Qaydaları " nın və " Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları "



Yüklə 335,87 Kb.
Pdf görüntüsü
tarix13.04.2020
ölçüsü335,87 Kb.
#30826
növüQaydalar

Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının və 

Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi 



Qaydalarının təsdiq edilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 



 

“Bakıelektrikşəbəkə”  səhmdar  cəmiyyətini  idarə  etmək  hüququna  dair 

Müqavilə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-

ci  il  7  noyabr  tarixli,  597  nömrəli  Fərmanının  3-cü  bəndinin  beşinci  abzasının  icrasını 

təmin  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının  Sənaye  və  Energetika  Nazirliyi 

tərəfindən  hazırlanmış  və  əlaqədar  təşkilatlarla  razılaşdırılmış  təklifi  nəzərə  alaraq, 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” və 

“Gərginliyi  1000  voltdan  yuxarı  olan  elektrik  şəbəkələrinin  mühafizəsi  Qaydaları” 

təsdiq edilsin (əlavə olunur). 

2.  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  1972-ci  il  13  oktyabr  tarixli,  326  nömrəli 

qərarı  və  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  1984-cü  il  5  aprel  tarixli,  120  nömrəli 

qərarının I bölməsinin birinci bəndi və II bölməsi qüvvədən düşmüş hesab edilsin. 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 



 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ 

Bakı şəhəri, 10 iyun 2005-ci il 

№ 103 

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR 

 

Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi 



 

QAYDALARI 

 

1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 



elektrik  şəbəkəsi  —  birgə  fəaliyyət  göstərən  müxtəlif  gərginlikli  transformator 

yarımstansiyalarında paylayıcı qurğulardan, kabel və hava elektrik ötürücü xətlərindən 

ibarət olan elektrik qurğuları;  

elektrik qurğuları — elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün 

lazım olan avadanlıq və onlara aid tikililər;  



paylayıcı  qurğu  —  elektrik  şəbəkəsinin  bir  hissəsi  olaraq,  istehlakçılara  elektrik 

enerjisini çatdıran elektrik qurğuları;  



hava  elektrik  ötürücü  xətti  —  elektrik  enerjisini  ötürən,  açıq  havada  yerləşən, 

dayağa  və  mühəndis  qurğularına  izolyator  və  armaturlar  vasitəsilə  bərkidilmiş 

naqillərdən ibarət olan elektrik qurğuları;  


kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla 

izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici 

naqillərdən ibarət olan elektrik qurğusu;  

xəttin trası — kənar məftillərdən müəyyən olunmuş məsafələrdə yerləşmiş paralel 

xəyali xətlə məhdudlaşan elektrik ötürücü xəttin quraşdırıldığı sahə;  



mühafizə  zonası  —  elektrik  şəbəkələrinin  qorunmasını  təmin  etmək,  bədbəxt 

hadisələrin  qarşısını  almaq  məqsədi  ilə  elektrik  şəbəkələrindən  binalara,  qurğulara 

qədər  torpaq  sahəsi,  su  səthindən  suyun  dibinə  qədər  olan  su  boşluğu,  torpaq  və  su 

səthindən hava fəzası şəkilində minimal məsafələr.  

2.  Bu  Qaydaların  məqsədi  gərginliyi  1000  voltadək  olan  elektrik  şəbəkələrinin 

qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını 

almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların 

layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. 

3.  Gərginliyi  1000  voltadək  olan  elektrik  şəbəkələrinin  mühafizəsi  üçün  müəyyən 

edilir: 


a) mühafizə zonaları: 

hava  elektrik  ötürücü  xətləri  boyunca  (binalara  ayrılan  qollar  istisna  olmaqla) 

kənar  naqillərin  (onların  meyl  etməmiş  vəziyyətində)  yer  səthinə  proyeksiyasının  hər 

tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən 

hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi;  

yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 1 m 

aralı,  kabel  xətləri  şəhərlərdə  səkilərin  altından  keçdikdə  isə  bina  və  qurğulara  doğru 

0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan 

torpaq sahəsi;  

sualtı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 100 m 

aralı olan şaquli müstəvilər arasında su səthindən suyun dibinədək su boşluğu sahəsi;  

b)  gərginliyi  1000  voltadək  olan  elektrik  ötürücü  xətləri  ilə  ən  yaxın  binalar  və 

qurğular, habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının 

Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş “Elektrik qurğularını qurma Qaydaları” 

ilə müəyyən edilmiş minimum yol verilən məsafələr. 

4. Gərginliyi 1000 voltadək olan hava elektrik ötürücü xətləri meşə massivlərindən 

keçirsə,  məftillərin  bilavasitə  yaxınlığında  bitən  ağacları  elektrik  ötürücü  xətlərini 

istismar edən müəssisə budayır. Hava elektrik ötürücü xətləri parklardan, bağlardan və 

başqa  çoxillik  bitkilər  arasından  keçdikdə,  ağaclar  elektrik  ötürücü  xətlərini  istismar 

edən  müəssisə  tərəfindən,  tərəflər  qarşılıqlı  razılığa  gəldikdə  isə  ixtiyarında  həmin 

bitkilər  olan  müəssisə  və  ya  bağların  və  başqa  çoxillik  bitkilərin  fərdi  sahibləri 

tərəfindən elektrik ötürücü xətlərinin istismarçısının müəyyən etdiyi qaydada budanır. 

5.  Gərginliyi  1000  voltadək  olan  elektrik  ötürücü  xətlərinin  mühafizə  zonasında 

həmin  xətlərin  istismarçısının  rəsmi  razılığı  olmadan  aşağıda  göstərilən  işləri  görmək 

qadağandır: 

a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, 

idman  və  oyun  meydançaları  düzəltmək,  yem,  gübrə,  yanacaq  və  başqa  materiallar 

yığmaq; 


b) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında gəmilərin, barjların 

və  üzən  kranların  dayanması  üçün  körpülər  düzəltmək,  yükvurma-boşaltma, 

dibdərinləşdirmə  və  yerqazma  işləri  aparmaq,  lövbər  atmaq,  suya  atılmış  lövbərlə  və 

tralla keçmək, balıq ovu sahələrini ayırmaq, sualtı ov alətləri vasitəsilə balıq, habelə su 

heyvanları və bitkilərini əldə etmək, suvatlar düzəltmək

c) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yüklə birlikdə və yüksüz, 

yol  səthindən  ümumi  hündürlüyü  4,5  m-dən  çox  olan  maşın  və  mexanizmlər  üçün 

keçidlər,  habelə  avtomobil  və  at-araba  nəqliyyatı,  maşın  və  mexanizm  dayanacaqları 

düzəltmək; 

ç)  quruda  elektrik  ötürücü  kabel  xətlərinin  mühafizə  zonalarında  0,3  m-dən  artıq 

dərinlikdə  buldozerlər,  ekskavatorlar  və  başqa  torpaqqazan  maşınlar  vasitəsilə  torpaq 

işləri görmək və planlaşdırmaq. 

Gərginliyi  1000  voltadək  olan  elektrik  ötürücü  xətləri  kənd  təsərrüfatı 

obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun 

olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik 

ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin 

mühafizə zonasından istifadə edə bilərlər. 

6. Elektrik şəbəkələrinin normal işini poza biləcək və yaxud onların zədələnməsinə 

gətirə biləcək hər cür hərəkətlər, o cümlədən aşağıdakılar qadağan edilir: 

a)  kənar  əşyaları  məftillərin  üzərinə  atmaq,  dirəklərə  və  məftillərə  söykəmək  və 

bağlamaq,  dirəklərə  çıxmaq,  onlara  doğru  gedən  yolu  tutmaq  və  binaların  damından 

məftillərin üzərinə qar atmaq; 

b) elektrik ötürücü kabel xətlərinin yoluna ağır yükləri (5 tondan çox) boşaltmaq, 

turşu, qələvi, duz məhlulları və hər cür zibil tökmək

c)  elektrik  şəbəkələri  qurğularının  binalarını  açmaq,  elektrik  şəbəkələrində  açıb-

qoşma  əməliyyatları  aparmaq,  girim  və  paylaşdırma  qurğularının,  hava  və  kabel 

elektrik ötürücü xətlərinin mühafizə zonalarında ocaq və ya tonqal qalamaq; 

ç)  hava  və  kabel  elektrik  ötürücü  xətlərinin  keçdiyi,  yaxud  girim  və  paylaşdırma 

qurğularının qoyulduğu yerlərdə elektrik şəbəkələrini istismar edən təşkilatların razılığı 

ilə  əvvəlcə  həmin  xətləri  və  qurğuları  götürmədən  binaları,  körpüləri,  tunelləri,  dəmir 

yollarını və şose yollarını, başqa qurğuları sökmək və ya yenidən qurmaq. 

7.  Gərginliyi  1000  voltadək  olan  elektrik  ötürücü  xətlərinin  mühafizə  zonalarının 

torpaq  sahələri  torpaq  istifadəçiləri  və  ya  mülkiyyətçiləri  tərəfindən  ancaq  bu 

Qaydaların  tələblərinə  riayət  etməklə  istifadə  oluna  bilər.  İstifadəçinin  və 

mülkiyyətçinin  torpaq  sahələrindən  gərginliyi  1000  voltadək  olan  elektrik  ötürücü 

xətləri  keçdikdə,  həmin  xətlərin  qorunmasını  təşkil  etmək  üçün  onlar  özlərindən  asılı 

olan tədbirləri görməlidirlər. 

8.  Əgər  gərginliyi  1000  voltadək  olan  elektrik  ötürücü  xətlərinin  ümumi 

dirəklərində müxtəlif müəssisələrə məxsus başqa təyinatlı naqillər asılmışdırsa, hər bir 

müəssisə  bu  xətləri  təmir  edən  zaman  başqa  müəssisəyə  zərər  vurula  bilən  hallarda 

maraqlı tərəfin nümayəndəsinin iştirakı tələb olunursa, bu cür təmir haqqında əlaqədar 

aidiyyəti müəssisə qabaqcadan xəbərdar edilməlidir. 

9.  Hüquqi  və  fiziki  şəxslər  gərginliyi  1000  voltadək  olan  elektrik  şəbəkələrinin 

mühafizə  zonasında  zədələnməyə  gətirə  bilən  hər  hansı  işləri  (partlayış,  tikinti  və  s.) 



apararkən,  işlərə  başlamazdan  3  gün  əvvəl  elektrik  şəbəkələrinin  mülkiyyətçisi  və 

yaxud istismarçısı ilə razılaşdırmalı və bu işləri yerinə yetirən zaman həmin şəbəkələrin 

qorunmasını təmin edən tədbirlər görməlidirlər. 

Gərginliyi  1000  voltadək  olan  elektrik  ötürücü  xətlərinin  mühafizə  zonaları 

daxilində  həmin  xətlərin  mühafizəsini  təmin  etməklə  işlərin  aparılması  Azərbaycan 

Respublikasının  Energetika  Nazirliyi  tərəfindən  təsdiq  edilmiş  müvafiq  qaydalarla 

(tikinti işləri isə “Tikinti Normaları və Qaydaları” ilə) müəyyən edilir. 

10.  Hava  elektrik  ötürücü  xətləri  yaxınlığında  müxtəlif  mexanizmlərdən  istifadə 

etməklə  görülən  işlərə  yalnız  o  şərtlə  icazə  verilir  ki,  mexanizmin  və  onun  qalxan, 

yaxud çıxan hissəsi ilə, həm də qaldırılan yükün hər bir vəziyyətində (o cümlədən, ən 

hündürə  qaldırılmış  və  yanlara  çıxmış  vəziyyətində)  gərginlik  altında  olan  ən  yaxın 

naqillə havada yaxınlaşma məsafəsi 1,5 m-dən az olmasın. 

Kabel  elektrik  ötürücü  xəttinin  mühafizə  zonasında  torpaq  işləri  aparılan  zaman 

kabel xəttindən torpaq işləri aparılan yerə qədər olan məsafə hər bir ayrıca halda kabel 

xəttinin istismarçısı tərəfindən müəyyən edilir. 

İşlərin  təhlükəsizliyini  təmin  edən  şərtlərə  əməl  edilməsi  mümkün  olmadıqda, 

elektrik şəbəkəsi istismarçısı tərəfindən həmin kabel xəttindən gərginlik götürülməlidir. 

11.  Torpaq  işlərini  görən  hüquqi  və  fiziki  şəxslər  həmin  işlərin  aparılmasına  dair 

texniki  sənədlərdə  göstərilməyən  kabel  xətti  aşkar  etdikdə,  dərhal  işləri  dayandırıb 

kabelin  qorunmasını  təmin  edən  tədbirlər  görməli  və  bu  barədə  elektrik  şəbəkələrinin 

istismarçısına məlumat verməlidirlər. 

12.  Gərginliyi  1000  voltadək  olan  elektrik  şəbəkələrini  istismar  edən  müəssisənin 

texniki  işçilərinin  təmir-istismar  xidməti  göstərmək  üçün  digər  müəssisələrin 

ərazisindəki onlara məxsus olan elektrik şəbəkələrinə maneəsiz daxil olmaq  hüquqları 

vardır.  Elektrik  şəbəkələri  xüsusi  rejimli  obyektlərin  ərazisində  yerləşərsə,  müvafiq 

müəssisələr həmin şəbəkələrə xidmət edən işçilərə günün hər bir  vaxtında yoxlamalar 

keçirmək və təmir işləri görmək üçün buraxılış verməlidirlər. 

13.  Gərginliyi  1000  voltadək  olan  elektrik  ötürücü  xətlərini  istismar  edən 

müəssisələrə bu xətlərin təmiri üçün mühafizə zonalarında lazımi torpaq işləri görməyə 

icazə verilir. 

Torpaq  işləri  avtomobil  və  dəmir  yolları  üçün  ayrılmış  zolaqlarda  görüldükdə, 

həmin yolların istismarçısı və ya mülkiyyətçisi olan müəssisələrlə razılaşdırılmalıdır. 

Gərginliyi  1000  voltadək  olan  elektrik  ötürücü  xətlərində  qəzaları  aradan 

qaldırmaq üçün həmin xətlərin yoluna qovuşan meşə massivlərində ayrı-ayrı ağacların 

qırılmasına  icazə  verilir,  sonra  isə  müəyyən  olunmuş  qaydada  meşəqırma  biletləri 

(orderləri) rəsmiləşdirilməli və qırılmış yerlər ağac qalıqlarından təmizlənməlidir. 

14.  Əkin  sahələrindən  keçən,  gərginliyi  1000  voltadək  olan  elektrik  ötürücü 

xətlərinin plana uyğun təmiri və yenidən tikintisi torpaq istifadəçisi və ya mülkiyyətçisi 

ilə  razılaşdırılmaqla,  bu  yerlərdə  kənd  təsərrüfatı  bitkilərinin  əkilmədiyi,  həmçinin 

əkilmiş bitkilərin qorunmasının təmin edilməsi mümkün olduğu vaxtda görülür. 

Elektrik  ötürücü  xətlərində  qəzaların  aradan  qaldırılması  və  istismar  xidməti  ilə 

əlaqədar işlər istənilən vaxtda görülə bilər. 

Göstərilən  işləri  yerinə  yetirdikdən  sonra  elektrik  ötürücü  xətlərini  istismar  edən 

müəssisələr  həmin  yerləri  məqsədəuyğun  istifadə  edilməsi  üçün  yararlı  hala 



gətirməlidirlər.  Həmin  işləri  görərkən  torpaq  istifadəçisinə  və  mülkiyyətçisinə  dəyən 

ziyan mövcud qanunvericiliyə uyğun tərəflərin razılaşdırılması ilə müəyyən edilir. 

15.  Yol  örtüklərinin  korlanmasına  səbəb  ola  biləcək  elektrik  ötürücü  kabel 

xətlərinin  plana  uyğun  təmiri  və  yenidənqurma  işləri  yalnız  yol  mülkiyyətçisi  olan 

hüquqi və fiziki şəxslərlə razılaşdırmaqla yerinə yetirilə bilər. İşlərin görülməsi şərtləri 3 

gün müddətində razılaşdırılmalıdır. 

Təxirəsalınmaz  hallarda  elektrik  ötürücü  kabel  xətlərinin  təmir  işləri  yol 

örtüklərinin korlanmasına səbəb olduqda, bu  işin yol mülkiyyətində olan müəssisə  ilə 

razılaşdırmadan xəbərdarlıq edilməklə görülməsinə icazə verilir. 

Təmir və yenidənqurma işlərini yerinə yetirən müəssisələr nəqliyyat və piyadalar 

üçün xəbərdarlıq nişanları qoymaqla, işlər aparılan yerlərdə dolayı yollar yaratmalı və 

işlər qurtarandan sonra torpağı planlaşdırmalı və yol örtüyünü bərpa etməlidirlər. 

16. Sənaye müəssisələrinin ərazilərində, dəmir yolu və avtomobil yolu ilə kəsişmə 

yerlərində, dəmir yolu zolaqlarında və təyyarə meydanlarına giriş yollarında gərginliyi 

1000  voltadək  olan  elektrik  ötürücü  xətlərinin  istismarı  qaydasını  elektrik  ötürücü 

xətlərini istismar edən təşkilatlar müvafiq müəssisə və təşkilatlarla razılaşdırmalıdırlar. 

Yüklə  birlikdə  və  ya  yüksüz,  ümumi  hündürlüyü  yol  səthindən  4,5  metrdən  çox 

olan maşın və mexanizmlərin hərəkət etdiyi avtomobil yollarının hava elektrik ötürücü 

xətləri  ilə  kəsişdiyi  yerlərdə  bu  xətlərin  hər  iki  tərəfində  hərəkət  edən  nəqliyyatın  yol 

verilən  hündürlüyünü  göstərən  xəbərdarlıq  nişanları  qoyulmalıdır.  Xəbərdarlıq 

nişanları yolun mülkiyyətçisi tərəfindən elektrik ötürücü xəttini istismar edən təşkilatın 

razılığı ilə qoyulur. 

17.  Layihələşdirilən  bina  və  qurğuların  tikinti  meydançaları  ərazisində  və  ya 

yaxınlığında gərginliyi 1000 voltadək olan elektrik şəbəkələri yerləşdiyi hallarda həmin 

obyektlərin tikintisinə dair layihələrdə və smetalarda elektrik şəbəkələrini istismar edən 

müəssisələrin  razılığı  ilə  göstərilən  şəbəkələrin  qorunmasını  təmin  edən  tədbirlər 

nəzərdə tutulmalıdır. 

18.  Elektrik  şəbəkələrini  yenidən  qurmaq  və  ya  onları  mexaniki  zədələnmədən 

qorumaq üçün lazımi işləri yerinə yetirən müəssisələr həmin işləri elektrik şəbəkələrini 

istismar  edən  müəssisənin  razılığı  ilə,  öz  materialları  və  vəsaitləri  hesabına 

görməlidirlər. 

19. Lövbər salmaq və yaxud başqa hərəkətlər nəticəsində kabel xəttinin qaldırıldığı 

və  ya  zədələndiyi  halda  gəmi  kapitanı  işçilərin  və  kənar  şəxslərin  gərginlik  altına 

düşməsinin  qarşısını  almaq  üçün  tədbirlər  görməli  və  bu  barədə  yaxınlıqdakı  limana 

kabelin  qaldırıldığı  yerin  koordinatlarını  və  vaxtını  göstərməklə  məlumat  verməlidir. 

Həmin  məlumatı  qəbul  edən  liman  yaxınlıqdakı  enerji  təchizatı  müəssisəsinə  baş 

vermiş hadisə barədə məlumat verməlidir. 

20.  Tabeliyində  azmış  cərəyanlar  mənbəyi  sayılan  mövcud  və  tikilən  qurğuları 

olan  müəssisələr  elektrik  cərəyanının  torpağa  axmasını  məhdudlaşdırmaq  sahəsində 

tədbirlər görməlidirlər. Tabeliyində tikilən və işləyən elektrik ötürücü kabel xətləri olan 

müəssisələr  göstərilən  xətləri  azmış  cərəyanlardan  qorumaq  üçün  tədbirlər  həyata 

keçirməlidirlər. 

21.  Elektrik  şəbəkələrini  istismar  edən  təşkilatların  tabeliyində  olan  işçilərin 

elektrik  şəbəkələrinin  mühafizə  zonasında  başqa  təşkilatlar  tərəfindən  bu  Qaydaların 



tələblərinin  pozulması  ilə  görülən  işləri  dayandırmaq  hüquqları  vardır  və  onlar  bu 

barədə  Azərbaycan  Respublikası  Energetika  Nazirliyinin  “Dövlət  Enerjinəzarət” 

İdarəsinə məlumat verməlidirlər.

1

 

22. Bu Qaydaların tələblərini yerinə yetirməməkdə, habelə gərginliyi 1000 voltadək 



olan  elektrik  şəbəkələrinin  normal  işini  pozmaqda  müqəssir  sayılan  vəzifəli  şəxslər və 

vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. 

 

  

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR 

 

Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi 



 

QAYDALARI 

 

1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 



elektrik  şəbəkəsi  —  birgə  fəaliyyət  göstərən  müxtəlif  gərginlikli  transformator 

yarımstansiyalarında paylayıcı qurğulardan, kabel və hava elektrik ötürücü xətlərindən 

ibarət olan elektrik qurğuları;  

elektrik qurğuları — elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün 

lazım olan avadanlıq və onlara aid tikililər;  



paylayıcı  qurğu  —  elektrik  şəbəkəsinin  bir  hissəsi  olaraq,  istehlakçılara  elektrik 

enerjisini çatdıran elektrik qurğuları;  



hava  elektrik  ötürücü  xətti  —  elektrik  enerjisini  ötürən,  açıq  havada  yerləşən, 

dayağa  və  mühəndis  qurğularına  izolyator  və  armaturlar  vasitəsilə  bərkidilmiş 

naqillərdən ibarət olan elektrik qurğuları;  

kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla 

izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici 

naqillərdən ibarət olan elektrik qurğusu;  

xəttin  trası  —  kənar  məftillərdən  müəyyən  olunmuş  məsafələrdə  yerləşmiş, 

paralel xəyali xətlə məhdudlaşan elektrik ötürücü xəttin quraşdırıldığı sahə;  



mühafizə  zonası  —  elektrik  şəbəkələrinin  qorunmasını  təmin  etmək,  bədbəxt 

hadisələrin  qarşısını  almaq  məqsədi  ilə  elektrik  şəbəkələrindən  binalara,  qurğulara 

qədər  torpaq  sahəsi,  su  səthindən  suyun  dibinə  qədər  olan  su  boşluğu,  torpaq  və  su 

səthindən hava fəzası şəkilində minimal məsafələr.  

2.  Bu  Qaydaların  məqsədi  gərginliyi  1000  voltdan  yuxarı  olan  elektrik 

şəbəkələrinin  (bundan  sonra  —  elektrik  şəbəkələri)  qorunmasını  təmin  etməkdən, 

qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik 

şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında 

işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. 

Elektrik  şəbəkələrinin  mühafizəsi  həmin  şəbəkələrin  istismarçıları  tərəfindən 

həyata keçirilir. 

3.  Elektrik  şəbəkələrinin  qorunmasının  təmin  edilməsi,  istismar  üçün  normal 

şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi 

ilə  torpaq  sahələri  ayrılır,  mühafizə  zonaları  müəyyən  edilir,  yaşıllıq  zonalarında  və 

meşə massivlərində cığırlar salınır. 

4. Elektrik şəbəkələrinin  layihələşdirilməsi, tikintisi və  istismarına  torpaq sahələri 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. 

5. Elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: 

a)  hava  elektrik  ötürücü  xətləri  boyunca  kənar  naqillərin  meyl  etməmiş 

vəziyyətində  hər  iki  tərəfdən  şaquli  müstəvilərlə  məhdudlaşan  torpaq  sahəsi  və  hava 

fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: 


U

n

, kV — xətlərin gərginliyi; 

L, m — məsafələrdir; 

 

Un, kV 



>l20 

35 


110 

150 


220 

330-500 


L, m 

10 


15 

20 


25 

25 


30 

 

b) yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 



1 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi

c) sualtı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 

100 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan, suyun səthindən dibinə qədər 

olan su boşluğu; 

ç) hava elektrik ötürücü xətlərinin su hövzələrindən (çaylar, kanallar, göllər və s.) 

keçidi  boyunca,  gəmiçilik  üçün  yararlı  hövzələrdə  kənar  naqillərin  yellənməyən 

vəziyyətində  hər  iki  tərəfdən  100  m  aralıda  yerləşən  şaquli  müstəvilərlə  məhdudlaşan 

su  hövzəsinin  səthindəki  hava  məkanı,  gəmiçilik  üçün  yararlı  olmayan  hövzələrdə  isə 

hava elektrik ötürücü xətlərinin mühafizə zonalarının müəyyən edilməsi üçün nəzərdə 

tutulmuş məsafə. 

6.  Elektrik  şəbəkələrinin  mühafizə  zonalarına  daxil  olan  torpaq  sahələri  torpaq 

mülkiyyətçisinin  və  yaxud  istifadəçisinin  istifadəsində  qalır  və  onlar  tərəfindən  bu 

Qaydaların  tələblərinə  riayət  edilməklə,  kənd  təsərrüfatı  və  digər  işlərin  aparılması 

məqsədi ilə istifadə oluna bilər. 

7.  Torpaq  mülkiyyətçisi  və  yaxud  istifadəçisi  tərəfindən  hava  elektrik  ötürücü 

xətlərinin  mühafizə  zonalarında  həmin  xətlərin  istismarçılarını  qabaqcadan  xəbərdar 

etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. 

8.  Hava  elektrik  ötürücü  xətlərinin  mühafizə  zonalarında  yerləşən  torpaqlarda 

həmin torpaqları müvəqqəti su basması  ilə  əlaqədar olan işlər torpaq mülkiyyətçisi və 

yaxud istifadəçisi ilə həmin xətlərin istismarçısı arasında razılaşma əsasında görülür. 

9.  Elektrik  şəbəkələrindən  binalara,  qurğulara,  ağac-kol  sahələrinə  qədər,  hava 

elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr 

(qabarit,  kəsişmə,  yaxınlaşma)  Azərbaycan  Respublikasının  Energetika  Nazirliyi 

tərəfindən  təsdiq  olunmuş  müvafiq  qaydalara  (tikinti  işləri  isə  “Tikinti  Normaları  və 

Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, 

kolların  əkilməsi,  budanması  və  kəsilməsi  zamanı  mütləq  bu  Qaydalara  riayət 

edilməlidir. 

10.  Meşə  massivlərində  və yaşıllıqlarda  yerləşən  hava  elektrik  ötürücü  xətlərinin, 

yarımstansiyaların  və  paylayıcı  qurğuların  perimetri  boyunca  cığırların  salınması 

onların mülkiyyətçisi ilə razılaşdırılmaqla həyata keçirilir. 

11.  Hava  elektrik  ötürücü  xətləri  meşə  massivlərindən,  parklardan,  bağlardan  və 

başqa çoxillik əkmələrdən keçdikdə, ağacların qırılması və budanması elektrik ötürücü 

xətlərinin  mülkiyyətçiləri  və  yaxud  istismarçıları  tərəfindən  onların  mülkiyyətçiləri  ilə 

razılaşdırmaqla  yerinə  yetirilir.  İkitərəfli  razılaşma  olduqda  isə  həmin  işlər  elektrik 

ötürücü  xətlərinin  istismarçısı  tərəfindən  müəyyən  edilmiş  qaydalara  müvafiq  həmin 

əkmələrin,  fərdi  bağ  və  başqa  çoxillik  əkmələrin  mülkiyyətçiləri  tərəfindən  yerinə 

yetirilir. 


12. 

Elektrik 

şəbəkələrinin 

mühafizə 

zonalarında 

həmin 


şəbəkələrin 

istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən 

işlərin yerinə yetirilməsi qadağandır: 

a)  binaların  və  qurğuların  tikintisi,  quraşdırılması,  təmiri,  yenidən  qurulması  və 

sökülməsi; 

b)  hər  növ  dağ-mədən  işləri,  yükləmə-boşaltma  (dənizdə,  çayda,  göldə  və  s.), 

dibdərinlətmə,  torpaqqazma,  partladılma,  meliorasiya  işlərinin  görülməsi,  ağac  və  kol 

əkilməsi, 

qırılması, 

budanması, 

çöl 

düşərgələrinin 



qurulması, 

mal-qaranın 

yerləşdirilməsi,  çəpər  çəkilməsi,  üzümlük  və  bağlar  üçün  dayaqların  quraşdırılması, 

kənd təsərrüfatı bitkilərinin suvarılması; 

c)  sualtı  kabel  elektrik  ötürücü  xətlərinin  mühafizə  zonalarında  sudibi  ov  alətləri 

ilə  balıq  və  digər  su  heyvanlarının  ovlanması,  bitkilərin  yığılması  və  məhv  edilməsi, 

heyvanların suvarılması üçün suvatlar qurulması; 

ç)  hava  elektrik  ötürücü  xətlərinin  mühafizə  zonalarında  ümumi  hündürlüyü  yol 

səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; 

d)  yeraltı  kabel  elektrik  ötürücü  xətlərinin  mühafizə  zonalarında  0,3  m-dən  artıq, 

şumlanan  torpaqlarda  isə  0,45  m-dən  artıq  dərinlikdə  torpaq  işlərinin  aparılması  və 

planlaşdırılması. 

Göstərilən  işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi 

razılıq  almış  müəssisələr,  təşkilatlar  və  idarələr  (bundan  sonra  —  müəssisə)  həmin 

işlərin  yerinə  yetirilməsi  zamanı  şəbəkələrin  qorunmasını  təmin  edən  şərtlərə  əməl 

etməlidirlər. 

Elektrik  şəbəkələrinin  mühafizə  zonalarında  partladılma  işlərinin  görülməsinə 

rəsmi razılıq həmin işləri görən müəssisələrə, təşkilatlara və idarələrə Fövqəladə Hallar 

Nazirliyi  tərəfindən  təsdiq  edilmiş  “Partladılma  işləri  zamanı  vahid  təhlükəsizlik 

Qaydaları”nda nəzərdə tutulmuş müvafiq sənədləri təqdim etdikdən sonra verilir. 



2

 

Elektrik  şəbəkələrinin  mülkiyyətçiləri  və  yaxud  istismarçıları  tərəfindən  bu 



Qaydalarda  nəzərdə  tutulmuş  elektrik  şəbəkələrinin  mühafizə  zonalarında  işlərin 

görülməsi  üçün  ərizəçiyə  razılıq  verilmədikdə,  ərizəçi  qanunvericiliklə  müəyyən 

olunmuş qaydada şikayət verə bilər. 

13.  Elektrik  ötürücü  xətlərinin  mühafizə  zonası  hüdudlarında  müəssisələr 

tərəfindən işlərin yerinə yetirilməsi qaydaları müvafiq nazirliklər və təşkilatlarla (tikinti 

işləri  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyi  və  Dövlət  Şəhərsalma  və 

Arxitektura  Komitəsi  ilə)  razılaşdırılaraq,  Azərbaycan  Respublikasının  Sənaye  və 

Energetika Nazirliyi tərəfindən müəyyən edilir.



3

 

Gərginliyi  330  kV  və  yuxarı  olan  hava  elektrik  ötürücü  xətlərinin  yaxınlığında 



yerləşən  müəssisələrin  işçilərinin,  əhalinin  əməyinin  və  sağlamlığının  mühafizəsini 

təmin  edən  şərtlər  Azərbaycan  Respublikasının  Energetika  Nazirliyi  tərəfindən 

müəyyən edilərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılır. 

14.  Elektrik  şəbəkələrinin  normal  işini  pozan,  onların  zədələnməsinə  və  yaxud 

bədbəxt hadisələrə səbəb ola biləcək hər bir fəaliyyət növü qadağan edilir, o cümlədən: 

a)  elektrik  şəbəkələrinin  mühafizə  zonalarında  yanacaqdoldurma  stansiyalarının 

və digər yanacaq-sürtkü materialları anbarlarının yerləşdirilməsi; 


b)  kənar  şəxslərin  elektrik  şəbəkələrinin  ərazisinə  və  tikililərinə  daxil  olması, 

elektrik  şəbəkələrinin  qurğularının  qapılarını  və  örtüklərini  açması,  elektrik 

şəbəkələrində açıb-qoşma əməliyyatlarını aparması; 

c) 


elektrik 

şəbəkələrinin 

obyektlərinə 

gedən 


yollarda 

hərəkətin 

məhdudlaşdırılması; 

ç) kənar şəxslərin dirəklərə çıxması, kənar əşyaların məftillərin, dirəklərin üstünə 

atılması və yaxud onlara yaxınlaşdırılması; 

d)  elektrik  şəbəkələrinin  mühafizə  zonalarında  və  onların  yaxınlığında 

zibilxanaların yaradılması; 

e) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yem, peyin, saman, torf, 

odun və başqa materialların yığılması, ocaq və ya tonqal qalanması; 

ə)  hava  elektrik  ötürücü  xətlərinin  mühafizə  zonalarında  idman  və  oyun 

meydançaları,  stadionlar,  bazarlar,  ümumi  istifadədə  olan  nəqliyyat  üçün  dayanacaq 

məntəqələrinin  və  bütün  növ  maşın  və  mexanizmlər  üçün  dayanacaqların  təşkil 

edilməsi,  müəyyən  olunmuş  qaydada  icazə  verilmiş  işlərin  yerinə  yetirilməsinə 

aidiyyəti olmayan insanların böyük toplantısı ilə keçirilən tədbirlərin təşkil olunması;



4

 

f)  hava  elektrik  ötürücü  xətlərinin  mühafizə  zonalarında  havaya  çərpələng,  uçan 



aparat, idman modellərinin, o cümlədən idarə olunmayan uçan modellərin buraxılması; 

g)  gərginliyi  330  kV  və  yuxarı  olan  hava  elektrik  ötürücü  xətlərinin  mühafizə 

zonalarında dəmir yolu nəqliyyatı istisna edilməklə, bütün növ nəqliyyatın dayanması; 

ğ)  hava  elektrik  ötürücü  xətlərinin  mühafizə  zonalarında  və  onların  yaxınlığında 

zərb  mexanizmləri  ilə  işlərin  görülməsi,  oraya  kütləsi  5  tondan  artıq  olan  ağırlıqların, 

korroziyaedici,  yeyici  maddələrin  və  yanacaq-sürtkü  materiallarının  tullanması  və 

axıdılması; 

h)  sualtı  kabel  elektrik  ötürücü  xətlərinin  mühafizə  zonalarında  lövbər  salınması, 

buraxılmış lövbərlərlə, zəncirlərlə, qayıqlarla, balıq toru və trallarla keçilməsi. 

15.  Elektrik  şəbəkələrinin  üstündəki  və  ətrafındakı  hava  məkanında  hava 

gəmilərinin  uçuşları,  həmin  məkandan  başqa  cür  istifadə  edilməsi,  elektrik 

şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarı Azərbaycan Respublikasının hava 

məkanının 

istifadəsini  tənzimləyən  qanunvericiliyinə 

uyğun  olaraq  həyata 

keçirilməlidir. 

16. 

Elektrik 



şəbəkələrinin 

mühafizə 

zonaları 

yaxınlığında 

şəbəkələrin 

zədələnməsinə  səbəb  ola  bilən  partladılma,  inşaat  və  digər  işləri  icra  edən  müəssisə 

işlərə  başlamazdan  12  gün  əvvəl  elektrik  şəbəkəsinin  mülkiyyətçisi  və  yaxud 

istismarçısı  ilə  şəbəkənin  qorunması  şərtlərini,  işlərin  yerinə  yetirilməsi  qaydasını 

razılaşdırmalı və müvafiq tədbirlər görməlidir. 

17.  Elektrik  şəbəkələrinin  yerini  dəyişməklə  və  yaxud  zədələnmədən  mühafizə 

etmək  zərurəti  ilə  işi  yerinə  yetirən  müəssisələr  bu  işləri  elektrik  şəbəkələrinin 

mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq, öz vəsaiti hesabına görməlidirlər. 

Suvarma  və  kollektor-drenaj  kanalları  tikildikdə,  üzümlük  və  bağlar  üçün 

dayaqlar quraşdırıldıqda və digər işlər görüldükdə, elektrik şəbəkələrinə gedən maşın 

və piyada yolları məhdudlaşdırılmamalıdır. 

18.  Elektrik  şəbəkələrinin  yaxınlığında  bina  və  tikililərin  inşası,  əsaslı  təmiri, 

yenidən  tikilməsi  üçün  layihə-smeta  sənədlərində,  elektrik  şəbəkələrinin  saxlanmasını 


təmin  edən  tədbirlər  nəzərdə  tutulmalıdır.  Bu  tədbirlər  elektrik  şəbəkələrinin 

istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. 

19.  Elektrik  şəbəkələri  avadanlıqlarının  çirklənməsi  və  korroziyası  mənbəyi  ola 

biləcək  obyektlərin  tikintisinin,  əsaslı  təmirinin,  yenidən  qurulmasının  layihə-smeta 

sənədlərində  korroziyaya  uğramaya  qarşı  və  yaxud  həmin  şəbəkələrin  çirklənmə 

(korroziya) zonasından çıxarılması tədbirləri nəzərdə tutulmalıdır. 

İstehsalat  fəaliyyəti  nəticəsində  elektrik  şəbəkələrini  çirkləndirən  və  korroziyaya 

uğradan  müəssisələr  həmin  şəbəkələrin  tabeliyindən  asılı  olmayaraq,  elektrik 

şəbəkələrinin çirklənməsini və korroziyasını məhdudlaşdıran tədbirlər görməlidirlər. 

20.  Elektrik  ötürücü  xətlərinin  faktiki  vəziyyətinə  aid  tərtib  edilmiş  materiallar 

müəyyən olunmuş qaydada torpaq istifadəsi xəritələrində göstərilmək üçün Azərbaycan 

Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməlidir. 

Azərbaycan  Respublikasının  Əmlak  Məsələləri  Dövlət  Komitəsi  elektrik  ötürücü 

xətlərinin keçdiyi yer barədə məlumatları əlaqədar orqan və təşkilatlara verir.



5

 

21. Tikilən və yaxud istismarda olan kabel elektrik ötürücü xətlərinin istismarçıları 



həmin  xətləri  azmış  cərəyanlardan  mühafizə  etmək  üçün  tədbirlər  həyata 

keçirməlidirlər. 

22.  Elektrik  ötürücü  xətlərinin  mühafizə  zonaları  ilə  dəmir  yolu  və  avtomobil 

yollarının  ayırma  zolaqları,  boru  kəmərləri,  rabitə  xətləri,  digər  kommunikasiya 

qurğuları  və  başqa  elektrik  ötürücü  xətləri  eyni  ərazidən  keçdikdə,  həmin  ərazidə 

obyektlərin  istismarı  ilə  bağlı  aparılan  işlər  əlaqədar  müəssisələr  tərəfindən  qarşılıqlı 

razılaşma əsasında yerinə yetirilir. 

23.  Müəssisənin  ərazisindəki  yarımstansiyaların  elektrik  şəbəkəsinə  aid  tranzit 

hissəsində operativ əməliyyatlar, şəbəkədə tikinti və təmir işləri aparmaq üçün elektrik 

şəbəkəsinin elektrotexniki heyətinin bu qurğulara buraxılmasını həmin müəssisə təmin 

etməyə  borcludur.  İşlər  başa  çatdıqda  elektrik  şəbəkəsinin  mülkiyyətçisi  və  yaxud 

istismarçısı  öz  vəsaiti  hesabına  işlər  aparılmış  əraziləri  və  tikililəri  lazımi  vəziyyətə 

gətirməlidir. 

24.  Gərginliyi  330  kV  və  yuxarı  olan  hava  elektrik  ötürücü  xətləri  ilə  avtomobil 

yollarının  kəsişdiyi  yerlərdə  və  bu  xətlərin  mühafizə  zonalarında  nəqliyyatın 

dayanmasını qadağan edən yol nişanları qoyulmalıdır. 

25. Elektrik ötürücü xətlərinin gəmiçiliyə yararlı çaylarla, göllərlə, dəryaçalarla və 

kanallarla  kəsişdiyi  yerlərdə  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən 

təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  dəniz  nəqliyyatı  gəmiçiliyində  xidmət 

Nizamnaməsi”nə uyğun işarə nişanları qoyulmalıdır. 

İşarə  nişanları  kanallar  idarələri  ilə  razılaşdırmaqla,  onlar  tərəfindən  gəmiçilik 

şəraiti və losman xəritələrində qeyd edilməklə, həmin xətlərin istismarçıları tərəfindən 

qoyulur.  Kabel  elektrik  ötürücü  xətlərinin  trosları  “Dənizçilərə  xəbərdarlıq” 

məlumatlarında göstərilir və losman xəritələrində qeyd olunur. 

26.  Meşə  zolaqlarının  cığırlarından  keçən,  yaxud  bu  ərazilərdə  yerləşən  elektrik 

şəbəkələri olan müəssisələr aşağıdakılara riayət etməyə borcludurlar: 

a) cığırların yanğından mühafizəsini təmin etməyə; 


b) cığırlardakı ağacların (kolların) qırılması və budanmasına, yaxud digər üsullarla 

cığırların  enini  elektrik  şəbəkələrinin  tikintisi  layihələrində  nəzərdə  tutulan  ölçülərdə 

saxlamağa; 

c)  naqillərin,  dirəklərin  üstünə  yıxılmaq  təhlükəsi  olan  cığırlardan  kənarda  bitən 

ağacların qırılmasını müvafiq qaydada təşkil etməyə; 

ç)  ağacların  və  kolların  yetişdirilməsi  üçün  istifadə  edilən  yerlərdə  hündürlüyü  4 

m-dən artıq olan ağacların qırılmasını və budanmasını aparmağa. 

27. Gərginliyi 1000 voltdan yuxarı olan hava elektrik ötürücü xətlərində qəzaların 

aradan  qaldırılması  məqsədi  ilə  həmin  xətlərin  trası  boyunca  yerləşən  meşə 

zolaqlarında  ağacların  qırılması  zərurəti  yarandıqda,  ağacların  qırılmasını  elektrik 

ötürücü  xətlərinin  mülkiyyətçisi  və  yaxud  istismarçısı  həyata  keçirir  və  sonradan 

meşəqırma  biletlərini  (orderlərini)  müəyyən  edilmiş  qaydada  müvafiq  orqanla 

sənədləşdirir.  Elektrik  ötürücü  xətlərinin  istismarçıları  ağac  qırılan  yerləri  ağac 

qırıntılarından təmizləməlidir. 

28.  Elektrik  ötürücü  xətlərinin  istismarçılarına  həmin  xətlərin  mühafizə 

zonalarında  elektrik  ötürücü  xətlərinin  təmiri  ilə  bağlı  torpaq  və  başqa  işlərin 

görülməsinə icazə verilir. 

Kənd təsərrüfatı sahələrindən keçən elektrik ötürücü xətlərinin plan üzrə təmiri və 

yenidən  qurulması  torpaq  mülkiyyətçisi  və  yaxud  istifadəçisi  ilə  razılaşdırılır  və  bir 

qayda  olaraq,  həmin  işlər  kənd  təsərrüfatı  bitkilərinin  əkilmədiyi  dövrlərdə  və  yaxud 

bu bitkilərin qorunmasını təmin etmək mümkün olan vaxtda görülür. 

Elektrik ötürücü xətlərində qəzaların qarşısını almaq və yaxud onların nəticələrini 

aradan  qaldırmaq  məqsədi  ilə  işlər  torpaq  mülkiyyətçisi  və  yaxud  istifadəçisi  ilə 

razılaşdırılmadan, onu xəbərdar etməklə yerinə yetirilə bilər. 

Göstərilən  işləri  yerinə  yetirdikdən  sonra  elektrik  ötürücü  xətlərinin 

mülkiyyətçiləri  və  yaxud  istismarçıları  öz  vəsaitləri  hesabına  həmin  torpaq  sahələrini 

istifadə  üçün  yararlı  vəziyyətə  gətirməlidirlər.  İşlərin  icrası  zamanı  torpaq 

mülkiyyətçisinə  və  yaxud  istifadəçisinə  vurulan  ziyan  qanunvericilikdə  nəzərdə 

tutulmuş qaydada müəyyən edilir və ödənilir. 

29. Yol örtüyünün dağılmasına gətirən kabel elektrik ötürücü xətlərinin plan üzrə 

təmiri və ya yenidən qurulması yalnız Dövlət Yol Polisi (DYP) bölmələri və avtomobil 

yollarının  mülkiyyətçisi  və  yaxud  istifadəçisi  ilə  işlərin  görülməsi  şərtləri  əvvəlcədən 

razılaşdırıldıqdan sonra aparıla bilər. İşlərin aparılma şərtləri işlərin başlanmasından 3 

gün əvvəl razılaşdırılmalıdır. 

Yubandırılması  mümkün  olmadığı  hallarda  yol  örtüyünün  dağılmasına  gətirən 

kabel  elektrik  ötürücü  xətlərinin  təmir  işlərinin  əvvəlcədən  razılaşdırılmadan,  lakin 

DYP  bölmələrinin  və  avtomobil  yollarının  mülkiyyətçisi  və  yaxud  istifadəçisini 

xəbərdar etdikdən sonra yerinə yetirilməsinə icazə verilir. 

Göstərilən işləri yerinə yetirən müəssisələr işlərin yerinə yetirildiyi ərazidə dolayı 

yollar  yaratmalı,  hasarlamalı,  müvafiq  yol  nişanları  qoymalı  və  işlər  başa  çatdıqdan 

sonra torpağın hamarlanmasını, yol örtüyünün bərpasını təmin etməlidirlər. Avtomobil 

yollarının mülkiyyətçisinin və yaxud istismarçısının razılığı ilə yolların zədələnməsinin 

aradan  qaldırılması  işləri  onlar  tərəfindən  kabel  elektrik  ötürücü  xətlərinin 

mülkiyyətçisi və yaxud istismarçısının hesabına aparılmalıdır. 



30. Torpaq işlərini yerinə yetirən müəssisələr işlərin icrası üçün texniki sənədlərdə 

göstərilməyən kabel elektrik ötürücü xətti aşkar etdikdə, dərhal bu işləri dayandırmalı, 

kabel  xəttinin  mühafizəsi  üçün  tədbirlər  görməli  və  bu  barədə  elektrik  şəbəkəsinin 

mülkiyyətçisinə və yaxud istismarçısına məlumat verməlidirlər. 

Kabel  elektrik  ötürücü  xəttinin  sudan  lövbərlə,  balıq  ovu  ləvazimatı  ilə,  yaxud 

başqa  üsulla  qaldırıldığı  halda  gəmi  kapitanları  (işlərin  rəhbərləri)  dərhal  bu  barədə 

elektrik şəbəkəsinin mülkiyyətçisinə və yaxud istismarçısına xəbər verməlidirlər. Gəmi 

kapitanları  bu  xəbəri  bilavasitə  özləri  çatdırmalı  və  yaxud  yaxınlıqdakı  dəniz 

portundan ötürməlidirlər. 

31.  Elektrik  şəbəkələrinin  mühafizə  zonalarında  və  onun  yaxınlığında  olan 

müəssisələr  elektrik  şəbəkələrinin  işçilərinin  elektrik  şəbəkələrinin  qorunmasını  təmin 

edən və bədbəxt hadisələrin baş verməsinin qarşısını almağa yönələn tələblərini yerinə 

yetirməlidirlər. 

32.  Elektrik  şəbəkələrini  istismar  edən  müəssisələrin  tabeliyində  olan  işçilərin 

elektrik şəbəkələrinin mühafizə zonasında başqa müəssisələr tərəfindən bu Qaydaların 

tələblərinin  pozulması  ilə  görülən  işləri  dayandırmaq  hüququ  vardır  və  bu  barədə 

Azərbaycan  Respublikası  Energetika  Nazirliyinin  “Dövlət  Enerjinəzarət”  İdarəsinə 

məlumat verilməlidir.



6

 

33. Bu Qaydaların tələblərini yerinə yetirməməkdə, habelə gərginliyi 1000 voltdan 



yuxarı  olan  elektrik  şəbəkələrinin  normal  işini  pozmaqda  müqəssir  sayılan  vəzifəli 

şəxslər  və  vətəndaşlar  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  məsuliyyətə  cəlb 

olunurlar. 

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

 

1.  13  sentyabr  2006-cı  il  tarixli  207  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822



2.  7  fevral  2008-ci  il  tarixli  35  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116)  



3.  6  may  2008-ci  il  tarixli  109  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432



4.  24  yanvar  2014-cü  il  tarixli  20  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(“Azərbaycan”  qəzeti,  31  yanvar  2014-cü  il,  №  20,  Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 2014-cü il, № 1, maddə 69

5. 

4  noyabr  2015-ci  il  tarixli  354  nömrəli

  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1418) 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

 

                                                 



1

  24  yanvar  2014-cü  il  tarixli  20  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 



(“Azərbaycan”  qəzeti,  31  yanvar  2014-cü  il,  №  20,  Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 2014-cü il, № 1, maddə 69) ilə “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi 

Qaydaları”nın  3-cü  hissəsinin  b)  bəndində,  9-cu  hissəsinin  ikinci  abzasında  və  21-ci  hissəsində  “Sənaye 



və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir. 

 

2



 

13  sentyabr  2006-cı  il  tarixli  207  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2006-cı  il,  №  9,  maddə  822)  ilə  12-ci  bəndinin 

səkkizinci  abzasında  “Dövlət  Sənayedə  İşlərin  Təhlükəsiz  Görülməsinə  Nəzarət  və  Dağ-Mədən 



Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir. 

 

3



 

13  sentyabr  2006-cı  il  tarixli  207  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə  13-cü bəndinin 

birinci  abzasında  mötərizədə  verilən  “tikinti  işləri”  sözlərindən  sonra  “Azərbaycan  Respublikası 



Fövqəladə Hallar Nazirliyi və” sözləri əlavə edilmişdir. 

 

6  may  2008-ci  il  tarixli  109  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 



(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432) ilə «Gərginliyi 1000 

voltdan  yuxarı  olan  elektrik  şəbəkələrinin  mühafizəsi  Qaydaları»nın  13-cü  bəndinin  birinci  abzasında 

«Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri «Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» sözləri 

ilə əvəz edilmişdir. 

 

4

 

7  fevral  2008-ci  il  tarixli  35  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116) ilə «Gərginliyi 1000 

voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın 14-cü bəndinin «ə» yarımbəndində 



«ictimai» sözü «ümumi istifadədə olan» sözləri ilə əvəz edilmişdir. 

 

5

 

4  noyabr  2015-ci  il  tarixli  354  nömrəli



  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1418)  ilə  “Gərginliyi 

1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 20-ci hissəsində (hər iki halda) 

ismin  müvafiq  hallarında  “Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsi”  sözləri  ismin  müvafiq  hallarında 

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir. 

 


                                                                                                                                                              

6

 

24  yanvar  2014-cü  il  tarixli  20  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 



(“Azərbaycan”  qəzeti,  31  yanvar  2014-cü  il,  №  20,  Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu,  2014-cü  il,  №  1,  maddə  69)  ilə  “Gərginliyi  1000  voltdan  yuxarı  olan  elektrik  şəbəkələrinin 

mühafizəsi  Qaydaları”nın  9-cu,  32-ci  hissələrində  və  13-cü  hissəsinin  ikinci  abzasında  “Sənaye  və 



Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir. 

Yüklə 335,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin