İstifadə qaydaları və konfidensiallıq siyasəti
“Expressbank” ASC-nin (bundan sonra “Bank”) internet səhifəsindən (bundan sonra
“internet səhifəsi”) istifadə qaydaları və konfidensiallıq siyasəti Azərbaycan Respublikasının
qüvvədə olan qanunvericiliyinin tələblərinə riayət etməklə Sizin Bankın xidmətlərindən
yararlanmaq üçün təqdim etdiyiniz məlumatların toplanması və mühafizə olunması şərtləri ilə
tanış olmağınız məqsədi ilə tərtib olunmuşdur. Bankın internet səhifəsindən istifadə etməklə
müştəri bu İstifadə qaydaları və Bankın konfidensiallıq siyasətini qəbul etməyə razılıq verir.
İnternet səhifəsindən istifadə etmək üçün hər hansı şəxsi məlumatların təqdim edilməsi
Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq olaraq könüllülük prinsipinə
əsasən həyata keçirilir. Müştəri daxil etdiyi fərdi məlumatların düzgünlüyünü, Bank isə internet
səhifəsinə daxil olaraq onlayn müraciət edən və Şəxsi kabinet yaradaraq qeydiyyatdan keçən
müştərilərin daxil etdikləri fərdi məlumatların qorunmasını təmin edir. “Fərdi məlumatların
qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin tələbinə əsasən
müştəriyə aid fərdi məlumatlar onun tərəfindən internet səhifəsinə daxil olunduğu andan
mühafizə olunur. Bundan əlavə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-
ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 967-ci maddəsinə əsasən Bank
müştəri haqqında əldə etdiyi məlumatların sirrinə təminat verir.
Müştəri tərəfindən təqdim olunan məlumatlar qanunla nəzərdə tutulmuş hallar istisna
olmaqla heç bir halda üçüncü şəxslərə ötürülə bilməz. Belə ki, “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununun 41.2.-ci bəndinin tələbinə müvafiq olaraq müştərilərin internet
səhifəsində qeydiyyatdan keçdikləri anda daxil etdikləri fərdi məlumatlar yalnız özlərinə və onların
nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə
bazarlarına nəzarət orqanına verilə bilər. Bu cür məlumatlar dövlət orqanlarına və onların vəzifəli
şəxslərinə yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan
əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir.
Bank hazırkı İstifadə qaydalarına dəyişikliklər etmək hüququnu özündə saxlayır. Edilən
dəyişikliklərdən xəbərdar olmaq üçün bu internet səhifəni izləməyiniz tövsiyə olunur.