2.8. “6. Tutumun gövdəsinin ölçü xəritəsi” bölməsi
2.8.1. “Elementin adı” qrafasında normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq üzərində müvafiq ölçmələr aparılan tutumun elementləri göstərilir.
2.8.2. “Eskizin nömrəsi” qrafasında istehsalçı tərəfindən tutumun pasportunun бу bölməsinə əlavə edilən eskizin müvafiq nömrəsi göstərilir. Eskiz 1N-li eskizin nümunəsi üzrə yerinə yetirilə bilər.
2.8.3. “Kəsiyin nömrəsi” qrafasında əlavə edilən eskizə uyğun olaraq elementin kəsiyinin işarəsi göstərilir.
2.8.4. “Diametr” qrafasında aşağıdakılar göstərilir:
ümumi görünüşün ъизэиси və ya yığım ъизэисиня uyğun olaraq nominal daxili və ya xarici diametr;
normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq diametrin buraxıla bilən kənara çıxma;
üç kəsikdə (köndələn kəsik üzrə, kəsikdən 100 mm-dən çox olmayan məsafədə və elementin ortasında) ölçülən diametrin faktiki kənara çıxma;
2.8.5. “Ovallıq” və “Düzxətdən kənaraçıxma” qrafalarında aşağıdakılar göstərilir:
qurğunun və təzyiq altında işləyən tutumların təhlükəsiz istismarı Qaydalarının və ya СИТЭДМН Аэентлийи ilə razılaşdırılmış normativ-texniki sənədlərinin tələblərində qeydə alınan nisbi ovallığın buraxıla bilən qiyməti və düzxəttilikdən kənaraçıxma (yayınma);
nisbi ovallığın və düzxəttilikdən kənaraçıxmanın faktiki qiyməti.
Пarametrlərin ölçülməsi aparılan kəsiklərin sayıндан, tutumun konstruksiyasından, qabarit ölçülərindən, xarici baxışын nəticələrindən asılı olaraq istehsalçının TNŞ tərəfindən müəyyən olunur.
2.8.6. “Uc-uca birləşən qaynaq birləşmələrinin kənarlarının yeriniн dəyişməsi” qrafasında uzununa və halqavari tikişlər üçün:
qurğunun və təzyiq altında işləyən tutumların təhlükəsiz istismarı Qaydalarının və ya
СИТЭДМН Аэентлийи ilə razılaşdırılmış normativ-texniki sənədlərinin tələblərində qeydə
alınan yol verilə bilən qiymətlər;
ölçmələrin faktiki nəticələri.
Dostları ilə paylaş: |