Qarşılıqlı əlaqənin sıxlığı və istiqaməti. Ranqli korrelsiya əmsalı



Yüklə 40,93 Kb.
səhifə1/3
tarix05.05.2023
ölçüsü40,93 Kb.
#108216
  1   2   3
korelldiya emsali


Qarşılıqlı əlaqənin sıxlığı və istiqaməti. Ranqli korrelsiya əmsalı
Elə əlaqə ölçüləri əlaqənin ranq əmsalları adlandırılır ki, onlar eyni obyektləri iki müxtəlif əsasla və ya iki müxtəlif əlamət üzrə ranjirlənməsinin uyğunluq dərəcəsini hesablamağa imkan versinlər. Biz dəfələrlə sosioloq üçün belə qəbildən olan əmsalların zəruriliyini əsaslandırmışdıq. Məsələn, yekun qiymətlər şkalasının qurulması zamanı başlanğıc şkalalar (mülahizələr) üzrə məlumatlar ilə yekun şkalası üzrə alınmış nəticələrin uyğunluğunun yoxlanması zərurəti yarandı.
Ranq korrelyasiyasının əmsalları çoxdur. Onların oxşarlığını və fərqini başa düşmək üçün əvvəlcə qoşulma cədvəllərindən və bizim məsələdən bir qədər uzaqlaşmaq lazımdır. Siz kitabın ranjirləmə prosedurasına həsr olunmuş fəslinə qayıtmalı olacaqsınız. Qeyd olunduğu kimi, belə prosedura sosioloqda həm ölçmə mərhələsində, həm də məlumatlar analizi mərhələsində baş verir.
Hər bir halda iki ranjirlənmiş cərgənin uyğunluğu dərəcəsini müəyyən etmək məsələsi meydana çıxır. Təsəvvür edək ki, obyektlərin eyni məcmusu üçün iki ranjirlənmiş cərgə alınmışdır. Məsələn, tələbələrin elə həmin gələcək peşələri üzrə. Deməli, peşələrin sayına uyğun olaraq bizim cəmi altı obyektimiz vardır. Qoy birinci cərgə təhsildən razılıq indeksinin azalma dərəcəsi üzrə alınmış olsun. İkinci cərgə isə ali məktəbi bitirdikdən sonra peşəyə uyğun işə düzəlməyə olan inamın indeksinin azalması dərəcəsinə görə alınmış olsun. Bundan sonra bu əlamətləri qısaca “razılıq” və “əminlik” adlandıracayıq.
Bu kontekstdə biz bu əlamətlərin qrup xarakteristikaları kimi hansı şəkildə ölçülməsi məsələsini müzakirə etməyəcəyik. Ancaq onu qeyd edək ki, onlar yekun qiymətlər şkalasının köməyi ilə və ya “Mühazirələrdə” nümunələri göstərilmiş qrup indeksləri kimi alına bilərdilər.
Bu iki əlamət üzrə ranjirlənmənin tam (maksimal) uyğunluğu halında “razılıq” və “əminlik” əlamətləri arasında sıx (güclü) əlaqənin olmasını fərz etmək təbiidir. Belə əlaqə həm düz (razılıq nə qədər çox olsa, əminlik bir o qədər çox olar) və tərsinə (razılıq nə qədər çox olsa əminlik o qədər az olar) ola bilər. Bundan belə çıxır ki, ranq korrelyasiya əmsalının qiymətlərinin -1 – dən +1 - ə kimi dəyişməsi məntiqidir. Aşağıda göstərilmiş bütün əmsallar bu xüsusiyyətə malikdirlər.
Bir neçə əmsaldan misal gətirək, sonra isə onların məzmunca mənasını izah edək.



Yüklə 40,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin