Qaydalari müNDƏricat maddə Əsas anlayışlar Maddə Sığortanın subyektləri Maddə 3



Yüklə 116.74 Kb.
Pdf просмотр
tarix20.06.2017
ölçüsü116.74 Kb.
növüQaydalar

«Atəşgah» Sığorta Şirkəti ASC

HƏYAT SIĞORTASI QAYDALARI



__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Həyat sığortası

QAYDALARI



MÜNDƏRICAT

Maddə 1.

Əsas anlayışlar



Maddə 2.

Sığortanın subyektləri



Maddə 3.

Sığortanın obyekti



Maddə 4.

Sığorta sinifləri



Maddə 5.

Sığorta predmetinin - Sığorta olunanların konkret kateqoriyası



Maddə 6.

Sığorta məbləğinin müəyyən edilməsi qaydası



Maddə 7.

Sığorta riskləri, sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər



Maddə 8. Sığorta müqaviləsi

Maddə 9. Sığorta müqaviləsinin bağlanması qaydası

Maddə 10. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi

Maddə 11. Sığorta haqqı

Maddə 12. Tərəflərin hüquq və vəzifələri

Maddə 13. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri

Maddə 14. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb

olunan sənədlərin siyahısı



Maddə 15. Qaytarılan məbləğ və onun ödənilməsi qaydası

Maddə 16. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları

Maddə 17. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın

qəbul edilmə müddəti



Maddə 18. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə

yetirilməməsinə görə tərəflərin məsuliyyəti



Maddə 19. Mübahisələrin həlli qaydası

Maddə 20. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması

__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Həyat sığortası

QAYDALARI



Maddə 1. Əsas anlayışlar

Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə

olunur:

Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik

olan, Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə

ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi olan yerli

hüquqi şəxs; bu Qaydaların məqsədləri üçün Sığortaçı - «Atəşgah Həyat» Sığorta şirkəti Açıq Səhmdar

Cəmiyyətidir;

Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan, Sığorta

müqaviləsinin tərəfi olan hüquqi şəxs və ya fəaliyyət qabiliyyətli fiziki şəxs;



Sığorta olunan – Sığortalı tərəfindən əmlak mənafeləri sığortalanmış fiziki şəxs. Fiziki şəxs olan Sığortalı öz

əmlak mənafeləri ilə bağlı bu Qaydalar əsasında Müqavilə bağladıqda həm də Sığorta olunan qismində çıxış

edir. Əgər Sığortalı və Sığorta olunan ayrı-ayrı şəxslərdirsə, Müqavilə yalnız Sığorta olunanın və ya onun

qanuni nümayəndəsinin yazılı razılığı ilə bağlana bilər.



Faydalanan şəxs – Sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan hüquqi və ya fiziki

şəxs. Faydalanan şəxs qismində Sığorta olunan, onun öldüyü halda isə Müqavilədə müvafiq olaraq faydalanan

şəxs qismində göstərilmiş şəxs çıxış edir.

Sığorta şəhadətnaməsi - Sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən Sığortaçı tərəfindən sığorta

Qaydaları əlavə edilməklə Sığortalıya hər bir Sığorta olunan üçün verilən imzalı sənəd.



Sığorta hadisəsi – Müqavilədə nəzərdə tutulan və baş verməsi ilə Sığortaçının, müəyyən edilmiş qaydada

səlahiyyətli dövlət orqanının verdiyi və sığorta hadisəsinin baş verməsini təsdiq edən sənədlərin ona təqdim

edilməsi şərti ilə Sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş sığorta məbləğini Faydalanan şəxsə ödəmək

vəzifəsini yaradan hal (hadisə).



Bədbəxt hadisə – kənar fiziki təsirlə əlaqədar olan və Sığorta olunanın həyatı və sağlamlığına zərər vuran qəfil,

gözlənilməz və təsadüfi hadisə.



Sığorta məbləği – Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmək üçün Sığortaçının məsuliyyətinin həddini

müəyyən edən pul məbləği; Sığorta məbləğinin və ya sığorta təminatının həcmi tərəflərin qarşılıqlı razılığı ilə

müəyyən edilir.

Sığorta haqqı – Sığortalının sığortaya görə Sığortaçıya (və ya sığorta brokerinə, yaxud sığorta agentinə) sığorta

müqaviləsi üzrə ödəməli olduğu pul məbləği.



Sığorta tarifi - sığorta haqqının hesablanması üçün müəyyən edilən dərəcə;

Qaytarılan məbləğ – həyatın yığım sığortası üzrə Müqaviləyə vaxtından əvvəl xitam verilərkən Sığortaçının

Sığortalıya ödəməli olduğu pul məbləği;



Riskli məbləğ – sığorta məbləği ilə Müqavilənin qüvvədə olduğu hər hansı günədək yaradılmış sığorta

haqlarının riyazi (aktuar) ehtiyatının məbləği arasındakı fərq.



Maddə 2. Sığortanın subyektləri

Bu Qaydalar üzrə sığortanın subyektləri Sığortaçı və Müqavilədə Sığortalı, Sığorta olunan və Faydalanan şəxs

qismində göstərilənlərdir.

Maddə 3. Sığortanın obyekti


__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Həyat sığortası

QAYDALARI

3.1.

Sığortanın obyekti Sığorta olunanın həyatı və səhhəti, həmçinin pul vəsaitinin yığılması ilə bağlı əmlak



maraqlarıdır.

3.2.


Müqaviləyə görə Sığortaçı sığorta hadisəsinin baş verdiyi halda sığorta təminatının Sığortalıya

ödənilməsi öhdəliyini götürür. Sığortalı müqavilədə Sığorta olunanın öldüyü halda Faydalanan şəxsi göstərə

bilər. Faydalanan şəxs göstərilmədiyi halda sığorta təminatını Sığorta olunanın qanuni vərəsələri alırlar.

3.3.


Müqavilənin qüvvədə olduğu müddətdə və ya onun bitməsi ilə əlaqədar baş verən sığorta hadisəsi ilə

bağlı sığorta təminatının ödənilməsinin ümumi həcmi tərəflərin razılaşdıqları sığorta məbləği ilə məhdudlaşır.

Sığorta məbləği Sığorta olunan Müqavilə müddətinin sonuna qədər yaşaması və ya müqavilənin qüvvədə

olduğu müddətdə, bu Qaydalarla müəyyən edilmiş hallar istisna olmaqla, hər hansı səbəbdən ölməsi zamanı

ödənilir.

3.4.


Sığortalı sığortaya görə sığorta məbləğindən hədləri bu Qaydalarda müəyyən edilmiş, tarif üzrə

hesablanan sığorta haqqı ödəyir.



Maddə 4. Sığorta sinifləri

Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulları şəxsi sığortaya aid olan aşağıdakı sığorta siniflərinə aid

edilirlər:

4.1.Sığortalı və ya Sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın ölüm

halından sığortası;

4.2. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə Sığorta olunanın öldüyü, yaxud Sığorta müqaviləsində

müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan

həyatın yaşam sığortası;

4.3. Sığorta olunan xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda,

onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə vaxtaşırı sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan

əmək qabiliyyətinin sığortası;

4.4. Sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə sığorta

ödənişinin həyata keçirilməsini nəzərdə tutan sağalmaz xəstəliklərdən sığorta.

Maddə 5. Sığorta predmetinin - Sığorta olunanların konkret kateqoriyası

Bu Qaydalara əsasən, “Sığorta olunan” dedikdə, Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmadığı hallarda,

Sığortalı tərəfindən əmlak mənafeləri sığorta olunmuş, sığorta müddətinin sonuna yaşı 65-dən az olan, əlillik

dərəcəsi olmayan fiziki şəxs başa düşülür.



Maddə 6. Sığorta məbləğinin müəyyən edilməsi qaydası

Sığorta məbləği Sığorta müqaviləsinə əsasən, Sığortalı tərəfindən seçilmiş növlərə uyğun olaraq

müəyyənləşdirilir.

Maddə 7. Sığorta riskləri, sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər

7.1. Sığorta müddətində Müqavilədə/Sığorta şəhadətnaməsində göstərilən ərazidə baş verən aşağıdakı ehtimal

olunan hallar sığorta riskləridir:

7.1.1. Sığorta olunanın Müqavilə müddətinin sonuna qədər yaşaması;

7.1.2. Müqavilənin qüvvədə olduğu müddət ərzində, bu Qaydaların 7.2. bəndində nəzərdə tutulmuş hallar

istisna olmaqla, Sığorta olunanın ölməsi;



__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Həyat sığortası

QAYDALARI

7.1.3. Sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini daimi tam və ya qismən

itirməsi (əlavə təminat);

7.1.4. Sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edilməsi (əlavə

təminat).

7.2.

Hadisə aşağıdakılar nəticəsində baş vermişdirsə, sığorta hadisəsi hesab edilmir:



7.2.1. Sığorta olunanın intiharı Müqavilənin bağlanmasından sonrakı ilk 2 il ərzində baş verdikdə. Sığorta

olunanın üçüncü şəxslərin hüquqazidd hərəkətləri ilə intihara məcbur edilməsi halları bu müddəadan istisna

edilir.

7.2.2. Hərbi əməliyyatlar, vətəndaş qarşıdurmaları, hərbi çevrilişlər və xalq ixtişaşları, terrorizm həmçinin



Sığorta olunanın hərbi xidmət keçməsi, hərbi toplanışlarda, təlimlərdə iştirak etməsi və sair bu kimi hallar;

7.2.3. Sığortalının, Müqavilədə Faydalanan şəxs qismində göstərilən şəxsin, həmçinin Sığorta olunanın

özünun (Sığorta olunanın üçüncü şəxslərin hüquqazidd hərəkətləri ilə intihara məcbur edilməsi halları bu

müddəadan istisna edilir), eyni zamanda adı çəkilən şəxslərin hər hansı birinin tapşırığı ilə sığorta hadisəsinin

baş verməsinə yönəlmiş qəsdən hərəkəti;

7.2.4. Sığorta olunanın sığorta hadisəsinin əlamətlərini daşıyan hadisə ilə birbaşa əlaqəsi olan qanunsuz

hərəkətləri;

7.2.5. Sığorta olunanın alkoqollu, narkotik və ya toksik sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat

vasitəsini idarə etməsi və həmçinin nəqliyyat vasitəsini belə sərxoş vəziyyətdə olan şəxsə və ya uyğun

kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə idarə etmək üçün verməsi;

7.2.6. Nüvə partlayışlarının, şüalanma və radioktiv çirklənmənin təsiri;

7.2.7. Sığorta olunanın özünun idarə etdiyi uçuş aparatının (o cümlədən deltaplanın və paraşutun) qəzaya

uğraması;

7.2.8. Sığorta olunanın idmanın təhlükəli növləri (qış, sualtı, atçılıq, avia və döyüş idman növləri, avto-moto

idman, paraşütlə tullanma, əlbəyaxa döyüş, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi) ilə

məşğul olması;



Maddə 8. Sığorta müqaviləsi

8.1.


Bu Qaydalar əsasında bağlanan həyat sığortası Müqaviləsinə görə Sığortaçı Müqavilə ilə razılaşdırılmış

və Sığortalının ödədiyi sığorta haqqı müqabilində Sığortalının özünun və ya Müqavilədə Sığorta olunan

qismində göstərilən başqa şəxsin müəyyən yaşa çatdığı, öldüyü və ya Müqavilədə nəzərdə tutulmuş digər –

sığorta hadisəsinin baş verdiyi təqdirdə Müqavilə ilə şərtləşdirilmiş sığorta məbləğini bir dəfəyə və ya vaxtaşırı

Faydalanan şəxsə ödəməyi öhdəsinə götürür.

8.2.


Müqavilə sığortanın aşağıdakı növləri üzrə bağlanır:

A. Həyatın müddətli sığortası - Müqavilənin qüvvədə olduğu müddətdə Sığorta olunanın ölməsi halının

sığortası.

B. Kredit sığortası – Müqavilənin qüvvədə olduğu müddətdə Sığorta olunanın ölməsi halının həmin

müddət ərzində kredit üzrə borcun bərabər ödənişlər və ya bərabər paylar əsasında azalması qaydasına

müvafiq surətdə azalan sığorta məbləği ilə sığortası.

C. Yığımlı həyat (yaşam) sığortası – Sığorta olunanın Müqavilə müddətinin sonuna qədər yaşaması

halında sığorta təminatının ödənilməsini nəzərdə tutan sığorta.



__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Həyat sığortası

QAYDALARI

Ç. Həyatın qarışıq sığortası - sığorta ödənişinin sığorta hadisəsinin baş verməsindən dərhal sonra həyata

keçirilməsini nəzərdə tutan Sığorta olunanın Sığorta müqaviləsinin qüvvədə olduğu müddətin sonuna

qədər yaşaması və ya onun Müqavilənin qüvvədə olduğu müddətdə ölməsi halının sığortası.

D. Sığorta təminatının ödənilməsinin müddəti müəyyən edilmiş həyat sığortası - sığorta ödənişinin

Sığorta olunanın ölümü halında sığorta müddətinin başa çatmasından sonra həyata keçirilməsini

nəzərdə tutan Sığorta olunanın Sığorta müqaviləsinin qüvvədə olduğu müddətin sonuna qədər

yaşaması və ya onun Müqavilənin qüvvədə olduğu müddətdə ölməsi halının sığortası. Sığorta olunan

Müqavilə sona çatmadan ölərsə, sığorta sığorta haqqı ödənilmədən davam edir.

Bu variantların hər hansı biri üzrə bağlanmış Müqaviləyə görə verilən sığorta ödənişi Müqavilədə müəyyən

edilmiş sığorta məbləği həddində ödənilir.

Həyat sığortası üzrə əsas Müqaviləyə ikiqat sığorta məbləği nəzərdə tutulmaqla bədbəxt hadisə nəticəsində

ölümə görə əlavə sığorta təminatı təklif olunur.

8.3.

Həyat sığortası üzrə əsas təminata əlavə olaraq aşağıdakılar təklif olunur:



8.3.1

bədbəxt hadisə nəticəsində ölüm üzrə əlavə təminat (sığorta məbləğinin iki mislinin ödənilməsi);

8.3.2

avtonəqliyyat hadisəsi nəticəsində ölüm üzrə əlavə təminat (sığorta məbləğinin üç mislinin ödənilməsi).



8.4.

Müqavilənin qüvvədə olma müddəti aşağıdakı kimi müəyyən edilə bilər:

8.4.1. həyatın müddətli sığortası üzrə – 1 ildən az, 40 ildən çox olmamaq şərtilə;

8.4.2. kredit sığortası üzrə - 6 aydan az, 20 ildən çox olmamaq şərtilə;

8.4.3. yığımlı həyat sığortası üzrə – 1 ildən az, 40 ildən çox olmamaq şərtilə;

8.4.4. həyatın qarışıq sığortası üzrə – 1 ildən az, 40 ildən çox olmamaq şərtilə;

8.4.5. sığorta təminatının ödənilməsinin müddəti müəyyən edilmiş həyat sığortası üzrə – 3 ildən az, 20 ildən

çox olmamaq şərtilə.



Maddə 9. Sığorta müqaviləsinin bağlanması qaydası

9.1.


Sığorta müqaviləsinin bağlanması üçün müraciət Sığortalı tərəfindən Sığortaçıya müəyyən edilmiş

yazılı formada ərizə ilə və ya şifahi müraciət edildikdən sonra sorğu vərəqinin doldurulub imzalanaraq

Sığortaçıya geri qaytarılması ilə rəsmiləşir. Müraciətdə aşağıdakılar mütləq göstərilməlidir:

- Sığorta olunanın (Faydalanan şəxsin) pasport göstəriciləri;

- Sığorta olunanın təvəllüdü;

- Sığortanın müddəti;

- Sığorta məbləği;

- Sığorta olunanın, Faydalanan şəxsin öldüyü halda sığorta təminatını alacaq şəxsin pasport göstəriciləri.

9.2.

Sığortalı sığorta ilə bağlı müraciət zamanı özünə məlum olan bütün zəruri məlumatları Sığortaçıya



bildirməlidir. Lakin Sığortalı Müqavilənin bağlanması zamanı məlumat vermək vəzifəsini pozduqda (bu

vəzifənin qəsdən yerinə yetirilməməsi halları istisna edilməklə), əgər Müqavilə bağlanmasından 5

il

keçmişdirsə, Sığortaçı Müqaviləni bu əsasla ləğv edə bilməz.



__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Həyat sığortası

QAYDALARI

9.2.1. Əgər başqa şəxsin həyatı sığortalanarsa, Sığortalı ilə yanaşı həmin şəxs də düzgün və tam məlumat

verməyə görə məsuliyyət daşıyır.

9.2.2. Sığorta təminatının verilməsi üçün əhəmiyyət kəsb edən hallar barədə Sığortalı və ya Sığorta olunan

tərəfindən bəyan edilməmiş və ya düzgün bəyan edilməmişdirsə, Sığortaçı Sığorta müqaviləsinin bağlanması

anından 5 il müddətində Müqavilədən imtina edə bilər, sığorta hadisəsinin baş verdiyi halda isə bu müddət

Sığorta müqaviləsinin bağlanması anından keçən 10 ildir.

9.2.3. Sığortalı və ya Sığorta olunan məlumat vermək vəzifəsini qəsdən yerinə yetirmədikdə Sığortaçı istənilən

vaxt Sığorta müqaviləsinə xitam verə bilər.

9.2.4. Vasitəçinin (sığorta agentinin, sığorta brokerinin və s.) məlumatlı olması faktı Sığortaçının məlumatlı

olması faktı ilə eyni hesab edilmir. Əgər Sığortaçıya müvafiq sənədlər təqdim etməklə sübut edilsə ki, yalan və

ya tam olmayan məlumatın verilməsində Sığortalının və ya Sığorta olunanın günahı olmamışdır, Sığortaçının

Müqavilədən imtina etməsi etibarsız hesab edilir.

9.2.5. Əgər Sığortaçı Sığorta müqaviləsindən sığorta hadisəsinin baş verməsindən sonra imtina etməsini bəyan

edirsə, onun Müqavilə üzrə sığorta məbləğini ödəmək vəzifəsi o şərtlə qüvvədə qalır ki, Sığortaçının haqqında

məlumatlandırılmadığı şərait və ya hal sığorta hadisəsinin baş verməsinə və ya Müqavilə üzrə ödəniş

məbləğinin həcminə heç cür təsir göstərməmiş olsun.

9.2.6. Sığortaçının sığortanın qəbul edilməsi barədə qərarına şüurlu və məqsədli şəkildə təsir göstərmək üçün

düzgün və ya tam olmayan məlumatın verilməsi faktına görə də Sığortaçı Müqavilədən imtina edə bilər. Bu hal

Sığorta olunanın verdiyi məlumatlarla bağlı olduğu halda hətta Sığortalının Müqavilə bağlanarkən məlumat

vermək vəzifəsinin pozulması barədə xəbərdar olmadığına baxmayaraq, Sığortaçı Müqavilədən imtina edə bilər.

9.3.

Müqavilə bağlanarkən Sığortaçı öz tələblərinə uyğun olaraq Müqavilə üzrə sığortalanacaq şəxsin



səhhətinin tibbi müayinəsini tələb etmək hüququna malikdir. Tibbi müayinədən keçməkdən imtina edildiyi

halda Sığortaçı Müqaviləni bağlamaqdan imtina edə bilər.

9.4.

Sığorta olunanın yaşına qoyulan tələblər aşağıdakı kimi müəyyən edilir:



9.4.1. Bu Qaydaların 8.2. bəndində nəzərdə tutulan hər hansı variant üzrə sığorta təminatı qüvvəyə minən anda

Sığorta olunanın yaşı 2-dən aşağı ola bilməz.

9.4.2. Bu Qaydaların 8.2. bəndində nəzərdə tutulan hər hansı variant üzrə Sığorta müqaviləsinin müddətinin

bitdiyi (qüvvədən düşdüyü) anda Sığorta olunanın yaşı 65-dən yuxarı ola bilməz.

9.5.

Sığorta olunan öldüyü hal üçün Faydalanan şəxsin təyin edilməsi Sığorta olunanın yazılı razılığı ilə



Sığortalı tərəfindən həyata keçirilir. Sığorta olunan fəaliyyət qabiliyyətsiz olduqda, Sığorta olunanın öldüyü hal

üçün Faydalanan şəxsin təyin edilməsi Sığorta olunanın qanuni nümayəndəsinin yazılı razılığı ilə Sığortalı

tərəfindən həyata keçirilir. Sığorta olunanın öldüyü hal üçün Faydalanan şəxs təyin edilməzsə, Sığorta olunanın

qanuni varisləri Faydalanan şəxslər hesab edilirlər.

9.6.

Müqavilədə işəgötürənin (hüquqi şəxsin) və onun işçisinin sığorta haqqının ödənilməsində payçı kimi



iştirakları nəzərdə tutula bilər. Bu halda işəgötürən və onun işçisi Birgə sığortalılar olurlar. Bu halda tərəflər bir-

birinə Sığorta müqaviləsindən irəli gələn Sığortalı vəzifəsinin icrasını etibar edə bilərlər.

9.7.

Müqavilə, sığorta haqqının razılaşdırılmış birinci hissəsinin Sığortaçıya nağd və ya hesabına köçürmə



yolu ilə ödənilməsi şərti ilə, Müqavilədə müəyyən edilmiş tarixdən qüvvəyə minir.

9.8.


Sığortaçı Müqavilə qüvvəyə mindikdən 10 gün müddətində Sığortalıya Sığorta müqaviləsinin

bağlanmasını təsdiq edən sənəd - Sığorta şəhadətnaməsi təqdim etməlidir. Müqavilə/Sığorta şəhadətnaməsi

itidiyi halda Sığortaçı, itmiş Müqavilənin/Sığorta şəhadətnamənin etibarsızlığı təsdiq olunmaqla, onun

dublikatını Sığortalıya verir.



__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Həyat sığortası

QAYDALARI



Maddə 10. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi

10.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

10.1.1. Sığorta predmeti artıq mövcud olmadıqda;

10.1.2. aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv

olunduqda:

10.1.2.1. başqa şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə onun hüquq və

vəzifələri xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsə təqdim edildikdən sonra ona özünün yazılı razılığı ilə

keçir;


10.1.2.2. Sığortalı olan hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil

edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə

keçir.

10.1.3. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi



sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;

10.1.4. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;

10.1.5. Sığorta marağı artıq mövcud olmadıqda;

10.1.6. Sığortalı sığorta haqqını qanunvericilikdə və Sığorta müqaviləsində müəyyən edilən qaydada

ödəmədikdə;

10.1.7. Qanunvericilikdə müəyyən edilmiş digər hallarda.

10.2. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar

istisna olmaqla, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə işlərin aparılması xərclərini çıxmaqla Sığorta

müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını ona qaytarır;

10.3. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqqını bütünlüklə

Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının Sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə

bağlıdırsa, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə işlərin aparılması xərcləri çıxılmaqla, Sığorta müqaviləsinin

qurtarmamış müddəti üçün sığorta haqqını qaytarır.

10.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı

tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə,

sığorta haqqı Sığortalıya qaytarılmır

.

10.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı



tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta

haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması

müvafiq olaraq bu Qaydaların 10.2 və 10.3-cü bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

10.6. Sığorta müqaviləsi üzrə sığorta haqqının yenidən hesablanmalı olması halında Sığortaçı bunlardan

hansının daha yüksək olmasından asılı olaraq, artıq qazanılmış sığorta haqqını və ya hər hansı minimal və (və ya)

depozit sığorta haqqının qısamüddətli hissəsini saxlamaq hüququna malikdir.

10.7. Bu Qaydaların 10.1-ci bəndində göstərilən hallarda Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi

üçün əsas olan şərait yarandıqda, Sığorta müqaviləsinə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi

bu barədə xəbərdar etməlidir.

10.8. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən,

sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir

tərəf digərinə ən azı 30 (otuz) gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60

(altmış) gün, üç aydan az müddətə bağlanmış olduqda isə 5(beş) iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı

bildiriş göndərməlidir. Belə bildiriş Sığorta müqaviləsinin ləğvi tarixini özündə əks etdirməklə Sığortalının və

ya Sığortaçının Sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, Sığorta müqaviləsi bildirişdə

göstərilən tarixdən ləğv edilmiş sayılır. Bu bildirişin poçt vasitəsilə göndərilməsi, yuxarıda göstərildiyi kimi,



__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Həyat sığortası

QAYDALARI

həmin xəbərdarlığın edilməsi faktının sübut edilməsi üçün kifayətdir və Sığorta müqaviləsi bildirişdə göstərilən

tarixdən və vaxtdan etibarsız sayılacaq.



Maddə 11. Sığorta haqqı

11.1.


Sığorta haqqı Sığortaçı tərəfindən sığorta tarifləri əsasında, seçilmiş sığorta növü, sığorta məbləği,

sığorta müddəti, Sığorta olunanın yaşı və cinsi, səhhətinin durumu və sığorta haqqının ödənilməsi qaydası

nəzərə alınmaqla müəyyən edilir. Sığorta tariflərinin hesablanması bu Qaydalara əlavə olunan cədvəllər

(Əlavə№ 1 və Əlavə № 2) əsasında həyata keçirilir.

11.2. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə Sığortaçı onun ödənilməsi üçün bu Qaydaların

11.3.-cü bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 (on beş) günədək müddət müəyyən edə bilər.

11.3. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi Sığorta müqaviləsi bağlandığı gündən bir

aydan gec olmayaraq ödənilməlidir.

11.4.

Sığortalı sığorta növündən asılı olaraq sığorta haqqının ödənilməsinin aşağıdakı qaydalarından birini



seçə bilər:

11.4.1. Sığorta təminatının ödənilməsinin müddəti müəyyən edilmiş həyat sığortası növü istisna olmaqla həyat

sığortasının bu Qaydalarla nəzərdə tutulan istənilən növündə tətbiq edilə bilən Müqavilə bağlanarkən sığorta

haqqının birdəfəlik ödənilməsi;

11.4.2. Həyat sığortasının bu Qaydalarda nəzərdə tutulan istənilən növü üzrə sığorta haqqının tədricən (aylıq,

rüblük, illik) ödənilməsi. Bu zaman aşağıdakılar nəzərə alınmalıdır:

11.4.2.1.həyatın kredit sığortası üzrə sığorta haqqının tədricən ödənilməsi Müqavilə müddətinin 2/3-si ərzində

həyata keçirilməlidir.

11.5. Sığorta haqqının tədricən ödənilməsi Müqavilədə nəzərdə tutulan sığorta hadisələrindən hər hansı birinin

baş verməsi ilə dayandırılır.

11.6. Müqavilədə müəyyən edilmiş tədricən ödənilən sığorta haqqı həmin Müqavilədə göstərilən tarixlərədək

ödənilməlidir. Aylıq sığorta haqqı istisna olmaqla, müddəti tədricən ödənilən sığorta haqqına 15 günlük güzəşt

tətbiq edilir. Aylıq sığorta haqqına güzəşt müddəti 10 gün tətbiq edilir.

11.7. Tədricən ödənilən sığorta haqqının növbəti hissəsi güzəşt müddətində belə ödənilmədikdə, Sığortaçı

Sığorta müqaviləsini birtərəfli qaydada ləğv edə bilər.

11.8. Sığortalı sığorta haqqının Müqavilədə müəyyən edilmiş miqdarını və ödənilmə qaydasını Sığortaçının

razılığı ilə dəyişdirmək hüququna malikdir.

Maddə 12. Tərəflərin hüquq və vəzifələri

12.1. Sığortalının hüquqları:

12.1.1. Sığortaçı tərəfindən Sığorta müqaviləsinin şərtlərinə və bu Qaydalara əməl edilib-edilməməsini

yoxlamaq;

12.1.2. Sığorta müqaviləsi (Sığorta şəhadətnaməsi) itdiyi halda Sığortaçıdan onun dublikatını almaq;

12.1.3. Müqavilədə sığorta hadisəsi kimi müəyyən edilmiş halların baş verməsinə qədər bu Qaydaların 10.8-ci

bəndində göstərilmiş müddətlə bağlı tələbə əməl etməklə, yazılı formada xəbərdarlıq edərək Müqaviləni

vaxtından əvvəl ləğv etmək;



__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Həyat sığortası

QAYDALARI

12.1.4. Sığorta hadisəsinin baş verməsinə qədər Sığorta olunanın yazılı razılığı ilə onun öldüyü halda sığorta

ödənişini alacaq Faydalanan şəxsi təyin etmək, həmçinin yenə də Sığorta olunanın yazılı razılığı ilə onu digəri

ilə əvəz etmək;

12.1.5. Müqavilənin şərtləri və bu Qaydalar üzrə hər hansı izahatlar almaq;

12.1.6. Müqavilə və bu Qaydalara uyğun olaraq qaytarılan məbləği və ya onun bir hissəsini almaq;

12.1.7. Sığortaçı ilə qarşılıqlı razılıq əsasında Sığorta müqaviləsinin sığorta məbləğinə, sığorta haqqının

miqdarı və ödənilmə qaydasına, sığorta təminatının ödənilməsi qaydasına aid olan şərtlərini dəyişmək. Belə

dəyişikliklər Müqaviləyə edilən əlavə ilə rəsmiləşdirilir;

12.1.8. Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;

12.2.


Sığortlalının vəzifələri:

12.2.1. sığorta haqqını Müqavilədə nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;

12.2.2. sığorta hadisəsi baş verərkən Sığortaçını bu barədə bildiyi və ya bilməyə borclu olduğu andan 30 (otuz)

təqvim günü müddətində yazılı şəkildə məlumatlandırmalıdır. Sığortalının hadisənin baş verməsi faktı barədə

Sığortaçını məlumatlandırmaq vəzifəsi Faydalanan şəxs tərəfindən də yerinə yetirilə bilər.

12.2.3. Sığortaçıya onun tələbi ilə Sığorta olunan və ya Faydalanan şəxs barədə düzgün məlumat vermək;

12.2.4. Sığortaçıya və ya onun nümayəndəsinə sığorta hadisəsi ilə əlaqəsi olan məlumatı sərbəst əldə etmək

imkanı vermək;

12.2.5. Qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək;

12.3. Sığortaçının hüquqları:

12.3.1. Sığortalının verdiyi məlumatların, həmçinin Sığortalı tərəfindən Müqaviləyə və bu Qaydalara əməl

edilib-edilməməsinin yoxlanılması;

12.3.2. sığorta hadisəsi baş verdiyi andan 3 il müddətində bu Qaydaların 14.4-cü bəndində nəzərdə tutulmuş

sənədlər Sığortaçıya təqdim edilməzsə, sığorta təminatının ödənilməsindən imtina etmək;

12.3.3. Sığorta olunanın ölməsinə səbəb olan sığorta hadisəsinin baş verməsi faktı üzrə cinayət işinin

qaldırılması halında səlahiyyətli orqanın müvafiq qərarının çıxmasına qədər və ya Sığorta olunanın (Faydalanan

şəxsin) sığorta təminatını almaq hüququ barədə şübhələr olduğu halda lazımi sübutların təqdim olunmasına

qədər sığorta məbləğini verməyi təxirə salmaq;

12.3.4. Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;

12.4. Sığortaçının vəzifələri:

12.4.1. Sığortalıya və ya Sığorta olunana bu Qaydalar əlavə edilmiş Sığorta şəhadətnaməsini vermək;

12.4.2. Sığorta hadisəsi baş verdikdə bu Qaydaların 14.4-cü bəndində nəzərdə tutulmuş sənədləri aldıqdan

sonra 30 (otuz) iş günü müddətində sığorta təminatının ödənilməsini həyata keçirmək;

12.4.3. Müqavilənin icrasının, Sığortalı və Sığorta olunan barədə əldə edilmiş məlumatların məxfiliyini təmin

etmək;


__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Həyat sığortası

QAYDALARI

12.5.

Fiziki şəxs Sığortalının öldüyü və ya hüquqi şəxs Sığortalının ləğv edildiyi halda mövcud



qanunvericilikdə və həmçinin Sığortalı və Sığotaçı arasındakı razılaşmada nəzərdə tutulan qaydada Sığorta

olunan Müqavilədə və Qaydalarda nəzərdə tutulan Sığortalı vəzifələrini yerinə yetirmək hüququna malikdir.



Maddə 13. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri

13.1.


Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsi üçün əsas ola

biləcək hadisənin baş verməsi barədə Sığortalı və ya Sığorta olunan şəxs, yaxud Faydalanan şəxs xəbərdar

olduğu və ya buna borclu olduğu tarixdən dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində və hər bir

halda ən geci 30 (otuz) təqvim günü ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda

qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər

hansı vasitə ilə xəbər verməlidir.

13.2.

Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin məbləğini sübut etmək vəzifəsi



Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil

olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir.



Maddə 14. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün

tələb olunan sənədlərin siyahısı

14.1. Müqavilə bağlanarkən razılaşdırılan sığorta məbləği Sığortaçı tərəfindən Faydalanan şəxsə yalnız sığorta

haqqının Müqavilə ilə müəyyən edilmiş miqdarda və qaydada ödənilmiş olması şərtilə verilir.

14.2. Əgər sığorta hadisəsi növbəti tədricən ödənilən sığorta haqqının ödənilməsinin güzəşt müddətinin sonuna

qədər baş vermiş, lakin müvafiq sığorta haqqı həmin güzəşt müddətinin sonuna qədər ödənilməmişdirsə, sığorta

məbləği ödənilməmiş sığorta haqqı həcmində azaldılır. Əgər sığorta hədisəsi növbəti tədricən ödənilən sığorta

haqqının ödənilməsinin güzəşt müddətinin başa çatmasından sonra baş vermiş, lakin müvafiq sığorta haqqı

həmin güzəşt müddətinin sonuna qədər ödənilməmişdirsə, Sığortaçının sığorta təminatının ödənilməsindən

imtina etmək və müəyyən edilmiş qaydada Sığorta müqaviləsini ləğv etmək hüququ yaranır.

14.3. Sığortaçı tərəfindən ödəniləcək sığorta təminatından qaytarılmamış borclar və onlardan istifadə faizləri də

tutulacaqdır.

14.4. Sığorta ödənişini almaq üçün aşağıdakı sənədlər Sığortaçıya təqdim edilməlidir:

14.4.1. Sığorta olunanın Müqavilə müddətinin sonuna qədər yaşaması halında - Sığorta şəhadətnaməsi,

müəyyən edilmiş formada ərizə, sığorta ödənişini alan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

14.4.2. Sığorta olunan sığorta müddətində öldüyü halda - Sığorta şəhadətnaməsi, müəyyən edilmiş formada

ərizə, Sığorta olunanın ölümü haqqında şəhadətnamənin təsdiq edilmiş surəti, sığorta hadisəsinin baş verməsinin

səbəb və xarakterlərini müəyyən etmək üçün lazım olan digər sənədlər, sığorta təminatını alan şəxsin

şəxsiyyətini təsdiq edən sənədlər və zəruri hallarda varislik hüququnu təsdiq edən sənədlər;

14.5. Əgər Faydalanan şəxs Sığorta olunanın ölümü halında Müqaviləyə uyğun olaraq ona ödənilməli olan

sığorta ödənişini almadan ölərsə, sığorta ödənişi həmin Faydalanan şəxsin vərəsələrinə ödənilir.

14.6. Sığorta ödənişi qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş etibarnamə əsasında Sığorta

olunanın (Faydalanan şəxsin) nümayəndəsinə verilə bilər.



__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Həyat sığortası

QAYDALARI

14.7. Əgər Sığorta olunanın ölümü halında Faydalanan şəxs 14 yaşı tamam olmamış yetkinlik yaşına

çatmayandırsa, ona ödənilməli olan sığorta ödənişi, eyni zamanda qanuni nümayəndəsini lazımi qaydada

məlumatlandırmaqla, tərəflərin əvvəlcədən razılığı əsasında seçilmiş bankda onun adına açılan hesaba qoyulur.

14.8. Əgər Sığorta olunan ona bu Qaydaların 7.1.1. bəndində nəzərdə tutulmuş sığorta hadisəsi üzrə ödənilməli

olan sığorta ödənişini almadan ölürsə, sığorta ödənişi müəyyən edilmiş qaydada Sığorta olunanın vərəsələrinə

verilir.


14.9. Sığorta müqaviləsinin bağlanmasından və ya onun bərpa olunmasından 2 il keçənədək Sığorta olunanın

intihar etməsi halında sığorta ödənişi yalnız o şərtlə verilir ki, intiharın azad iradə ifadəsini istisna edən anlaqsız

vəziyyətdə, yəni xroniki psixi xəstəlik, əqli fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik

nəticəsində əməlinin faktiki xarakterini dərk etmədən, yaxud ağır fiziki təsir altında törədilməsi barədə sübutlar

Sığortaçıya təqdim edilmiş olsun. Əks-təqdirdə qaytarılan məbləğ ödənilir.

Maddə 15. Qaytarılan məbləğ və onun ödənilməsi qaydası

15.1. Qaytarılan məbləğ tərəflərdən birinin tələbi ilə Müqavilənin ləğv edilmə anında sığorta ödənişinin

ödənilməsi ilə bağlı Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrası üçün Müqaviləyə xitam verildiyi günədək

yaradılmış riyazi (aktuar) ehtiyat əsasında müqaviləyə xitam verilmə səbəbindən asılı olaraq aşağıdakı kimi

müəyyən edilir:

15.1.1. Qaytarılan məbləğ Müqaviləyə xitam verildiyi günədək yaradılmış riyazi (aktuar) ehtiyat həcmində

ödənilir;

15.1.2. Qaytarılan məbləğ bu Qaydaların 15.1.1. bəndində nəzərdə tutulan riyazi (aktuar) ehtiyat məbləği ilə

riskli məbləğin 1 %-i arasındakı fərq miqdarında ödənilir.

15.2.


Qaytarılan məbləğin odənilməsi zamanı ondan Sığortalının Müqavilə üzrə bütün borcları, qaytarılmamış

borclar və borc üzrə fazlər və həmçinin cari müqavilə ili üçün ödənilməmiş sığorta haqları tutulacaqdır.

15.3.

Əgər Müqavilədə hüquqi şəxs olan işəgötürənin və onun işçisinin sığorta haqqının ödənilməsində birgə



iştirakları nəzərdə tutulmuşdursa, digərinin razılığı ilə Birgə sığortalılardan biri, əgər Sığorta müqaviləsində

qaytarılan məbləğin ödənilməsi nəzərdə tutulmuşdursa, qaytarılan məbləğdən sığorta haqqının ödənilməsində

iştirak payına mütənasib olaraq öz payını almaq hüququna malikdir. Bu zaman, əgər digər Birgə sığortalı sığorta

haqqının tam ödənilməsini öz üzərinə götürürsə və ya payına düşən hissəsinin ödənilməsinin yerinə yetirilməsi

vəzifəsini özündə saxlayırsa, Sığorta müqaviləsinə xitam verilmir.

15.4.


Sığorta olunanın səbəbi sığorta hadisəsi olmayan ölümü halında və eyni zamanda Sığorta olunanın

ölümündə Faydalanan şəxsin qəsdli hərəkəti olmamışdırsa, Sığortaçı müəyyən edilmiş yazılı formada ərizəni,

Sığorta olunanın ölümü haqqında şəhadətnamənin təsdiqlənmiş surətini, qaytarılan məbləğini alanın şəxsiyyətini

təsidiq edən sənədi, lazım olduqda varislik hüququnu təsdiq edən hər hansı sənədi aldıqdan sonrakı 30 iş günü

müddətində qaytarılan məbləği Faydalanan şəxsə ödəyir.

15.5.


Əgər Sığorta olunanın ölümü Faydalanan şəxsin sığorta hadisəsinin baş verməsinə yönəlmiş qəsdli

hərəkətinin nəticəsidirsə, Sığortaçı müəyyən edilmiş yazılı formada ərizəni, Sığorta olunanın ölümü haqqında

şəhadətnamənin təsdiqlənmiş surətini, qaytarılan məbləği alanın şəxsiyyətini təsdiq edən sənədi və vərəsəlik

hüququnu təsdiq edən sənədi aldıqdan sonrakı 30 iş günü müddətində qaytarılan məbləği Sığorta olunanın

vərəsəsinə ödəyir.

15.6.


Fiziki şəxs olan Sığortalı öldüyü və ya hüquqi şəxs olan Sığortalı ləğv edildiyi halda, Sığorta olunanın

(digər Birgə sığortalının) tam həcmdə ödənilməmiş sığorta haqqının ödənilməsi öhdəliyini üzərinə götürməməsi

şərti ilə qaytarılan məbləğ Sığorta olunana ödənilir.

Maddə 16. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları


__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Həyat sığortası

QAYDALARI

16.1. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 935-ci maddəsinə müvafiq olaraq, Sığortaçı sığorta

ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:

16.1.1. bu Qaydaların 13.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində, o cümlədən sığorta predmeti və

(və ya) sığorta hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində

Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin

həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri

əhəmiyyətli dərəcədə pozulduqda ;

16.1.2. Əməl edilməməsi sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına gətirib çıxaran,

Sığortalı tərəfindən bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilmiş öhdəlik və şərtlərə əməl

edilməməsi; bu halda Sığortaçının verməməyə haqlı olduğu sığorta ödənişinin məbləği, belə əməl edilməmənin

sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına təsir dərəcəsinə müvafiq olmalıdır;

16.1.3. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, Sığortalının və ya Sığorta

olunanın sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta

hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;

16.1.4. Sığorta müqaviləsi və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş

verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;

16.1.5. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik

törədilməsi;

16.1.6. baş vermiş hadisənin Sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;

16.1.7. sığorta hadisəsinin sığorta haqqının tam və ya onun ilk hissəsinin ödənilməsi müddəti başa çatdıqdan

sonra baş verməsi halında sığorta haqqı ödənilməmiş olduqda;

16.1.8. sığorta hadisəsinin sığorta haqqının növbəti hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti

başa çatdıqdan 15 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;

16.1.9. sığorta hadisəsinin bu Qaydaların 11.2-ci bəndində nəzərdə tutulmuş halda Sığortaçının müəyyən etdiyi

müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş

olduqda.


Maddə 17. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında

qərarın qəbul edilmə müddəti

Sığortaçı, sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişinin verməkdən imtina olunması haqqında qərarı

Sığorta olunanın ölümü ilə əlaqədar cinayət işi qaldırılması faktının mövcud olduğu hallar istisna edilməklə, bu

Qaydaların 14.4-cü bəndində göstərilən sənədlərin təqdim edildiyi andan 30 (otuz) iş günü ərzində qəbul edir.



Maddə 18. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə

yetirilməməsinə görə tərəflərin məsuliyyəti

Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə

tərəflər bir-birləri qarşısında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti

daşıyırlar.



Maddə 19. Mübahisələrin həlli qaydası

Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar

yolu ilə, pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə qüvvədə olan Azərbaycan

Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.



__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Həyat sığortası

QAYDALARI



Maddə 20. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması

Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı qanunvericiliyə zidd olmayan başqa şərtlər barədə razılığa



gələ bilərlər


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə