Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi sənayedə İŞLƏrin təHLÜKƏsiz göRÜLMƏsi və


Təzyiqin artmasına qarşı qoruyucu qurğular



Yüklə 431,55 Kb.
səhifə36/92
tarix17.05.2022
ölçüsü431,55 Kb.
#58244
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   ...   92
məlumat kitabçası

5.5. Təzyiqin artmasına qarşı qoruyucu qurğular

5.5.1. Hər bir tutum (kombinasiya edilmiş tutumun boşluğu) təzyiqin yolverilə bilən qiymətindən yuxarı artmasına qarşı qoruyucu qurğularla təchiz olunmalıdır.

5.5.2. Qoruyucu qurğular kimi aşağıdakı qurğular tətbiq edilir:

  • yaylı qoruyucu klapanlar;



  • lingli-yük qoruyucu klapanları;



  • əsas qoruyucu klapandan (ƏQK) və birbaşa təsirli idarəedən impulslu klapandan (BİK) ibarət impulslu qoruyucu qurğular (İQQ);



  • dağılan membranları olan qoruyucu qurğular (membranlı qoruyucu qurğular - MQQ);

  • tətbiqi SİTGDMND Agentliyi ilə razılaşdırılmış digər qurğular;

Səyyar tutumlarda lingli-yük qoruyucu klapanların quraşdırılmasına icazə verilmir.

5.5.3. Yaylı klapanın konstruksiyası, yayın müəyyən olunmuş qiymət həddindən artıq dartılma imkanını istisna etməli, yay isə yolverilməz qızmadan (soyudulmadan) və əgər yayın materialına zərərli təsir göstərərsə, işçi mühitin birbaşa təsirindən qorunmalıdır.

5.5.4. Yaylı klapanın konstruksiyasını iş zamanı işçi vəziyyətdə məcburi açmaqla klapanın saz olmasını yoxlamaq üçün qurğusu olmalıdır.

Əgər mühitin xassələrinə görə (partlayış- təhlükəli, alışqan, ГОСТ 12.1.007-76 üzrə 1-ci və 2-ci sinif təhlükəli) və ya texnoloji prosesin şərtlərinə görə mexanizmin quraşdırılması tövsiyə olunmursa, qoruyucu klapanların məcburi açılmaq üçün mexanizmi olmadan quraşdırmasına icazə verilir. Belə halda klapanların işlək vəziyyətdə olmasının yoxlanması stendlərdə həyata keçirilməlidir.



5.5.5. Əgər tutumun işçi təzyiqi onu qidalandıran mənbəyin təzyiqinə bərabər və ya artıqdırsa və tutumda kimyəvi reaksiyadan və ya qızdırılmadan təzyiqin artma ehtimalı yoxdursa, onda tutum üzərində qoruyucu klapanın və manometrin quraşdırılması vacib deyil.

5.5.6. Tutum, onu qidalandıran mənbəyin təzyiqindən aşağı təzyiqə hesablanmışdırsa, giriş boru xəttində manometr və qoruyucu qurğu ilə avtomatik zəiflədici (reduksiyaedici, azaldan) qurğu quraşdırılmalıdır. Manometr və qoruyucu qurğu daha aşağı təzyiq olan tərəfdə zəiflədici qurğudan sonra quraşdırılır.

Dövrələmə xətt (baypas) quraşdırıldığı halda o zəiflədici (reduksiyaedici) qurğu ilə təchiz olunmalıdır.



5.5.7. Eyni təzyiq altında işləyən tutumlar qrupu üçün ümumi giriş xəttində, tutumlardan birinə şaxələnməyə qədər olan yerdə manometr və qoruyucu klapan ilə birlikdə bir ədəd zəiflədici qurğunun quraşdırılmasına icazə verilir.

Belə halda əgər bu tutumlarda təzyiqin artması istisna olunursa, tutumların özlərində qoruyucu qurğuların quraşdırılması vacib deyil.



5.5.8. İşçi mühitin fiziki xassələrinin təsirindən avtomatik reduksiyaedici qurğu etibarlı işləmədiyi halda sərf tənzimləyici qurğunun quraşdırılmasına icazə verilir. Bu halda təzyiq artımından mühafizə nəzərə alınmalıdır.

5.5.9. Qoruyucu klapanların sayı, onların ölçüləri və keçirmə qabiliyyəti hesablama üzrə elə seçilməlidir ki, tutumlarda:

0,3 MPa (3 kqq/sm2) təzyiqli tutumlarda hesablama təzyiqindən 0,05 MPa (0,5kqq/sm2) qədər artıq təzyiq yaranmasın,

0,3-dən 6,0 MPa-a qədər ( 3-dən- 60-a qədər kqq/sm2 ) təzyiqlə işləyən tutumlar üçün 15% və 6,0 MPa

(60 kqq/sm2)-dan yuxarı təzyiqlə işləyən tutumlar üçün 10%-dən çox təzyiq yaranmasın. Qoruyucu klapanlar işləyərkən tutumda təzyiqin işçi təzyiqin 25%-dən yuxarı olmayan

həddə qədər artmasına icazə verilir, bir şərtlə ki, bu artım layihədə nəzərdə tutulsun və tutumun pasportunda qeyd olunsun.


Yüklə 431,55 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin