2. Kafedra müdiri və dekan vəzifələrinin tutulması qaydaları
2.1. Kafedra müdiri və ya dekan vəzifəsini tutmaq üçün müsabiqədə
iştirak etmək istəyən namizədin ərizəsi və bu Qaydaların 2.3-cü bəndində
göstərilən sənədləri Qaydaların 1.4.-cü bəndində göstərilən müddət
gözlənilməklə ali təhsil müəssisəsinin rektorunun dərkənarı ilə müsabiqənin
keçirilməsi üçün ali təhsil müəssisəsinin katibliyinə göndərilir.
2.2. Namizədin ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:
2.2.1. kadrlar uçotunun şəxsi vərəqəsi;
2.2.2. tərcümeyi-hal;
2.2.3. ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
2.2.4. elmi və elmi-metodiki işlərin siyahısı;
2.2.5. kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin
inkişafı ilə bağlı platforması.
2.3. Müsabiqə elan olunan müəssisədə çalısan namizədlər isə yalnız bu
Qaydaların 2.2.3-2.2.5-ci yarımbəndlərində qeyd olunan sənədləri təqdim
edir.
2.4. Kafedra müdiri fakültə Elmi Şurasının, fakültə dekanı isə fakültə
əməkdaşlarının (ştatda olan müəllimlər, o cümlədən əsas iş yeri həmin ali
təhsil müəssisəsində olmaqla 0,5 ştatla çalışanlar və elmi işçilər) ümumi
iclasında iştirakçıların 2/3 hissəsinin iştirakı ilə gizli səsvermə yolu ilə
seçilirlər.
2.5. Bütün hallarda kafedra müdiri və dekan vəzifələrinə seçilmək üçün
müvafiq olaraq fakültənin Elmi Şurasında və ya fakültə əməkdaşlarının
ümumi iclasında (gizli səsvermədən əvvəl) müsabiqədə iştirak edən hər bir
namizədin peşə-ixtisas hazırlığı haqqında məlumat və müvafiq rəylər
dinlənilir. Hər bir namizəd peşə fəaliyyəti və müvafiq struktur bölmənin
inkişafı ilə bağlı platforması haqqında çıxış edir.
2.6. Kafedra müdiri vəzifəsinə namizədlərlə bağlı kafedranın rəyini
öyrənmək üçün onun iclası təşkil olunur. İclasa müvafiq fakültənin dekanı
sədrlik edir. Kafedranın əməkdaşlarının (ştatda olan müəllimlər, o cümlədən
əmək kitabçası həmin ali təhsil müəssisəsində olmaqla 0,5 ştatla çalışanlar və
elmi işçilər) 2/3 hissəsi iştirak etdiyi halda iclas səlahiyyətli sayılır. Kafedra
iclasının qərarına əsasən səsvermə açıq və ya gizli ola bilər. Həmin iclasda hər
bir namizəd haqqında məlumat verilir, onların təqdim etdiyi sənədlər
nəzərdən keçirilərək araşdırılır, namizədlərin seçki platforması dinlənilir və
sadə səs çoxluğu ilə (50%-dən çoxu) qərar qəbul edilir. Namizədlər
kafedranın iclasında iştirak etməlidir. Kafedranın qərarı sədr tərəfindən
imzalanır. Kafedranın müsbət rəyi olmadığı halda da namizəd fakültənin
Elmi Şurasında seçkidə iştirak edə bilər.
2.7. Dekan vəzifəsinə namizədlərlə bağlı fakültənin tərkibində olan
kafedraların rəyini öyrənmək üçün onların iclasları keçirilir. Namizədlərlə
bağlı hər bir kafedrada keçirilən iclasa həmin kafedranın müdiri sədrlik edir.
Kafedranın əməkdaşlarının (ştatda olan müəllimlər, o cümlədən əmək
kitabçası həmin ali təhsil müəssisəsində olmaqla 0,5 ştatla çalışanlar və elmi
işçilər) 2/3 hissəsi iştirak etdiyi halda iclas səlahiyyətli sayılır. Kafedra
iclasının qərarına əsasən səsvermə açıq və ya gizli ola bilər. Həmin iclasda hər
bir namizəd haqqında məlumat verilir, onların təqdim etdiyi sənədlər
nəzərdən keçirilərək araşdırılır, namizədlərin seçki platforması dinlənilir və
sadə səs çoxluğu ilə (50%-dən çoxu) qərar qəbul edilir. Kafedranın qərarı sədr
tərəfindən imzalanır. Kafedranın müsbət rəyi olmadığı halda da namizəd
fakültə əməkdaşlarının ümumi iclasında seçkidə iştirak edə bilər.
2.8. Kafedra müdiri və fakültə dekanı vəzifəsinə namizədlər barədə
kafedraların müvafiq rəyləri fakültənin rəhbərinə təqdim olunur.
2.9. Dekan vəzifəsinə seçki ilə bağlı fakültə əməkdaşlarının ümumi
iclasına ali təhsil müəssisəsinin rektoru və ya tədris işləri üzrə prorektor
(olmadığı halda digər prorektorlardan biri) sədrlik edir. Fakültə
əməkdaşlarının ümumi iclasının qərarı sədr tərəfindən imzalanır.
2.10. Müsabiqədə iştirak edənlərin adı və soyadı eyni səsvermə
bülleteninə daxil edilir (Əlavə 1).
2.11. Namizədin lehinə və əleyhinə münasibət bülletendə adın qarşısında
dairəvi işarəni qaralamaqla bildirilir. Hər bir seçici yalnız bir namizədə səs
verə bilər. Bülletendə iki və daha çox namizədin adı və soyadı qarşısında
dairəvi işarə qaralandıqda və ya heç biri qaralanmadıqda bülleten etibarsız
sayılır.
2.12. Fakültə Elmi Şurası və ya fakültə əməkdaşlarının ümumi iclası
səsvermənin nəticəsini hesablamaq üçün səsvermədən əvvəl 3-5 nəfərdən
ibarət hesablama komissiyası seçir. Hesablama komissiyası bülletenləri iclas
iştirakçıları qarşısında hesablayır, səsvermənin nəticəsini hər bir namizəd
üçün ayrılıqda elan edir və onun protokolu müvafiq olaraq fakültə Elmi
Şurası və ya fakültə əməkdaşlarının ümumi iclası tərəfindən təsdiq olunub,
müsabiqə sənədlərinə əlavə edilir. Müsabiqələrlə bağlı fakültə Elmi Şurasının
və fakültə əməkdaşlarının ümumi iclasları protokollaşdırılır. Fakültə Elmi
Şurasının və ya fakültə əməkdaşlarının ümumi iclaslarının qərarları ilə
kafedra müdiri və dekan vəzifəsinə seçilmiş namizədlə ali təhsil
müəssisəsinin rektoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavə
edilmiş “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”na uyğun
olaraq 5 il müddətinə əmək müqaviləsi bağlayır və müvafiq əmr verir.
2.13. Müsabiqədə iştirak etmək üçün ərizə verilmədikdə və ya səsvermə
nəticəsində heç bir namizəd seçilmədikdə, müsabiqə baş tutmamış hesab
olunur. Vakant olan həmin vəzifələrin tutulması üçün Qaydaların 1.9.-cu
bəndinə uyğun olaraq 1 aydan gec olmayaraq yenidən müsabiqə elan olunur.
Həmin müsabiqədə əvvəlki namizədlər də bu qaydaların tələbləri
gözlənilməklə yenidən iştirak edə bilərlər.
2.14. Müsabiqə ilə əlaqədar şikayətlər elan dərc olunan gündən
başlayaraq seçkilərdən 10 gün keçənədək ali təhsil müəssisəsinin rektoruna,
təsisçiyə və ya məhkəməyə verilə bilər.
2.15. Bu Qaydaların tələblərinin pozulması halları aşkarlandıqda rektor
seçkilərin nəticələrinin ləğvi ilə bağlı müvafiq əmr verir.
2.16. Kafedra əməkdaşlarının və ya fakültə Elmi Şurası üzvlərinin 2/3
hissəsi müvafiq olaraq kafedra müdirinin və dekanın vaxtından əvvəl
vəzifələrindən azad olunması barədə ali təhsil müəssisəsinin rektoru
qarşısında vəsatət qaldıra bilər. Həmin vəsatəti tədris işləri üzrə prorektor
dekan və kafedra müdiri, dekan isə kafedra müdiri barədə qaldıra bilər.
Vəsatətə ali təhsil müəssisəsinin Elmi Şurasında baxılır və qərar qəbul edilir.
2.17. Dekan müavini fakültənin profilinə uyğun baza təhsilli, ən azı 3 il
elmi-pedaqoji təcrübəsi olan mütəxəssislər arasından fakültə dekanının
təqdimatı əsasında ali təhsil müəssisəsinin rektoru tərəfindən təyin edilir və
onunla qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi
bağlanır.
2.18. Kafedra müdiri, fakültə dekanı və dekan müavini ali təhsil
müəssisəsinin müvafiq kafedralarında 0,5 ştat vahidi ilə professor-müəllim
vəzifəsini tuta bilərlər.
2.19. Ali təhsil müəssisəsinin Elmi Şurası kafedraların birləşdirilməsi
haqqında qərar qəbul etdikdə, birləşdirilən kafedralardan ən azı ikisinin
seçilmiş müdiri olduğu halda, yeni yaradılan kafedranın müdiri birləşdirilən
kafedraların müdirləri arasından gizli səsvermə yolu ilə seçilir. Bu müdirin
seçki müddəti kafedralar birləşdirilənədək həmin şəxs üçün keçirilmiş seçki
günündən hesablanır. Birləşdirilən kafedraların heç birinin seçilmiş müdiri
olmadıqda, kafedra müdiri vəzifəsini tutmaq üçün bu Qaydaların 1.3
bəndinin tələbləri
gözlənilməklə müsabiqə
elan
edilir.
Müsabiqə
keçirilənədək yeni yaradılmış kafedranın müdiri vəzifəsinin icrası rektorun
əmri ilə müvəqqəti (üç aydan çox olmayaraq) olaraq bu vəzifəyə qoyulan
tələbləri ödəyən kafedra əməkdaşlarından birinə həvalə olunur. Hər iki halda
seçki yeni yaradılan kafedranın daxil olduğu fakültənin Elmi Şurasında
aparılır. Birləşdirilən kafedralardan yalnız birinin seçilmiş müdiri olduğu
halda yeni yaradılmış kafedraya həmin şəxs əmək müqaviləsinin müddəti
bitənədək rəhbərlik edir.
2.20. Hər hansı kafedra müstəqil kafedralara ayrıldıqda, yeni yaradılmış
kafedraların birinə əvvəlki kafedranın seçilmiş müdiri müsabiqə müddəti
başa çatanadək rəhbərlik edir, digər kafedra (kafedralar) müdiri vəzifəsi isə
müsabiqə keçirilənədək bu vəzifəyə qoyulan tələbləri ödəyən kafedra
əməkdaşlarından birinə həvalə olunur. Kafedranın seçilmiş müdiri olmadıqda
isə yeni yaradılan kafedraların müdiri vəzifəsini tutmaq üçün bu Qaydaların
1.3 bəndinin tələbləri gözlənilməklə müsabiqə elan edilir. Müsabiqə
keçirilənədək yeni yaradılmış hər bir kafedranın müdiri vəzifəsinin icrası
rektorun əmri ilə müvəqqəti (üç aydan çox olmayaraq) olaraq bu vəzifəyə
qoyulan tələbləri ödəyən kafedra əməkdaşlarından birinə həvalə olunur.
2.21. Kafedranın adı dəyişdirildiyi halda kafedra müdiri əmək
müqaviləsinin müddəti qurtarana qədər öz vəzifəsini icra edir.
Dostları ilə paylaş: |