Qaraqoyunlular



Yüklə 140,77 Kb.
səhifə5/10
tarix01.01.2022
ölçüsü140,77 Kb.
#50783
1   2   3   4   5   6   7   8   9   10
Qaraqoyunlular

İmperiya dovrü

Qara Yusif (1390–1420)

Əsas məqalələr: Qara Yusif və Pirbudaq

Qara Yusif döyüşdə. 1412-ci il Kür sahili döyüşü, rəsm əsəri. Azərbaycan Milli Tarix Muzeyi

Qara Məhəmmədin ölümündən sonra Qara Yusif 1390-cı ildə Qara Pir Həsən bəyi öldürərək hakimiyyətə gəldi. Qara Yusif 20 il Qaraqoyunlu xanədanlığına hökmdarlıq etdi. Həsən bəy Rumlu onun haqqında yazırdı:"Qara Yusif ibn Qara Məhəmməd son dərəcə cəsur, mərd və güclü olmuşdur. Belə ki, Əmir Teymurla dəfələrlə vuruşmuşdu və Sultan Əhməd Cəlairlə birgə Ruma, oradan isə Şama getdi."

Qara Məhəmməd Təbrizi ələ keçirdikdən sonra Çalıq bəyi şəhərə hakim təyin ederək geri dönmüşdü.Lakin Qaraqoyunluların daxilində başlayan ara müharibələri şəhərin yenidən Cəlarilərin əlinə keçməsinə səbəb olmuşdu. Qara Yusif ziddiyyətləri aradan qaldırdıqdan sonra 1391-ci ildə Təbrizə yürüşə başladı və şəhər yenidən Qaraqoyunlu hakimiyyəti altına düşdü. Qara Yusif geri qayıtdıqdan sonra Cəlairi əmirlərindən Məhəmməd Siyahi şəhəri mühasirəyə alsa da müvəffəqiyyətsizliklə üzləşərək geri çəkildi.

1392-ci ildə Qara Pir Həsən bəyin oğlu Hüseyn bəy Qara Yusifə qarşı qiyam qaldırdı. Qara Yusif onu məğlub etdikdən sonra Təbrizə geri qayıtmağa məcbur oldu. Belə ki Qara Yusifin başının Hüseyn bəyə qarışmasından istifadə edən Mahmud Xalxali adlı bir əmir Təbrizi ələ keçirmişdi.İKinci dəfə Təbrizə yürüş edən Qara Yusif şəhəri asanlıqla ələ keçirdi.

Həmin ildə Azərbaycana 2-ci yürüşünə başlayan Əmir Teymur 1393-cü ildə Şimali İraqı və Bağdadı tutdu. Qara Yusif və Sultan Əhməd Əmir Teymura qarşı sülh müqaviləsi imzaladılar və birləşərək 1394-cü ildə Bağdada Teymurun üzərinə hücüma keçdilər. Bağdad yaxınlığında baş vermiş döyüşdə Əmir Teymur qalib gəldi. Qara Yusiflə Sultan Əhməd geri çəkildilər. Avnik qalasına üz tutan Əmir Teymur Qara Yusifin qardaşı Misir xocanı da məğlub edərək əsir götürdü.[59][60][61] Avniki sərkərdələrindən Atlamış bəyə verərək Toxtamışın üzərinə yollandı.Lakin Qara Yusifi ələ keçirə bilmədi.

Əmir Teymurun geri dönməsindən istifadə eden Qara Yusif 1395-ci ildə Ərcişi geri aldı. Avnikə hücuma keçərək Atlamışı əsir götürdü. 1399-cu Əmir Teymurun yürüşü Qara Yusifi yenidən geri çəkilməyə məcbur etdi. Sultan Əhməd Cəlairdə həmin ildə Qara Yusifin yanına - Mosula çəkildi. 1400-cü ildə müttəfiqlər İraqdan, Məmlüklərə sığınmaq üçün Suriyaya yola düşdülər. Lakin Suriya hakimi Dəmirtaş onların yollarını kəsərək Məmlük torpaqlarına daxil olmağa icazə vermədi. Bu isə tərəflər arasında döyüşə gətirib çıxardı. Baş vermiş döyüşdə Dəmirtaş darmadağın edildi və böyük Məmlük sərkərdələri müttəfiqlər tərəfindən məğlub edildilər.

Bu hadisədən sonra Qara Yusif və Sultan Əhməd Misirə getməyin faydasız olduğunu başa düşərək Osmanlı sultanına sığınmağa qərar verdilər. İldırım Bəyazid onları qəbul edərək sığınacaq verdi. Sultan Bəyazidin Qara Yusiflə, Sultan Əhmədə sığınacaq verməsi osnzuda yaxşı vəziyyətdə olmayan Teymuri-Osmanlı münasibətlərini pik həddinə çatdırmışdı. Əmir Teymur məktublarında müttəfiqlərin ya Osmanlı xanədanlığından kənarlaşdırıllmasını ya da özünə təhvil verilməsini tələb edirdi.Lakin İldırım Bəyazid bunu qəbul etmədi.



Əzəmətli noyon Bayazid xan bahadır!.. Qoy bizim aramızda elçi və kəlməçilər get-gəli başlasın Sultan Əhməd Cəlairi ilə Qara Yusifin arası yaxşıdır hərçənd ki, Sultan Əhməd tərəfdən üç-dörd nəfər o ölkələrdə hakimiyyət etmişlər, amma Qara Yusif yolkəsən quldurdur. Bizim dostluğumuzun və sülhün davamı üçün: gərək o cənab Qara Yusifi öz yanında saxlamayıb, ya bizim tərəfə yollasın, ya da vilayətdən çıxarsın

Əmir Teymurun İldırım Bəyazidə məktubundan.

Qara Yusif Ankara döyüşündən əvvəl Osmanlı torpaqlarını tərk edərək Suriyaya getdi. Orada Məmlük sultanı Fərəc Qara Yusifi həps etdirdi. Əmir Teymurun ölümündən sonra Məmlüklərin Suriya valisi Şeyx əl-Mahmudi Qara Yusifi azad etdi. Hətta tərəflər arasında Məmlük sutanını devirmək haqqında müttəfiqlik müqaviləsi də bağlandı.1405-ci ildə birləşmiş qüvvələr Misir yürüşünə başladılar.Lakin məğlubiyyətə uğrayaraq geri çəkildilər. Belə olduqda Qara Yusif Suriyanı tərk etdi və Mardinə ordan da Mosula getdi. Ardınca Bitlisə yolan düşən Qara Yusif şəhər hakimi Şərəfoğlu Şəmsəddin tərəfindən yaxşı qarşılandı.

Əmir Teymurun ölümündən (1405) sonra Əbu Bəkr mirzə Qara Yusiflə vuruşmaq üçün Naxçıvana gəldi. 1406-cı ildə baş vermiş I Şənbi-Qazan döyüşü Qara Yusifin üstünlüyü ilə sona çatdı və Əbu Bəkr Sultaniyyəyə qaçdı. Qara Yusif irəliləyərək Təbrizə daxil oldu. 1408-ci ilin 21 aprelində Təbriz yaxınlığındakı Sərdrud düzündə Teymuri Miranşah üzərində 2-ci qələbə qazanıldı və bununla da Teymurilərin Azərbaycandakı hakimiyyətlərinə son qoyuldu.

1409-cu ildə Mardin Artuqlu hökmdarı Məlik Saleh Qara Yuluq Osman bəyə qarşı Qara Yusifdən kömək istədi. Qara Yusif Osman bəyi məğlub edərək Mardini tutdu. Şəhərə öz sərkərdələrindən birini hakim təyin edərək, 1409-cu ildə Artuqlu hakimiyyətinə tamamilə son qoydu. Bundan sonra yaylağa - Aladağa getdi.

Qara Yusifın Azərbaycanın cənub torpaqlarında getdikcə möhkəmlənməsi Bağdad hökmdarı Sultan Əhməd Cəlayirini narahat edirdi. 1409-cu ilin 18 dekabrında Sultan Əhmədin elçisi Təbrizə gəlmiş və Həmədan yaylağının ona verilməsini Qara Yusifdən tələb etmişdi. Qara Yusif bu tələbi rədd edərək elçini geri qaytarmışdı.Bunu bəhanə edən Sultan Əhməd Bağdadda Qara Yusifin üzərinə hücum etmək üçün hazırlıq gördü. 1410-cu ilin 30 avqustunda Təbriz yaxınlığındakı Əsəd kəndi yaxınlığında baş vermiş döyüşdə Qara Yusif keçmiş müttəfiqinin üzərində qələbə çalaraq İraqı da Qaraqoyunlu dövlətinə birləşdirdi.Bu döyüşdə Şirvanşah İbrahimin oğlu Kəyumərsin başçılığı ilə müəyyən qədər Şirvan qoşunu da Sultan Əhmədə dəstək vermişdi.

Qara Yusif şah nəslindən gəlmədiyi üçün adətlərə görə taxta çıxa bilməzdi. Ancaq Qara Yusif əvvəlcədən Pirbudağı Sultan Əhmədə oğulluğa verdiyi üçün Pirbudaq uşaq yaşında hakimiyyətə gəlir , ali hakimiyyət isə atasında qaldı. Lakin Pirbudaq çox yaşamadı, 1413-cü ilin noyabr ölmdü. Bu hadisədən bir ay sonra Qara Yusif xütbəni öz adına oxutdurub, Qaraqoyunlu səltənət taxtına əyləşmişdi.

Əziz oğlum Cahanşahı Sultaniyyəni mühafizə etmək üçün yolladım, sədaqətli oğlum Əmir Şahməhəmməd bahadırı İsgəndər bahadırlarla birgə bir mənzil məsafəlik qarovuliyə göndərdim. Özüm isə 50 minə qədər süvari ilə Təbriz yaxınlığında cəm olub, Ucan yaylağına tərəf getməkdəyəm, Dilavəar oğlum Qara İsgəndər 20 min süvari ilə arxa tərəfdən pusquda dayanmışdır. Başqa məsələlər barədə qasid məlumat verər.

Qara Yusifin Osmanlı sultanı I Məhəmmədə məktubu.

Qara Yusifin Sultan Əhmədi ağır məğlubiyyətə uğradaraq öz mövqeyini daha da möhkəmləndirməsi Şirvanşah İbrahimi xeyli narahat etdi. Buna görə də, o, Şəki hakimi Seydi Əhməd və Gürcü çarı Konstantin ilə ittifaq yaradaraq Qara Yusifə qarşı döyüşə hazırlaşmışdı. Qara Yusif bu hadisədən xəbər tutdu və 1412-ci ilin 17 noyabrında Qarabağa gəldi. O, buradan I İbrahimə elçi gondərərək, ona barışıq təklif etdi. Qara Yusifin bu təklifi Şeyx İbrahim və müttəfiqləri tərəfindən qəbul olunmadı. Bu cavabdan Qəzəblənmiş Qara Yusif 1412-ci ilin 19 dekabrında Kür çayını keçərək, və Şeyx İbrahimi və müttəfiqlərini darmadağın etdi.]Şirvanşah I İbrahim, onun yeddi oğlu, qardaşı, məsləhətçiləri və Kaxetiya çarı Konstantin əsir alındı. Qara Yusif İbrahimdən 1200 İraq tüməni bac tələb etdi. Şirvanşahın Təbrizdəki tərəfdarları bu məbləğdə mal toplayıb verdilər. Qara Yusif I İbrahimi azad etdikdən sonra, o, 1413-cü ilin aprelində Şirvana qayıtdı. Qara Yusifin qoşunu Şirvanı tərk etdi. I İbrahim Şiravanı Qara Yusifdən asılı vəziyyətdə idarə etməyə başladı.

1417-ci ildə Şirvanda I İbrahimin ölümündən sonra onun yerinə hakimiyyətə oğlu - I Xəlilullah keçdi. I Xəlilulllah Qaraqoyunlu hakimiyyətini tanımadı və Teymuri Sultan Şahruxla ittifaqa girdi. 1420-ci ildə yaxın adamlarından Sadıq bəy adlı bir nəfəri məktubla Azərbaycana göndərərək Qaraqoyunlu hökmdarını itaətə çağırdı. Şahruxun elçisi rədd cavabı alaraq geri qaytarıldı. Həsən bəy Rumlu yazır:





Qara Yusifin yanına Təbrizə göndərilən elçi qayıdaraq [Şahruxa] bildirmişdi ki, Qara Yusif orada özsünü müstəqil şah sayır, ətraf yerlərin bütün hakim və sərdarları ona tabedir. Şahruxun şövkəti və qoşununun qələbələrindən qorxmayan Qara Yusifin çoxlu döyüşçü dəstələri vardır.



Bu cavabı bəhanə edən Sultan Şahrux qoşun yığaraq Azərbaycana hücuma başlamadı.Sultan Şahruxu qarşılamaq üçün yola çıxan Qara Yusif yolda - Ucanda 13 noyabr 1420-ci ildə vəfat etdi. Qara Yusif Ərcişdə atasının və babasının yanında dəfn edildi. Ancaq bu gün türbəsinin yeri belə bəlli deyil.


Yüklə 140,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin