-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil 

olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

http://www.amu.edu.az

16 sentyabr 2015-ci il

2



Bu gün 

Azərbaycanın 

çoxmilyon-

lu təhsil 

ictimaiyyətinin 

bayramı- Bi-

lik Günüdüür. 

Təhsilin, el-

min, biliyin, 

tərəqqi üçün 

açar, inkişafın 

hərəkətverici 

qüvvəsi he-

sab olunduğu 

ölkəmizdə yeni 

dərs ilinin ilk 

günü - «Bilik 

günü» həmişə 

ümumxalq bay-

ramı kimi qeyd 

olunur.

 

Bu  münasibətlə  respub-



likamızın  hər  yerində  oldu-

ğu  kimi  Azərbaycan  Tibb 

Universitetində  də  geniş  top-

lantı keçirildi. 

Tədbiri  giriş  sözü  ilə  açan 

Tibb 


Universitetin 

rekto-


ru,  millət  vəkili,  akademik 

Əhliman Əmiraslanov doğma 

kollektivi  və  tələbə  adını  qa-

zananları,  həmçinin  onların 

valideynlərini  yeni  tədris  ili-

nin  başlanması  münasibətilə 

təbrik  etdi  və  bu  əlamətdar 

günün  yaranma  tarixindən 

söhbət açdı.

Universitet    rəhbərinin  çı-

xışında  Azərbaycanın  dövlət 

müstəqilliyini 

qazanmasın-

dan  keçən  illər  ərzində  res-

publikamızın  həyatının  bü-

tün  sahələrində,  xüsusən 

də  təhsil  sahəsində  bö-

yük  uğurların  əldə  edildiyi 

önə  çəkildi.  Sözünə  davam 

edən  rektor  elmə  və  təhsilə 

göstərilən dövlət qayğısından 

bəhs  etdi,    universitetin  85  il 

ərzində  keçdiyi  şərəfli  inkişaf 

yoluna  da  nəzər  saldı.  Bildir-

di  ki,  bu  elm  müəssisəsinin 

maddi-texniki 

bazasının 

möhkəmləndirilməsi,  yüksək 

ixtisaslı  tibb  kadrlarının  ha-

zırlanması  ümummilli  lider, 

müstəqil dövlətimizin memarı 

və qurucusu Heydər Əliyevin 

adı ilə bağlıdır. Tibb təhsilinə 

həmişə  diqqət  və  qayğı  ilə 

yanaşan  ulu  öndər  Heydər 

Əliyev  iki  dəfə  ATU-da  ol-

muş,  kollektivimiz  qarşısında 

proqram xarakterli çıxış etmiş 

və  müəllimlərimizin  əməyinə 

yüksək  qiymət  vermişdir.   

O,  ümummilli  lider  Heydər 

Əliyevin  təhsilə  daim  böyük 

önəm  verdiyini,  ulu  öndərin 

ideyalarının  Azərbaycan  Pre-

zidenti İlham Əliyev tərəfindən 

uğurla həyata keçirildiyini bil-

dirdi.

Rektor  qeyd  etdi  ki,  univer-



sitetin nəzdində onkoloji, sto-

matoloji,  tədris-terapevtik  və 

tədris-cərrahiyyə  klinikaları 

fəaliyyət  göstərir    və  bu  kli-

nikaların  hər  biri  müasir  ava-

danlıqlarla təchiz edilib. Artıq 

tədris-cərrahiyyə  klinikasın-

da  çox  yüksək  səviyyədə 

kök  hüceyrə,  qaraciyər  və 

böyrək      transplantasıya-

ları  uğurla    həyata  keçirilir. 

Bu  yaxnlarda  isə  universi-

tetimizin 

tədris-terapevtik 

klini  kasında  sümük  iliyinin 

transplantasıyası  gözlənilir.  

Sözünə  davam  edən  rektor 

bütün  bunları  Azərbaycan 

dövlətinin  səhiyyə  sahəsinə 

yüksək  diqqəti  kimi  qiy-

mətləndirmişdir.  O,  məlu mat 

verdi  ki,  bu  il  2015/2016-cı 

tədris  ilində  ATU-ya  1000-ə 

yaxın  tələbə  qəbul  olunub.  

400-dən  artıq  abituriyent  bu-

ilki qəbul imtahanlarında 600-

dən çox bal toplamışdır. Bun-

dan  başqa  700  bal  toplayan 

2  nəfər  bizim  universitetdə 

təhsil  alacaqdır.  Prezident 

təqaüdçülərinin  sayına  görə 

də  universitetimiz  yenə  lider-

dir. 

Səhiyyə  nazirinin  müavini 



Elsevər  Ağayev    “Bilik  günü” 

münasibəti  ilə  hörmətli  na-

zir  Oqtay  Şirəliyev  və    na-

zirliyin  kollegiyası  adından 

müəllim  və  tələbələri  təbrik 

etdi. Azərbaycan səhiyyəsinin 

ölkənin  inkişaf  tempinə  uy-

ğun  olaraq  inkişaf  etdiyi-

ni  bildirdi.  Ölkənin  müxtəlif 

bölgələrində  müasir  tipli  tibb 

müəssisələrinin inşa edilərək 

xalqın  istifadəsinə  verildiyini 

və həmin müəssisələrin müa-

sir avadanlıqlarla təchiz olun-

duğunu qeyd etdi:  “Ali savadlı 

həkimlərimiz  olmadan    müa-

sir  tipli  tibbi  müəssisələrimiz 

əhaliyə yüksək səviyyədə tib-

bi xidmət göstərə bilməz. Söz 

yox  ki,  Azərbaycan  səhiy-

yəsində  aparılan  islahatların 

ən  vacib  hissələrindən  biri 

savadlı  kadr  hazırlığı,  tibbi 

təhsilin  inkişafıdır”-deyən  na-

zir  müavini  bu  istiqamətdə 

Azərbaycan  Tibb  Universiteti 

tərəfindən mühüm addımların  

atıldığını bildirdi. Nazir müavi-

ni Azərbaycan təhsilinin və 

səhiyyəsinin  infrastruktu-

runda əsaslı islahatlar apa-

rıldığını qeyd edərək bildir-

di ki, bütün bu irəliləyişlərin 

kökündə 


Azərbaycanın 

daim  artan  iqtisadi  gücü 

dayanır.  Bütün  sahələrdə 

gedən  dinamik  inkişaf  isə 

ulu  öndər  Heydər  Əliyev 

tərəfindən  bünövrəsi  qo-

yulan  iqtisadi  siyasətin 

təntənəsinin göstəricisidir.

Nəsimi  rayon  İcra  Ha-

kimiy yə tinin 

başçısı 

Asif 


Əsgərov isə çıxışında dövləti-

mizin iqtisadi inkişafından, tibb 

sahəsində  kadr  potensialının 

hazırlanması 

istiqamətində 

qaza nılan 

nailiyyətlərdən  

söh  bət  açdı.  Tibb  sahəsinin, 

sə hiyyə  sahəsinin  ölkədə 

irəlidə gedən bir sahəyə çev-

rildiyini vurğuladı.

O,  diqqətə  çatdırdı  ki, 

ölkə mizdə  ildən-ilə  müəl-

lim lərin  və  həkimlərin  mad-

di  rifah  halının  yaxşılaş-

dırılması 

istiqamətində 

gö  rü   lən  tədbirlər  Azərbaycan 

hökumətinin  qarşısında  du-

ran başlıca məqsəd təhsil və 

səhiyyə  sahələrində  yüksək 

keyfiyyətə nail olmaqdır. 

YAP-ın 

Nəsimi 


rayon 

təşkilatının sədri, Milli məclisin 

deputatı  Məlahət  İbrahimqızı 

Azərbaycan  Tibb  Universi-

tetinin  ölkəmizdə  və  xaricdə 

böyük  nüfuza  malik  olduğu-

nu,  bu  təhsil  müəssisəsinin 

xalqımıza  yalnız  bacaraqlı 

tibbi  kadrlar  deyil,  həm  də 

görkəmli  şəxsiyyətlər  bəxş 

etdiyini  dilə  gətirdi.  O,  qeyd 

etdi  ki,  indi  Tibb  Universi-

tetinin  məzunlarının  sorağı 

dünyanın  inkişaf  etmiş  bir 

çox  ölkələrindən  gəlir.  Və 

bu  da  şübhəsiz  ki,  mənim 

də  məzunu  olduğum  doğma 

universitetimizə  həmişə  baş 

ucalığı gətirib.

  ATU-nun  biofiziki  və  bi-

oüzvi  kimya  kafedrasının 

müdiri,  akademik    Dilqəm 

Tağıyev    tələbələrin    yüksək 

təhsil  almaları  üçün  Tibb 

Universitetində 

hər 


cür 

şəraitin  yaradıldığını  bildir-

miş, bu peşənin məsuliyyətini 

dərk edərək əzmlə çalışmağı 

tövsiyə  etdilər.  Bu  gün  ATU-

nun  böyük  maddi-texniki  ba-

zaya malik olduğunu vurğula-

yan  natiqlər  gənclərə  tövsiyə 

etdi  ki,    əsil  vətəndaş  olmaq 

üçün təkcə savad azdır, həm 

də milli-mədəni sərvətlərimizi 

qoruyub saxlamalı və gələcək 

nəsillərə öturməliyik.

700 balla ATU-nun tələbəsi 

adını  qazanan  Prezident 

təqaüdçüsü  Nurlan  Məcidov 

I  kurs  tələbələri  adından  gə-

ləcək  müəllimlərinə  təşək-

kürünü çatdırmış, daim bu ali 

təhsil  ocağının  adını  ucalda-

cağına  və  müəllimlərinin  eti-

madını  doğruldacağına  söz 

vermişdir.

Tədbiri 


yekunlaşdıran 

aka     demik 

Ə.Əmirasdanov 

tələbləri bir daha təbrik edərək 

bildirdi ki, bu il həm də bizim 

üçün  ona  görə  əlamətdardır 

ki,  Prezident  təqaüdçüləri 

arasında reytinq cədvəli üzrə 

həmişə  olduğu  kimi  yenə  də 

birinciyik.  Bununla  da  Pre-

zident  təqaüdçülərinin  1/4-i 

bizim universitetin payına dü-

şür.

Sonda  rektor  yeni  dərs  ili-



nin  başlaması  münasibətilə 

universitet  əməkdaşlarını  bir 

daha təbrik etdi və  bu il 700 

balla    ATU–ya  qəbul  olun-

muş iki nəfərə tələbə bileti və 

qiymət  kitabçası  ilə  birlikdə 

müəllifi  olduğu  «Onkologiya» 

dərsliyini hədiyyə etdi.



MƏNSUR

«БИЛИК ЭЦНЦ» NƏ HƏSR EDİLMİŞ 

GENİŞ TOPLANTI KEÇİRİLDİ

«Azərbaycan təhsilinin  inkişafının əsası ötən əsrin 70- ci illərində  ulu öndər Heydər 

Əliyev tərəfindən qoyulub. Bu elm müəssisəsinin maddi-texniki bazasının möhkəmlən-

dirilməsi, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması ümummilli lider, müstəqil 

dövlətimizin memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır».

16 sentyabr 2015-ci il

http://www.amu.edu.az

3

Bu  məqsədlə  Türki-



yənin  Fiziki  Müalicə  və 

Reabilitasiya Mərkəzinin 

əməkdaşları 

profes-


sor  Tunc  Alp  Kalyon  və 

mərkəzin  marketinq  di-

rektoru  Leyla  İlhan  Pa-

mukçu  ATU-nun  Tədris 

Terapevtik 

Klinikasına 

səfər  ediblər.  Klinika-

nın  direktoru,  professor 

S.Musayevin  müşayiəti 

ilə  klinikanı  gəzən  qo-

naqlar  mövcud  şərait 

və 


müalicə 

imkan-


ları  ilə  tanış  olublar. 

Gələcək  əməkdaşlığın 

perspektivlərini 

müza-


kirə  ediblər.  Klinikanın 

müasir  standartlara  ca-

vab  verən  imkanlarını 

yüksək  qiymətləndirən 

türkiyəli 

mütəxəssislər 

yaxın zamanda fiziotera-

pevtik  müalicə  profillərinin  genişləndirilməsi 

üçün qarşılıqlı əməkdaşlığa start verəcəklərini 

qeyd ediblər.

Qeyd  edək  ki,  Tədris  Terapevtik  Klinika 

Türkiyənin  Fiziki  Müalicə  və  Reabili tasiya 

Mərkəzi  ilə  əmək daşlıqdan  yararlanaraq  ya-

xın  zamanlarda  yeni  yaradılmış  fizioterapiya 

imkanlarını pasiyentlərin ixtiyarına verəcək. 

 Daha sonra, seminar iştirakçılarını salamlayan 

professor  Nobuzaku Nakasato  son illər epilepsi-

yanın müalicə metodlarındakı dəyişikliklərdən da-

nışıb, Ümumdünya Səhiyyə Təşkilatının  növbəti 

10  ili    epilepsiya  ili  elan  etməsini  diqqətə  çatdı-

rıb.  Tədbirdə  müxtəlif  növ  epilepsiya  tutmalarını 

özündə  əks  etdirən  video    iştirakçılara  nümayiş 

olunub.  Epilepsiya  xəstəliyinin  insanların  sosial 

həyatına təsirindən danışan yaponiyalı həkim onu 

da  vurğulayıb    ki,  bu  xəstələrin  70%-i  dərmanla 

10-15%-i isə əməliyyat yolu ilə sağlamlığına qovu-

şur. Həkim Nakasato epilepsiyanın müalicəsində 

həkimlərin komanda şəklində işləməsinin vacibli-

yini vurğulayıb.

Sonda  qonağa  təşəkkür  edən  Tibb  Universite-

tinin  Tədris  Terapevtik  Klinikasının  baş  həkimi, 

dosent  Ramin  Bayramlı  klinikaya  gətirilmiş    mü-

asir texnologiya olan “Polycom” aparatı haqqında 

məlumat verib. Bu aparatın köməkliyi ilə bü günə 

kimi bir neçə ölkənin Universitet və həkimləri ilə 

canlı  konsiliumların  keçirildiyini  və  bu  ənənənin 

bundan  sonra  Yaponiyanın  Tohoku  Universite-

tinin    həkim  kollektivi  ilə  də  davam  etdiriləcəyini 

söyləyib.

Tədbirin  sonunda  Tədris  Terapevtik  Klinika-

nın  həkim  və  rezident    kollektivi  ilə  epilepsiya 

xəstəliyi  haqqında  təcrübə  və  fikir  mübadiləsi 

aparılıb,suallar cavablandırılıb.

Qeyd  edək  ki,  professor  Nobukazu  Nakasa-

to  2010-cu  ildən  Tohoku  Universitetinin  Tibb 

Fakültəsinin  Epileptologiya  kafedrasının  müdiri-

dir. Doktor Nakasato yüzdən artıq  məqalənin və 

bir neçə kitabın müəllifidir. Onun rəhbərliyi altında 

hərtərəfli epilepsiya proqramının icrasına başlan-

mışdır. Bu program böyük qrup nevroloq, neyrofi-

zioloq, radioloq, pediatr, psixiatr neyrocərrah, xü-

susi tibb bacısı, əczaçı və sosial işçilər tərəfindən 

istifadə edilir.

ATU-nun mətbuat xidməti

ATU-nun  rektoru,  akademik  Əhliman 

Əmiraslanov  qonağa  epilepsiya  sahəsinin 

vacibliyindən  söz  açdı.  Rektor  bildirib 

ki,  Azərbaycanda  bu  sahə  üzrə  ixtisaslı 

mütəxəssislərə  ehtiyac  var  və  professorun 

ölkəmizə  səfəri  kadrların  yetişdirilməsində 

bizə  yardımçı  olacaq:  “Azərbaycanda  bu 

sahə ilə nəinki bir çox həkimlər, hətta xəstələr 

özləri də maraqlanırlar. Ona görə də əminəm 

ki, səfəriniz maraqlı keçəcək”.

Rektor Əhliman Əmiraslanov gə ləcək də bu 

əlaqələrin daha da genişləndirilməsində ma-

raqlı olduqlarını qeyd edib. O, qarşılıqlı fikirlər 

əsnasında  müqavilənin  hazırlanaraq  imza-

lanması  təklifini  irəli  sürüb:  “Əminəm  ki,  Ya-

poniya tərəfi də bu işə müsbət baxacaq”.

Görüşdə  qonaq  Nobukazu  Nakasato 

Azərbaycana  səfərindən  məmnunluğunu 

bildirib.  Epilepsiya  sahəsini  hərtərəfli  əhatə 

edən proqram haqqında danışan qonaq ATU 

ilə  bu  sahədə  sıx  əlaqələrin  yaradılmasına 

müsbət  yanaşdığından  söz  açıb.  O,  bir  çox 

ölkələrlə  telekörpü  vasitəsilə  əlaqələrinin  ol-

duğunu, ATU ilə də bunu planlaşdırdığını de-

yib.


Görüşdə  ATU-nun  Tədris-Terapevtik  Klini-

kasının  direktoru,  professor  Surxay  Musa-

yev, beynəlxalq əlaqələr üzrə prorektoru, do-

sent  Rəhimə  Qabulova,  beynəlxalq  əlaqələr 

şöbəsinin  müdiri,  dosent  Nadir  Zeynalov, 

nevrologiya  və  tibbi  genetika  kafedrasının 

əməkdaşı Kamran Salayev iştirak ediblər.

Yaponiyanın Tohoku Universitetinin Tibb Fakültəsinin 

Epileptologiya kafedrasının professoru ATU-nun qonağı olub

Yeni beynəlxalq 

əməkdaşlıqlara start verilir

EPİLEPSİYANIN AKTUAL MƏSƏLƏLƏRİNƏ 

DAİR ELMİ-PRAKTİK SEMİNAR

Sentyabrın  10-da    Yaponiyanın  Tohoku 

Universitetinin Tibb Fakültəsinin Epilepto-

logiya  kafedrasının  professoru,  Nobukazu 

Nakasato  Azərbaycan  Tibb  Universitetinin 

(ATU) qonağı olub.

ATU-nun  Tədris  Terapevtik  Klinikasının  fizioterapiya  şöbəsində  terapiya,  nevrologiya,  kardiologi-

ya profilli ağır xəstələr müalicə alır. Bu cür xəstələrin müalicəsini fizioterapiyasız təsəvvür etmək 

mümkün deyil. Belə ki, ağır xəstələrin müalicəsinin mükəmməlləşdirilməsi üçün klinikada fiziote-

rapiya imkanlarının genişləndirilməsinə ehtiyac var. Tibb Universitetində son illər fizioterapiya üzrə 

rezidentura  təhsilinə  də  başlanılıb  və  bu  sahədə  həkimlər  hazırlanır.  Pasyientlərin  daha  peşəkar 

müalicə almaları və yüksək təhsil imkanlarını artırmaq üçün Klinikada bir sıra addımlar atılır.

Sentyabrın  10-da  Tibb  Universitetinin  Tədris  Terapev-

tik Klinikasında Yaponiyanın Tohoku Universitetinin Tibb 

Fakültəsinin Epileptologiya kafedrasının professoru, dok-

tor Nobuzaku Nakasato tərəfindən epilepsiyanın aktual 

məsələlərinə dair elmi-praktik seminar keçirilib. Tədbiri 

giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin Tədris 

Terapevtik  Klinikasının  direktoru,  professor  S.Musayev 

Yaponiyanın  Tohoku  Universiteti  ilə  gələcəklə  planlaş-

dırılan  əməkdaşlıqlardan  danışıb.  Qonağın  ölkəmizə 

səfərini yüksək qiymətləndirib.


http://www.amu.edu.az

16 sentyabr 2015-ci il

4

ATU-nun  Tədris  Cərrahiyyə 



Klinikasında 

“Reabilitasiya 

və  Fizioterapiya  Mərkəzi”nin 

açılışı 


oldu. 

Türkiyənin 

məşhur  “Romatem”  Reabi-

litasiya  Xəstəxanalar  qrupu-

nun  dəstəyi  ilə  ərsəyə  gələn 

bu  mərkəz  bərpa  müalicəsi 

sahəsində ən son nailiyyətləri 

təqdim edəcək.

Açılış  mərasimindən  öncə 

keçirilən  konfransda  ATU-

nun 

rektoru, 



akademik 

Əhliman  Əmiraslanov  çı-

xış  edərək,  Azərbaycanda 

belə  bir  mərkəzin  açılışı-

nın  əhaliyə  göstərilən  tibbi 

xidmətin  səviyyəsinin  daha 

da  yüksəldilməsi  baxımından 

çox  faydalı  olacağını  bildirdi: 

“Türkiyənin  məşhur  Romatem 

şirkətinin  bizimlə  birlikdə  belə 

bir  mərkəz  yaratması  həm 

Tibb  Universitetinin,  həm  də 

Tədris  Cərrahiyyə  Klinikası-

nın  həyatında  çox  mühüm 

hadisədir.  Bu  gün  xəstələrin 

müalicəsində 

reabilitasiya-

nın  nə  dərəcədə  böyük  rol 

oynamasından  saatlarla  da-

nışmaq  olar.  Müasir  dövrdə 

həyata  keçirilən  hər  han-

sı  cərrahi  əməliyyatın  uğu-

ru  yalnız  əməliyyatın  necə 

keçirilməsindən  yox,  həm  də 

bütövlükdə  əməliyyatdan son-

rakı müddətdə bərpa prosedu-

runun  necə  getməsindən  də 

asılıdır”.

    Akademik  Ə.Əmiraslanov 

qeyd  etdi  ki,  Prezident  İlham 

Əliyev  cənabları  Azər bay-

canda  bütün  sahələrdə  ol-

duğu  kimi,  sosial  sahəyə,  o, 

cümlədən  səhiyyə  sisteminə 

də  xüsusi  diqqət  və  qayğı 

göstərir.  Bunun  nəticəsi  ola-

raq  son  illər  yüksək  maddi-

texniki  bazaya  malik  çoxsay-

lı  tibb  müəssisələri  əhalinin 

istifadəsinə  verilmişdir.  Rek-

tor  Ə.Əmiraslanov  artıq  neçə 

müddətdir ki, belə bir mərkəzin 

yaradılması haqda təşəbbüsün 

olduğunu  və  nəhayət  türkiyəli 

həmkarların  köməyilə  buna 

nail olduqlarını qeyd etdi. Aka-

demik tibbin son nailiyyətlərinə 

uyğun  avadanlıqlarla  təchiz 

olunmuş, 

yüksək 


ixtisas-

lı  mütəxəssislərin  çalışacağı 

Reabilitasiya  və  Fizioterapi-

ya  Mərkəzinin  Azərbaycanda 

bir  sıra  xəstəliklərin  müalicəsi 

prosesinə 

xüsusi 

töhfə 


verəcəyinə  tam  əmin  olduğu-

nu da bildirdi.

Türkiyənin  məşhur  “Roma-

tem”  Reabilitasiya  Xəstəxa-

nalar 

qrupunun 



rəhbəri 

Dr.Göksal 

Haloğlu 

isə 


Azərbaycanda 

olmaqdan, 

Tibb  Universiteti  ilə  birlikdə 

belə  bir  mərkəz  yaradılma-

sında  iştirak  etməsindən  qü-

rur  duyduğunu  vurğuladı. 

Mütəxəssisin  sözlərinə  görə, 

Türkiyə-Azərbaycan  arasında 

hər  bir  sahədə  olduğu  kimi 

elm  və  tibb  sahəsində  də 

əlaqələrin  genişlənməsi  çox 

sevindirici haldır: “İnanıram ki, 

hər  iki  ölkənin  bu  məsələdə 

bir-birindən  öyrənəcəyi  çox 

şeylər  var.  Bu  gün  Türkiyənin 

nüfuzlu 


“Romatem” 

qu-


rumu  ilə  ATU-nun  Tədris 

Cərrahiyyə  Klinikasının  ortaq 

ərsəyə  gətirdiyi  mərkəzin  açı-

lışı  da  həmin  münasibətlərin 

dərinləşməsində  məxsusi  rol 

oynayacaq.  “Romatem”  ola-

raq biz bu layihəyə çox böyük 

diqqətlə yanaşırıq”.

    Daha  sonra  Azərbaycan 

Elmi-Tədqiqat  Tibbi  Bərpa 

İnstitutunun  direktoru,  ATU-

nun  fizioterapiya  kursunun 

müdiri, professor Əlişir Musa-

yev  də  müxtəlif  xəstəliklərin 

müalicəsində  reabilitasiyanın 

böyük  əhəmiyyət  daşıdığını 

qeyd  etdi.  Türkiyəli  professor 

Dr.  Tunc  Alp  Kalyon  da  bu 

mərkəzlə  yanaşı,  ATU-nun 

Tədris  Cərrahiyyə  Klinikası 

ilə  birgə  çox  gözəl  layihələrə 

imza  atacaqlarına  inandığını 

bildirdi.

    Sonra  konfrans  iştirakçıları 

ATU-nun  Tədris  Cərrahiyyə 

Klinikasında  yeni  açılan  “Re-

abilitasiya  və  Fizioterapiya 

Mərkəzi”nə  baxış  keçirdilər. 

Mərkəzdə  quraşdırılmış  yeni 

tibbi avadanlıqlar, göstəriləcək 

tibbi  xidmətlər  haqqında  qo-

naqlara ətraflı məlumat verildi. 

Qeyd  olundu  ki,  “Romatem” 

şirkətinə  məxsus  zəncirin 

bir  hissəsi  kimi  yeni  açılan 

mərkəz, bərpa müalicəsi üçün 

zəruri olan tibbi avadanlıqlarla 

tam  təchiz  olunub.  Avadan-

lıqlar  arasında  uzunmüddətli 

yataq  xəstələrində  hərəkətin 

bərpası  üçün  olduqca  önəmli 

olan  “Erica”  aparatı,  “Stand-

table”  cihazları  xüsusi  vurğu-

landı. Bundan əlavə, Mərkəzdə 

bədən tərbiyəsi yolu ilə həyata 

keçirilən müalicə və reablitasi-

ya üçün, o cümlədən, ayrı-ay-

rı  oynaqlarda  olan  artrozların 

aradan götürülməsi, hərəkətin 

aktivləşdirilməsi  üçün  lazım 

olan  bütün  avadanlıqlar  da 

mövcuddur.  Fizioterapiya  və 

reabilitasiya sahəsində xüsusi 

önəm  daşıyan  masaj  növləri 

də  mərkəzin  xidmətləri  sırası-

na daxil edilib.

    Qeyd  edək  ki,  ən  müa-

sir  tibbi  avadanlıqlarla  təchiz 

olunmuş  və  yüksək  ixtisaslı 

mütəxəssislərin çalışdığı ATU-

nun Tədris Cərrahiyyə Klinika-

sındakı  yeni  “Reabilitasiya  və 

Fizioterapiya Mərkəzi” artıq bu 

gündən  etibarən  əhalinin  ixti-

yarına verilib.


Каталог: uploads -> xeberler -> tebib qezeti 2015
tebib qezeti 2015 -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib qezeti 2015 -> Cərrahiyyə Klinikasında qırtlaq-udlağın karsinoması olan xəstədə rekonstruktiv
tebib qezeti 2015 -> Dünyanın tanınmış ekspertləri atu-nun qonağı olub Tibb Universitetində elmi-praktik konfrans
tebib qezeti 2015 -> Əliağa Əlizadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans
tebib qezeti 2015 -> “heydəR ƏLİyev və azərbaycan nitq məDƏNİYYƏTİ” Kİtabinin
tebib qezeti 2015 -> Atu-da ana və uşaq sağlamlığına dair seminar keçirildi Azərbaycan Tibb Universitetində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın
tebib qezeti 2015 -> Tibb Universitetində daha iki xəstəyə böyrək köçürüldü


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə