Qaydaları bundan sonra mətndə



Yüklə 180,17 Kb.
Pdf görüntüsü
tarix25.11.2016
ölçüsü180,17 Kb.
#78
növüQaydalar

 



 

BAKI – 2012 



ÖLKƏDƏN XARĠCƏ SƏFƏR EDƏN ġƏXSLƏRĠN TĠBBĠ XƏRCLƏRĠNĠN SIĞORTASI 

(SƏYAHƏT SIĞORTASI) QAYDALARI 

 

Ölkədən  xaricə  səfər  edən  şəxslərin  tibbi  xərclərinin  sığortası  Qaydaları  (bundan  sonra  mətndə  «Qaydalar» 



adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktlarının tələblərinə müvafiq işlənib 

hazırlanmışdır və ölkədən  xaricə səfər edən şəxslərin tibbi  xərclərinin sığortası  müqaviləsinin (bundan  sonra  mətndə 

«sığorta müqaviləsi» adlandırılacaq) ayrılmaz tərkib hissəsidir. Tərəflərin razılığı ilə sığorta müqaviləsinə digər şərtlər 

də əlavə edilə bilər. 

Bu  Qaydalar,  Sığorta  Şəhadətnaməsi,  müvafiq  Əlavələr  və  zəruri  hallarda  Sığortalı  tərəfindən  doldurulmuş  Ərizə 

forması, hamısı birlikdə bir müqavilə hesab edilirlər. 

Bu  Qaydalarla  müəyyən  olunan  “Ölkədən  xaricə  səfər  edən  şəxslərin  tibbi  xərclərinin  sığortası”  növü  tibbi  sığorta 

siniflərini əhatə edir. 

 

A. ÜMUMĠ MÜDDƏALAR 

 

Bu  Qaydalar  əsasında  “AXA  MBASK”  Sığorta  Şirkəti  Açıq  Səhmdar  Cəmiyyəti  (bundan  sonra  mətndə  «Sığortaçı» 



adlandırılacaq)  Azərbaycan  Respublikasından  xarici  ölkəyə  səfər  edən  şəxslərin  tibbi  xərclərinin  sığortasını  həyata 

keçirir və sığorta müqaviləsi bağlayır. 

 

1

1

.

.

 

 

Q

Q

A

A

Y

Y

D

D

A

A

L

L

A

A

R

R

D

D

A

A

 

 

İ

İ

S

S

T

T

İ

İ

F

F

A

A

D

D

Ə

Ə

 

 

O

O

L

L

U

U

N

N

A

A

N

N

 

 

Ə

Ə

S

S

A

A

S

S

 

 

A

A

N

N

L

L

A

A

Y

Y

I

I

Ş

Ş

L

L

A

A

R

R

 

 

 

 



Bu Qaydalarda aşağıdakı anlayışlardan istifadə edilir: 

Sığorta müddəti – sığorta müqaviləsində müəyyən olunmuş sığorta təminatının qüvvədə olduğu müddət başa düşülür. 

Qəfləti  xəstəlik  –  sığorta  müddəti  ərzində  gözlənilmədən  yaranan  və  təxirəsalınmaz  tibbi  müdaxiləni  tələb  edən  hal 

nəzərdə tutulur

Bədbəxt  hadisə  –  sığorta  müddəti  ərzində  qəfil  və  gözlənilmədən  baş  vermiş  təxirəsalınmaz  tibbi  müdaxiləni  tələb 

edən Sığorta olunanın bədən xəsarəti almasına və ya ölümünə səbəb olan hal nəzərdə tutulur; 

Yaxın qohum – Sığorta olunanın əri/arvadı, valideynləri, uşaqları, qardaşı/bacısı nəzərdə tutulur; 

 

2



2

.

.

 

 

S

S

I

I

Ğ

Ğ

O

O

R

R

T

T

A

A

 

 

S

S

U

U

B

B

Y

Y

E

E

K

K

T

T

L

L

Ə

Ə

R

R

İ

İ

 

 

 

2.1.  Sığortaçı – Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malik olan “AXA 



MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətidir. 

2.2.  Sığortalı – Sığortaçı ilə sığorta müqaviləsini bağlayan və sığorta haqqı ödəyən təşkilati-hüquqi formasından asılı 

olmayaraq, hüquqi şəxs və ya fəaliyyət qabiliyyətli fiziki şəxs. 

2.3.  Sığortalı  sığorta  müqaviləsini  üçüncü  şəxsin  –Sığorta  olunanın  xeyrinə  bağlaya  bilər.  Sığorta  müqaviləsi  üzrə 

Sığorta olunan yalnız fiziki şəxslər ola bilər. Sığorta müqaviləsində Sığorta olunan göstərilmədikdə, Sığortalı Sığorta 

olunan sayılır. 

 

3

3

.

.

 

 

S

S

I

I

Ğ

Ğ

O

O

R

R

T

T

A

A

 

 

O

O

B

B

Y

Y

E

E

K

K

T

T

İ

İ

 

 

V

V

Ə

Ə

 

 

S

S

I

I

Ğ

Ğ

O

O

R

R

T

T

A

A

 

 

P

P

R

R

E

E

D

D

M

M

E

E

T

T

İ

İ

 

 

 

3.1.  Sığorta  obyekti  Sığorta  olunanın  sığorta  müqaviləsində  göstərilən  xarici  dövlətin  ərazisində  olarkən  sığorta 



müddətində bu Qaydalarda qeyd olunan halların yaranması ilə bağlı ona göstərilən tibbi, tibbi daşınma, repatriasiya və 

digər xidmətlərlə və ya onların xərcləri ilə bağlı olan əmlak mənafeləridir. 

3.2.  Sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu şəxs, əmlak və ya haldır. 

 

B. SIĞORTA TƏMĠNATI VƏ ĠSTĠSNALAR 

 

4

4

.

.

 

 

S

S

I

I

Ğ

Ğ

O

O

R

R

T

T

A

A

 

 

H

H

A

A

D

D

İ

İ

S

S

Ə

Ə

S

S

İ

İ

 

 

 

4.1. 



Sığorta  hadisəsi  Sığortaçının  sığorta  ödənişini  vermək  öhdəliyini  yaradan  sığorta  müqaviləsi  ilə  təminat 

verilmiş və sığorta təminatı müddətində baş verən hadisə və ya yaranan haldır. 

4.2. 

Bu  Qaydalara  əsasən  standart  təminat  daxilində  Sığorta  olunanın  qəfləti  xəstəliyə  və  bədbəxt  hadisəyə 



məruz  qalması  sığorta  hadisəsi  hesab  olunur,  bu  şərtlə  ki,  qeyd  olunan  hallar  Sığorta  olunanın  sığorta 

müddəti ərzində sığorta müqaviləsində göstərilmiş xarici ölkənin ərazisində olduğu zaman baş vermiş olsun 

və bu hallara Qaydaların 6-cı bəndinə uyğun olaraq sığorta təminatının verilməsi nəzərdə tutulsun. 

4.3. 


Bu  Qaydalara  əsasən  tam  təminat  daxilində  standart  təminatda  göstərilənlərdən  əlavə  Sığorta  olunanın 

yaxın  qohumun  ölümü  ilə  bağlı  onun  gözlənilməz  qayıdışı,  Sığorta  olunanın  yaxın  qohumun  tibbi 

monitorinqi, təcili məlumatların verilməsi, baqajın itməsi və ya zədələnməsi, səhv istiqamətdə göndərilmiş 

baqajın  marşrutunun  dəyişdirilməsi  və  qaytarılması,  fors-major  hallarda  səfərin  ləğv  olunması  da  sığorta 

hadisəsi hesab olunur. Əlavə təminatlar bu Qaydaların “F” bölməsində nəzərdə tutulmuşdur. 




 

4.4. 


Sığorta müqaviləsi bağlanarkən Sığortalı tam və ya standart təminatı seçə bilər. 

 

 



5

5

.

.

 

 

İ

İ

S

S

T

T

İ

İ

S

S

N

N

A

A

L

L

A

A

R

R

 

 

 

5.1. 



Bu Qaydaların 4-cü bəndində göstərilən hallar aşağıdakı səbəblərdən baş verərsə, sığorta hadisəsi sayılmır: 

5.1.1. 


Sığorta olunanın spirtli içkilərin, narkotik və ya toksik maddələrin təsiri altında olması; 

5.1.2. 


Sığorta  olunanın  nəqliyyat  vasitəsinin  idarə  edilməsini  spirtli  içkilərin,  narkotik  və  ya  toksik  maddələrin 

təsiri altında olan və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə həvalə etməsi; 

5.1.3. 

Sığorta olunanın özünə qəsd etməsi və ya buna cəhd göstərməsi; 



5.1.4. 

epilepsiya xəstəliyi ilə bağlı qıc olma; 

5.1.5. 

müalicəvi manipulyasiyalar, yatrogen xarakterli xəsarət və zərərlər; 



5.1.6. 

peşəkar pilot tərəfindən idarə olunan mülki aviasiya təyyarəsində sərnişin qismində uçuşlar istisna olmaqla, 

Sığorta olunanın özü tərəfindən idarə edilən uçuş aparatında uçması; 

5.1.7. 


Sığorta olunanın mühərriksiz uçuş apparatlarında, mühərrikli planerlərdə, superyüngül uçuş apparatlarında 

uçması və həmçinin paraşütla tullanması; 

5.1.8. 

müharibə  (elan  edilib-edilməməsindən  asılı  olmayaraq),  vətəndaş  müharibəsi,  istila,  üsyan,  qiyam,  tətil, 



çevriliş,  inqilab,  işğal,  düşmənçilik  aktları,  hərbi  əməliyyatlar,  silahlı  yolla  hakimiyyətin  qəsb  edilməsi, 

ictimai ixtişaşlar, kütləvi həyəcanlar, terror aktları və sadalananların nəticələri; 

5.1.9. 

Sığorta olunanın hər cür silahlı qüvvələrdə qulluq etməsi və hərbi qruplaşmalarda iştirak etməsi; 



5.1.10.    nüvə partlayışı, radioaktiv və ya digər şüalanmaların təsiri; 

5.1.11.    zəlzələ, sel, daşqın, su basması və digər təbii fəlakətlər; 

5.1.12.    epidemiya; 

5.1.13. 


Sığorta olunanın bilərəkdən özünə cismani zərər yetirməsi və sığorta hadisəsinin baş verməsinə səbəb olan 

hərəkətlərin qəsdən və ya kobud ehtiyatsızlıqdan törədilməsi; 

5.1.14. 

sığorta  müqaviləsində başqa  cür nəzərdə tutulmayıbsa, Sığorta olunanın  məşqlərdə və idman  yarışlarında 

iştirakı ilə bağlı hər cür idman növü ilə məşğul olması; 

5.1.15. 


sığorta  müqaviləsində  başqa  cür  nəzərdə  tutulmayıbsa,  Sığorta  olunanın  təhlükəli  fəaliyyət  növləri  ilə 

məşğul olması (o cümlədən, avtomobil nəqliyyatının peşəkar sürücüsü, inşaatçı, elektromontajçı qismində 

və ya dağ mədənlərində işləməsi və s.); 

5.1.16. 


sığorta hadisəsi ilə birbaşa səbəbli əlaqədə olan Sığorta olunanın qanuna zidd hərəkətləri; 

5.1.17. 


əmək vəzifələrini yerinə yetirərək (muzdlu iş görərək) Sığorta olunanın təhlükəsizlik texnikası qaydalarına 

riayət etməməsi; 

5.1.18. 

Sığorta  olunanın  fırıldaqçılıq  (dələduzluq)  və  ya  qəsdən  edilən  digər  hərəkətləri  nəticəsində  yaranmış 

hallar. 

5.1.19. 


IATA-nın  (Beynəlxalq  Hava  Nəqliyyatı  Assosiasiyası)  üzvü  olmayan  Aviaşirkətin  təyyarəsi  ilə  uçuş 

zamanı əmələ gələn və ya onunla bağlı olan hər hansı tibbi problem, müayinə və ya müalicə; 

5.1.20. 

Aviadaşımalar istisna olmaqla, butun növ digər daşımalar zamanı baqajın itirilməsi və ya zədələnməsi. 

5.2. 

Əlavə  sığorta  haqqı  ödənilməklə,  sığorta  müqaviləsində  bu  Qaydaların  5.1.14  və  5.1.15-ci  bəndlərində 



göstərilənlər hallara sığorta təminatı verilə bilər. 

5.3. 


Sığorta  olunan  xarici  ölkəyə  müalicə  olunmaq  məqsədi  ilə  səfər  edirsə,  Sığortaçı  səfərin  məqsədi  olan 

müalicə  ilə  bağlı  xərcləri,  həmçinin  bu  müalicə  ilə  əlaqədar  Sığorta  olunanın  səhhətinin  pisləşməsi  və 

ölümü ilə bağlı xərcləri (o cümlədən repatriasiya xərclərini) heç bir halda ödəmir. 

5.4. 


Sığorta  olunan  75  yaşı  tamam  olmuş  şəxs  olduqda,  hər  hansı  qəfil  xəstəliyin  müayinəsi,  müalicəsi  və 

onunla bağlı olan tibbi daşınma xərclərinə təminat verilmir. 

5.5. 

Sığorta olunan daimi yaşayış yerində (ölkəsində) ölmüşdürsə, repatriasiya xərclərinə təminat verilmir. 



 

C. XÜSUSĠ ġƏRTLƏR 

 

6.  SIĞORTAÇI TƏRƏFĠNDƏN ÖDƏNĠLƏN XƏRCLƏR VƏ TƏMĠNATLAR 

 

6.1. 


Sığorta  hadisəsi  baş  verdikdə  Xidmət  Mərkəzi  tibbi  yardımın  göstərilməsini  təmin  edir,  müalicənin 

gedişatına nəzarət edir və digər xidmətləri göstərir. 

Bu  Qaydalara  əsasən  Xidmət  Mərkəzi  dedikdə.  sığorta  müqaviləsində  göstərilən  və  Sığortaçının  tapşırığı 

ilə  bu  Qaydalarla  nəzərdə  tutulan  xidmətləri  sutka  ərizində  həyata  keçirən  ixtisaslaşmış  təşkilat  başa 

düşülür. 

6.2. 


Bu Qaydalara əsasən Sığortaçı aşağıda göstərilən xidmətləri təşkil edən və (və ya) həyata keçirən Xidmət 

Mərkəzinə  və  ya  bu  Qaydalarda  nəzərdə  tutulmuş  halda  müvafiq  xərcləri  təsdiq  edən  sənədlərin  təqdim 

edilməsi şərti ilə birbaşa Sığorta olunana aşağıdakı xərcləri ödəyir: 

 

6.2.1.     Tibbi xərclər, yəni: 

6.2.1.1. 

əməliyyatların,  diaqnostik  müayinələrin  həyata  keçirilməsi  xərcləri,  o  cümlədən  həkim  tərəfindən  təyin 

edilmiş  tibbi  preparatlara,  sarğı  materiallarına  və  fiksasiya  vasitələrinə  (gips,  bandaj)  çəkilmiş  xərclər  də 

daxil olmaqla stasionarda qalma və müalicə olunma (standart tipli palatada) xərcləri; 





 

6.2.1.2. 

həkim  xidmətləri,  diaqnostik  müayinələr,  həkim  tərəfindən  təyin  edilmiş  tibbi  preparatlara,  sarğı 

materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də daxil olmaqla ambulator müalicə 

xərcləri. 

 

6.2.2.     Tibbi daĢınma xərcləri, yəni: 

6.2.2.1. 

hadisə  yerindən ərazisində olduğu ölkənin ən  yaxın  məsafədə yerləşən tibb  müəssisəsinə və  ya bilavasitə 

yaxınlıqda yerləşən həkimin yanına evakuasiya olunma («təcili yardım» avtomobili və ya digər nəqliyyat 

vasitəsi ilə) xərcləri; 

6.2.2.2. 

müvəqqəti  olduğu  ölkədə  tələb  olunan  tibbi  yardımın  göstərilməsi  üçün  imkanın  olmaması  şərti  ilə, 

müşayət edən şəxsə çəkilən  xərclər (əgər bu cür  müşayət olunma həkim  tərəfindən təyin olunubsa) daxil 

olmaqla  Sığorta  olunanın  xaricdən  yaşadığı  yerə  və  ya  yaşadığı  yerdən  ən  yaxın  məsafədə  yerləşən  tibb 

müəssisəsinə  təcili  tibbi  repatriasiya  xərcləri.  Təcili  tibbi  repatriasiya  müstəsna  hallarda  onun  zəruriliyi 

yerli  müalicə  edən  həkim  tərəfindən  verilən  sənədlər  əsasında  Sığortaçının  həkiminin  rəyi  ilə  təstiq 

edildikdə  və  bunun  üçün  heç  bir  əks  tibbi  göstəriş  olmadıqda  həyata  keçirilir.  Təcili  tibbi  repatriasiya 

xərcləri sığorta müqaviləsində nəzərdə tutulmuş məbləğ çərçivəsində ödənilir. 

6.2.2.3. 

stasionarda  qalma  xərcləri  sığorta  müqaviləsində  müəyyən  olunmuş  sığorta  məbləğlərini  aşa  biləcək 

hallarda  Sığorta  olunanın  xaricdən  yaşadığı  yerə  və  ya  yaşadığı  yerə  ən  yaxın  məsafədə  yerləşən  tibb 

müəsisəsinə  tibbi  repatriasiya  olunması  xərcləri.  Tibbi  repatriasiya  yalnız  əks  tibbi  göstərişin  olmaması 

şərti  ilə  həyata  keçirilə  bilər.  Tibbi  repatriasiya  xərcləri  sığorta  müqaviləsində  nəzərdə  tutulmuş  məbləğ 

çərçivəsində ödənilir. 

 

6.2.3.     Olümdən sonrakı repatriasiya xərcləri, yəni: 

 

əgər ölüm sığorta hadisəsi nəticəsində baş veribsə, cəsədin, Sığorta olunanın ölümdən əvvəl daimi yaşadığı     



yerə, barəsində Xidmət Mərkəzi tərəfindən sanksiya verilmiş repatriasiya olunması üzrə xərclər. Ölümdən 

sonrakı repatriasiya xərcləri sığorta müqaviləsində nəzərdə tutulmuş məbləğ çərçivəsində odənilir. Bununla 

belə Sığortaçı Sığorta olunanın daimi yaşadığı ölkənin ərazisində göstərilən mərasim xərclərini ödəmir. 

 

6.3. 

Bu  Qaydalara  əsasən  sığorta  təminatına  Tibbi  məlumat  xidməti  daxildir.  O,  Xidmət  Mərkəzi  tərəfindən 

aşağıdakı qaydada həyata keçirilir: 

təcili və yaxud təcili olmayan tibbi vəziyyətlərdə, Xidmət Mərkəzi Sığorta olunanı əsas məlumatlarla təmin 

edir:  yaxınlıqda  yerləşən  həkimlər,  mütəxəssislər,  stomatoloqlar,  köməkçi  tibbi  heyət  barədə, 

xəstəxanaların,  tibbi  mərkəzlərin,  apteklərin,  təcili  tibbi  yardım  stansiyalarının  və  s.  yerləşməsi  barədə 

məlumatlar; bu və ya digər vəziyyətlərdə tibbi diaqnozların və vəziyyətlərin baş verməməsi üçün ediləcək 

hərəkətlər barədə sadə məsləhətlər.   

 

7.  SIĞORTAÇI TƏRƏFĠNDƏN ÖDƏNĠLMƏYƏN XƏRCLƏR 

 

Sığortaçı aşağıdakı xərcləri ödəmir: 



7.1

 

müalicəsi  həyata  keçirilib-keçirilməməsindən  və  ya  Sığorta  olunana  məlum  olub-olmamasından  asılı 



olmayaraq,  sığorta  müddəti  başlanadək  mövcud  olan  xəstəliklərin  müayinəsi,  müalicəsi  və  aradan 

qaldırılması ilə bağlı xərclər; 

7.2

 

sinir və psixi xəstəliklərin aradan qaldırılması və müalicə xərcləri; 



7.3

 

onkoloji xəstəliklərin müalicəsi üzrə çəkilən xərclər; 



7.4

 

qəfləti  xəstəlik  və  ya  bədbəxt  hədisə  ilə  bağlı  olmayan  hallarda  Sığorta  olunanın  aldığı  tibbi  xidmətlərə 



çəkilən xərclər, profilaktik tədbirlərə və ümumi tibbi baxışlara çəkilən xərclər; 

7.5


 

İnsan İmmun Çatışmazlığı virusuna yoluxmasından və həmçinin onun nəticəsi olan xəstəliklərdən müalicə 

xərcləri; 

7.6


 

bütün növ hepatitin müalicəsi üzrə çəkilən xərclər; 

7.7

 

xroniki xəstəliklərdən müalicə xərcləri (ölümdən sonrakı repatriasiya xərcləri istisna olmaqla); 



7.8

 

Aorto-koronar  şuntlama,  ürək  qüsurlarının  cərrahi  yol  ilə  müalicəsi,  kardiostentlərin  qoyulması,  ürək  və 



damarların kontrast metodları ilə müayinəsi

7.9


 

tibbi  yardımın  həyati  amillərlə  bağlı  olduğu  hallar  istisna  olmaqla,  hamiləlik  müddətində  məsləhətlər  və 

müayinələr,  hamiləlik  dövründən  asılı  olmayaraq  həmiləliyin  kəskinləşməsi  ilə  əlaqədar  məsləhətlər, 

müayinələr və müalicə ilə bağlı xərclər və həmçinin doğuş və uşağa doğuşdan sonrakı qayğı xərcləri; 

7.10

 

 Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olan hallar istisna olmaqla, abortlara çəkilən xərclər; 



7.11

 

əksər hallarda cinsi yolla yoluxan və həmçinin onların nəticəsi olan xəstəliklərdən müalicə olunma xərcləri; 



7.12

 

göz  və  diş  protezləri  də  daxil  olmaqla,  hər  növ  protez  qoyma  xərcləri,  plastik  və  bərpaedici  cərrahiyyə, 



e

şitmə  və  görmə  qabiliyyətini  korreksiya  edən  xüsusi  cihazlar;  ortopedik  köməkçi  vasitələr,  o 

cümlədən ayaqqabı; əlil arabası (kreslosu)

7.13



 

dişin  və  dişətrafı  toxumaların  kəskin  ağrı  hallarının  təcili  aradan  qaldırılması  istisna  olmaqla,  bütün  növ 

stomatoloji yardımın göstərilməsinə çəkilən xərclər; 

7.14


 

 tibbi  nöqteyi-nəzərdən  zəruri  olmayan  xidmətlərin  göstərilməsi  və  ya  həkim  tərəfindən  təyin  edilməyən 

müalicə ilə əlaqədar xərclər;  




 

7.15


 

 Sığorta  olunanın  sığorta  hədisəsi  ilə  əlaqədar  müraciətinə  əsasən  aldığı  həkim  göstərişlərinin  yerinə 

yetirilməsindən könüllü surətdə imtina etməsi nəticəsində ortaya çıxan xərclər; 

7.16


 

 qeyri-ənənəvi müalicə metodlarına (akupunktura, mezoterapiya, maqnitoterapiya və s.) çəkilən xərclər; 

7.17

 

 Sığorta olunanın qohumları tərəfindən müalicə və qulluq edilməsinə dair xərclər; 



7.18

 

 müvafiq lisenziyası olmayan tibb müəssisəsi və ya tibbi fəaliyyəti həyata keçirmək üçün hüququ olmayan 



şəxs tərəfindən göstərilən xidmətlərlə əlaqədar xərclər; sığorta müddətindən əvvəl  və ya Sığorta olunanın 

özünün seçdiyi müalicə həkiminin səhvi nəticəsində əmələ gəlmiş halların aradan qaldırılması üzrə xərclər; 

7.19

 

 bərpaedici müalicə və fizioterapiya xərcləri; 



7.20

 

 istirahət mərkəzlərində, sanatoriyalarda, pansionatlarda, istirahət evlərində və digər bu kimi müəssisələrdə 



müalicə kursu almaqla əlaqədar xərclər; 

7.21


 

 Sığorta olunanın müalicə alması məqsədi ilə təşkil olunmuş ölkə xaricinə səfərlə bağlı olan xərclər; 

7.22

 

bədbəxt  hədisə  və  ya  qəfləti  xəstəliklə  bağlı  olmayan  dezinfeksiya,  profilaktik  vaksinasiya,  həkim 



ekspertizası, laboratoriya və diaqnostika müayinələrinin keçirilməsi ilə əlaqədar xərclər; 

7.23


 

əlavə rahatlıq, yəni: «lüks» tipli palatada yerləşdirmə; televizor, telefon, kondisioner, nəmləndirici və digər 

məişət  texnikası  ilə  təmin  edilmə;  bərbər,  masajçı,  kosmetoloq,  tərcüməçi  və  sair  bu  kimi  xidmətlərin 

göstərilməsi ilə əlaqədar xərclər; şəxsi (personal) xəstə baxıcısı, tibb işçisi. 

7.24

 

Sığorta olunan daimi yaşadığı ölkəyə qayıtdıqdan sonra çəkilən xərclər; 



7.25

 

müəyyən edilmiş sığorta məbləğini aşan xərclər; 



7.26

 

Xidmət  Mərkəzi  tərəfindən  sanksiyası  verilməmiş  stasionar  müalicə,  tibbi  daşınma,  ölümdən  sonrakı 



repatriasiya xərcləri; 

7.27


 

 Sığorta müddəti başlanadək  Sığorta olunan tərəfindən alınan müalicə ilə bağlı, həmçinin Sığorta olunanın 

səhhətinə  görə  səfər  etməyə  əks  göstərişlər  olduğu  hallarda  baş  verən  Sığorta  olunanın  səhhətinin 

pisləşməsi və ya ölümü ilə bağlı yaranan xərclər; 

7.28

 

plastik cərrahiyyə xərcləri; 



7.29

 

lisenziyalaşdırılmamış 



dərmanlar, 

bioloji 


aktiv 

əlavələr, 

homeopatik 

preparatlar, 

immunostimulyatorlar, psixotrop preparatlar (trankvilizator, antidepressant və s.), şampunlar, diş 

pastaları, kosmetik vasitələr və s. eksperimental vasitələrə görə xərclər.

 

 

8.  SIĞORTA MƏBLƏĞĠ VƏ SIĞORTA HAQQI 



 

8.1. 


Sığorta  müqaviləsində  göstərilən  ümumi  sığorta  məbləği  hər  bir  hədisə  və/və  ya  sığorta  müddəti  ərzində 

bütün hadisələr üzrə Sığortaçı tərəfindən ödəniləcək maksimal məbləğdir. 

8.2. 

Sığorta  haqqı  sığorta  müqaviləsinə  müvafiq  olaraq  Sığortaçıya  (onun  agentinə  və  ya  brokerə)  Sığortalı 



tərəfindən ödənilməli olan pul məbləğidir; 

8.3. 


Sığorta  haqqı  Sığortaçının  tariflərinə  müvafiq  olaraq  müəyyən  edilir  və  onun  məbləği  sığorta 

müqaviləsində göstərilir. Sığortaçı əlavə sığorta haqqı tətbiq etməklə və ya etməməklə, yüksək təhlükə ilə 

bağlı, o cümlədən 5.1.14 və 5.1.15 bəndlərində göstərilən  fəaliyyətlə  məşğul olan, habelə 65 yaşı tamam 

olmuş şəxsləri sığortalaya bilər; 

8.4. 

Sığorta  haqqı  Sığortalı  tərəfindən  Sığortaçının  təqdim  etdiyi  hesabın  və  ya  sığorta  haqqının  məbləği  və 



ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənədin şərtlərinə müvafiq olaraq tam məbləğdə 

birdəfəlik ödəniş şəklində ödənilməlidir.Sığorta haqqının ödənilməsi köçürmə yolu ilə və ya nağd şəkildə 

həyata keçirilə bilər. 

8.5. 


Sığorta  olunanın  sığorta  müqaviləsində  göstərilən  ölkəyə  getmək  üçün  vizası  olduqda  və  o,  bu  ölkəyə 

getmədikdə və ya həmçinin getməmək barədə Sığortaçıya sığorta müqaviləsində göstərilən sığorta müddəti 

sona çatdıqdan sonra məlumat verdikdə sığorta haqqı geri qaytarılmır. 

 

9.  ġƏRTSĠZ AZADOLMA 

 

9.1. 


Şərtsiz  Azadolma  sığorta  hadisəsi  baş  verdiyi  halda  Sığortaçı  tərəfindən  ödənilməyən  Sığorta  olunanın 

xərclərinin bir hissəsidir.  

9.2. 

Bu  Qaydalarla  hər  bir  sığorta  hadisəsi  üzrə  şərtsiz  azadolma  sığorta  məbləği  Avro  ilə  göstərilən  sığorta 



şəhadətnamələrində 30 (otuz) Avro, sığorta məbləği ABŞ dolları ilə göstərilən sığorta şəhadətnamələrində 

40 ABŞ dolları təşkil edir. 

9.3. 

Bir neçə sığorta hadisəsinin baş verməsi halında azadolmanın məbləği hər sığorta ödənişindən tutulur. 



 

D. SIĞORTA MÜQAVĠLƏSĠNĠN BAĞLANMA QAYDASI,  

QÜVVƏDƏ OLMA MÜDDƏTĠ, ƏHATƏ ƏRAZĠSĠ VƏ XĠTAM OLUNMASI 

 

10.  SIĞORTA MÜQAVĠLƏSĠNĠN BAĞLANMA QAYDASI 

 

10.1. 


Sığorta  müqaviləsi  Sığortalının  şifahi  müraciəti  və  ya  yazılı  şəkilədə  təqdim  olunmuş  ərizəsi  əsasında 

bağlanılır. Sığortalı Sığortaçıya aşağıdakı məlumatları təqdim edir: 

10.1.1.  Sığortalının  (fiziki  şəxs  olduqda)  və  Sığorta  olunanın  adı,  atasının  adı,  soyadı  (pasportda  olduğu 

kimi), doğum tarixi, ünvanı, telefonu; 





 

10.1.2.  Sığortalı  hüquqi  şəxs  olduqda  -  onun  adı,  hüquqi  ünvanı,  telefonu,  bank  rekvizitləri,  Sığorta 

olunanların siyahısı (10.1.1-ci bənddə göstərilən məlumatlar daxil olmaqla); 

10.1.3.  xaricə səfərin başlanma və bitmə tarixləri; 

10.1.4.  sığorta müqaviləsinin quvvədə olduğu əraziyə daxil edilməli olan ölkələr

10.1.5.  səfərin məqsədi; 

10.1.6.  əgər  Sığorta  olunan  xaricə  işləmək  üçün  gedirsə,  onun  sənəti  və  məşğul  olmaq  fikrində  olduğu 

fəaliyyət növü; 

10.1.7.  Sığorta olunanın iştirak etmək fikrində olduğu idman növü və ya idman yarışı; 

10.1.8.  seçmək istədiyi sığorta ərazisi, planı və təminat növü (tam və ya standart). 

10.2. 

Sığorta  müqaviləsi  bağlanarkən  Sığortalı/Sığorta  olunan  özünə  məlum  olan  və  sığorta  riskini 



qiymətləndirmək üçün əhəmiyyət kəsb edən hallar barədə Sığortaçıya məlumat verməlidir.  

10.3. 


Sığortalı/Sığorta  olunan  sığorta  müqaviləsi  qüvvədə  olduğu  müddət  ərzində  Sığorta  riskinin  baş  verməsi 

ehtimalını artıran dəyişikliklər barəsində Sığortaçıya dərhal məlumat verməlidir. 

10.4. 

15  yaşı  tamam  olmamış  uşaqlar  yalnız  valideynləri  tərəfindən  sığortalandıqda,  7  yaşı  tamam  olmamış 



uşaqlar isə yalnız valideynləri ilə səyahət etdikdə, onlara sığorta təminatı şamil olunur. 

10.5. 


Sığorta müqaviləsi Sığorta olunanın tibbi müayinəsi aparılmadan bağlanır. 

10.6. 


Zəruri olan hallarda Sığorta olunana eyniləşdirmə kartı verilir. 

 

11.  SIĞORTA TƏMĠNATININ MÜDDƏTĠ VƏ ƏHATƏ ƏRAZĠSĠ 

 

11.1. 


Sığorta müddəti tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyən edilir və bir ildən artıq olmamaq şərti 

ilə  (müqavilə  ilə  digər  şərtlər  nəzərdə  tutulmayıbsa),  Sığorta  olunanın  Azərbaycan  Respublikası 

sərhədlərindən kənarda olduğu müddəti əhatə edir. 

Sığorta  olunan  tərəfindən  bir  səfər  üçün  əldə  edilən  sığorta  müqaviləsi  üzrə  təminat  həmin  səfər  üçün 

Sığorta Şəhadətnaməsinin «sığorta müddəti» bölməsində göstərilən müddəti əhatə edir. 

Sığorta olunan tərəfindən çox saylı səfərlər üçün əldə edilən sığorta müqaviləsi üzrə təminat bütün səfərlər 

üçün Sığorta Şəhadətnaməsinin «sığorta müddəti» bölməsində göstərilən müddət ilə məhdudlaşır. 

11.2. 


Sığorta  olunanın  yaşadığı  və/və  ya  vətəndaşı  olduğu  ölkənin  ərazisində  sığorta  təminatı  qüvvədə  olmur. 

Şəxsin  yaşadığı  ölkə  onun  daimi  və  ya  ən  çox  yaşadığı  ölkə  sayılır.  Sığorta  müqaviləsində  sığorta 

təminatının əhatə ərazinə dair digər məhdudiyyətlər nəzərdə tutula bilər. 

11.3. 


Müqavilə  ilə  digər  şərtlər  nəzərdə  tutulmayıbsa,  sığorta  təminatı  sığorta  müqaviləsində  (və  eyniləşdirmə 

kartında) göstərilən sığortanın qüvvəyə minmə tarixində saat 00.00-da, lakin yalnız Sığorta olunan ərazisini 

tərk  etdiyi  ölkənin  sərhədini  keçdikdən  (pasportda  sərhəd  xidməti  tərəfindən  edilən  qeyd)  və  sığorta 

haqqını tam məbləğdə Sığortaçıya ödədikdən sonra qüvvəyə minir. 

11.4. 

Sığorta  olunan,  sığorta  müqaviləsində  (eyniləşdirmə  kartında)  göstərilən  sığorta  müqaviləsinin  qüvvədən 



düşmə  tarixində  saat  24.00-dan  gec  olmayaraq,  Azərbaycan  Respublikasına  qayıtdıqda  sığorta  təminatı 

qüvvədən düşür (pasportda dövlət sərhəddinin keçilməsi barədə sərhəd xidməti tərəfindən edilmiş qeyd). 

11.5. 

Əgər  sığorta  müddəti  bitənədək  Sığorta  olunanın  sığorta  hadisəsi  nəticəsində  xəstəxanaya  yerləşdirilməsi 



ilə  əlaqədar  olaraq,  onun  xaricdən  qayıtması  mümkün  olmadıqda  və  bu,  müvafiq  tibbi  rəylə  (sənədlərlə) 

təsdiq  olunduqda,  Sığortaçı  bu  Qaydaların  6-cı  bəndində  göstərilən  təminatlar  üzrə  öhdəliklərini  sığorta 

müddəti bitdikdən sonra ən çoxu 7 (yeddi) gün ərzində yerinə yetirməlidir. 

 

12.  SIĞORTA MÜQAVĠLƏSĠNƏ XĠTAM VERĠLMƏSĠ 

 

Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 



12.1. 

Sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə - sığorta müqaviləsində göstərilən qüvvədən düşmə 

tarixində saat 24:00-da; 

12.2. 


Sığortaçı sığorta müqaviləsi ilə nəzərdə tutulan öz öhdəliklərini tamamilə yerinə yetirdikdə; 

12.3. 


Sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə; 

12.4. 


sığorta müqaviləsinin və hazırkı Qaydaların müddəa və şərtləri yerinə yetirilmədikdə; 

12.5. 


tərəflərin razılaşmasına əsasən; 

12.6. 


Sığorta qanunvericiliyində və sığorta müqaviləsində nəzərdə tutulmuş digər hallarda. 

 

13.  SIĞORTA MÜQAVĠLƏSĠNƏ XĠTAM VERĠLDĠKDƏ SIĞORTA HAQQININ HESABLANMASI 

 

13.1. 


Tərəflərin  birinin  yazılı  bildirişinə  əsasən  (həmçinin  digər  tərəfin  sığorta  müqaviləsinin  şərtlərini  yerinə 

yetirməməsi  ilə  əlaqədar)  Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyinin  tələblərinə  uyğun 

qaydada Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilə bilər. Belə halda sığorta haqqının qaytarılması 

aşağıdakı qaydada həyata keçirilir: 

13.1.1.  sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, Sığortaçı Sığortalının 

sığorta  haqlarının  bütünlüklə  qaytarır;  əgər  bu  tələb  Sığortalının/Sığorta  olunanın  sığorta 

Qaydalarını  yerinə  yetirməməsi  ilə  bağlıdırsa,  Sığortaçı  çəkilmiş  xərclər  çıxılmaqla  müqavilənin 

qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır; 





 

13.1.2.   sığorta müqaviləsinə Sığortalının tələbi ilə xitam verildikdə, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla 

müqavilənin  qurtarmamış  hissəsi  üçün  sığorta  haqqını  ona  qaytarır;  əgər  Sığortalının  tələbi 

Sığortaçının  sığorta  Qaydalarını  pozması  ilə  bağlıdırsa,  Sığortaçı  sığorta  haqqını  Sığortalıya 

bütünlüklə qaytarır. 

13.1.3.  Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı 

tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına  bərabər və ya ondan çox miqdarda sığorta ödənişi 

verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır. 

13.1.4.  Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı 

tərəfindən  sığortalıya  ödənilmiş  sığorta  haqqından    az  miqdarda  sığorta  ödənişi  verilmişdirsə, 

həmin  sığorta  haqqı  məbləği  ilə  sığorta  ödənişi  məbləği  arasındakı  fərq  miqdarında  sığorta 

haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu  Qaydaların 13.1.1 və 13.1.2-ci maddələrində 

nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

13.2. 


Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildikdə,  bu  Qaydaların  13.1.-ci  bəndinin  şərtləri  nəzərə 

alınaraq,  sığorta  haqqı  Sığortalı  tərəfindən  göndərilmiş  yazılı  bildiriş  alındıqdan  sonra  10  (on)  iş  günü 

ərzində qaytarılır. 

 

E. TƏRƏFLƏRĠN ÖHDƏLĠKLƏRĠ VƏ MƏSULĠYYƏTĠ. 



SIĞORTA ÖDƏNĠġĠNĠN VERĠLMƏSĠNDƏN ĠMTĠNA ÜÇÜN ƏSASLAR 

 

14.  SIĞORTA HADĠSƏSĠ BAġ VERDĠKDƏ TƏRƏFLƏRĠN HƏRƏKƏTLƏRĠ 

 

14.1. 


Sığorta  hadisəsi  hesab  edilə  bilən  hadisə  baş  verdikdə,  Sığorta  olunan  sığorta  müqaviləsində  və  ya 

eyniləşdirmə  kartında  (əgər  verilibsə)  göstərilən  telefonla  Sığortaçının  ixtisaslaşmış  Xidmət  Mərkəzinə 

dərhal müraciət etməli və dispetçerə baş vermiş hadisə və sığorta müqaviləsindəki məlumatlar barədə xəbər 

verməlidir.  Xidmət  Mərkəzi  tələb  etdikdə,  Sığorta  olunan  xarici  pasportun  bütün  səhifələrinin  surətini 

Xidmət Mərkəzinə təqdim etməlidir. 

14.2. 


Məlumat aldıqdan sonra Xidmət Mərkəzi Sığorta olunana zəruri olan tibbi, tibbi daşınma və bu Qaydalarla 

nəzərdə  tutulan  digər  xidmətlərin  göstərilməsini  təşkil  edir  və  ya  Sığorta  olunanın  bu  Qaydaların  6-cı 

Bölməsində nəzərdə tutulan xərclərini ödəyir. 

14.3. 


Sığorta  hadisəsi  hesab  edilə  bilən  hadisə  baş  verərsə,  lakin  Xidmət  Mərkəzi  ilə  dərhal  əlaqə  yaratmaq 

mümkün olmazsa, Sığorta olunan mümkün olan ən qısa müddətdə, hər bir halda 72 saatdan gec olmamaqla 

Xidmət Mərkəzinə və (və ya) Sığortaçıya hadisə barədə məlumat verməlidir. Hər bir halda Sığorta olunan 

xəstəxanaya  yerləşdirilərkən  və  ya  həkimə  müraciət  edərkən  ona  xidmət  edən  tibb  heyətinə  sığorta 

müqaviləsini və ya eyniləşdirmə kartını (əgər verilibsə) təqdim etməlidir. 

14.4. 


Sığorta  olunan  sığorta  müqaviləsini  təqdim  etməklə  yaxınlıqda  yerləşən  tibb  müəssisəsinə  müraciət  edə 

bilər və 200 (iki yüz) şərti vahid (sığorta şəhadətnaməsində seçilmiş valyutaya uyğun) çərçivəsində Xidmət 

Mərkəzinə və Sığortaçıya müraciət etmədən öz hesabına tibbi xidmət ala bilər. 

Əgər  Sığorta  olunan  sığorta  hadisəsi  ilə  əlaqədar  özü  xərc  çəkibsə,  o,  xaricdən  qayıtdıqdan  sonra 

Sığortaçıya  hadisəni  təsvir  etməklə,  sığorta  tələbini  bildirən  yazılı  ərizə  verməli  və  aşağıdakı  sənədləri 

təqdim etməlidir: 

14.4.1.  şəxsiyyəti təsdiq edən sənəd; 

14.4.2.  zəruri tibbi yardım göstərilməsinin təşkili, Xidmət Mərkəzinə müraciət edilməməsinin səbəblərinin 

əsaslandırılması da daxil olmaqla, sığorta hadisəsi ilə əlaqədar xərclərin ödənilməsi barədə ərizə; 

14.4.3.  sığorta müqaviləsi və ya onun surəti; 

14.4.4.  xəstənin  soyadını,  diaqnozunu,  tibbi  yardım  üçün  müraciət  etmə  tarixini,  müalicə  olunma 

müddətini,  göstərilən  xidmətlərin,  tarix  və  dəyərə  görə  ayrılması  şərti  ilə  siyahısını,  ödənilməli 

olan  məbləği əks etdirən tibb müəssisəsinin arayış-hesabının əsli (şirkət blankında və  ya müvafiq 

ştamplı); 

14.4.5.  həmin  sığorta  hadisəsi  ilə  əlaqədar  həkim  tərəfindən  verilmiş  və  üzərində  aptekin  ştampı  olan  və 

alınmış hər bir dərmanın qiymətini əks etdirən reseptin əsli; 

14.4.6.  həkim  tərəfindən  verilmiş  laboratoriya  müayinəsinə  göndərişin  və  laboratoriya  tərəfindən 

göstərilən xidmətlərin adı, tarix  və qiymətə  görə ayrılması  şərti ilə siyahısını əks etdirən hesabın 

əsli;  

14.4.7.  müalicəyə, dərmanlara və digər xidmətlərə görə edilmiş ödənişləri təstiqləyən sənəd (ödəniş barədə 



ştamp, pulun alınması barədə qəbz və ya bank tərəfindən verilmiş pulun köçürülməsini təsdiq edən 

sənəd). 


14.5. 

Fors-major hallarda səfərin ləğv olunması ilə bağlı tələb olunan sənədlər: 

14.5.1.  Hadisənin  baş  verməsi  faktını  təsdiq  edən  sənəd  (tibbi  sənədlər  (epikriz  və  s.),  ölüm  haqqında 

şəhadətnamə, yanğın aktı, polis orqanından arayış və s.). (tibbi hesabat, ölüm barəsində  hesabat, 

yanğın  hesabatı).  Həmin  sənədlərdə  hadisə  baş  verdiyi  tarix  (hospitalizasiya  tarixi,  ölüm  tarixi 

yaxud  digər  hadisənin  baş  verdiyi  tarix),  hadisənin  növü  yaxud  diaqnoz,  proqnoz  və  tələb  olan 

müalicə barədə məlumatlar göstərilməlidir; 




 

14.5.2.  Sığorta  olunanın  səfər  (səyahət)  üçün  səyahət  agentliyinə  ödəniş  etməsini  təsdiq  edən  qəbzin 

(hesab-fakturanın,  ödəniş  tapşırığının)  əsli  və  səyahət  agentliyi  tərəfindən  verilmiş  səyahətin 

(nəqliyyat biletləri daxıl olmaqla) əldə edildiyini təsdiq edən sənədin (vauçer, şəhadətnamə) surəti; 

14.5.3.  Səyahət  agentliyi  tərəfindən  verilmiş    səfərin  ləğv  edildiyini  və  bununla  bağlı  xərclərin 

ödənilməsini təsdiq edən sənədlərin (hesabat, faktura, qəbz, order) əsli. 

14.6. 

Ambulator  müalicə  xərclərinin  ödənilməsi  üçün  Sığortaçı  yalnız  ödənilmiş  hesabları  qəbul  edir. 



Ödənilməmiş hesab təqdim etdikdə Sığorta olunan yazılı izahat verməlidir. Sığorta olunan tərəfindən poçt 

vasitəsi ilə alınmış ödənilməmiş hesablar alındığı gündən etibarən 15 (on beş) təqvim günü ərzində təqdim 

edilməlidir. 

14.7. 


14.4 bəndində göstərilən ərizə və sənədləri Sığorta olunan sığorta hadisəsinin baş verdiyi səfərdən qayıtdığı 

andan  etibarən  30  (otuz)  təqvim  günü  ərzində  təqdim  etməlidir  (əgər  sənədlər  türk,  rus,  ingilis,  fransız, 

alman dillərində tərtib olunmayıbsa, sənədlərin əsillərinin tərcüməsi də əlavə edilməlidir). 

14.8. 


Sığorta ödənişi Sığortaçı tərəfindən 14.4 bəndində göstərilən sənədlər təqdim edildiyi andan etibarən 13 (on 

üç)  iş  günü  ərzində  həyata  keçirilir.  Sığortaçı  təqdim  olunmuş  sənədləri  yoxlamaq,  sığorta  hadisəsinin 

halları  haqqında  məlumata  malik  olan  təşkilatlara  sorğu  göndərmək  və  həmçinin  Sığorta  olunanı  öz 

həkiminin  müayinəsindən keçirmək  hüququna  malikdir. Sığorta hadisəsinə dair əlavə  məlumatın alınması 

zərurəti yarandıqda sığorta ödənişi Sığortaçının tələb etdiyi bütün sənədlərin alındığı andan etibərən 13 (on 

üç) iş günü ərzində həyata keçirilir.  

14.9. 

Əgər  Sığorta  olunanı  hazırkı  Qaydalara  və  ya  qanunvericiliyə  əsasən  sığorta  ödənişini  və  ya  hazırkı 



Qaydalarda  göstərilən  xidmətləri  almaq  hüququndan  məhrum  edən  səbəb  aşkar  olunarsa,  Sığorta  olunan 

sığorta müqaviləsinə müvafiq olaraq aldığı sığorta ödənişini (və ya onun müvafiq hissəsini) və yaxud aldığı 

xidmətlərin əvəzini Sığortaçıya qaytarmalıdır. 

 

15.  SIĞORTA ÖDƏNĠġĠNĠN VERĠLMƏSĠNDƏN ĠMTĠNA ÜÇÜN ƏSASLAR 

 

15.1. 


Sığorta  qanunvericiliyində  nəzərdə  tutulanlardan  əlavə  Sığortaçı  aşağıdakı  hallarda  sığorta  ödənişinin 

verilməsindən imtina edir: 

15.1.1.  baş vermiş hadisə və ya hal bu Qaydaların 5 və 7-ci bəndlərində, həmçinin “F. Əlavə Təminatlar” 

bölməsində göstərilən istisnalar və ya sığorta təminatına məhdudiyyətlərlə bağlı olduqda; 

15.1.2.  bu  Qaydaların  10.2,  10.3,  10.4,  14.1,  14.3  və  14.9-cu  bəndlərində  göstərilən  şərtlər  və  öhdəliklər 

Sığortalı və ya Sığorta olunan tərəfindən yerinə yetirilmədikdə; 

15.1.2.  Sığorta  olunanın  səhhəti  və  ya  ona  tibbi  və  digər  xidmətlərin  göstərilməsi  barədə  qəsdən  yalan 

məlumat daxil edilmiş sənədlərin Sığortaçıya təqdim edildikdə; 

15.1.3.  Sığorta  olunanın  qəsdən  və  ya  kobud  ehtiyatsızlıqdan  sığorta  hadisəsi  nəticəsində  Sığortaçı 

tərəfindən  ödəniləcək  zərər  və  xərclərin  artmasına  yol  verdikdə  və  ya  bu  zərər  və  xərclərin 

azalması üçün ağlabatan tədbirləri görmədikdə. 

15.2. 


Sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə qərar qəbul edildikdə, Sığortalıya/Sığorta olunana 

imtinanın səbəbləri göstərilməklə bu Qaydaların 14.8-ci bəndində göstərilən müddətdə məlumat verilir. 

 

16.  TƏRƏFLƏRĠN MƏSULĠYYƏTĠ 

 

16.1. 



Sığorta  müqaviləsi  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən  tərtib  edilib  və  tərəflərlə  lazımi 

qaydada yerinə yetirilməlidir. 

16.2.  

Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud 



lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq 

digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.  

16.3.  

Sığorta  müqaviləsinə  əsasən  tərəflərdən  heç  biri  o  biri  tərəfin  yazılı  razılığı  olmadığı  halda  öhdəliklərini 



üçüncü tərəfə vermək hüququna malik deyil. 

 

F.



 

ƏLAVƏ TƏMĠNATLAR 

 

17.  SIĞORTA  OLUNANIN  YAXIN  QOHUMUNUN  ÖLÜMÜ  ĠLƏ  BAĞLI  ONUN  GÖZLƏNĠLMƏZ 



QAYIDIġI 

 

Sığorta  olunanın  Azərbaycanda  yaşayan  yaxın  qohumunun  ölümü  ilə  bağlı  səfərin  müddəti  bitməmiş 



vaxtından  əvvəl  qayıdarsa,  ona  ölkəyə  vaxtından  əvvəl  qayıtmaq  üçün  aldığı  aviabiletin  dəyəri 

məqsədəuyğun  qiymətlərlə  (ekonom  klas)  ödənilir,  bu  şərtlə  ki,  o,  özünün  əvvəlki  biletindən  istifadə 

etməklə qayıda bilməsin. Ödənişi almaq üçün Sığorta olunan ölkəyə qayıdandan sonra  yaxın qohumunun 

ölümünü  və  qohumluq  əlaqələrini  təsdiq  edən  sənədlərin  notariat  qaydada  təsdiq  edilmiş  surətini  təqdim 

etməlidir. 

 

18



 

SIĞORTA OLUNANIN YAXIN QOHUMUNUN TĠBBĠ MONĠTORĠNQĠ 

 



 

Sığorta olunan ölkə xaricində olduğu zaman, onun Azərbaycanda yaşayan  yaxın qohumunun xəstələndiyi 

və ya bədən xəsarəti aldığı halda, Sığortaçının tibbi heyəti xəstənin vəziyyəti barədə məlumatı öyrənib, bu 

barədə Sığorta olunanı məlumatlandıracaq. 

 

19

 

TƏCĠLĠ MƏLUMATLARIN VERĠLMƏSĠ 

 

Sığortaçı öhdəsinə götürür ki, Sığorta olunanın tələbi ilə onun göstərdiyi hər hansı şəxsə onunla baş vermiş 



sığorta hadisəsi barədə təcili məlumat verəcək. 

 

20



 

BAQAJIN ĠTMƏSĠ VƏ YA ZƏDƏLƏNMƏSĠ 

 

20.1. 



Xarici  ölkəyə  planlaşdırılmış  uçuş  reysləri  zamanı  baqaj  qeydiyyata  alınıb  daşınması  üçün  Aviaşirkətə 

(onun  nümayəndəsinə)  təhvil  verildikdən  sonra,  itdiyi  və  Aviaşirkət  tərəfindən  müəyyən  olunmuş 

müddətdə  (minimum  21  gün)  tapılmadığı  halda,  Sığortaçı  sığorta  şəhadətnaməsində  göstərilən  plan  üzrə 

sığorta  məbləği  həddində  sığorta  ödənişi həyata  keçirəcək,  bu şərtlə  ki,  Sığortaçıya  Aviaşirkət  tərəfindən 

baqajın itməsi yaxud oğurlanması barədə hesabat təqdim olunsun. 

20.2. 


Sığortaçı  bu  bəndə  uyğun  olaraq  sığorta  ödənişini,  sığorta  şəhadətnaməsində  göstərilən  plan  üzrə  sığorta 

ödənişləri cədvəlinin “Baqajın itməsi  və  ya zədələnməsi”  bölməsi üzrə sığorta  məbləğindən çox olmayan 

baqajın  təxmini  dəyərindən  Aviaşirkət  tərəfindən  ödənilmiş  kompensasiya  məbləğini  çıxmaq  şərti  ilə 

ödəyir. 


20.3. 

Sığorta  olunan  baqajın  tərkibinin  siyahısını,  təxmini  dəyərini  və  daşıyıcı  Aviaşirkət  tərəfindən  baqajın 

itməsinə və ya zədələnməsinə görə kompensasiya verilib-verilməməsi barədə məktubu təqdim etməlidir. 

20.4. 


Pullar,  zinət  əşyaları  (qiymətli  metallardan  va  daşlardan  hazırlanmış  əşyalar),  kredit  kartları,  mobil 

telefonlar,  audio,  video,  foto  və  kompüter  avadanlığı,  möhür  (ştamp),  şəxsi  sənədlər  və  səyahət  sənədləri 

təminata daxil edilmir. 

 

21



 

SƏHV  ĠSTIQAMƏTDƏ  GÖNDƏRĠLMĠġ  BAQAJIN  MARġRUTUNUN  DƏYĠġDĠRĠLMƏSĠ  VƏ 

QAYTARILMASI 

 

Sığorta  olunanın  baqajının  itirilməsi  yaxud  İATA-nın  üzvü  olan  Aviadaşıyıcı  (onun  nümayəndəsi) 



tərəfindən  səhvən  başqa  istiqamətə  göndərilməsi  halında  Sığortaçı  aidiyyəti  təşkilatlarla,  yəni 

Aviaşirkətlərlə əlaqəli şəkildə həmin baqajın Sığorta olunanın olduğu yerə qaytarılmasını təşkil edir, əgər 

bunu etmək mümkünsə. 

 

22



 

FORS-MAJOR HALLARDA SƏFƏRĠN LƏĞV OLUNMASI 

 

22.1. 



Sığortalı/Sığorta olunan səyahət agentliyinə səyahətin və (və ya) biletlərin dəyərini ödədikdən sonra, əgər 

səfərin başlama tarixinədək və nəqliyyat vasitəsi yola düşənədək səyahəti aşağıda qeyd olunan fors-major 

hallarla əlaqədar ləğv etməyə məcbur olarsa, sığorta şəhadətnaməsində göstərilən plan üzrə bu bəndə uyğun 

sığorta məbləği həddində sığorta təminatı verilir: 

22.1.1.  Sığorta  olunanın,  onun  ərinin/arvadının,  uşaqlarının,  valideynlərinin,  səfər  zamanı  onun  daimi 

yaşayış  yerində  (evində,  mənzilində)  uşaqlarına  baxan  dayənin  ölümü,  təcili  hospitalizasiyasını 

tələb edən ciddi və əhəmiyyətli halın, hadisənin baş verməsi və yaxud xəstəliyi (həkim tərəfindən 

bu halı təsdiq edən yazılı sənədlərin təqdim olunması şərti ilə); 

22.1.2.  Sığorta  olunanın  şahid  qismində  ifadə  vermək  üçün  sonuncu  dəfə  məhkəməyə  çağırıldıqda, 

məhkəmə  bildirişinin  surəti  Sığortaçıya  təqdim  edilməli  və  bildirişin  alındığı  tarix  sığorta 

şəhadətnaməsinin buraxıldığı (sığorta müqaviləsinin bağlandığı) tarixdən əvvəl olmamalıdır; 

22.1.3.  Əgər Sığorta olunanın evinin və ya ofisinin yaşamaq və ya istifadə etmək üçün yararsız vəziyyətə 

düşməsi  faktı  yaxud  evin  və  ya  ofisin  oğurluq,  yanğın,  partlayış  və  ya  təbii  fəlakət  nəticəsində 

daha çox zərərə məruz qalması təhlükəsi varsa və bu hal Sığorta olunanın həmin evdə vəya ofisdə 

mütləq olmasını tələb edirsə (bu təminat yalnız qeyd olunan hadisələrin baş verməsi faktını təsdiq 

edən səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş yanğın aktı, polisdən arayış, istintaq orqanının 

və ya məhkəmənin qərarı və sair zəruri sənədlər təqdim edildikdə verilir); 

22.1.4.  Sığorta olunanı səfər vaxtı  müşayiət edən və ya onunla birlikdə gedən  şəxs yuxarıdakı bəndlərdə 

qeyd olunan səbəblərdən səyahəti  ləğv etmək  məcburiyyətində olduğu halda, bu şərtlə ki, həmin 

şəxs  də  eyni  səfər  (səyahət)  üçün  eyni  müddətə  eyni  təminatlı  (əlavə  təminatlar  daxil  olmaqla) 

sığorta şəhadətnaməsinə malik olsun; 

22.2. 


Sığorta olunan  mümkün olan ən qısa zamanda səfərin ləğv olunması barədə  səyahət agentliyinə  məlumat 

verməlidir. Sığorta olunan səfərin ləğv olunması barədə məlumat vermə vəzifəsinin yerinə yetirilməməsi ilə 

bağlı əlavə xərcləri və cərimələri ödəməlidir. 

22.3. 


Səfəri  (səyahəti)  təşkil  edən  cavabdeh  səyahət  agentliyi  səfər  (səyahət)  xərclərini  Sığorta  olunana  geri 

qaytarmalıdır və bu məlumat sübutlarla birlikdə Sığortaçıya təqdim olunmalıdır ki, geri qaytarılmış həmin 

xərclər  bu  bənddə  göstərilən  sığorta  təminatı  üzrə  verilən  sığorta  ödənişi  məbləğindən  çıxılsın.  Sığorta 




 

şəhadətnaməsi səfərin (səyahətin) başlama tarixindən sonra buraxılmışdırsa, 22-ci bənddə nəzərdə tutulmuş 

hala sığorta təminatı verilmir. 

22.4. 


Aşağıdakı səbəblərlə görə səfərin (səyahətin) ləğv olunması sığorta təminatına daxil deyil: 

 

Pasportun, şəxsiyyət vəsiqənin, vizanın, biletin, peyvənd vurulması barədə sertifikatın və sair hər hansı 



icazənin olmaması; 

 

Plastik cərrahiyyə, vaksinasiya (peyvəndvurma), abort; 



 

Doğuş; 


 

Psixi pozuntu; 

 

Təcili olmayan reabilitasiya və stomotoloji müalicə; 



 

Epidemiya; 

 

Sığorta  olunana  məlum  olub-olmamasından  asılı  olmayaraq,  sığorta  müqaviləsi  bağlanan  günə  qədər 



yaranmış xəstəliklərin sığorta müddətində və ya ondan əvvəl kəskinləşməsi, bu şərtlə ki, bu hal sığorta 

şəhadətnaməsi qüvvəyə mindikdən sonra səlahiyyətli həkim tərəfindən müəyyən edilmiş olsun. 

 

G. YEKUN MÜDDƏALAR 

 

23.  SIĞORTA MÜQAVĠLƏSĠNƏ QƏBUL EDĠLMĠġ ƏLAVƏLƏR 

 

Bu  Qaydalar  əsasında  bağlanılmış  sığorta  müqaviləsinə  Əlavələr  tərəflərin  razılığı  ilə  yazılı  şəkildə  qəbul  edilir, 



müqavilənin  ayrılmaz  tərkib  hissəsini  təşkil  edir  və  bu  Qaydalarda  mövcud  olan  şərtləri  dəyişdirə  və  ya 

müəyyənləşdirilməyən şərtləri qəbul edə bilər. 

 

24.  MÜBAHĠSƏLƏRƏ BAXILMA QAYDASI 

 

Sığorta  müqaviləsi  ilə  bağlı  bütün  məsələlər,  o  cümlədən  tərəflər  arasında  yaranan  fikir  ayrılığı  və  mübahisələr  bir 



qayda  olaraq  danışıqlar  yolu  ilə  həll  edilir.  Əgər  danışıqlar  yolu  ilə  nəticə  əldə  edilməzsə,  mübahisələr  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır. 

 

 

SIĞORTA ÖDƏNĠġLƏRĠNĠN CƏDVƏLĠ 



(cədvəllərdə göstərilən məbləğlərin valyutası sığorta şəhadətnaməsində seçilmiş valyutaya uyğundur) 

 

Bu  Qaydalar  əsasında  bağlanmış  sığorta  müqaviləsi  üzrə  Sığortaçının  məsuliyyəti  aşağıda  göstərilən  məbləğlərlə 



məhdudlaşır: 

 

Standart təminat 



Sığorta məbləği 

Plan 1 

Plan 2 

Plan 3 

Plan 4 

Tibbi məlumat 

15 000 

30 000 


50 000 

75 000 


Tibbi xərclər  

Tibbi daşınma xərcləri 

Ölümdən sonrakı repatriasiya xərcləri 

Əlavə təminatlar 

 

Sığorta olunanın yaxın qohumun ölümü ilə bağlı onun 

gözlənilməz qayıdışı 

1000-dən 

çox 

olmamaqla, 



ekonom klas 

biletinin 

dəyəri 

1000-dən 



çox 

olmamaqla, 

ekonom klas 

biletinin 

dəyəri 

1000-dən 



çox 

olmamaqla, 

ekonom klas 

biletinin 

dəyəri 

1000-dən 



çox 

olmamaqla, 

ekonom klas 

biletinin 

dəyəri 

Sığorta olunanın yaxın qohumun tibbi monitorinqi 



Limitsiz 

Limitsiz 

Limitsiz 

Limitsiz 

Təcili məlumatların verilməsi 

Limitsiz 

Limitsiz 

Limitsiz 

Limitsiz 

Baqajın itməsi və ya zədələnməsi 

150 

300 


500 

750 


Səhv istiqamətdə göndərilmiş baqajın marşrutunun 

dəyişdirilməsi və qaytarılması 

Limitsiz 

Limitsiz 

Limitsiz 

Limitsiz 

Fors-major hallarda səfərin ləğv olunması* 

750 


1500 

2500 


3750 

 

*90 gündən artıq olan səfərlərə aid edilmir 



Yüklə 180,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin