Qaydaları bundan sonra mətndə



Yüklə 206,39 Kb.
səhifə4/4
tarix13.04.2017
ölçüsü206,39 Kb.
#13915
növüQaydalar
1   2   3   4

25. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

25.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilir və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.

25.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.

25.3. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.


YEKUN MÜDDƏALAR
26. SIĞORTALININ ZƏRƏRİN ÖDƏNİLMƏSİ ÜZRƏ TƏLƏB HÜQUQUNUN SIĞORTAÇIYA KEÇMƏSİ (SUBROQASİYA)
26.1. Əgər Sığortalı (Faydalanan şəxs) dəymiş zərər üzrə ödənişi zərərin baş verməsində təqsirli olan şəxsdən(lərdən) alıbsa, Sığortaçı yalnız sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğin və üçüncü şəxslər tərəfindən ödənilmiş məbləğin arasında olan fərqi ödəməlidir. Sığortalı (Faydalanan şəxs) üçüncu şəxslər tərəfindən edilmiş və ya edilə biləcək ödənişlər barəsində dərhal Sığortaçıya xəbər verməlidir.
26.2. Sığorta ödənişi həyata keçirildikdən sonra zərərin baş verməsində təqsirli olan şəxsə(lərə) qarşı Sığortalının (Faydalanan şəxsin) zərərin ödənilməsi üzrə tələb hüququ, həyata keçirilmiş sığorta ödənişi məbləğində Sığortaçıya keçir.
Sığortaçıya keçmiş üçüncü şəxslərə qarşı tələb hüququnun həyata keçirilməsi üçün Sığortalı (Faydalanan şəxs) lazımı tədbirləri görməli və tələb olunan sənəndləri Sığortaçıya təqdim etməlidir.
26.3. Əgər Sığortalı (Faydalanan şəxs) Sığortaçı ilə razılaşdırmadan bu hüququndan imtina edərsə və ya bu hüququn həyata keçirilməsi Sığortalının (Faydalanan şəxsin) təqsiri üzündən mümkün olmazsa, Sığortaçı yuxarıda göstərilmiş hərəkətlər nəticəsində ona dəymiş zərər həcmində ödənişin edilməsindən azad olunur. Belə hal Sığortaçı tərəfindən Sığortalıya (Faydalanan şəxsə) ödəniş verdikdən sonra aşkar olunarsa, Sığortalı (Faydalanan şəxs) Sığortaçıya həmin məbləği qaytarmalıdır.
26.4. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və/və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya,həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
27. SIĞORTALANMIŞ ƏMLAKIN ÖZGƏNİNKİLƏŞDİRİLMƏSİ
27.1. Sığortalanmış əmlak özgəninkiləşdirildikdə, Sığortalının (Faydalanan şəxsin) hüquq və vəzifələri əmlakı əldə edənə keçir.
27.2. Əldə edən və ya özgəninkiləşdirən tərəfindən sığortalanmış əmlakın özgəninkiləşdirilməsi haqqında Sığortaçıya dərhal məlumat verilməlidir. Əldə edən və ya özgəninkiləşdirən bu barədə Sığortaçıya dərhal məlumat vermədikdə, əgər sığorta hadisəsi əmlakın özgəninkiləşdirildiyi anından iki həftə sonra baş verərsə, Sığortaçı sığorta ödənişi vermək vəzifəsindən azad edilir.
27.3. Sığortaçı sığorta müqaviləsinin ləğvi üçün bir aylıq müddəti gözləməklə əldə edənlə sığorta münasibətlərinə xitam vermək hüququna malikdir.
27.4. Əldə edən sığorta müqaviləsini yalnız dərhal və ya sığortanın cari dövrünün sonuna yaxın ləğv edə bilər. Əgər əldə edən əmlakı əldə etdikdən sonra bir ay ərzində müqaviləni ləğv etmək hüququndan istifadə etməzsə, bu hüququ itirir, əldə edən sığortadan xəbərdar olmadıqda isə ləğvetmə hüququ əldə edənin sığorta münasibətlərindən xəbər tutduğu andan bir ay keçənədək qüvvədə qalır.
27.5. Əgər sığorta müqaviləsinə bu maddənin qaydaları əsasında xitam verilmişdirsə, özgəninkiləşdirən Sığortaçıya sığorta haqqı ödəməlidir, lakin bu haqq onun sığorta dövrü ərzində, müqavilənin ləğvi məqamı da daxil olmaqla, ödəməli olduğundan artıq olmamalıdır; bu halda əldə edən sığorta haqqının ödənilməsi üçün məsuliyyət daşımır.
27.6. Sığortaçı sığortalanmış əmlakın özgəninkiləşdirilməsi ilə bağlı baş vermiş dəyişikliklərlə əlaqədar olaraq riskin qiymətləndirilməsi üçün zəruri olan məlumatları əldə edəndən tələb edə bilər və bu cür dəyişikliklər riskin artmasına səbəb olduqda Sığortaçı əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər.
27.7. Sığortalanmış əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar Sığortaçı sığorta müqaviləsinə müvafiq dəyişikliklər edir.
28. EKSPERTİZA
28.1. Sığorta hadisəsinin baş verməsindən sonra dəymiş zərər üzrə fikir ayrılığı mövcud olduqda Sığortaçı ilə Sığortalı zərərin müəyyənləşdirilməsini ekspertlərə həvalə edə bilərlər. Bu halda ekspertlərin rəyi, onun mövcud olan şəraitlərdən aşırı dərəcədə fərqlənməsi halları istisna olmaqla, məcburi hesab olunur. Sığortaçı sığorta ödənişinin məbləğini bu rəy əsasında hesablayır. Qarşılıqlı razılıq əsasında zərərin baş verməsi səbəbinin və şəraitinin və/və ya sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədi ilə də ekspertiza təyin edilə bilər. Həm Sığortalı həm də Sığortaçı əks tərəfə müvafiq bildirişi göndərməklə, ekspertizanın birtərəfli qaydada keçirilməsini tələb edə bilər.
28.2. Ekspertizanın keçirilməsi zaman aşağıdakı qaydalara riayət olunmalıdır:

a) Sığortaçı və Sığortalı əks tərəfin rəqibləri, iş partnyorları və ya ailə üzvrəri olan şəxsləri və əks tərəfin rəqiblərinə, iş partnyorlarına çalışan və ya onlarla bu kimi digər əlaqələrdə olan şəxsləri ekspert qismində cəlb edə bilməzlər;

b) Əgər bir tərəf əks tərəfin təyin etdiyi ekspertin rəyi ilə razı deyilsə, o, təkrar espertizanın keçirilməsini və ya mübahisənin məhkəmə qaydasında həll olunmasını tələb edə bilər;

c) müstəqil ekspertizanın keçirilməsi üzrə xərcləri onun keçirilməsini tələb etmiş tərəf ödəyir. Ekspertizanın keçirilməsi tərəflərin qarşılıqlı razılığı əsasında təyin edilibsə və sığorta müqaviləsində başqa hall nəzərdə tutulmayıbsa xərclər tərəflər arasında bərabər bölüşdürülür.


29. ƏRİZƏ FORMASI
29.1. Sığorta müqaviləsi Sığortalı (Faydalanan şəxs) tərəfindən doldurulmuş Ərizə Forması əsasında bağlanılır və sığorta müqaviləsinin ayrılmaz hissəsi sayılır.
29.2. Sığorta müqaviləsinin bağlanmasından sonra Sığortalı (Faydalanan şəxs) tərəfindən sığorta hadisəsinin baş verməsi ehtimalı üzrə vacib məlumatın və ya onun baş verməsindən dəyə biləcək zərərlərin həcmi (sığorta riski) barəsində Sığortaçıya yanlış məlumatın verilməsi aşkarlanarsa, və sığorta müddəti ərzində barəsində yanlış məlumatlar verilən hallar ilə əlaqədar olan sığorta hadisəsi baş verərsə, belə faktlar sığorta ödənişinin verilməməsinə müqavilənin etibarsız hesab edilməsinə gətirə bilər.
29.3. Sığortalı doldurulmuş Ərizə forması ilə eyni vaxtda Sığortaçıya aşağıdakı sənədləri təqdim etməlidir:

  • Şəxsiyyət vəsiqəsinin surətini

  • Yaşayış binasının xarakteristikası

  • Daşınar əmlaklın siyahısı (əmlakin təsviri və qiyməti daxil olmaqla).

  • Sığortaçı tərəfindən sorğu edilmiş, sığorta riskinin qiymətləndirilməsi üçün tələb olunan digər sənəd və məlumatlar.


30. SIĞORTA MÜQAVİLƏSİNƏ QƏBUL EDİLMİŞ ƏLAVƏLƏR
Bu Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə Əlavələr tərəflərin razılığı ilə yazılı şəkildə qəbul edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və bu Qaydalarda mövcud olan şərtləri dəyişdirə və ya müəyyənləşdirilməyən şərtləri qəbul edə bilər.
31. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:


  1. müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer (çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara göndərilməlidir.

b) Tərəflərin ünvanları və/və ya rekvizitləri dəyişdiyi halda onlar bir birinə bu barədə əvvəlcədən məlumat göndərməlidirlər. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvan və ya rekvizitlərinin dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana göndərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.


32. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ

Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.

Amrah Sığorta” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
FİZİKİ ŞƏXSLƏRƏ MƏXSUS OLAN ƏMLAKIN SıĞORTASI

üzrə tarİf dərəcələrinin əsaslandırılması

Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:



  1. Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,02;

  2. Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği (So) – 150 000 AZN;

  3. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi (Sö) – 20 000 AZN;

  4. Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) - 200.

Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:


Tə = lOOqSö/So = 100 * 0,02*20 000/150 000 = 0,27 AZN
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalmı 0,95 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=1,645 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr=l,2Tə*a*((l-q)/(nq))1/2= 0,27*l,2*l,645* ((l-0,02)/(200*0,02))1/2 = 0,26 AZN
Tn = Tə + Tr = 0,27 + 0,26 = 0,53 AZN
Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 70%, yüklənmə - 30%. O cümlədən, işlərin aparılması xərcləri - 29%, tarif mənfəəti - 1%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən

Tb = Tn/(l-f) = 0,53/(1-0,3) = 0,75 AZN


Tarif dərəcələri binaların yerləşdiyi ərazidən, tikildiyi inşaat materiallarından, hansı zəlzələ zonasında yerləşməsindən, yanğına qarşı mühafizə və digər sistemin olub-olmamasından və ya hansı səviyyədə olmasından, digər binaya bitişik olmasından və s. amillərdən asılı olaraq diferensiallaşdırılır. Ona görə də, yekun tarif dərəcəsi 0,01%-7%, yalnız zəlzələ hadisəsi ilə əlaqədar tarif dərəcəsi isə 0,1% - 0,4% aralığında dəyişir.



Yüklə 206,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin