5.1.1. Tutumların işinin idarə edilməsi və təhlükəsiz istismar şəraitini təmin etmək məqsədilə, onlar təyinatından asılı olmayaraq aşağıdakı avadanlıqlarla təchiz olunmalıdırlar:
bağlayıcı və ya bağlayıcı-tənzimləyici armaturla;
təzyiqi ölçmək üçün cihazlarla;
temperaturu ölçmək üçün cihazlarla;
qoruyucu qurğularla;
mayenin səviyyəsini göstərən göstəricilərlə.
5.1.2. Tezaçılan qapaqlarla təchiz olunmuş tutumlar qapağın tam bağlanmadığı və açılarkən təzyiqin olduğu halda tutumun təzyiq altında işə salınmasının qarşısını alan qoruyucu qurğulara malik olmalıdır. Belə tutumlar açar-markası olan qıfıllarla təchiz olunmalıdır.