Qarişqa möCÜZƏSİ harun yəhya



Yüklə 0.58 Mb.
səhifə1/10
tarix29.05.2017
ölçüsü0.58 Mb.
  1   2   3   4   5   6   7   8   9   10
QARIŞQA MÖCÜZƏSİ

HARUN YƏHYA

OXUCUYA
Bu kitabda və digər çalışmalarımızda təkamül nəzəriyyəsinin özünü doğrultmamasına və puç olmasına aid fikirlərə geniş yer ayırmağımızın əsas səbəbi adıçəkilən nəzəriyyənin əslində din əleyhinə düşüncə və təlimlərdən ibarət olmasıdır. Yaradılışı və bilavasitə Allahın varlığını inkar edən darvinizm 140 ildir ki, bir çox insanların öz imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olur. Buna görə də bu nəzəriyyənin aldadıcı oldu­ğu­nu sübuta yetirmək və diqqətə çatdırmaq çox mühüm imani vəzifədir. Bunu insanlara çatdırmaq isə daha vacibdir.

Bəzi oxucularımızın bəlkə də təkcə bir kitabımızı oxu­mağa fürsəti olacaq. Buna görə də hər bir kitabımızda bu mövzu­ya qısa da olsa yer ayırmağı məqsədəuyğun bilirik.

Nəzərə çatdırılması lazım olan digər bir məsələ də bu ki­tabların içindəkilərlə əlaqədardır. Yazıçının bütün kitabların­da imani mövzular Quran ayələri işığında izah olunur, insanlar Allahın ayələrini öyrənməyə və onlara uyğun yaşamağa dəvət edi­lir­lər. Allahın ayələri ilə bağlı bütün məsələlər isə oxucunun şü­urunda heç bir şübhə və ya sual yaratmayacaq şəkildə açıqlanır.

Bu izahatda istifadə edilən səmimi, sadə və axıcı üslub ki­tabların 7 yaşdan 70 yaşa qədər hər kəs tərəfindən rahat başa dü­şülməsini təmin edir. Belə təsirli və dəlil-sübutlu izahat sayəsində kitablar birnəfəsə oxunur. Hətta dini rədd etmək fikrində qəti olanlar da bu kitablarda göstərilən həqiqətlərdən təsirlənir və deyilənlərin doğruluğunu inkar edə bilmir. Bu kitabı və müəllifin digər əsərlərini həm təklikdə, həm də qarşılıqlı söhbət, po­lemika şəraitində rahat oxumaq mümkündür. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun onları birlikdə oxuması mövzu ilə bağlı fikir və təcrübəsini də bir-biri ilə bölüşməsi səbəbindən yararlı olacaq.

Bununla belə sadəcə olaraq Allah rizası üçün yazılan bu ki­tabların tanınmasına və oxunmasına kömək etmək də böyük xidmət­dir. Çünki müəllifin bütün kitablarında oxucuya müsbət təsir ba­ğışlayan məsələləri sübut etmək üsulu çox güclüdür. Həmçinin dini izah etmək istəyənlərin əlindəki ən təsirli üsullardan biri də bu kitabları hamının oxumasını təşviq etmək, buna çalışmaq­dır.

Müəllifin digər əsərlərinin üz qabığının şəkillərinin kitabların son hissəsinə əlavə edilməsinin də mühüm səbəblə­ri var. Kitabı əlinə alan hər bir adam yuxarıda qeyd etdiyimiz xü­su­siyyətləri özündə toplayan və oxumaqdan xoşlandığını ümid etdi­yi­miz bu kitabla eyni xüsusiyyətlərə malik olan çoxlu əsərlərin ol­du­ğunu görəcək. Eyni zamanda həm dini, həm də siyasi mövzularda is­ti­fadə edəcəyi mənbələrin mövcudluğuna şahid olacaq.

Başqa kitablarda rast gəldiyimiz şəxsi fikirlərə, müəllif qənaətlərinə, şübhəli mənbələrə əsaslanan izahlara, müqəddəslərə qarşı lazım olan ədəb və hörmətə diqqət yetirməyən üslublara, ümidsizliyə aparan şübhəli yazılara və digər çatışmazlıqlara bu əsərlərdə rast gələ bilməzsiniz.




Çevirən:

Vüsal Məmmədov

MÜƏLLİF VƏ ONUN ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya imzasından istifadə edən müəllif 1956-cı ildə Ankarada anadan olub. Orta məktəbi Ankarada oxuyub. Sonra İstanbulda Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində və İstanbul Universitetinin fəlsəfə bölümündə təhsil alıb. 80-ci illərdən bu günə qədər imani, elmi və siyasi mövzularda xeyli əsər yazıb. Bununla yanaşı müəllifin təkamülçülərin (darvinistlərin) saxtakarlığını, onların iddialarının heç bir elmi həqiqətə əsaslanmadığını göstərən, habelə darvinizmin qanlı ideologiyalarla şüb­hə­li əlaqələrini üzə çıxaran bir çox mühüm əsərləri var.

Müəllifin bu imzası inkarçı düşüncəyə qarşı mü­ba­rizə aparan iki peyğəmbərin xatirəsinə hörmət əlaməti ola­raq seçilib: onları yad etmək məqsədilə Harun və Yəhya ad­la­rından istifadə edilib. Rəsulullahın möhürünün müəllif tə­rəfindən kitabların üz qabığına vurulmasının simvolik mənası isə onların içindəkilərlə bağlıdır. Bu möhür Qurani-Kərimin Allahın sonuncu Kitabı və sonuncu sözü, Pey­ğəmbərimizin isə peyğəmbərlərin sonuncusu olmasının rəm­­zidir. Müəllif bütün yazılarında Quranı və Rəsululla­hın sünnəsini rəhbər tutur. Bununla da inkarçı düşüncə sis­temlərinin bütün əsas iddialarını bir-bir puça çıxarma­ğı və dinə qarşı yönələn etirazları tamamilə susduracaq sonun­cu sözü söyləməyi hədəf seçir. Çox böyük hikmət və kamal sa­hibi olan Rəsulullahın möhürü bu sonuncu sözü söyləmək niy­yətinə bir dua kimi istifadə edilib.

Müəllifin əsərlərindəki əsas məqsəd Quranı bütün dün­yada təbliğ etmək, bununla insanları Allahın varlığı, bir­liyi və axirət kimi əsas iman məsələləri barədə dərindən düşünməyə sövq etmək, inkarçı sistemlərin çürük əsasları­nı və batil tətbiqatlarını hər kəsə göstərməkdir.

Harun Yəhyanın əsərləri Hindistandan ABŞ-a, Böyük Bri­taniyadan İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya, İs­paniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bol­qarıstana və MDB ölkələrinə qədər dünyanın əksər ölkələ­rində maraqla qarşılanır və birnəfəsə oxunur. İngilis, fran­sız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnak, uyğur, İndoneziya, malay, benqal, bolqar, yapon, Çin, Azərbaycan kimi dillərə tərcümə edilən bu əsərlər geniş oxucu kütləsi tərəfindən maraqla izlənir.

Dünyanın dörd bir tərəfində böyük rezonans doğuran bu diqqətəlayiq əsərlər insanların çoxunun iman gətirməsinə, əksər adamların da öz imanını kamilləşdirməsinə səbəb olur. Bu kitabları oxuyan və incələyən hər kəs onlardakı hik­məti, habelə yığcam, dolğun, asan başa düşülən səmimi üs­lu­bu, həyati həqiqətlərin elmi-məntiqi izahını dərhal gö­rür. Bu əsərlər hər bir kəsə tez bir zamanda təsir etmək, tam nə­ticə vermək, etirazlara yer qoymamaq və dəlillərin elmiliyi kimi xüsusiyyətlərə malikdir. Bu əsərləri oxuyan və onların üzərində ciddi düşünən adamların materialist fəlsəfəni, ateizmi, başqa batil fikir və fəlsəfələri müdafiə et­məsi daha əsla mümkün deyil. Bəziləri müdafiə etsələr be­lə bunu yalnız inadkarlıq üzündən edəcəklər, çünki onların fi­kirlərinin əsasları çürükdür.

Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhyanın külliyyatında elmi düşüncə nöqteyi-nəzərindən məğlub edi­liblər. Şübhə yoxdur ki, bu xüsusiyyətlər Quranın hikmətindən və onun ifadə etdiyi fikirlərin gözəlliklərindən qaynaqlanır.

Müəllifin özü isə bu əsərlərinə görə lovğalanmır, ək­sinə, Allahın hidayətinə vasitəçi olmağa niyyət edir. Bundan başqa bu əsərlər nəşr edilərkən heç bir maddi qazanc gü­dülmür.

Bu həqiqətlər nəzərə alınmalıdır. O zaman məlum olar ki, insanları onlara görmədiyini görməkdə kömək edən, on­ların hidayətə gəlməsinə səbəb olan belə əsərlərin oxunma­sına həvəsləndirməyin özü də çox mühüm xidmətdir. Bu də­yər­li əsərləri tanıtmaq əvəzinə insanların zehnini qarışdı­ran, fikirlərinin qarışmasına səbəb olan, şübhə və tərəd­düdləri aradan qaldırmağa, imanı xilas etməyə bir təsiri ol­madığı təcrübədən keçirilən kitabları yaymaq yalnız və yal­nız əmək və vaxt itkisi demək olacaq. İmanı xilas etməkdən daha çox müəllifin ədəbi gücünü göstərməyə yönəlmiş ki­tablarda bu təsirin olmayacağı aydındır. Bu mövzu ilə bağ­lı şübhəsi olanlar varsa, onlar Harun Yəhyanın əsərlərinin ye­ganə məqsədinin dinsizliyi aradan qaldırmaqdan və Quran əx­laqını yaymaqdan ibarət olduğunu, bu xidmətdəki təsir gü­cü­nün, müvəffəqiyyət və səmimiyyətin aydın göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilər. Bunu qəti şəkildə yə­qin­ləşdirmək və anlamaq lazımdır ki, dünyadakı zülm və iğ­ti­şaşların, müsəlmanların çəkdiyi əziyyətlərin əsas səbəbi din­sizliyin ideya hakimiyyətidir.

Bunlardan qurtulmağın yolu isə dinsizliyin ideya cə­hət­dən məğlub edilməsi, imani həqiqətlərin ortaya çıxarılma­sı və Quran əxlaqının insanların dərk edib mənimsəyə bi­ləcəyi şəkildə çatdırılmasıdır. Dünyanı hər gün daha çox zülmə, iğtişaş və fəsadlara məruz qoymaq istəyənlərin niy­yətini nəzərə alsaq bəlli olar ki, bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə yerinə yetirilməsi çox va­cib­dir. Əks təqdirdə çox gec ola bilər. Bu əhəmiyyətli xidmət­də çox böyük bir vəzifəni öz üzərinə götürmüş Harun Yəh­ya­nın külliyyatı Allahın icazəsi ilə XXI əsrdə insanları Quranda bildirilən əmin-amanlığa və barışa, doğruluq və əda­lətə, gözəllik və xoşbəxtliyə aparmaqda bir vasitə ola­caq.




İÇİNDƏKİLƏR

ÖN SÖZ
GİRİŞ


SOSİAL HƏYAT
TOPLUMDA ÜNSİYYƏT
QARIŞQA NÖVLƏRİ
ORTAQ YAŞAM
MÜDAFİƏ VƏ SAVAŞ TAKTİKASI
QİDALANMA VƏ OV
SONUC

ÖN SÖZ

Bu kitabda sizə çox yaxından tanıdığınız, hər zaman hər yerdə rastlaşdığınız, fəqət diqqətinizi o qədər də çəkməyən, bacarıqlı, toplumsal (sosial) və ağıllı bir məxluqu - qarışqanı anladacağıq. Yaşamımıza demək olar ki, heç vaxt ciddi təsir göstərməyən bu millimetrlik varlıqların möcüzə dolu həyatlarını incələyəcəyik.

İş texnologiyası, kollektiv çalışma, hərbi strategiya, son dərəcə inkişaf etmiş ünsiyyət şəbəkəsi, rasional ierarxiya, qüsursuz planlaşdırma... insanların heç də həmişə yetərincə başarılı olmadıqları bütün bu işləri qarışqalar əla bacarırlar. Güclü rəqiblərə qalib gələn, ağır təbii şəraitlərə dözən bu canlılara baxanda, hamısının eynilə bir-birinin tayı olduğunu düşünürsən. Gerçəkdə isə qarışqaların minlərcə növləri var və bu növlərdən də hər biri fərqli özəlliklərə sahibdirlər. İnanırıq ki, dünyada ən çoxsaylı canlılardan olan qarışqaların yuxarıda sadaladığımız özəllikləri bəşəriyyətə hələ çox maraqlı, yepyeni üfüqlər aça bilər. Bu kitab qarışqaların çox maraqlı və heyrətamiz dünyasını kəşf etməyinizə yardımçı olacaq.

Bəzi araşdırmalara görə, arxeoloji qazıntılar zamanı aşkarlanmış, ən qədiminin təxminən 80 milyon il yaşı olan qarışqa qalıqlarıyla bu günkü qarışqaların arasında heç bir fərq yoxdur. Bu maraqlı qarışqa dünyasını incələyərkən, hazırda ən azı 8800 növü olan qarışqaların o kiçik bədənlərilə nələri bacardıqlarını görəcəyik (Yeri gəlmişkən, təkcə Qafqazda qarışqanın 160, Azərbaycanda isə 90-dan çox növü var). Həmin dünyanın mükəmməl sistemi bizdə heyrət doğuracaq, düşünmək, araşdırmaq həvəsimizi və ehtiyacımızı artıracaq. Eyni zamanda təkamül nəzəriyyəsinin yanlış oldğunu görüb, Allahın hər şeyi qüsursuz yaratdığına birlikdə şahid olacağıq ki, bu da son dərəcə önəmli bir işdir. Çünki Quranda təbiətə baxaraq düşünən və gördüklərindən nəticə çıxarıb, Allahın böyüklüyünü dərk edən İnsanın obrazı təriflənib və həmin obraz bütün mömin insanlara örnək göstərilib. Gəlin, biz də bu insanlardan olaq. Aşağıdakı ayələr bu məsələni tam olaraq aydınlaşdırır:

“Həqiqətən, göylərin və yerin yaradılması, gecəylə gündüzün bir-birini əvəz etməsi [bir-birinin ardınca gəlib-getməsi] ağıl sahibləri üçün [Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən] qəti dəlillərdir. O kəslər ki, ayaq üstdə olanda da, oturanda da Allahı xatırladar, göylərin və yerin yaradılması haqqında düşünər [və deyərlər]: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından özün qoru!” («Ali-İmran» surəsi, / 190-191).

Bu kitabın da oxuyanları daha dərin düşünməyə sövq etməsini və onları yaradan Allahın üstün gücünə, bənzərsiz yaratmaq qabiliyyətinə heyran olmalarına yardım etməsini arzulayırıq.



GİRİŞ
Yer üzündə ən çoxsaylı canlılar qarışqalardır. Yeni doğulan hər 40 insanın qarşılığında dünyaya 700 milyon qarışqa gəlir. Və bu canlılar haqqında öyrənə biləcəyimiz hələ xeyli şeylər var.

Həşərat növlərinin ən toplumsalı (“sosial”ı) olan qarışqalar son dərəcə gözəl təşkilatlanmış bir qaydayla, “kaloniyalar” adlandırılan qruplar halında yaşayırlar. Onların təşkilatlanmaq qabiliyyəti o dərəcə inkişaf edib ki, bu baxımdan isanları da xeyli geridə qoyublar. Qarışqalar azuqə yığıb, ehtiyat tutanda balaları yuvalarını qoruyur və ehtiyac olanda düşmənlə də savaşırlar. Hətta nəsil artırmaq, digərlərinə qulluq etmək üçün xüsusi “kaloniya”lar da var. Aralarında çox güclü ünsiyyət şəbəkəsi mövcud olan bu heyvanlar sosial təşkilatlanma və məharət baxımından bütün canlılardan müqayisə olunmayacaq dərəcədə üstündürlər.

Bu gün bizim cəmiyyətlərdə sosial təşkilatlanmanı qorumaq, sosial-iqtisadi problemləri çözmək üçün xüsusi “düşüncə qrupları”nda (think-tankler) üstün zəkası və dərin savadı olan insanlar gecə-gündüz çalışır, planlar qururlar. Əsrlərdir ki, ideoloqlar sosial-siyasi modellər üzərində baş sındırırlar. Amma bu qədər zəhmətə rəğmən, hələ də ideal bir sosial-iqtisadi model qurulmayıb. İnsanlar cəmiyyət daxilində daim bir-birlərilə rəqabət apardıqlarından və şəxsi mənfəətlərini güddüklərindən, qüsursuz sosial-iqtisadi model yəqin ki, heç vaxt qurulmayacaq da. Amma qarışqalar milyonlarla il öncə özləri üçün belə bir mükəmməl model qurublar və onu indiyə qədər problemsiz yaşadırlar. Yaxşı, bəs bu millimetrlik canlılar onu necə bacarırlar? Bu, mütləq cavablanması gərəkən bir sualdır.

Bu suala cavab verməyə çalışan təkamülçü bioloqlar qarışqaların 80 milyon il öncə “Tirhiidae” adlanan vəhşi arı növündən törədiyini, 65-40 milyon il öncə qəfildən “öz iradələrilə” sosiallaşmağa başladıqlarını və həşəratların təkamülünün ən üst mərtəbəsinə çatdıqlarını deyirlər. Amma əsas məsələni - bu sosiallaşmanın səbəblərini və gedişini heç cür açıqlaya bilmirlər. Çünki bu nəzəriyyəyə görə, təkamülün təməl mexanizmi canlıların yaşamaq uğrunda mübarizə aparmasını gərəkdirir. Buna görə də hər bir növ və o növlərin daxilindəki hər bir fərd yalnız özünü və öz balalarını düşünür (Onların balalarını niyə və necə düşünməyə başlamaları sualı da təkmül nəzariyyəsini dalana dirəyir, amma hələ ki, bu məsələyə toxunmuruq). Necə olur ki, belə bir “təkmül qanunu” mərkəzində fədakarlığın durduğu bir sosial sistem yaradır? Bu sual, təbii ki, cavabsızdır.

Cavabsız suallar isə qətiyyən bunlarla bitmir. Bir milyon dənəsinin sinir hüceyrələrinin toplam ağırlığı vur-tut 20 qram olan bu canlılar “qəfildən” bir yerə yığışıb, sosiallaşma haqqında qərar qəbul edə bilərdilərmi? Və ya, belə bir qərarı qəbul edəndən sonra həmin sosiallaşmanın qanun-qaydalarını müəyyənləşdirməyi bacararlarmı? Lap tutaq ki, bacardılar, hamısı həmin yeni sistemi etirazsız qəbul edərmi? Və onlar bütün bu mümkünsüz işləri görəndən sonra milyonlarca üzvü olan “kaloniya”lar qurub, mükəmməl sosial quruluşlarını yaşatmağı bacararlarmı? Bu mücadilə içində ierarxik quruluş, “kasta sistemi” necə formalaşıb? Hər şeydən əvvəl, bu sualın cavablandırılması gərəkdir: ana qarışqayla (“kraliça”) işçi qarışqalar fərqi necə ortaya çıxıb? Bu yerdə təkamülçülər durub deyəcəkdilər ki, işçilərin arasında bir qrup çalışmaqdan əl çəkib və uzun müddət ərzində genetik dəyişikliklərə uğrayaraq, işçi qarışqalardan fərqli bir fiziologiyaya sahib olublar. Ancaq maraqlıdır: bütün bu proses zamanı onları kim bəsləyib? Axı ana (“kraliça”) qarışqalar qida aramırlar, işçilərinin gətirdiyi azuqəylə dolanırlar. Və yaxud, lap tutaq ki, bəzi işçilər “krallıq” iddiasına düşüblərmiş, bəs bu ierarxiya digərləri tərəfindən necə və niyə qəbul olunub? Nəyə görə onlar bu “kraliça”nı bəsləməyə razı olublar? Axı təkamül nəzəriyyəsinə görə, “yaşamaq uğrunda mübarizə”nin gedişində onlar ancaq özlərini düşünməliydilər?..

Bütün həşəratlar həyatlarının böyük qismini qida aramaqla keçirirlər. Yemək tapır, yeyir, sonra isə yenidən acır və yenidən axtarırlar... Bir də, təhlükələrdən qaçırlar. Əgər təkamül təlimini qəbul etsək, onda belə çıxır ki, qarışqalar da milyon illər öncə bu cür “fərdi qaydada” yaşayıblar, sonra isə bir gün sosiallaşmağa qərar verib, kaloniyalarda birləşiblər. Aralarında ortaq bir ünsiyyət şəbəkəsi yox ikən (təkamül təliminə görə, ünsiyyət sosiallaşmanın nəticəsidir, əksinə yox) qarışqalar bu sosial düzəni qurmağa necə, hansı yollarla qərar verə bilərdilər? Bəs bu sosiallaşma üçün gərəkli olan genetik fərqləri ortaya çıxarmaları necə mümkün olub? Bu və bunun kimi başqa sualların heç bir cavabı yoxdur.

Bütün bunlar bizi tək bir nöqtəyə gətirir: milyonlarla il öncə günlərin bir günü qarışqaların sosiallaşmaq haqında qərar qəbul etdiklərini iddia etmək ağlın və məntiqin təməl qanunlarını tapdalamaq deməkdir. Sualların yeganə düzgün cavabı isə belədir: detallarını kitabın irəlidəki bölümlərində görəcəyimiz sosial düzən qarışqalarla birgə yaradılıb və Yer üzündəki ilk qarışqa koliniyasından bu günə qədər də dəyişməyib!

Quranda qarışqalarınkına bənzər sosial düzənə sahib olan arılardan söz açılarkən, bu sistemin onlara “təlqin edilməsi” bu cür xəbər verilir:

“Rəbbin bal arasına belə vəhy [təlqin] etdi: “Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə [evlərin damında, üzümlüklərdə] özünə yuva tik; Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat, asanlıqla get!” O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli [ağ, sarı, qırmızı] bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!” («Nəhl» surəsi, 68-69).

Ayədə bal arılarının bütün işləri Allahın etdiyi təlqinlə gördükləri bildirilir. Yəni həmin heyvanların qurduqları bütün evlər (yəni yuvalar) və bu yuvalardakı sosial düzən, bal yapmaq üçün gördükləri bütün işlər Allahın təlqiniylə gerçəkləşdirilir.

Qarışqalara diqqət yetirəndə görürük ki, onlardakı durum da bundan fərqli deyil. Onlar da tamamilə Allahın təlqin etdiyi sosial düzənə tabedirlər. Və buna görə də hər qarışqa növü öz boynuna qoyulan vəzifəni əksiksiz yerinə yetirir.

Əslində, təbiətin qanunu da budur; təbitdə təkamülçülərin dediyi kimi, təsadüfi və xaotik bir “yaşamaq uğrunda mübarizə” yoxdur, heç vaxt da olmayıb. Əksinə, bütün canlılar özləri üçün ayrılan ruzini yeyir və Allahın qoyduğu vəzifəni yerinə yetirirlər. Çünki Quranda da xəbər verildiyi kimi: “[Yer üzündə] elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın” və “Şübhəsiz ki, ruzi verən də, yenilməz qüdrət sahibi olan da Allahdır” («Zariyat» surəsi, / 48).



SOSİAL HƏYAT
Qarışqaların koloniyalar halında yaşadıqlarından və aralarında mükəmməl bir əmək bölgüsü sisteminin mövcud olduğundan artıq bəhs etmişik. Bu sistemi daha yaxından incələyəndə qarışqaların son dərəcə təkmil “cəmiyyət quruluşu”na sahib olduqlarını görəcəyik. Bundan əlavə, onların bir çox cəhətdən fədakar varlıqlar olduqları da diqqətimizi çəkəcək.

Uzun illər qarışqalar üzərində araşdırmalar aparmış elm adamları onların nizamlı sosial davranışlarını hələ də şərh edə bilməyiblər. Washington Carnegie İnstitutunun başqanı Dr. Caryl P. Haskinsin (Keril Haskins) bunula bağlı etirafı diqqət çəkir:

- 60 illik araşdırma və çalışmalardan sonra hələ də qarışqaların təkmil sosial davranışlarına təəccüb edirəm. Onlar qoxu və hərəkətlərinin dililə bağlı qarışıq, fəqət özlərinin çox asan anlaya bildikləri bir sistem qurublar. Qarışqalar bizim heyvanların davranışını öyrənə bilməyimiz üçün gözəl bir modeldir.1

Bəzi qarışqa koloniyaları fərdlərin sayı və yaşama arealı baxımından o qədər genişdirlər ki, onların həmin böyük ərazidə qüsursuz sistem qura bilmələri heç cür izaha gəlmir. Buna görə də Dr. Naskins-i haqlı saymamaq mümkün deyil. Həmin geniş koloniyalara bir örnək olaraq Afrika sahillərində yaşayan Formica Üesensis adlı qarışqa növünü göstərə bilərik. Bu qarışqa koloniyası 2,7 km2-lik ərazidə, bir-birilə bağlı 45 min yuvada yaşayır. Təxminən 1.080.000 kraliça və 306.000.000 işçisi olan bu koloniyaları araşdırmaçılar “super kolniya” adlandırırlar. Koloniya daxilində bütün istehsal vasitələrinin və azuqənin mükəmməl qaydayla işlədildiyi bəlli olub.2

Çox geniş bir əraziyə yayılmalarına rəğmən, qarışqaların heç bir qarışıqlıq çıxarmadan sistemli yaşamalarını açıqlamaq olduqca çətindir. Təsəvvür edin ki, bu gün hətta əhalisi az olan sivil bir ölkədə asayişi qorumaq və sosial əmin-amanlığı saxlaya bilmək üçün müxtəlif güc orqanlarında istifadə olunur. Həmin orqanların başında da mütləq onları yönəldən, idarə edən rəhbərlik durur. Amma bütün bunlara rəğmən, cəmiyyətdə sabitlik qurmaq demək olar ki, heç vaxt baş tutmur. Qarışqa toplumlarında isə nə polis, nə jandarm, nə də keşikçiyə ehtiyac var. İlk baxışda koloniyaların hakimiləri kimi görünən kraliçaların yeganə vəzifələrinin əslində nəsli davam etdirmək olduğunu nəzərə alsaq, qarışqaların heç liderləri, yönəldiciləri də yoxdur. Dolayısıyla, aralarında rəhbər-işçi münasibətlərinə dayanan ierarxiya da mövcud deyil. Yaxşı, bəs elə isə, bu sistemi qurub-yaşadan kimdir?

Kitabın qarşıdakı fəsillərində bu və buna bənzər sualların cavablarını birlikdə tapacağıq.


KASTA SİSTEMİ
İstisnasız olaraq, bütün qarışqa toplumlarında kasta (siniflərə bölünmə) sistemi mövcuddur. Bu sistem bir koloniya daxilində üç ana bölümdən meydana gəlir.

Birinci kastanın üzvləri artıb-çoxalmağı təmin edən kraliçalar və erkək fərdlərdir. Bir koloniyada birdən çox kraliça da ola bilər. Kraliçanın vəzifəsi dünyaya yeni qarışqalar gətirmək, beləliklə də, nəslin çoxalmasına xidmət etməkdir. O, vücud baxımından digər qarışqalardan daha iridir. Erkəklərin vəzifəsi isə yalnız kraliçanı dölləməkdir. Cütləşmə uçşundan sonra onların çoxu ölür.

İkinci kastanın üzvləri əsgərlərdir. Onların vəzifəsi koloniyanı qorumaq, yeni yaşam əraziləri tutmaq və ov etməkdir.

Üçüncü kasta isə işçi qarışqalardan ibarətdir. Onlar qısır dişi fərdlərdən ibarətdirlər. Bu qarışqalar ana qarışqaya və körpələrə qulluq edir, onları təmizləyir və bəsləyirlər. Koloniyanın digər işləri də onların boynundadır. Onlar yuvalar üçün yeni lağımlar, dəhlizlər qazır, yemək arayır və yuvanı davamlı olaraq təmizləyirlər.

İşçi və əsgər qarışqalar da öz aralarında kiçik bölümlərə ayrılırlar. Bunlar kölələr, oğrular, yetişdiricilər, inşaatçılar, toplayıcılar kimi qruplardan ibarətdir. Hər qrupun fərqli vəzifəsi var. Bir qrupun işi ancaq ya düşmənlərlə savaşmaq, ya da ov etməkdir, digər qrup yuva tikir, üçüncüsü isə yuvaya qulluq edir.

Qısası, qarışqa toplumlarında hər bir fərd üzərinə düşən vəzifəni əksiksiz olaraq yerinə yetirir. Heç biri mövqeyini və ya gördüyü işin xüsusiyyətini problemə çevirmədən, sadəcə, öz işini görür. Önəmli olan koloniyanın davamlılığıdır.

Bu sistemin necə yarandığını düşünəndə isə istər-istəməz yaradılış gerçəyinə varırıq. Səbəbini açıqlayaq: Əgər ortada qüsursuz bir düzən varsa, demək, mütləq onu planlayan bir ağıl da var. Məsələn, hər orduda nizam-intizam olur və həmin intizamı ordunu idarə edən zabitlər qururlar. Ordudakı fərdlərin təsadüfən yerlərinə keçərək özləri-özlərini sıraya düzdüklərini, təşkilatlandırdıqlarını, rütbələrə böldüklərinin və bu rütbələrə uyğun davrandıqlarını fərz etmək tamamilə məntiqsiz olardı. Üstəlik, ordudakı mövcud düzənin qüsursuz şəkildə davam etməsi üçün də zabitlər onu nəzarətdə saxlamalı, yeri gələndə işə müdaxilə etməlidirlər. Qarışqalarda da eynən ordu intizamına bənzər bir intizam var. Amma diqqəti çəkən odur ki, burada heç bir “zabit”, yəni düzənləyici, yönəldici yoxdur; qarışqa toplumundakı bütün kastalar vəzifələrini qüsursuz şəkildə yerinə yetirirlər, amma onları idarə edən bir “mərkəzi iradə” gözə görünmür. Deməli, bura qədər deyilənlərdən belə nəticə çıxır ki, bütün məsələ həmin “mərkəzi iradə”nin gözlə görünməməsindədir. Quranda “Rəbbin bal arasına vəhy etdi...” («Nəhl» surəsi,/ 68) ayəsində xəbər verilən təlqin, məhz bu gözlə görünməyən iradədir.

Bu iradə o dərəcədə müdhiş bir planlama gerçəkləşdirib ki, incələdikcə insanları heyran qoyur. Bu heyranlıq və çaşqınlıq araşdırmaçılar tərəfindən zaman-zaman çeşidli şəkillərdə ifadə edilib. Hətta bu qədər mükəmməl bir sistemin təsadüflər sonucunda meydana gəldiyini iddia etməkdən çəkinməyən təkamülçülər də onun əsasında dayanan davranışları izah etməkdə aciz qalıblar. Təkamülçü nəşrlərdən olan Elm və Texnika Jurnalında (ABŞ) yer alan bir məqalədə yazılanlar həmin acizliyi bir daha göz önünə sərir:

“Sual bundadır ki, canlılar niyə bir-birlərinə yardım edirlər... Darvinin nəzəriyyəsinə görə, hər canlı ancaq özünün yaşaması və nəslinin dava etməsi uğrunda mübarizə aparır. Başqalarına yardım etmək o canlının həmin amalıyla düz gəlmədiyinə görə, bu məsələyə aydınlıq gətirmək tələb olunurdu. Buna görə də canlıların fədakar ola biləcəkləri versiyası ortaya atılıb. Fədakar olmağın klassik izahı budur ki, növün və ya qrupun mənafeyini öz mənafeyindən üstün tutan fərdlərdən yaranan toplum təkamül prosesində eqoist fərdlərdən yaranan toplumlara nisbətən, daha başarılı olacaq. Ancaq bu nəzəriyyədəki qarınlıq məqam odur ki, fədakar toplumlar bu özəlliklərini necə və nəyin sayəsində qoruyacaqlar? Belə bir toplumda əgər fədakar olmaq istəməyən bircə eqoist fərd meydana çıxarsa, sonradan elələrinin sayı arta bilər axı.

Bir başqa qaranlıq məqam isə ondan ibarətdir ki, əgər təkamül prosesi toplum səviyyəsində gedirsə, onda həmin toplumun sərhədləri necə müəyyənləşməlidir - ailəmi, populyasiyamı, növmü, sinifmi? Eyni anda birdən çox səviyyədə təkamül olsa belə, bunun nəticələri toplananda sonuc nə olacaq?3

Görüldüyü kimi, canlılardakı fədakarlıq duyğusunu və bu duyğu əsasında gəlişən sosial sistemləri təkamül nəzəriyyəsilə izah etmək əsla mümkün deyil.




  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə