Qaydalar adlandırılacaq



Yüklə 156.24 Kb.
PDF просмотр
tarix25.12.2016
ölçüsü156.24 Kb.

TS-Q-06-10a 

- 2 - 


 

 

KÖNÜLLÜ TĠBBĠ SIĞORTA QAYDALARI 

 

Azərbaycan Respublikasının qanunvericiliyinə və  hazırki könüllü tibb sığorta qaydalarına əsasən (bundan sonra 



mətndə  Qaydalar  adlandırılacaq)  «AXA  MBASK»  Sığorta  Şirkəti  Açıq  Səhmdar  Cəmiyyəti

 

(bundan  sonra 



mətndə  “Sığortaçı“  adlandırılacaq)  hüquqi  və  fiziki  şəxslərlə  (bundan  sonra  mətndə  “Sığortalı“  adlandırılacaq) 

könüllü tibb sığorta müqaviləsi (bundan sonra mətndə müqavilə adlandırılacaq) bağlayır. 

Hazırki  Qaydalar  sığorta  müqavilələsinin  bağlanması,  icra  və  xitam  edilməsi  şərtlərini  müəyyən  edir, 

sığorta müddətində və sığorta hadisəsi baş verən zaman tərəflərin münasibətlərini tənzimləyir. 

 

Bu  qaydalar,  sığorta  şahadətnaməsi,  sığortalı  tərəfindən  doldurulmuş  ərizə  forması  və  müvafiq  əlavələr 



bütövlükdə bir müqavilə hesab edilir. 

Ərizə  forması  müqavilənin  əsası  sayılır  və  sığorta  təminatı  Ərizə  formasında  sığortalı  tərəfindən  göstərilmiş 

məlumat və ərizə formasında qeyd olunmuş Sığortalının bəyannaməsi əsasında verilir. 

 

Bu Qaydalarla müəyyən olunan “Könüllü tibbi sığorta”növü tibbi sığorta sinifinə aid edilir. 



 

A. ÜMUMĠ MÜDDƏALAR 

 

1. 

QAYDALARDA ĠSTĠFADƏ OLUNAN ƏSAS ANLAYIġLAR 

 

Bu Qaydalarda aşağıda göstərilən anlayışlar hər hansı bir yerdə istifadə olunmasından asılı olmayaraq eyni məna 



daşıyırlar: 

1.1 


Sığortaçı  -  Azərbaycan  Respublikasında  sığorta  fəaliyyətinə  nəzarəti  həyata  keçirən  müvafiq  icra 

hakimiyyəti orqanından xüsusi razılıq almış «AXA MBASK» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətidir. 

1.2 

Sığortalı  -  Sığortaçı  ilə  sığorta  müqaviləsini  bağlamış,  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq 

hüquqi şəxslər və ya fəaliyyət qabiliyyətli fiziki şəxslərdir. 

1.3 

Sığorta  olunan  –  hazırkı  Qaydalara  müvafiq  olaraq,  xeyrinə  sığorta  müqaviləsi  bağlanan  və  əmlak 

mənafeyləri  sığorta  müqaviləsinə  əsasən  sığorta  obyekti  olan    fəaliyyət  qabiliyyətli  və  adı  sığorta 

müqaviləsində  göstərilən  65  yaşı  tamam  olmayan  (sığorta  müqaviləsi  ilə  digər  şərtlər  nəzərdə 

tutulmayıbsa) şəxs; uşaqlar, sığorta müqaviləsi ilə digər şərtlər nəzərdə tutulmayıbsa, anadan olan gündən 

sığortalana bilərlər

1.4 


Himayədə olan Ģəxslər - Sığorta olunanın arvadı (əri),boşanmış şəxslər istisna olmaqla, 18 yaşdan yuxarı 

olmayan ( əyani təhsil aldıqda 24 yaşadək) uşaqları (ögey və övladlığa götürülənlər daxil olmaqla).  

1.5 

Sığorta riski – ehtimal olunan və onun baş verməsinə qarşı sığorta aparılan hadisədir; 

1.6 


Sığorta  məbləği  –  sığorta  müqaviləsinə  uyğun  olaraq  sığorta  obyektinin  sığortalandığı,  Sığortaçının 

öhdəliklərinin son (maksimal) həddi olan və əsasında sığorta haqqı hesablanan məbləğdir; 

1.7 

Sığorta  haqqı  –  sığorta  müqaviləsinə  uyğun  olaraq  şərtləşdirilmiş  qayda  və  vaxt  ərzində  Sığortalı 

tərəfindən sığorta təminatının verilməsi üçün Sığortaçıya ödənilən məbləğdir; 

1.8 

Sığorta hadisəsi – sığorta təminatı qüvvədə olduğu müddət ərzində sığorta olunanın sağlamlığın 

pozulması ilə bağlı tibbi müəssisəyə müraciət etməsi; 

1.9 

Azadolma  –  sığorta  müqaviləsində  müəyyən  edilmiş  və  Sığortaçı  tərəfindən  təmin  olunmayan  dəymiş 

zərərin bir qismidir; 

1.10 

Tibbi  xidmətlər  -  xəstəliyin  profilaktikasina,  diaqnostikasina,  müayijnə  və  müalicəsinə  yönəldilən  və 

müvafiq qiyməti olan tədbirlər kompleksi; 

1.11 

Bədbəxt  hadisə  -  sığorta  olunanın  iradəsindən  asılı  olmayan,  gözlənilməyən,  qəfləti    hadisənin  baş 

verməsi nəticəsində sığorta olunanana bədən xəsərətin yetirilməsi və  sağlamlığın pozulması; 

1.12 

Xəstəlik  –  qəfləti  baş  vermiş  sağlamlığın  və    bədənin  funksiyaların  pozulması  nəticəsində  sığorta 

olunanın həyatı və sağlamlığı təhlükə altına düşdükdə və fəsadları aradan qaldırmaq üçün təxirəsalınmaz 

tibbi yardıma ehtiyac olduqda. 

1.13 



Tibb  müəssisəsi-  sığortaçı  ilə  bağlanmış  müqaviləyə  əsasən  sığorta  olunan  şəxsə  tibbi  yardım  və 

müqavilədə nəzərdə  tutulmuş  digər  xidmətlər  göstərən  və  göstərdiyi  xidmətlərə  görə  Sığortaçıdan  haqq 

alan  müvafiq  xüsusi  icazəsi  olan  hüquqi  şəxslər,  o  cümlədən  müalicə-profilaktik  və  elmi  təhqiqat 

müəssisələr; 

1.14 

Sığorta olunanın ailə üzvü - sığorta olunanın əri (arvadı), yetkinlik yaşına çatmayan subay uşaqları (on 

səkkiz  yaşından  yuxarı  əyani  təhsil  forması  üzrə  təhsil  müəssisələrində  təhsili  alan  uşaqları  -təhsili 

bitirənədək lakin ən çoxu iyirmi üç yaşınadək). 

1.15 


bu Qaydalara əsasən Sığortaçı könüllü tibb sığorta praqramları hazırlaya bilər. 

TS-Q-06-10a 

- 3 - 


 

 

2. 



SIĞORTA SUBYEKTLƏRĠ

 

 

2.1 


Sığorta subyektlərinə Sığortaçı, Sığortalı və Sığorta olunan aiddir. 

2.2 


Sığortaçı  könüllü  tibbi  sığorta  xidmətlərini  lisenziya  əsasında  göstərir.  Sığortaçı  sığorta  hadisəsi  baş 

verdikdə  sığorta  məbləği  müqabilində  və  sığortalı  tərəfindən  seçilən  könüllü  tibbi  sığorta  proqramına 

uyğun olaraq Sığorta olunana tibbi xidmətlərin göstərilməsini təşkil edir.  

2.3


 

Sığortalı uçüncu şəxslərin xeyrinə sığorta müqaviləsinı bağlayan yerli və xarici hüquqi şəxslər, öz xeyrinə 

və  ya  üçüncü  şəxslərin  xeyrinə  sığorta  müqaviləsini  bağlayan  fəaliyyətqabiliyyətli  Azərbaycan 

vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  ola bilər. 

2.4

 

Sığorta  müqaviləsində  göstərilən  Sığorta  olunan  Sığortalı  tərəfindən  sığorta  olunanın    və  Sığortaçının 



razılığı ilə dəyişdirilə bilər. 

2.5


 

Yetkinlik  yaşına  çatmayan  uşaqların  sığorta  müqaviləsi ilə  nəzərdə  tutulan  hüquq  və  vəzifələri  (slğorta 

müqaviləsində  göstərilən  xidmərlərin  alınması  istisna  olmaqla)  qüvvədə  olan  qanunvericiliyə  əsasən 

qanuni nümayəndələri tərəfindən həyata keçirilir. 

2.6

 

Sığorta müqaviləsi I və II qrup əlil olan, QİÇS infeksiyasının daşıyıcısı olan, onkoloji, ürək-damar və ruhi 



xəstləliyi  olan  şəxslərlə  bağlanmır.  Qeyd  olunan  risk  amilləri  barədə  Sığortaçıya  təhrif  olunmuş  və  ya 

yanlış məlumat təqdim olunaraq aldatma yolu ilə bağlanmış sığorta müqaviləsinin ləğv olunması tələbinin 

Sığortaçı tərəfindən irəli sürülməsi və mülki qanunvericiliklə nəzərdə tutulan müvafiq nəticələrin tətbiq 

edilməsi üçün əsas hesab olunur. 

 

B. SIĞORTA TƏMĠNATI VƏ ĠSTĠSNALAR 

 

3. 



SIĞORTA OBYEKTĠ 

 

3.1 



Könüllü  tibbi  sığorta  obyekti  Sığorta  olunanın  ona  göstərilən  tibbi  xidmətlərin  xərcləri  ilə  bağlı  olan 

əmlak mənafeyləridir. 



 

4. 

SIĞORTA HADĠSƏSĠ 

 

4.1 


Sığorta olunanın səhhətinin pisləşməsi, kəskin xəstəliklər, xroniki xəstəliklərin kəskinləşməsi, zəhərlənmə 

və  digər  bədbəxt  hadisələr  ilə  əlaqədar  müqavilədə  nəzərdə  tutulan  tibbi  müəssisələrə  müqavilədə 

göstərilən  tibbi  xidmətlərin  çərçivəsində  məsləhət,  müayinə,  müalicə  və  digər  tibbi  yardımın  alınması 

məqsədi ilə müraciət etməsi sığorta hadisəsi hesab olunur.  Həmin  müraciət sığorta müqaviləsi qüvvədə 

olan müddətdə baş verdiyi halda etibarlıdır.  

 

5. 

SIĞORTA TƏMĠNATI 

 

5.1


 

Sığorta  hadisəsi  baş  verdikdə  sığorta  olunan  sığortaçının  Xidmət  Mərkəzi  ilə  əlagə  saxlayır  və 

sığortaçının müəyyən etdiyi tibbi müəssisəsinə müraciət edir. 

5.2 


Bu Qaydalara əsasən Sığortaçı Tibb müəssisəsinə aşağıdakı xərcləri ödəyir: 

 

5.2.1 

Tibbi xərclər, yəni: 

 

a. 


diaqnostik  müayinələrin,  təcili  vaksinasiyaların  və  təcili  tibbi  təxliyənin  həyata 

keçirilməsi xərcləri, o cümlədən həkim tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı 

materiallarına  və  travma  nəticəsində  istifadə  olunan  fiksasiya  vasitələrinə  çəkilmiş 

xərclər də daxil olmaqla təcili tibbi yardım xərcləri 

b. 

Əməliyyatların,  diaqnostik  müayinələrin  həyata  keçirilməsi  xərcləri,  o  cümlədən  həkim 



tərəfindən  təyin  edilmiş  tibbi  preparatlara,  sarğı  materiallarına  və  travma  nəticəsində 

istifadə  olunan  fiksasiya  vasitələrinə  çəkilmiş  xərclər  də  daxil  olmaqla  stasionarda 



qalma və müalicə olunma (standart tipli palatada) xərcləri; 

c. 


Həkim xidmətləri, diaqnostik müayinələr, sarğı materialları və travma nəticəsində istifadə 

olunan  fiksasiya  vasitələrinə  çəkilmiş  xərclər  də  daxil  olmaqla  ambulator  müalicə 

xərcləri. 

5.2.2 

Tibbi təxliyə xərcləri, yəni: 

Hadisə  yerindən  ən  yaxın  məsafədə  yerləşən  tibb  müəssisəsinə  və  ya  bilavasitə  yaxınlıqda 

yerləşən  həkimin  yanına  evakuasiya  olunma  («təcili  yardım»  avtomobili  və  ya  digər  nəqliyyat 

vasitəsi ilə) xərcləri;  

5.3 

Sığorta müqaviləsi ilə digər şərtlər nəzərdə tutula bilər. 



TS-Q-06-10a 

- 4 - 


 

 

 



6. 

SIĞORTA MƏBLƏĞĠ. SIĞORTA HAQQI VƏ ONUN ÖDƏMƏ QAYDASI. 

 

6.1 

Sığorta məbləği sığortalı və sığortaçı arasında qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir. 

6.1.1 


Sığorta  Şəhadətnaməsində göstərilən  sığorta  məbləği Sığortaçının  bir  hadisə  və  sığorta  müddəti 

ərzində baş vermiş bütün hadisələr üzrə məsuliyyətinin maksimal həddidir 

6.1.2 

Sığorta hadisəsi baş verdikdə və/ və ya sığorta təminatı qüvvədə olan müddətdə bütün hadisələr 



üzrə ödənilən sığorta ödənişləri sığorta məbləğindən və Sığortaçının məsuliyyəti hər bir Sığorta 

Təminatı növü üzrə Ödənişlər Cədvəlində göstərilən siğorta məbləğindən artıq ola bilməz. 

6.1.3 

Sığortaçı  Sığortalı  ilə  razılığa  əsasən  bütün  sığorta  olunanlar  üçün  eyni  sığorta  proqramı  və 



sığorta haqqı və ya hər sığorta olunan üçün individual sığorta haqqı müəyyən edə bilər. 

6.2 

Sığorta  haqqı  Sığortalı  tərəfindən  təqdim  edilmiş  məlumat  əsasında  Sığortaçı  tərəfindən  hesablanır  və 

Sığorta Şəhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir. 

6.3 

Sığorta  haqqı  Sığortalı  tərəfindən  Sığortaçının  təqdim  etdiyi  hesab  və  ya  sığorta  haqqının  məbləği  və 



ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəd alındıqdan sonra ödənilir. Sığorta haqqı 

birdəfəlik və ya, tərəflərin razılaşmasına əsasən, hissə-hissə, sığorta müqaviləsinə qəbul edilmiş Əlavədə 

qeyd olunan ödənişlər cədvəlinə müvafiq olaraq ödənilə bilər. 

6.4 


Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, nağdsız haqq-hesab zamanı sığorta haqqı Sığortalı 

tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının 

təqdim etdiyi hesabın şərtlərinə müvafiq olaraq Sığortaçının bank hesabına köçürülməsi yoli ilə ödənilir.  

6.5 


Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə tutulmayıbsa,  nağd  haqq-hesab  zamanı  sığorta  haqqı  Sığortalı 

tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının 

təqdim etdiyi qəbzin şərtlərinə müvafiq olaraq Sığortaçının kassasına və ya nümayəndəsinə verilməsi yoli 

ilə ödənilir. 

6.6. 

Sığorta haqqının ödənilməsi günü aşağıdakılar hesab olunur: 



6.6.2

 

nağdsız haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının hesabına daxil olması günü; 



6.6.3

 

nağd  haqq-hesab  zamanı  –  pul  vəsaitlərinin  Sığortaçının  kassasına  və  ya  nümayəndəsinə 



verilməsi günü. 

6.7 


Sığorta  haqqı  və  ya  onun  birinci  hissəsi  Sığortaçı  tərəfindən  təqdim  olunmuş  hesabda  və  ya  sığorta 

haqqının  məbləği  və  ödənilmə  qaydası  barədə  məlumatı  özündə  əks  edən  digər  sənəddə  göstərilmiş 

müddət ərzində ödənilmədikdə, Sığortaçı Sığortalı üçün yazılı sürətdə 15 günlük əlavə ödəmə müddətini 

təyin etmək bu müddət bitəndən sonra sığorta haqqı ödənilmədikdə sığorta müqaviləsindən imtina etmək  

hüququna  malikdir.  Əgər  sığorta  hadisəsinin  baş  verməsi  günü  sığorta  haqqı  və  ya  onun  birinci  hissəsi 

müqavilənin şərtlərinə uyğun hələ də ödənilməyibsə, Sığortaçı öz öhdəliklərindən azad edilir. 

6.8. 

Hissə-hissə  ödənilən  sığorta  haqqının  növbəti  ödənişi  ödənilmədiyi,  vaxtından  gec  və  ya  az  məbləğdə 



ödənildyi  halda,  Sığortaçının  sığorta  müqaviləsi  üzrə  öhdəlikləri  sığorta  haqqının  ödənilməli  gündən 

sonrakı  növbəti  15  təqvim  günü  ərzində  qüvvədə  qalır  və  sığorta  ödənişinin  həyata  keçirilməsi  zamanı 

sığorta haqqının gecikdirilmiş (natamam həcmdə ödənilmiş) hissəsi Sığortaçı tərəfindən ödənişdən tutula 

bilər. Əgər həmin borc müqavilə ilə sığorta haqqının ödənilməsi günü kimi şərtləşdirilmiş gündən sonra 

15 təqvim günü ərzində ödənilməyibsə Sığortaçı sığorta müqaviləsində göstərilən sığorta hadisələri üzrə 

məsuliyyət daşımır. 

Sığortaçının  məsuliyyəti  borcun,  yəni  gecikdirilmiş  (natamam  həcmdə  ödənilmiş)  ödənişin,  ödənildiyi 

gün gündüz saat 12:00-dan bərpa olunur və Sığortaçının məsuliyyəti bərpa olunduqdan sonra baş vermiş, 

sığorta müqaviləsində şərtləşdirilmiş sığorta hadisələrini əhatə edir. 

6.9 


Sığortalının  sığorta  haqqını  ödəməməsi  səbəbindən  Sığortaçı  tərəfindən  sığorta  müqaviləsinin  ləğv 

edilməsi,  Sığortalını  Sığortaçıya,  onun  öz  öhdəliklərini  yerinə  yetirdiyi  müddət  üzrə,  sığorta  haqqının 

ödənilməli olan hissəsini ödəməsindən azad etmir. 

6.10 


Sığorta  müqaviləsi  qüvvədə  olan  zaman  sığorta  olunan  2  və  ya  3  qrup  əlilik  aldıqda  sığortaçı  sığorta 

müqaviləsinin müddətini azalda və ya sığorta haqqını çoxalda bilər. Qeyd edilən dəyişiklər müqaviləyə 

əlavə  formasında  rəsmiləşdirilir.  Sığortalı  qeyd  edilən  Əlavəni  imzalamaqdan  imtina  etdikdə  Sığortaçı 

birtərəfli qaydada müqaviləni ləğv edə bilər.  

6.11 

Sığortaçı  sığorta  müqaviləsi  qüvvədə  olduğu  zaman  sığortalı  ilə  razılaşdırıldıqda  sığorta  haqqını  artıra, 



konkret  sığorta  olunan  üçün  sığorta  proqramını  əlavə  sığorta  haqqı  ödənilməklə  dəyişdirə  və  ya 

genişləndirə bilər. Bu dəyişiklər müqaviləyə Əlavə bağlamaqla rəsmiləşdirilir.  



 

 

 

 

TS-Q-06-10a 

- 5 - 


 

 

7. 



ġƏRTSĠZ AZADOLMA 

 

7.1 


Şərtsiz  azadolma  sığorta  hadisəsi  baş  verdiyi  halda  Sığortaçı  tərəfindən  ödənilməyən  Sığorta  olunanın 

xərclərinin bir hissəsidir.  

7.2 

Tibbi  xərclərə  dair  hər  bir  sığorta  hadisəsi  üzrə  azadolma  məbləği  Sığorta  Şahədətnaməsində  müvafiq 



bəndə əsasən tətbiq edilir. 

7.3 


Bir neçə sığorta hadisəsinin baş verməsi halında azadolmanın məbləği hər sığorta ödənişindən tutulur. 

7.4 


Hazırki  Qaydalar  ilə  nəzərdə  tutulan  digər  xərclərə  də  dair,  sığorta  müqaviləsində  və  ya  sığorta 

müqaviləsinə qəbul edilmiş müvafiq Əlavədə göstərilməsi şərti ilə, azadolma tətbiq oluna bilər. 



 

8. 

ĠSTĠSNALAR 

 

 

8.1. 

AĢağıda göstərilən hallar və ya bu halların nəticəsi olaraq meydana gələn xəstəlik, fəsadlaĢma və 

digər vəziyyətlər sığorta hadisəsi hesab edilmir və onlarla əlaqədar sığorta olunana göstərilən tibbi 

yardım və digər xidmətlərlə bağlı xərclər sığorta təminatına daxil edilmir: 

 

8.1.1 



Xəsarət aldığı zaman alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş 

vəziyyət; 

8.1.2 

Sığorta olunanın nəqliyyat vasitəsinin idarə edilməsini spirtli içkilərin, narkotik və ya toksik maddələrin 



təsiri altında olan və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə həvalə etməsi

8.1.3 


Peşəkar  pilot  tərəfindən  idarə  olunan  mülki  aviasiya  təyyarəsində  sərnişin  qismində  uçuşlar  istisna 

olmaqla, Sığorta olunanın özü tərəfindən idarə edilən uçuş aparatında uçma; 

8.1.4 

Sığorta  olunanın  mühərriksiz  uçuş  apparatlarında,  mühərrikli  planerlərdə,  superyüngül  uçuş 



apparatlarında uçması və həmçinin paraşütla tullanması; 

8.1.5 


Sığorta  olunan  tərəfindən  özünü  öldürməyə  cəhd  etmə,  istisna  sığorta  olunan  özünü  öldürmə  həddinə 

üçüncü səxslərin qanunsuz hərəkətləri nəticəsində çatdırılma; 

8.1.6 

Sığorta  olunanın  bilərəkdən  özünə  cismani  zərər  yetirməsi  və  sığorta  hadisəsinin  baş  verməsinə  səbəb 



olan hərəkətlərin qəsdən və ya kobud ehtiyatsızlığından törədilməsi; 

8.1.7  Sığorta  olunanın  qohumları  tərəfindən  müalicə  və  qulluq  olunmasına  dair  xərclər  və  təyin  olunmuş 

dərmanlar daxil olmaqla, hər hansı bir özünü müalicə. 

8.1.8 


Müharibə (elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, istila, üsyan, qiyam, tətil, 

çevriliş, inqilab, işğal, düşmənçilik aktları, hərbi əməliyyatlar, silahlı yolla hakimiyyətin qəsb edilməsi, 

ictimai iğtişaşlar, kütləvi həyəcanlar, terror aktları və sadalananların nəticələri; 

8.1.9 


Sığorta olunanın hər cür silahlı qüvvələrdə və hərbi qruplaşmalarda qulluq etməsi; 

8.1.10  Nüvə partlayışı, radioaktiv və ya digər şüalanmalar; 

8.1.11  Zəlzələ, sel, daşqın, su basması və digər təbii fəlakətlər; 

8.1.12  Epidemiya; 

8.1.13  Sığorta  olunan  tərəfindən  sığorta  hadisəsi  ilə  birbaşa  səbəb-nəticə  əlaqəsində  olan,  qanuna  zidd 

hərəkətlərin törədilməsi; 

8.1.14  Əmək  vəzifələrini  yerinə  yetirərək  (muzdlu  iş  görərək)  Sığorta  olunanın  təhlükəsizlik  texnikası 

qaydalarına riayət etməməsi. 

8.1.15  Sığorta olunanın azadlıqdan məhrumolma yerlərində və hərbi qulluqda olması; 

8.1.16  İnsan  immunçatışmazlığı  virusuna  və  /və  ya  Qazanılmış  İmmunçatışmazlığ  Sindromuna  yoluxmasından 

və həmçinin onun nəticəsi olan xəstəliklər; 

8.1.17  Vərəm, sarkoidoz, mukovissidoz; 

 

8.2 

Sığorta  müqaviləsində  digər  Ģərtlər  nəzərdə  tutulmayıbsa  və 

Sığorta  ġəhadətnaməsində 

göstərilməyibsə

, aĢağıda göstərilən 

xidmətlərlə bağlı xərclər sığorta təminatına daxil edilmir: 

 

8.2.1 



Kəskin  ağrı və ya Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı tibbi yardımın göstərilməsi halları 

istisna  olmaqla,  müalicəsi  həyata  keçirilib-keçirilməməsindən  asılı  olmayaraq  sığorta  müqaviləsi 

bağlanan günə qədər məlum olan xəstəliklərin müalicəsi

8.2.2 


Sığorta  olunanın  həyatına  bilavasitə  təhlükə  yaradan  vəziyyətlərdə  həyata  keçirilən  təxirəsalınmaz 

tədbirlər istisna olmaqla, xroniki xəstəliklərin müalicəsi; 

8.2.3 

Sığorta  olunanın  sığorta  hədisəsi  ilə  əlaqədar  müraciətinə  əsasən  aldığı  həkim  göstərişlərinin  yerinə 



yetirilməsindən könüllü surətdə imtina etməsi nəticələri; 

8.2.4 


Səbəbsiz  eyni  sığorta  hadisəsi  ilə  bağlı  iki  və  ikidən  artıq  mütəxəssislərin  müayinəsi  yaxud  eyni 

diaqnostik tədbirlər; 



TS-Q-06-10a 

- 6 - 


 

 

8.2.5 



Sığortalanma  dövründən  əvvəl  aparılmış  hər  hansı  bir  kosmetoloji  müalicənin,  plastik  cərarahi 

əməliyyatın nəticələrinin müalicəsi və eyni səbəbdən təkrar kosmetik-plastik əməliyyatlar; sığorta dövrü 

daxilində  baş  vermiş  hər  hansı  xəstəlik  və  ya  travmaların  zamanı  aparılmasına  ehtiyac  yaranan 

kosmetoloji-plastik əməliyyatlar istisna olmaqla; 

8.2.6 

Sığorta müqaviləsində nəzərdə tutulmayan tibb müəssisələrində müayinə və müalicə; 



8.2.7 

Müvafiq lisenziyası olmayan tibb müəssisəsi və ya tibbi fəaliyyəti həyata keçirmək üçün hüququ olmayan 

şəxs tərəfindən göstərilən xidmətlərlə əlaqədar xərclər

8.2.8 


Müəyyən edilmiş sığorta məbləğini aşan xərclər. Fasiləsiz olaraq 45 gün xəstəxanada olma müdətindən 

artıq aparılmış müalicə; 

8.2.9 

Evdə qulluq; 



8.2.10  Əlavə  rahatlıq,  yəni:  «lüks»  tipli  palatada  yerləşdirmə;  televizor,  telefon,  kondisioner,  nəmləndirici  və 

digər  məişət  texnikası  ilə  təmin  edilmə;  xəstəyə  qulluq  məqsədi  ilə  qohumların  xəstəxanada 

yerləşdirilməsi; bərbər, kosmetoloq, tərcüməçi və sair bu kimi xidmətlər; 

8.2.11  İstirahət  mərkəzlərində,  sanatoriyalarda,  pansionatlarda,  istirahət  evlərində  və  digər  bu  kimi 

müəssisələrdə müalicə; 

8.2.12  Sığorta olunanın müalicə alması məqsədi ilə təşkil olunmuş ölkə xaricinə səfər

8.2.13  Təcili tibbi təxliyə istisna olmaqla, müalicə almaq məqsədi ilə əmələ gələn nəqliyyat; 

8.2.14  Sığorta müddətinin son 14 günü ərzində planlı cərrahi əməliyyatların keçirilməsi

8.2.15  Sığortanın  başlanmasından  əvvəl  Sığorta  olunan  tərəfindən  alınan  müalicə  ilə  bağlı  Sığorta  olunanın 

səhhətinin pisləşməsi və ya ölümü ilə bağlı yaranan xərclər; 

8.2.16  Sığorta olunanın məşqlərdə və idman yarışlarında iştirakı və həmçinin hər cür professional idman növü ilə 

məşğul olması ilə bağlı yaranan xərclər; 

8.2.17  Sığorta  olunanın  təhlükəli  fəaliyyət  növləri  ilə  məşğul  olması  (o  cümlədən,  avtomobil  nəqliyyatının 

peşəkar sürücüsü, inşaatçı, elektromontajçı qismində və ya dağ mədənlərində işləməsi); 

8.2.18  Peşə xəstəliklərinin müayinə və müalicəsi

8.2.19  Anadangəlmə  patologiyaların  (anadangəlmə  travmalar,  daxili  orqanların  anadangəlmə  qüsurları, 

anadangəlmə defektlər və s.) və irsi xəstəliklərin müayinə və müalicəsi; 

8.2.20  Psixonevroloji  xəstəliklər,  nevrasteniya,  ipoxondriya,  nevroz,  dağınıq  skleroz,  sinir  sisteminin 

demiyelinizasiyaedici xəstəliklərin, epilepsiya və hazırkı bənddə göstərilən xəstəliklər nəticəsində əmələ 

gələn somatik xəstəliklər və xəsarətlərin müayinə və müalicəsi; 

8.2.21  Xroniki venoz və arterial çatışmamazlığın müayinə və müalicəsi; 

8.2.22  Şəkərli  diabet  və  bütün  növ  hepatitlərin  və  virusdaşımanın  (Hepatit  A  istisna  olmaqla)  müayinə  və 

müalicəsi; 

8.2.23  Xroniki böyrək və qaraciyər çatışmamazlığının müayinə və müalicəsi; 

8.2.24  Birləşdirici toxumaların sistem xəstəliklərinin, kəskinləşmə istisna olmaqla, müayinə və müalicəsi; 

8.2.25  Bədxassəli onkoloji xəstəliklərin, qanın onkoloji xəstəliklərinin müayinə və müalicəsi, baş beyinin bütün 

növ yenitörəmələrinin müalicəsi; 

8.2.26  Əksər  hallarda  cinsi  yolla  yoluxan  və  onların  nəticəsi  olan  xəstəliklər  qrupuna  aid  olan  xəstəliklərin  

müayinə və müalicəsi, həmçinin toksoplazmozun müalicə və təkrar müayinəsi; 

8.2.27  Dermatoloji  xəstəliklərin  (papilloma,  ziyil,  sızanaqlar,  allopesiya,  seboreya,  psoriaz,  xloazma,  vitiliqo), 

həmçinin kosmetoloji defektlərin müayinə və müalicəsi

8.2.28  Ağız  boşluğu  xəstəliklərinin  və  dişlərin  müayinə  və  müalicəsi,  həmçinin  ortodontiya,  paradontit  və 

paradontozun müayinə və müalicəsi, ştiftin qoyulması, diş ərpin və daşın təmizlənməsi, dişlərin ftorlakla 

örtülməsi; 

8.2.29  Aorto-koronar şuntlama, ürək qüsurlarının cərrahi yol ilə müalicəsi, kardiostentlərin qoyulması, ürək və 

damarların kontrast metodları ilə müayinəsi; 

8.2.30  Həyata təhlükə yaradan vəziyyət və bədbəxt hadisə nəticəsində yaranan hal istisna olmaqla, septoplastika, 

bədbəxt hadisə haqqında məlumat dərhal Sığorta olunan tərəfindən yazılı sürətdə təqdim olmaq şərti ilə; 

8.2.31  Eşitmənin  və  görmənin  operativ  və  konservativ  müalicəsi  və  xüsusi  cihazlar  vasitəsi  ilə  korreksiyası, 

bununla əlaqədar və peşə yararlığının müəyyən olunması üçün aparılan müayinələr, miopiya, presbiopiya, 

qipermetropiya, ametropiya və astiqmatizm kimi gözün refraksiya anomaliyalarının lazer metod ilə daxil 

olmaqla  konservativ  və  cərrahi  müalicəsi,  sığorta  dövrü  daxilində  baş  vermiş  bədbəxt  hadisələr 

nəticəsində eşitmənin və görmənin pozulması istisna olmaqla; 

8.2.32  Ailə  planlanması,  süni  mayalanma  və  sterilizasiya,  həmçinin  sterilizasiyadan  sonra  reproduktiv 

funksiyanın reabilitasiyası, sonsuzluq, impotensiya, kontrasepsiya və onların istənilən nəticələri səbəbi ilə 

aparılan istənilən müayinə və müalicə

8.2.33  Cinsin dəyişdirilməsi ilə birbaşa və ya dolayı yolla bağlı olan istənilən müalicə; 


TS-Q-06-10a 

- 7 - 


 

 

8.2.34  Tibbi yardımın həyati amillərlə bağlı olduğu hallar istisna olmaqla, hamiləlik müddətində məsləhətlər və 



müayinələr, hamiləlik dövründən asılı olmayaraq hamiləlik nəticəndə əmələ gələn xəstəliklər və mövcud 

xəstəliklərin kəskinləşməsi, hamiləliyin kəskinləşməsi ilə əlaqədar məsləhətlər, müayinələr və müalicəsi 

və  həmçinin  doğuş  və  uşağa  doğuşdan  sonrakı  qayğı,  həmcinin  sığorta  müqaviləsindən  əvvəl  başlayan 

hamiləlik; 

8.2.35  Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olan hallar istisna olmaqla, abortlar; 

8.2.36  Doğuş zamanı həkimin gecə, bayram və tətil günləri çağırışı ilə əlagədar əlavə xərclər; rezus konflikt ilə 

əlaqədar müayinə və müalicə. İmmunoqlobulin inyeksiyanın doğuşdan sonra təyinatı 

8.2.37  Klimakterik vəziyyət, menstual siklin pozulması ilə əlaqədar 6 aydan artıq müayinə və müalicə

8.2.38  Ekstrakorporal müalicə metodları (plazmaferez, hemosorbsiya, hemodializ, ozonoterapiya, lazerterapiya, 

qanın ultrabənövşəyi şualanması)  

8.2.39  Hər növ protezlər, həmçinin endoprotezlər və diş protezləri daxil olmaqla; 

8.2.40  Orqan və toxumaların transplantasiyası;

 

8.2.41  Alternativ  müalicə  və  reabilitasiya  metodları  qeyriənənəvi  müalicə  və  diaqnostika  metodları, 



qomeopatiya,  fitoterapiya,  oksiqenterapiya,  qirudoterapiya,  elektro-termo-akupunktura;  trixoloqun, 

kosmetoloqun, qenetikın, loqopedin müayinəsi; 

8.2.42  On  prosedurdan  artıq  olan  bərpaedici  müalicə,  müalicəvi  idman,  manual  terapiya,  iynəbatırma  və 

fizioterapiya; 

8.2.43  Profilaktik tədbirlər və ümumi tibbi baxışlar; 

8.2.44  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  tərəfindən  lisenziyalanmayan  dərmanlar,  bioloji  aktiv 

əlavələr,  homeopatik  preparatlar,  immunostimulyatorlar,  psixotrop  preparatlar  (trankvilizator, 

antidepressant  və  s.),  şampunlar,  diş  pastaları,  kosmetik  vasitələr  və  s.  eksperimental  və  \  və  ya  təsdiq 

olunmayan vasitələr

8.2.45


 

Xidmətlər proqramı ilə nəzərdə tutulmayan tibbi və ya başqa xidmətlər.



  

 

D. SIĞORTA MÜQAVĠLƏSĠ 

 

9. 

SIĞORTA MÜQAVĠLƏSĠ 

 

9.1 


Sığorta  müqaviləsi  Sığortaçı  ilə  Sığortalı  arasında  yazılı  formada  bağlanan,  Sığortalının  ödədiyi 

razılaşdırılmış sığorta haqqı müqabilində sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində göstərilən 

sığorta məbləğindən çox olmamaq şərti ilə, sığorta ödənişinin Sığortaçı tərəfindən ödənilməsini nəzərdə 

tutan sazişdir. 

9.2 

Sığorta  müqaviləsinin  bağlanması  üçün  Sığortalı  müəyyən  olunmuş  formada  yazılı  ərizəni  Sığortaçıya 



təqdim edir. 

9.3 


Sığorta  müqaviləsi  yazılı  şəkildə  tərtib  edilir  və  bir  sənədin  tərtib  olunması  və  ya  Sığortaçı  tərəfindən 

Sığortalıya  onun  ərizəsi  əsasında  Sığortaçı  tərəfindən  imzalanmış  Sığorta  Şəhadətnaməsinin  (hazırkı 

Qaydalar əlavə olunmaqla) təqdim olunması yolu ilə bağlana bilər. 

9.4 


Sığorta  müqaviləsi  (Sığorta  Şəhadətnaməsi)  Sığortalı  tərəfindən  itirilərsə,  Sığortalının  yazılı  ərizəsinə 

əsasən  Sığortaçı  müqavilənin  yeni  nüsxəsini  (dublikatını)  ona  təqdim  edə  bilər.  Sığorta  müqaviləsinin 

yeni nüsxəsinin (dublikatının) verilməsindən sonra itirilmiş sığorta müqaviləsi etibarsız hesab olunur. 

9.5 


Sığorta  müqaviləsi  ilə  digəri  nəzərdə  tutulmayıbsa  müqavilə  sığorta  haqqının  və  ya  onun  birinci 

ödənişinin ödənilməsi anından qüvvəyə minir. 

9.6 

Sığorta müqaviləsi Sığorta olunanın tibbi müayinəsi aparılmadan bağlanır. 



9.7 

Zəruri olan hallarda Sığorta olunana eyniləşdirmə kartı verilir. 



 

 

10. 

SIĞORTA TƏMĠNATININ MÜDDƏTĠ VƏ ƏHATƏ ƏRAZĠSĠ 

 

10.1 


Sığorta təminatının qüvvədə olma müddəti tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyənləşdirilir 

və  «sığorta müddəti» adlandırılır. Sığorta müddəti, bir ildən artıq olmamaq şərti ilə (müqavilə ilə digər 

şərtlər nəzərdə tutulmayıbsa), Sığorta olunanın Azərbaycan Respublikasında olduğu müddəti əhatə edir. 

 

11. 



SIĞORTA MÜQAVĠLƏSĠNƏ XĠTAM VERĠLMƏSĠ 

 

11.1 



Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 

11.1.1  Sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə- sığorta müqaviləsində (və ya eyniləşdirmə 

kartında) göstərilən qüvvədən düşmə tarixində saat 24.00-da; 


TS-Q-06-10a 

- 8 - 


 

 

11.1.2  Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə; 



11.1.3  Sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə; 

11.1.4  Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sığortalı - hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs 

vəfat etdikdə; 

11.1.5  Hüquqi  şəxs  olan  Sığortalının  hüquq  qabiliyyətinə  xitam  verildikdə  və  ya  fiziki  şəxs  olan 

Sığortalının fəaliyyət qabiliyyəti məhdudlaşdırıldıqda (hüquq qabiliyyətinə xitam verilməsi və ya 

fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın çıxarılması anından); 

11.1.6  Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə; 

11.1.7  Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sığortaçı ləğv edildikdə; 

11.1.8  Sığorta müqaviləsinin və hazırkı Qaydaların müddəa və şərtləri yerinə yetirilmədikdə; 

11.1.9  Tərəflərin razılaşmasına əsasən; 

 

11.1.10 Qanunvericiliklə və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda. 



11.2 

Sığorta  müqaviləsinə  həm  Sığortaçının,  həm  də  Sığortalının  15  gün  əvvəl  qarşı  tərəfə  yazılı  şəkildə 

xəbərdarlıq verməsi yolu ilə vaxtından əvvəl xitam verilə bilər. Yazılı xəbərdarlıq tərəflərin müqavilədə 

göstərilən ünvanlarına göndərilməlidir. 

11.3 

Tərəflər  müqaviləyə  xitam  verməzdən  əvvəl  müqavilə  ilə  nəzərdə  tutulmuş  öhdəliklərini  tam  yerinə 



yetirməlidirlər. 

11.4 


Sığortaçı sığorta müqaviləsinin xitam olunduğu tarixdən sonra baş vermiş hadisələr üzrə sığorta ödənişini 

həyata keçirmək öhdəliyindən azad olunur. 

 

12. 

SIĞORTA  MÜQAVĠLƏSĠNƏ  VAXTINDAN  ƏVVƏL  XĠTAM  VERĠLDĠKDƏ  SIĞORTA 

HAQQININ HESABLANMASI 

 

12.1 


Tərəflərin  birinin  yazılı  bildirişinə  əsasən  (həmçinin  digər  tərəfin  sığorta  müqaviləsinin  şərtlərini  yerinə 

yetirməməsi ilə əlaqədar) Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun 

qaydada Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilə bilər. Belə halda sığorta haqqının qaytarılması 

aşağıdakı qaydada həyata keçirilir: 

12.1.1  Sığorta  müqaviləsinə  Sığortaçının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə,  Sığortaçı 

Sığortalının  sığorta  haqlarının  bütünlüklə  qaytarır;  əgər  bu  tələb  Sığortalının/Sığorta  olunanın 

sığorta  Qaydalarını  yerinə  yetirməməsi  ilə  bağlıdırsa,  Sığortaçi  çəkilmiş  xərclər  çıxılmaqla 

müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır;

 

12.1.2  Sığorta müqaviləsinə Sığortalının tələbi ilə xitam verildikdə, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla 



müqavilənin  qurtarmamış  hissəsi  üçün  sığorta  haqqını  ona  qaytarır;  əgər  Sığortalının  tələbi 

Sığortaçının  sığorta  Qaydalarını  pozması  ilə  bağlıdırsa,  Sığortaçı  sığorta  haqqını  Sığortalıya 

bütünlüklə qaytarır. 

12.1.3  Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı 

tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta ödənişi 

verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır. 

12.1.4  Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı 

tərəfindən  sığortalıya  ödənilmiş  sığorta  haqqından  az  miqdarda  sığorta  ödənişi  verilmişdirsə, 

həmin  sığorta  haqqı  məbləği  ilə  sığorta  ödənişi  məbləği  arasındakı  fərq  miqdarında  sığorta 

haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 12.1.1-ci və 12.1.2-ci bəndlərində 

nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

12.2 


Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildikdə,  bu  Qaydaların  12.1.-ci  bəndinin  şərtləri  nəzərə 

alınaraq, sığorta haqqı Sığortalı tərəfindən göndərilmiş yazılı bildiriş alındıqdan sonra 13 (on üç) iş günü 

ərzində qaytarılır. 

 

E. TƏRƏFLƏRĠN HÜQUQ VƏ VƏZĠFƏLƏRĠ 



 

13. 

SIĞORTALININ HÜQUQ VƏ VƏZĠFƏLƏRĠ 

 

13.1 


Sığortalının vəzifələri: 

13.1.1  Sığorta  müqaviləsi  bağlanarkən  ona  məlum  olan  və  sığorta  riskini  qiymətləndirmək  üçün 

əhəmiyyət kəsb edən hallar barədə Sığortaçıya məlumat vermək; 

13.1.2  Sığorta riskində baş vermiş bütün əhəmiyyətli dəyişikliklər barədə Sığortaçını məlumatlandırmaq. 

Sığortaçının  riskin  sığortaya  qəbul  olunması  və  ya  sığorta  haqqının  təyin  olunmasına  təsir  edə 

bilən  bütün  hallar  əhəmiyyətli  hesab  olunurlar.  Belə  hallara  Sığortaçının  sığorta  ərizəsinin 

standard formasında göstərilən məlumatlar aiddir. 


TS-Q-06-10a 

- 9 - 


 

 

13.1.3  Sığorta haqqını sığorta müqaviləsi ilə müəyyən edilmiş qayda və məbləğdə vaxtında ödəmək; 



13.1.4  Öz  səlahiyyətləri  çərçivəsində  Sığorta  olunanın  sağlamlığına  mənfi  təsir  edən  halları  aradan 

qaldırmaq; 

13.1.5  Sığorta  hadisəsinin  baş  verməsi  ilə  nəticələnə  bilən  hadisənin  baş  verməsi  barədə  dərhal, 

Sığortaçıya  məlumat  verib,  ondan  qabaqcadan  Azərbaycan  Respublikasının  ərazisində  günlük, 

stasionar  və  ya  ambulator  xəstə  kimi  hər  bir  xərclərin  çəkilməsi  üçün  razılıq  almalıdır.  Sığorta 

hadisəsi baş verdikdə Sığortalı dərhal, təcili hallarda Sığortaçı ilə dərhal əlaqə saxlamaq mümkün 

olmadıqda  sığorta  hadisəsi  haqqında  Sığortaçıya  ən  gec  2  (iki)  iş  günü  ərzində  məlumat 

verməlidir. 

13.1.6  Sığorta  hadisəsinin  baş  verməsi  ilə  nəticələnə  bilən  hadisənin  səbəbi,  gedişatı  və  nəticələri, 

dəymiş  zərərin  xarakteri  və  həcmi  barədə  qərar  çıxarmağa  imkan  verən  bütün  mümkün  olan 

məlumatı və sənədləri Sığortaçıya dərhal təqdim etmək. 

13.1.7  Sığorta müqaviləsinin şərtlərini, hazırkı Qaydaların, sığorta müqaviləsinə qəbul edilmiş əlavələrin 

və təlimatların tələblərini, dövlət orqanlarının qərarlarına və hərəkətlərinə qarşı şikayət edilməsi 

və  məhkəmə  müdafiəsi  üzrə  göstərişlər  daxil  olmaqla  Sığortaçının  yazılı  göstərişlərini  yerinə 

yetirmək. 

13.2 


Sığortalının hüquqları: 

13.2.1  Sığortaçı tərəfindən təklif olunan sığorta proqramını seçmək; 

13.2.2  Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq Sığortaçıdan sığorta müqaviləsi üzrə öhdəliklərinin 

yerinə yetirilməsini tələb etmək

13.2.3  Sığorta şərtlərinin, sığorta Qaydalarının ayrı-ayrı bəndlərinin, sığorta müqaviləsinə qəbul edilmiş 

əlavələrin və təlimatların aydınlaşdırılmasını Sığortaçıdan tələb etmək; 

13.2.4  Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) itirilməsi halında onun dublikatını almaq; 

13.2.5  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada  sığorta  ödənişinin 

həyata  keçirilməsindən  imtina  etməsi  və  ya  onun  məbləğinin  azaldılması  barədə  Sığortaçının 

qərarına qarşı etiraz etmək; 

13.2.6  Sığorta müqaviləsi və hazırkı Qaydalar ilə nəzərdə tutulan hallarda sığorta ödənişini almaq; 

13.2.7  Sığortaçıya  müqavilədə  göstərilən  müddətdə  xəbərdarlıq  etdikədə  vaxtından  əvvəl  sığorta 

müqaviləsinə xitam verə bilər. 

 

14. 



SIĞORTAÇININ HÜQUQ VƏ VƏZĠFƏLƏRĠ. 

 

14.1 



Sığortaçının vəzifələri: 

14.1.1  Sığorta müqaviləsi bağlandıqda hazırkı Qaydaları, sığorta müqaviləsinə qəbul edilmiş əlavələr və 

təlimatları  Sığortalıya  təqdim  etmək;  müəyyən  olunmuş  vaxt  ərzində  Sığorta  Şəhadətnaməsini 

hazırkı Qaydalarla birlikdə Sığortalıya vermək; 

14.1.2  Sığorta müqaviləsinə uyğun olaraq sığorta olunana  tibbi xidmətlərin göstərilməsini təşkil etmək; 

14.1.3  Sığorta  müqaviləsinə  uyğun  olaraq  sığorta  olunana  göstərilən    tibbi  xidmətlərin  həcmninə  və 

keyfiyyətinə nəzarət etmək; 

14.1.4  Sığorta  hadisəsi  baş  verdikdə  sığorta  müqaviləsi  ilə  müəyyən  olunmuş  vaxt  ərzində  sığorta 

ödənişini həyata keçirmək

14.1.5  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla 

Sığortalıdan alınan sirli məlumatı yaymamaq. 

14.2 


Sığortaçının hüquqları: 

14.2.1  Sığortalı (sığorta olunan) tərəfindən təqdim olunmuş məlumatları həmçinin müqavilənin şərtlərinə 

riayət etməsini yoxlamaq; 

14.2.2  Sığorta  hadisəsi  olmayan  və  sığorta  müqaviləsində  nəzərədə  tutulmayan  göstərilən  tibbi 

xidmətlərin əvəzini ödəməmək; 

 

15. 



SIĞORTA OLUNANIN HÜQUQ VƏ VƏZĠFƏLƏRĠ. 

 

15.1 



Sığorta olunanın hüquqları: 

15.1.1  Müqavilədə göstərilən tibbi xidmətləri almaq; 

15.1.2  Sığorta  müqaviləsi  üzrə  göstərilən  tibbi  xidmətlərin  natamam  və  kefiyyətsiz  olması  barədə 

sığortaçıya məlumat vermək; 

15.1.3  İtirdiyi polisin dublikatını almaq. 

15.2 


Sığorta olunanın vəzifələri: 

15.2.1  Sığortaçı tərəfindən təqdim olunmuş anketi doldurmaq



TS-Q-06-10a 

- 10 - 


 

 

15.2.2  Öz sağlamlığın qayğısına qalmaq, sığorta müqaviləsi üzrə göstərilən həkim məsləhətlərinə riayət 



etmək; 

15.2.3  Sığorta  sənədlərin  qorunmasını  təmin  etmək  və  başqa  şəxslərə  tibbi  xidmət  almaq  məqsədi  ilə 

verməmək. 

 

16. 



SIĞORTA  RĠSKĠNƏ  TƏSĠR  EDƏN  AMĠLLƏR.  SIĞORTA  RĠSKĠNĠN  ARTMASI  HAQQINDA 

MƏLUMAT VERMƏ VƏZĠFƏSĠ 

 

16.1 



Sığortalı  (Sığorta  olunan  şəxs)  müqavilənin  bağlanması  zamanı  Sığortaçıya  bildirdiyi  məlumat  və 

faktlarda sığorta müqaviləsinin müddəti ərzində baş vermiş əhəmiyyətli və sığorta riskinin artmasına təsir 

göstərə  biləcək  dəyişikliklər  haqqında  Sığortaçıya  dərhal,  hər  halda  7  təqvim  günündən  gec  olmayaraq 

məlumat verməlidir. Bu vəzifənin düzgün yerinə yetirilməsi faktı yazılı sübut ilə təsdiq olunmalıdır. Bu 

müddəa  Sığortalı  (Sığorta  olunan  şəxs)  tərəfindən  Sığortaçıya  müqavilənin  bağlanmasından  əvvəl  ərizə 

formasında təqdim etdiyi məlumat və faktlara aiddir. 

16.2 

Sığorta  riskinin  artmasına  səbəb  ola  biləcək  faktlar  haqqında  məlumatlandırılmış  Sığortaçı  sığorta 



müqaviləsi şərtlərinin dəyişdirilməsini və əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər. 

16.3 


Sığortalı  (Sığorta  olunan)  sığorta  riskinin  artmasına  səbəb  ola  biləcək  faktlar  haqqında  Sığortaçını 

məlumatlandırmadığı  və  ya  sığorta  müqaviləsinin  şərtlərinin  dəyişdirilməsinə  və  əlavə  sığorta  haqqının 

ödənilməsinə  etiraz  etdiyi  halda,  Sığortaçı  sığorta  müqaviləsinin  ləğv  edilməsini  və  Mülki  Məcəllənin 

424-cü maddəsinə əsasən ləğv edilmənin nəticəsində dəymiş zərərin ödənilməsini tələb edə bilər. 

16.4 

Sığorta  riskinin  artmasına  səbəb  ola  biləcək  faktların  aradan  qalxmasından  (yox  olmasından)  sonra 



Sığortaçı heç bir halda müqavilənin ləğv edilməsini tələb edə bilməz. 

16.5 


Sığorta riskinin artması sığorta hadisəsinin baş verməsinə və Sığortaçının öhdəliyinin yerinə yetirilməsi 

həcminə təsir göstərmədiyi halda Sığortaçının ödənişin həyata keçirilməsi üzrə öhdəliyi qüvvədə qalır. 

16.6 

Sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində Sığortaçı Sığortalı (Sığorta olunan şəxs) tərəfindən 



təqdim olunan fakt və məlumatların doğruluğunu yoxlaya bilər. 

16.7 


Sığortaçı Sığortalıya (Sığorta olunana) sığorta riskinin azalmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi 

üzrə məcburi göstərişlər verə bilər. 



 

17. 

SIĞORTA HADĠSƏSĠ BAġ VERDĠKDƏ TƏRƏFLƏRĠN HƏRƏKƏTLƏRĠ 

 

17.1 


Sığorta  hadisəsi  baş  verdikdə  Sığorta  olunan  sığorta  müqaviləsində  və  ya  eyniləşdirmə  kartında  (əgər 

verilibsə)  göstərilən  telefonla  Sığortaçının  ixtisaslaşmış  Xidmət  Mərkəzinə  dərhal  müraciət  etməli  və 

dispetçerə baş vermiş hadisə və sığorta müqaviləsindəki məlumatlar barədə xəbər verməlidir. 

17.2 


Məlumat aldıqdan sonra Sığortaçı və ya Xidmət Mərkəzi Sığorta olunana zəruri olan tibbi, tibbi daşınma 

və  bu  Qaydalarla  nəzərdə  tutulan  digər  xidmətlərin  göstərilməsini  təşkil  edir,  və  o  cümlədən  Sığorta 

olunanın bu Qaydaların 5-ci Bölməsində nəzərdə tutulan xərclərini ödəyir. 

17.3 


Əgər  sığorta  müqaviləsində  mütləq  Xidmət  Mərkəzinə  müraciət  etmək  tələb  olunmursa,  həkimlə 

məsləhətləşməzdən  və  ya  klinikaya  göndərilməzdən  əvvəl  Xidmət  Mərkəzinə  zəng  vurmaq  mümkün 

olmayıbsa, Sığorta olunan bunu ilk imkan olduqda etməlidir. Hər bir halda xəstəxanaya yerləşdirmə və ya 

həkimə  müraciət  zamanı  Sığorta  olunan  tibb  heyyətinə  sığorta  müqaviləsini  və  ya  eyniləşdirmə  kartını 

(əgər verilibsə) təqdim etməlidir. 

17.4 


Sığortaçı və ya Xidmət Mərkəzi ilə əlaqə saxlamaq mümkün olmazsa, əgər sığorta müqaviləsində Xidmət 

Mərkəzinə  mütləq  müraciət  etmək  nəzərdə  tutulmayıbsa,  Sığorta  olunan  sığorta  müqaviləsini  təqdim 

etməklə yaxınlıqda yerləşən tibb müəssisəsinə müraciət edə bilər. Əgər Sığorta olunan sığorta hadisəsi ilə 

əlaqədar  özü  xərc çəkibsə,  o,  24  saat  ərzində  Sığortaçıya  baş  verənlər  haqqında  yazılı  ərizə  verməli  və 

aşağıdakı sənədləri təqdim etməlidir: 

17.4.1  şəxsiyyəti təsdiq edən sənəd; 

17.4.2  zəruri  tibbi  yardım  göstərilməsinin  təşkili,  Xidmət  Mərkəzinə  müraciət  edilməməsinin 

səbəblərinin əsaslandırılması da daxil olmaqla, sığorta hadisəsi ilə əlaqədar xərclərin ödənilməsi 

barədə ərizə; 

17.4.3  sığorta müqaviləsi və ya onun surəti; 

17.4.4  xəstənin  soyadını,  diaqnozunu,  tibbi  yardım  üçün  müraciət  etmə  tarixini,  müalicə  olunma 

müddətini,  göstərilən  xidmətlərin,  tarix  və  dəyərə  görə  ayrılması  şərti  ilə  siyahısını,  ödənilməli 

olan məbləği əks etdirən tibb müəssisəsinin arayış-hesabının əsli (şirkət blankında və ya müvafiq 

ştamplı); 

17.4.5  həmin sığorta hadisəsi ilə əlaqədar həkim tərəfindən verilmiş və üzərində aptekin ştampı olan və 

alınmış hər bir dərmanın qiymətini əks etdirən reseptin əsli; 



TS-Q-06-10a 

- 11 - 


 

 

17.4.6  həkim  tərəfindən  verilmiş  laboratoriya  müayinəsinə  göndərişin  və  laboratoriya  tərəfindən 



göstərilən xidmətlərin adı, tarix və qiymətə görə ayrılması şərti ilə siyahısını əks etdirən hesabın 

əsli; 


17.4.7  müalicəyə,  dərmanlara  və  digər  xidmətlərə  görə  edilmiş  ödənişləri  təstiqləyən  sənəd  (ödəniş 

barədə  ştamp,  pulun  alınması  barədə  qəbz  və  ya  bank  tərəfindən  verilmiş  pulun  köçürülməsini 

təsdiq edən sənəd). 

17.5 


Ambulator  müalicə  xərclərinin  ödənilməsi  üçün  Sığortaçı  yalnız  ödənilmiş  hesabları  qəbul  edir. 

Ödənilməmiş hesab təqdim etdikdə Sığorta olunan yazılı izahat verməlidir. Sığorta olunan tərəfindən poçt 

vasitəsi  ilə  alınmış  ödənilməmiş  hesablar  alındığı  gündən  etibarən  15  (on  beş)  təqvim  günü  ərzində 

təqdim edilməlidir. 

17.6 

17.4 bəndində göstərilən ərizə və sənədləri Sığorta olunan sığorta hadisəsinin baş verdiyi  andan etibarən 



10 (on) təqvim günü ərzində təqdim etməlidir. 

17.7 


Sığorta ödənişi Sığortaçı tərəfindən 17.4 bəndində göstərilən sənədlər təqdim edildiyi andan etibarən 13 

(on üç) iş günü ərzində həyata keçirilir. Sığortaçı təqdim olunmuş sənədləri yoxlamaq, sığorta hadisəsinin 

halları  haqqında  məlumata  malik  olan  təşkilatlara  sorğu  göndərmək  və  həmçinin  Sığorta  olunanı  öz 

həkiminin müayinəsindən keçirmək hüququna malikdir. Sığorta hadisəsinə dair əlavə məlumatın alınması 

zərurəti  yarandıqda  sığorta  ödənişi  Sığortaçının  tələb  etdiyi  bütün  sənədlərin  alındığı  andan  etibərən  13 

(on üç) iş günü ərzində həyata keçirilir. 

17.8 

Əgər  Sığorta  olunanı  hazırkı  Qaydalara  və  ya  qanunvericiliyə  əsasən  sığorta  ödənişini  və  ya  hazırkı 



Qaydalarda göstərilən xidmətləri almaq hüququndan məhrum edən səbəb aşkar olunarsa, Sığorta olunan 

sığorta  müqaviləsinə  müvafiq  olaraq  aldığı  sığorta  ödənişini  (və  ya  onun  müvafiq  hissəsini)  və  yaxud 

aldığı xidmətlərin əvəzini Sığortaçıya qaytarmalıdır. 

 

18. 



SIĞORTA ÖDƏNĠġĠNĠN VERĠLMƏSĠNDƏN ĠMTĠNA ÜÇÜN ƏSASLAR 

 

18.1 



Əgər sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində aşağıda göstərilən hallar baş verərsə, Sığortaçı 

sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsindən tamamilə və ya qismən imtina etmək hüququna 

malikdir: 

18.1.1  bu Qaydaların 13.1.1, 13.1.2, 13.1.5, 17.1, 17.3, 17.6 bəndlərinin tələblərinin pozulması; 

18.1.2  Sığorta  olunanın  səhhəti  və  ya  ona  tibbi  və  digər  xidmətlərin  göstərilməsi  barədə    qəsdən  yalan 

məlumat daxil edilmiş sənədlərin Sığortaçıya təqdim edilməsi; 

18.1.3  Sığorta  olunanın  qəsdən  və  ya  kobud  ehtiyatsızlıqdan  sığorta  hadisəsi  nəticəsində  Sığortaçı 

tərəfindən  ödəniləcək  zərər  və  xərclərin  artmasına  yol  verməsi  və  ya  bu  zərər  və  xərclərin 

azalması üçün ağlabatan tədbirləri görməməsi; 

18.1.4  Sığorta olunanın müalicə xərcləri digər sığorta şirkəti və ya ziyan vuran tərəfindən ödənildikdə. 

18.1.5  Qanunvericilikdə nəzərdə tutulan digər hallarda. 

18.2 


Sığorta ödənişinin verilməsindən imtina edilməsi barəsində qəbul olunmuş qərar haqqında sığorta hadisəsi 

haqqında Sığortaçıya yazılı ərizə təqdim olunduqda Sığortalıya/Sığorta olunana imtinanın səbəblərini əks 

etdirən  yazılı  məlumat  Sığortaçıya  sığorta  hadisəsi  barədə  məlumat  daxil  olunduğu  gündən    15  gün 

ərzində verilir. 



 

19. 

TƏRƏFLƏRĠN MƏSULĠYYƏTĠ 

 

19.1 



Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilir və tərəflərlə lazımi 

qaydada yerinə yetirilməlidir. 

19.2 

Sığorta  müqaviləsi  üzrə  tərəflərdən  biri  müqavilədən  irəli  gələn  öhdəliklərini  yerinə  yetirmədikdə  və 



yaxud  lazımınca  yerinə  yetirmədikdə  Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyinə 

müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir. 

19.3 

Sğorta  müqaviləsinə  əsasən  tərəflərdən  heç  biri  o  biri  tərəfin  yazılı  razılığı  olmadığı  halda  öhdəliklərini 



üçüncü tərəfə vermək hüququna malik deyil. 

 

F.YEKUN MÜDDƏALAR 

 

20. 



SIĞORTA MÜQAVĠLƏSĠNƏ QƏBUL EDĠLMĠġ ƏLAVƏLƏR 

 

20.1 


Bu Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə Əlavələr tərəflərin razılığı ilə yazılı şəkildə qəbul 

edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və bu Qaydalarda mövcud olan şərtləri dəyişdirə  



TS-Q-06-10a 

- 12 - 


 

 

 



və ya müəyyənləşdirilməyən şərtləri qəbul edə bilər. 

 

21. 



MÜBAHĠSƏLƏRƏ BAXILMA QAYDASI 

 

21.1 


Sığorta  müqaviləsi  ilə  bağlı  bütün  məsələlər,  o  cümlədən  tərəflər  arasında  yaranan  fikir  ayrılığı  və 

mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, 

mübahisələr  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada,  o  cümlədən 

məhkəmə qaydasında həll olunmalıdır. 




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə