ŞƏRTLƏR VƏ QAYDALAR
“BEYNİNİ İŞƏ SALMAQ VAXTIDIR” LAYİHƏSİ
BU KAMPANİYA YALNIZ İNTERNET ƏSASLIDIR. O, 25 OKTYABR 2019-CU İLDƏ BAŞLAYIR VƏ 25 DEKABR 2019-
CU İLDƏ YA DA HƏDİYYƏ EHTİYATLARI TAMAMİLƏ TÜKƏNDİYİ VAXT BİTİR. DAHA ƏTRAFLI MƏLUMAT ÜÇÜN
ZƏHMƏT OLMASA ŞƏRTLƏRİ DİQQƏTLƏ OXUYUN.
BU KAMPANİYASINDA İŞTİRAK EDƏRKƏN DİQQƏTLİ OLUN VƏ SAĞLAM DÜŞÜNCƏNİZİ İSTİFADƏ EDİN.
ÖZÜNÜZÜN VƏ BAŞQALARININ TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDİN VƏ BUNA HÖRMƏT EDİN. HEÇ KİMİN
MÜLKİYYƏTİNİ POZMAYIN VƏ ONA ZƏRƏR VURMAYIN.
Bu təşviq kampaniyası qeydə alınmış ünvanı Unit 43, Park West Business Park, Nangor Road, Dublin 12 olan
və Am Brunnen 1, 5330 Fuschl am See, Avstriyada yerləşən qeydə alınmış ofisə malik Red Bull-un və onun
alt şirkətləri (“Red Bull Group”) adından çıxış edən Elnarə 79 MMC ("Promoter") tərəfindən keçirilir.
Bu Təşviq kampaniyası yalnız Azərbaycan Respublikasının sakinlərinə yönəlib. Bu Təşviq kampaniyası
ödənişsizdir və yalnız bu Şərtlər və bütün müvafiq beynəlxalq və milli qanunlar və tənzimləmələrə tabedir.
Bu Şərtlərdən yaranan və/və ya bu Təşviq kampaniyasıyla əlaqədar meydana çıxan ümumi suallar üçün
zəhmət olmasa bizimlə əlaqə saxlayın: info@az.redbull.com.
Bu Təşviq kampaniyasına daxil olmaqla və iştirak etməklə siz bu Şərtlərə əməl etməyi öhdənizə götürməyə
və aşağıda göstərilən bütün uyğunluq tələblərini yerinə yetirməyə razılaşırsız.