Qaydalar beynəlxalq idman dirmanmasi federasiyasi beynəlxalq dirmanma yarişlari üÇÜN



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix14.01.2017
ölçüsü1,3 Mb.
#5151
1   2   3   4   5   6

6.2 

DIRMANMA FORMASI 

6.2.1 

Dırmanma forması və tutacaqlar 3. Bölmədə göstərilmiş ,qəbul edilən 

standartlara uyğun olmalıdır. 

6.2.2 

Hər  marşrut  üçün  tələblər  uzunluq  üçün  minimum  15  metr,  eni 

minimum  3  metr  olmasıdır.  Jüri  Prezidentinin  qərarı  ilə  marşrutun  bəzi  hissələrinin 

eni 3 metrdən az ola bilər.  

 

Marşrutun Dizaynı  

6.2.3 

Əgər  kvalifikasiya  mərhələsi  iki  (2)  marşrutda,  idmançılar  iki  (2) 

qrupa  bölünərək  keçirilirsə,  marşrutlar  oxşar  formada  və  oxşar  çətinlik  dərəcəsində 

olmalıdır.  



6.3 

TƏHLÜKƏSİZLİK 

6.3.1 

Çətinlik  yarışlarında  istifadə  olunan  bütün  ləvazimatlar  3.  Bölmədəki 

uyğun standartlara görə olmalıdır. 

6.3.2 

Çətinlik  yarışlarında  idmançı  aşağıdan  sığorta  olunur.  İdmançı  cəhd 

müddətində  dırmanma  ipini  divardaki  təhlükəsizlik  nöqtələrindən  klip  edərək  özünü 

sığortalayır.  Standartlara  uyğun  bir  qat  ipdən  istifadə  olunur.  İpin  neçə  idmançıdan 

sonra dəyişdirilməsinə Baş Hakim (IFSC Hakimi) qərar verir.  

6.3.3 

Hər marşrut dizayn ediləndə ; 

   

a) 


İdmançı  yıxılanda  özü  və  ya  digər  idmançının  zədə  almaması  , 

üçüncü şəxslərə mane olmaması nəzərə alınmalıdır ;  



   

b) 


Aşağı istiqamətli tullanma olmamalıdır.  

6.3.4 

Baş  Hakim  Marşrut  Qurucu  ilə  məsləhətləşərək  və  Jüri  Prezidentinin 

razılığı ilə :  

a. 


Dırmanmaya  ip  əvvəlcədən  birinci  (  neçənci  uyğun  görülərsə  ) 

təhlükəsizlik nöqtəsindən kliplənərək başlana bilər ; 

b. 

sığorta köməkçisi cəhdin əvvəlində marşrutun aşağısından əlavə 



sığorta ( spot ) edə bilər.   

c. 


bunlarla  birlikdə  ,  marşrut  əlavə  təhlükəsizlik  tədbiri  lazım 

olmayacaq formada dizayn edilə bilər. 



 

Təhlükəsizlik Nöqtələri 

6.3.5 

Divardaki  bütün  təhlükəsizlik  nöqtələri  ekspreslərlə  təchiz  olunur. 

Ekspreslər aşağıdakı tələbləri ödəməlidir :  

a. 


Birləşdirici kimi tam bağlanan sərt kilidli karabindən istifadə  ; 

b. 


Maşın  tikişli  ,  müəyyən  uzunluqda  (  marşrut  qurucu  tərəfindən 

təyin olunur ) ekspres qayışı  

c. 

İdmançı  dırmanan    zaman  klip  edəcəyi  karabinlər,  hansıki  , 



istiqamətləri  çarpaz  yüklənmə  ehtimalını  minimuma  endirəcək  formada 

olmalıdır.   



6.3.6 

Aşağıdakıların istifadəsi tamamilə qadağandır :  

   

a. 


Ekspres qayışının qısaldılması və ya düyünlə nizamlanmasın; 

   


b. 

ekspreslərin bir - birinə taxılması ; 

   

c. 


Düyünlənmiş ip və ya qayışdan istifadə ;  

 

 

Şəxsi Ləvazimat 

6.3.7 

Hər idmançı təhlükəsizlik kəməri geyinir. Jüri prezidenti təhlükəsizlik 

kəmərinin etibarlı olmadığını düşünsə başlamasına icazə verməyəcəkdir. 

6.3.8 

İp  idmançının təhlükəsizlik kəmərinə “səkkizlik” düyünlə bağlanır  və 

sonlandırıcı düyünlə sağlamlaşdırılır.  

6.3.9 

İdmançıya  dırmanma  və  müşahidə  müddətində  hər  hansı  audio 

dinləmə ləvazimatı daşımasına və ya istifadəsinə icazə verilmir. 

 

Təhlükəsizlik Yoxlamaları 



6.3.10

   

Jüri  Prezidenti,  Marşrut  Qurucu  və  Baş  Hakim  yarışın  hər 

mərhələsində,  hər  idmançı  başlamadan  əvvəl  təhlükəsizlik  üçün  texniki  göstəriciləri 

yoxlayır.  



6.3.11   Jüri  Prezidenti  yarışda  istifadə  olunan  təhlükəsizlik  ləvazimatlarının 

Maddə 6.3.13 – dəki tələblərə uyğunluğunu təsdiqləməlidir.  



6.3.12   Hər cəhddən əvvəl sığortaçı yoxlayır :  

   


a.  

İdmançının kəmərinin düzgün bağlandığını ; 

   

b. 


Dırmanma  ipinin  idmançının  kəmərinə  Maddə  6.3.8  –də 

göstərilənlərə uyğun bağlandığını ; 

  

c. 


Dırmanma  ipinin  dərhal  istifadə  üçün  hazır  olacaq  şəkildə 

yığılmasını  



Sığortalama 

6.3.13

 

Dırmanma  ipi  yerdən  bir  sığortaçı    ,  daha  yaxşı  halda,  həm  də  ikinci 

sığorta köməkçisi tərəfindən idarə olunur. Sığortaçı  manual sığorta alətindən istifadə 

etməlidir. Cəhd  müddətində  idmançı  irəlilədikcə sığortaçı bütün diqqətini  idmançıya 

verməlidir :  

   


a. 

İp çox gərgin və ya boş buraxılıb idmançıya mane olmamalıdır ;   

   

b. 


İdmançı  sığorta  nöqtələrində  klip  etməyə  çalışarkən  ipi  həddən 

artıq boşaltmamalıdır. Əgər klipləyə bilməsə  ipin boşluğu dərhal alınmalıdır;  

c. 

Bütün 


yıxılmalar 

dinamik 


və 

təhlükəsiz 

formada 

dayandırılmalıdır;  

   

d. 


İdmançı sığortaya görə əlavə düşmə yaşamamalıdır; 

 

 



e. 

Yıxılan  idmançı  divardakı  künclərdən,  bölmələrin  birləşdiyi 

yerlərdən tutaraq zədələnməsinin qarşısı alınmalıdır.  

6.3.14   Sığortaçı  ipdən  həmişə  müəyyən  boşluq  buraxmalıdır.  İpin  ilişməsi 

idmançı  üçün  süni  yardım  və  ya  mane  ola  bilər.  Texniki  Hadisə  baş  verdikdə  Baş 

Hakim tərəfindən elan olunur 

6.3.15   Təşkilatçı  tərəfindən  təyin  edilən  sığortaçılar  çətinlik  yarışları  üzrə 

təlim  keçmiş  olmalıdır.  Baş  Hakim  yarış  müddətində  sığortaçının  dəyişdirilməsi 

tapşığını  vermək  səlahiyyətindədir.  Dəyişdirilən  sığortaçı  həmin  yarışın  heç  bir 

mərhələsində sığortada iştirak edə bilməz.  



6.3.16   İdmançı  final  ekspresi  kliplədikdən    və  ya  yıxıldıqdan  sonra 

ehtiyyatla  aşağı  endirilir.  Yerdəki  hər  hansı  ləvazimatla  toqquşmaması  üçün  diqqət 

edilir. 


6.3.17   İdmançı  ipi  kəmərindən  açan  kimi  ,sığortaçı  ipi  aşağı  çəkərək 

ekspreslərdən  çıxarır.  İdmançının  Yarış  Zonasından  mümkün  olan  ən  qısa  zamanda 

çıxmasını təmin etmək sığortaçının məsuliyyətidir.   

6.4  

NƏTİCƏNİN VƏ VAXTIN HESABLANMASI 

6.4.1 

Hər marşrut üçün hakimlər : 

a) Kvalifikasiya və yarım – final mərhələsində ən az bir (1) Marşrut Hakimi ; 

b) Final mərhələsində Marşrut Hakimi və Baş Hakim .  



Nəticənin Hesablanması 

6.4.2 

Hər marşrutda idmançını nəticəsi aşağıdakılara  əsasən hesablanır :  

   

a. 


İdmançı  marşrutu  Maddə  6.9.2-ə  uyğun  bitirsə,  nəticəsi  “TOP“ 

göstərilir. 

 

 

 



b. 

İdmançı  yıxılsa,  cəhdi  bitmiş  sayılır.  Nəticəsi  tutduğu  son 

tutacağa görə hesablanır. ( Maddə 6.4.3 – 6.4.5 )  

6.4.3 

Nəticə Hesablanarkən :  

   

a. 


Hər tutacaq iki halda nəzərə alınır  : 

i. 


Yarışın  mərhələsi  başlamadan  əvvəl  Marşrut  Qurucu 

trəfindən müəyyən edilir və ya  

   

 

ii. 



idmannçının məqsədəuyğun istifadəsinin ardından ; 

   


 

iii. 


Marşrrut  Qurucu  Marşrut  Hakim(lər)inin  istifadəsi  üçün 

sxemdə tutacaqları marşrut boyunca , ardıcıllıqla nömrələyir.   

   

b. 


Ancaq əl ilə istifadə olunan tutacaqlar nəzərə alınır 

   


c. 

Elementlərin  dırmanma  üçün  istifadə  olunacaq  hissələri  nəzərə 

alınır ;   

  Qeyd  :  Əgər  idmançı  Marşrut  Qurucu  tərəfindən  tucacaq  kimi  təyin 

edilməmiş hissəyə toxunarsa, nəticəsinin müəyyən edilməsində nəzərə alınmır.  

6.4.4 

Nəticə hesablanarkən :  

   

a) 


İdmançı  Sxemdə  əlavə  işarə  olmadan  ,ancaq  rəqəmlə 

göstərilmiş  tutacağı  idarəli  tutaraq  ,  stabil  dayansa,  həmin  tutacağı  “götürülmüş  “ 

hesab olunur.  Sxemdə həmin tutacaq üçün  yazılmış rəqəm  idmançının  nəticəsi kimi 

qeyd olunur. 

   

b) 


idmançı  tutacağı    idarəli  götürdükdən  sonra  marşrut 

istiqamətində  irəliləmək  üçün  dırmanmağa  çalışsa,  tuatacaq  “istifadə  edilmiş”  hesab 

olunur. Bu zaman idmançının nəticəsi tutacağın marşrut sxemindəki nömrəsi və “+” ( 


plyus  )  işarəsi  kimi  qeyd  edilir.  Tutacağın  “istifadə  edilməsi”  ,  həmin  tutacağın 

“götürülməsindən” daha yüksək nəticə hesab olunur.  



Qeyd :  İdarəli  dırmanma  xüsisiyyətlərinə  görə  “dinamik”  və  “statik”  olaraq 

fərqlənir  :  

i) 

İdmançının  ağırlıq  mərkəzinin  əhəmiyətli    miqdarda  müsbət 



yerdəyişməsi ;  

ii) 


Marşrutdaki növbəti tutacağı ən az bir əli ilə tuta biləcəyi həmlə 

(a)  və  ya  digər  idmançılar  təfindən  həmin  tutacaqdan  sonra 

müvəffəqiyyətlə  götürülmüş  novbəti  hər  hansı  tutacaq  üçün 

həmlə (b) 

 

Qeyd :  Maddə  6.9.5´ə  uyğun  olaraq,  idmançı  müvafiq  həmlə  etsə  də  , 

nəticəsinə plyus  əlavə olunmayacaqdır. 



6.4.5 

İstifadə olunmayıb. 

 

Vaxtın Ölçülməsi  

6.4.6 

İdmançı  üçün  dırmanma  vaxtı  marşrutdakı  cəhdə  başlaması  və  

bitməsi arasındakı vaxtdır. 

6.4.7 

Hər  idmnaçının  vaxtının  hesablanması  ,nəticəsi  ekranda  görülən  əl  

saniyə ölçəni ilə aparılır. 

6.4.8 

Ən  az  bir  (1  )  Marşrut  Hakimi  rəsmi    Vaxt  Ölçən  kimi  idmançının 

vaxtını  qeyd  etməlidir.    Hər  Vaxt  Ölçən        nəticəni  digər  şəxslərə  göstərmir  və  ya 

müzakirə etmir. Vaxt saniyələrə qədər yuxarlaqlaşdırılır və qeyd edilir. 



6.4.1 

İdmançının  dırmandığı  vaxt  aşağıdakı  hərəkətlər  arasındadı  müddət 

qəbul edilir : 

   


a. 

Maddə 6.9.1-ə uyğun dırmanmağa başladıqdan və 

   

b. 


Aşağıdakıların hansısa biri baş verənə qədər : 

   


 

i. 


Final ekspresini Maddə 6.9.2-ə uyğun klip etdikdə ; 

   


 

ii. 


Yıxıldıqda.  

   


c. 

hər 


iki 

halda 


idmançının 

vaxtı 


saniyələrə 

qədər 


yuxarlaqlaşdırılır. 

6.5 

HƏR MƏRHƏLƏ ÜÇÜN KVOTALAR 

6.5.1 

Yarım  –final  və  final  üçün  kvotalar  uyğun  olaraq  iyirmi  altı  (26)  və 

səkkiz (8) nəfərdir . 


6.5.2 

Əgər  Kvalifikasiya  mərhələsi    idmançıları  iki  qrupa  bölməklə 

keçirilərsə,  növbəti  mərhələnin  kvotası  yarıya  bölünür  və  hər  qrupa  aid  edilir.  ( 

məsələn : hər qrupdan on üç (13)  nəfər)   



6.5.3 

Yarım-final və final üçün kvotalar doldurularkən , əvvəlki mərhələnin 

ən  yüksək  dərəcələndirilmiş  idmançıları  seçilir.  Əgər  bir  yerdə  bir  neçə  idmançının 

qərarlaşması  ilə  sabit  kvota  aşılarsa,  eyni  yerdə  qərarlaşan  bütün  idmançılar  da 

növbəti mərhələyə keçirilir. 

6.6 

BAŞLAMA SİYAHILARI 

6.6.1 

Kvalifikasiya  mərhələsi  iki  Başlama  Qrupu  üzrə    keçirilərsə, 

idmançılar qruplara aşağıdakı kimi bölüşdürülür 

   


a) 

Əvvəlcə  ,  Texniki  İclasda  idmançıların  Dünya  Sıralamasındakı 

yerinə görə aşağıdakı üsulla qruplara bölüşdürülür :  

 

 



 

Cari Ölkə Sıralaması 

(Cari Dünya Sıralaması) 

Başlama Qrupu  -A- 

Başlama Qrupu  -B- 

1. 


2. 

4. 


3. 

5. 


6. 

8. 


7. 

9. 


10. 

vs… 


vs… 

 

   



b) 

Daha sonra , sıralamada olmayan  idmançılar təsadüfi seçmə  ilə 

hər Başlama Qrupuna bərabər sayda və ya bərabərə yaxın şəkildə əlavə olunur. 

  6.6.2  Kvalifikasiya mərhələsi üçün hər Başlama Qrupu üzrə Başlama Sırası 

aşağıdakı kimi təyin olunur :  

   


a) 

Birinci  kvalifikasiya  marşrutu  üçün  idmançıların  təsadüfi 

sıralaması . 

   


b) 

İkinci  kvalifikasiya  marşrutu  üçün  də  birinci  ilə  eyni  sıralama 

götürülür  və  siyahı yarıdan bölünərək  sürüşdürülür.  

Məsələn : Əgər 21 idmançı varsa, birinci marşrutda 1-ci çıxmış idmançı ikinci 

marşrutda 11-ci çıxır.  



 

 

Yarım – Final və Final 

6.6.3 

Yarım  –  final  və  final  üçün  Başlama  Sıraları  əvvəlki  mərhələnin 

nəticələrinin tərsinə çevrilmiş siyahısı kimidir. Məsələn : ən yüksək dərəcələndirilmiş 

idmançı  sonuncu  başlayacaq.  Əvvəkli  mərhələdə  eyni  yerdə  qərarlaşan  idmançılar 

üçün cari sıralama aşağıdakı kimi müəyyən edilir :  

   


a. 

Eyni  yerdəki  idmançılardan  hansı  Dünya  Sıralamasında  daha 

yüksəkdirsə, o sonda çıxır. 

   


b. 

Cari  Dünya  Sıralamasında  olmayan  idmançılar  təsadüfi  seçmə 

ilə hazırlanmış siyahı üzrə çıxır. 

   


c. 

Dünya  Sıralamasında  olan  və  olmayan  idmançılardan  , 

olmayanlar əvvəl çıxır.  

6.7 

YARIŞIN KEÇİRİLMƏSİ 

Giriş 


6.7.1 

Çətinlik  yarışının  iki  mərhələsi  eyni  gündə  keçililərsə,  birinci 

mərhələnin  sonuncu  idmançısı    cəhdini  bitirdikdən  ən  az  iki  (2)  saat  sonra  növbəti 

mərhələ üçün izolyasiya bağlana bilər . 

 

İzolyasiya Qaydaları  

6.7.2 

Maddə  6.7.3-dən  6.7.6-  a  qədər  qaydalar  çətinlik  yarışlarının  ancaq 

yarım-final və final mərhələlərinə aid edilir. 

6.7.3 

İzolyasiya  bağlanmadan  əvvəl  idmançılar  və  digər  komanda  üzvləri 

İzolyasiya  Zonasının  içində  olmalıdır  (əgər  əksini  tələb  edən    bir  tapşırıq 

verilməyibsə). 



Qeyd : 

İzolyasiya  bağlanana  qədər  idmançılar  ,  komanda  rəsmiləri  və 

Jüri  prezidentinin  icazə  verdiyi  digər  insanlar  İzolyasiya  Zonasına  girib  –  çıxmaqda 

sərbəstdirlər.  İzolyasiya  bağlandıqdan  sonra  isə  Jüri  Prezidentinin  icazəsi  olmadan 

içəri girmək olmaz. 

6.7.4 

İzolyasiyanın  bağlanması  vaxtı    ilk  idmançının  dırmanmağa 

başlayacağı  vaxtdan    bir  (1)  saatdan  daha  tez  ola  bilməz.  Final  mərhələsində  isə 

idmançıların təqdimatı üçün vaxt da nəzərə alınmalıdır. 

  Qeyd : 

İzolyasiya  bağlanmadan  əvvəl  idmançılar  Yarış  Ərazisindən 

kənardan marşrutları görə bilər.  


6.7.5 

İzolyasiya  qaydaları  tətbiq  edilərkən    idmançıların  marşrut  haqqında 

məlumatları  rəsmi  müşahidə,  Jüri  Prezidenti  və  hakimlərin  verdiyi  məlumatlarla 

məhdudlaşır.  Hər  idmançı  məlumat  əldə  edərkən  qaydalara  diqqət  etməli  və 

məsuliyyətinin bilincində olmalıdır. Şübhələrin qarşısını almaq üçün : 

   


a. 

Yarış  Ərazisində  idmançılar,    Jüri  Prezidenti  icazə  vermədikcə 

kənardan hər hansı məlumat ala bilməz. 

   


b. 

Marşrutdakı  cəhdini  tamamlamış  və  hər  hansı  səbəblə  Yarış 

Ərazisində  olan    idmançı  ,  hələ  cəhdinə  başlamamış  idmançıya  həmin  marşrutla 

əlaqəli məlumat verməməlidir.  

 

6.7.6 

İzolyasiya  Qaydalarına  tabe  olmadıqda  4.BÖLMƏ-  yə  uyğun  intizam 

tədbirləri görülür. 

 

Dırmanmaya Hazırlıq 

6.7.7 

İzolyasiyadan Gözləmə Zönasına çağırılan idmançının yanında  rəsmi 

səlahiyyətli şəxslərdən başqa heç kim ola bilməz 

6.7.8  Gözləmə  Zonasına  gələn  idmançı  dırmanma  üçün  son  hazırlıqlarını  da 

tamamlamalıdır. Yarış formasına uyğun olaraq ,dırmanma ayaqqabısını geyinməli, ipi 

kəmərə bağlamalı və s. 

 

6.7.9 

İdmançı,  təlimat  verildikdə    Gözləmə  zonasını  tərk  edib  ,  Yarış 

Zonasına  daxil  olmağa  hazır  olmalıdır.  Burada  hər  hansı  lazımsız  ləngiməyə  Sarı 

Kart  verilir.  Ləngimə  biraz  daha  uzanarsa,  4.  BÖLMƏ-ə  (İntizam  Qaydalarına  )   

əsasən diskvalifikasiya edilir 

   

Təmizləmə 

6.7.10 Marşrut iyirmi ( 20)  idmançıdan sonra təmizlənməlidir,qətiyyən  iyirmi 

iki  (22)  idmançını  keçməməlidir.  Jüri  Prezidenti  və  Marşrut  Qurucu  marşrutdaki 

tutacaqların  hansı  sıxlıqla  təmizləcəyinə  qərar  verir.  Təmizlənmə  sıxlığı  və  müddəti 

izolyasiyadaki    başlama  siyahısında  qeyd  olunur.  İdmançının  marşrutda  olduğu 

zaman, cəhdi müddətində hər hansı tutacaq təmizləməsinə icazə verilmir.  

   

Kvalifikasiya 

6.7.11   

 Kvalifikasiya  mərhələsi  əsasən  hər  kateqoriya  üzrə  eyni 

olmayan  iki  (2)  marşrut  və  bir  (1)  başlama  siyahısı    əsasında  keçirilir.  Kvalifikasiya 

mərhələsi ,həmçinin, iki (2) dəst marşrut – hər dəst iki (2) marşrutdan ibarət olmaqla 

və idmançılar iki (2) başlama siyahısına bölünərək  keçirilə bilər. 


6.7.12   

Etiraz  və  texniki  hadisə  nəticəsində  verilən  əlavə  cəhd 

hüququndan başqa  hər idmançı  hər marşrutda bir (1) dəfə cəhd edir. 

6.7.13   

Kvalifikasiya mərhələsində hər marşrut üçün altı (6) dəqiqə vaxt 

verilir. 

6.7.14   

Kvalifikasiya  mərhələsinin  Başlama siyahısı MADDƏ 6.6.2 - ə 

uyğun  olaraq  elə  tərtib  edilməlidir  ki,  eyni  anda  hər  iki  marşrutda  da  idmançılar 

dırmana  bilsin,  idmançı  marşrutun  birini  bitirib  digərinə  keçə  bilsin  .İdmançının  iki 

marşrutdakı cəhdləri arasında ən az 50 dəqiqə istirahəti təmin olunmalıdır.  

   

Yarım – Final və Final 

6.7.15   

Yarım  final  və  final  mərhələləri  hər  kateqoriya  üzrə  bir  (1) 

marşrutda keçirilir.   

6.7.16   

Etiraz  və  texniki  hadisə  nəticəsində  verilən  əlavə  cəhd 

hüququndan başqa yarım – final və final mərhələlərində hər idmançı   hər marşrutda 

bir (1) dəfə cəhd edir. 



6.7.17   

Yarım-  final  ve  final  mərhələlərində  dırmanma  üçün  hər 

idmançıya səkkiz (8) dəqiqə vaxt verilir. 

6.7.18   

Yarım  –final  və  Final  üçün  başlama  sırası  MADDƏ  6.6.3  -  ə 

uyğun hesablanır. 

6.7.19    

Yarım – final hər iki kateqoriya üzrə eyni anda keçirilir. 



6.7.20   

Final mərhələsi : 

   

a) əvvəlcə bu mərhələ üçün seçilmiş idmançılar təqdim edilir; 



   

b)  hər  kateqoriyada  sonuncu  idmançının  başlama  vaxtı  ,eyni   

kateriyadaki birinci idmançının başlama vaxtından ən çox doxsan (90) dəqiqə gec ola 

bilər.  


6.8 

MARŞRUTUN MÜŞAHİDƏSİ 

   

Ümumi 

6.8.1 

İdmançı gözləmə zonasından ayrıldıqdan sonra sonuncu dəfə marşrutu 

müşahidə etmək üçün qırx saniyə (40) vaxt verilir. Bu müddət dırmanma vaxtına aid  

edilmir. Bu müddətin sonunda idmançı dırmanmağa başamasa, dərhal başlaması üçün 

təlimat verilir. Hər hansı lazımsız ləngimədə BÖLMƏ 4-ə uyğun (İntizam Qaydaları) 

tədbir görülür. 



 

 

Kvalifikasiya 



6.8.2 

Kvalifikasiya  mərhələsinin  marşrutlarını  video  qeydləri  İsinmə 

zonasında  davamlı  göstərilməlidir,  bu  zaman  hər  marşrut  üçün  bir  monitor  təmin 

olunmalıdır.  İsinmə  zonası    yarış  başlamadan  ən  az  altmış  (60)  dəqiqə  əvvəl 

açılmalıdır. 

6.8.3 

Əgər video qeydi  mümkün deyilsə, ilk idmançının cəhdinə ən az otuz 

(30)  dəqiqə  qalmış  marşrutun  dırmanılması  canlı  göstərilir.  Daha  yaxşı  olar  ki, 

idmançıların  marşrutu  tanıması  üçün  oğlanlar  üçün  olan  marşrut  oğlan  dırmanıcı 

tərəfindən,  qızlar  üçün  olan  marşrut  qız  dırmanıcı  tərəfindən  dırmanılıb  idmançılara 

göstərilsin. 

 

 

Yarım- Final və Final 



6.8.4 

Mərhələ  başlamadan  dərhal  əvvəl  bütün  idmançılara  müşahidə  üçün 

icazə  verilir.  Müşahidə  müddətinın  uzunluğuna    Jüri  prezidenti  və  Marşrut  Qurucu 

qərar verir  və bu müddə altı (6) dəqiqəni keçməməlidir. 



6.8.5 

Müşahidə  müddətində  komanda  rəsmilərinə  idmançının  yanında 

dayanmasına  icazə  verilmir.  Müşahidə  müddətində  idmançılar  üçün  izolyasiya 

qaydaları  qüvvədədir.  İdmançılar  müşahidə  müddətində  təyin  olunmuş  bölgədən 

kənara çıxa bilməz. Müşahidə müddətində idmançı divara dırmana bilməz , hər hansı 

ləvazimat  və  ya  əşyanın  üzərinə  çıxa  bilməz  və  ancaq  Hakimlərdən  məlumat  ala 

bilərlər. 

6.8.6 

İdmançılara  hər  iki  ayağını  yerdən  qaldırmamaq  şərtilə  başlanğıc 

tutacaqlara  toxunmasına  icazə  verilir.  İdmançılar  müçahidə  üçün  durbin  istifadə  edə 

bilər  və  əl  ilə  marşrutun  sxemini  çəkə  bilər,  həmçinin  qeyd  götürə  bilərlər.  Bundan 

başqa hər hansı müşahidə və ya qeyd ləvazimatına icazə verilmir.  

6.8.7 

Müşahidə  müddətinin  sonunda  bütün  idmançılar  dərhal  izolyasiyaya 

qayıtmalıdır. Başlama siyahısının əvvəlinddəki bir neçə  idmançı  hakimin  təlimatı  ilə 

gözləmə  zonasında  saxlanıla  bilər.      Hər  hansı  lazımsız  ləngiməyə  görə  sarı  kart 

verilir. Ləngimə uzansa, BÖLMƏ 4 -ə (İntizam Qaydaları)  uyğun diskvalifikasiya ilə 

nəticələnir.  



6.9 

 DIRMANMA 

 

Başlamaq 

6.9.1 

İdmançının  bütün  bədəni  yerdən  ayrıldıqda,  dırmanma  üçün  vaxt 

başlayır və idmançı cəhdinə başlamış hesab olunur. 

 

Cəhdin Tamamlanması 



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin