2.5.1. Lyuklar, baxış lyukları və ştuserlər üçün deşiklər bir qayda olaraq qaynaq tikişlərindən aralı yerləşməlidir.
Deşiklərin aşağıdakı qaydada yerləşdirilməsinə yol verilir:
əgər deşiyin nominal diametri 150 mm-dən çox deyilsə, tutumların silindrik və konus obeçaykalarının uzununa qaynaq tikişi üzərində;
deşiklərin diametrini məhdudlaşdırmadan tutumların silindrik və konus obeçaykalarının üzərindəki halqavari qaynaq tikişləri üzərində;
tutumun dibinin qaynaq tikişlərini radioqrafiya və ya ultrasəs defektoskopiya üsulu ilə
100% yoxlanması şərti ilə deşiklərin diametrini məhdudlaşdırmadan qabarıq diblərin qaynaq tikişləri üzərində.
2.5.2. Torosferik (qutuyabənzər) diblərdə deşikləri mərkəzi sferik seqment dairəsində (hüdudunda) yerləşdirməyə yol verilir. Bu halda xorda üzrə ölçülən, dibin mərkəzindən deşiyin xarici haşiyəsinə qədər olan məsafə 0,4D-dən böyük olmamalıdır (burada D-dibin xarici diametridir).