Müəllif Fikirlərindən Sitat Gətirmə:-Akademik yazınızda başqasının sözlərini parafraz etmək
və ya yekunlaşdırmaqdan savayı, siz sitatlar gətirməklə də, başqa müəllifin ideyalarını öz akademik
yazınıza daxil edə bilərsiniz. Sitat bir başqasının yazdığı və ya söylədiyi sözlərin sözbəsöz dəqiq
köçürülməsidir. Sitat dırnaq işarələri “ ” içərisində yazılır. Başqa müəllifin soyadını və yazının nəşr
ilini göstərməklə yanaşı, həm də sitatın yerləşdiyi səhifəni də qeyd etmək lazımdır. Nümunə
“Kompüter oyunlarından istifadə çox güman ki, uşaqların media təcrübələrinin bir hissəsi kimi qalacaq
və eyni zamanda, yeni texnoloji yeniliklərlə əlaqədar olaraq, onlardan (kompüter oyunlarından)
istifadə dərəcəsi xeyli arta da bilər.” Durkin, K. (1995). Kompüter oyunlarının gənc insanlara təsiri:
İcmal. Sidney, NSW: Film and Ədəbiyyat Təsnifatı Ofisi, səh. 70.
Nümunə 1-də Cümlə formasına uyğun olmaq üçün kompüter sözündəki böyük “K” hərfi kiçik “k”
hərfi ilə əvəzlənir.
1.Nümunə: Durkin (1995, səh. 70) vurğulayır ki, “kompüter oyunlarından istifadə çox güman ki,
uşaqların media təcrübələrinin bir hissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə
əlaqədar olaraq, ondan istifadə dərəcəsi xeyli arta da bilər.”
İlkin mənbədən fərqli olaraq, Nümunə 2-də nöqtə mötərizədəki məlumatdan sonraya keçirildi,
çünki cümlə istinad detallarından sonra bitir.
2.Nümunə: “Kompüter oyunlarından istifadə çox güman ki, uşaqların media təcrübələrinin bir
hissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə əlaqədar olaraq, ondan istifadə
dərəcəsi xeyli arta da bilər” (Durkin, 1995, səh. 70).