2.
SIĞORTANIN SUBYEKTĠ
2.1
ASC “Standard Insurance” Sığorta Şirkəti Sığortaçı olaraq Azərbaycan Respublikası
sərhədlərindən kənara gedən vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi
xərclərinin sığortası barədə müqavilə bağlayır.
2.2 Sığorta müqaviləsinə, tərəflərin qarşılıqlı razılığına əsasən, müqavilənin bağlanması zamanı
və ya qüvvədə olma müddəti ərzində, Azərbaycan Respublikasının qanunvericiliyinə və bu
Qaydalara zidd olmaması şərtilə, əlavə və dəyişikliklər edilə bilər.
2.3 Sığortalı – Sığortaçı ilə sığorta müqaviləsini bağlayan və sığorta haqqı ödəyən, sığorta
obyektinin sığorta etdirilməsində sığorta marağı olan, təşkilati-hüquqi formasından asılı
olmayaraq, hüquqi və ya fəaliyyət qabiliyyətli fiziki şəxsdir.
2.4 Sığortalı üçüncü şəxslərin (Sığorta olunanların) xeyrinə sığorta müqaviləsi bağlaya bilər.
Müqavilə Sığortalı tərəfindən özünün xeyrinə bağlanarsa Sığorta olunanın bütün hüquq və
öhdəlikləri ona şamil edilir.
2.5 Bu qaydalara əsasən Sığorta olunan yalnız fiziki şəxs ola bilər.
Dostları ilə paylaş: |