2
2.2 İxtisasın (ixtisaslaşmanın) tədris planı – ali təhsilin müvafiq
səviyyəsində ixtisas
(ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq tədris olunan fənlərə və
auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən
edən əsas tənzimləyici
sənəddir.
2.3 İxtisasın (ixtisaslaşmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında
göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir.
2.4 Tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri,
onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir.
2.5 İxtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı – ixtisasın (ixtisaslaşmanın)
tədris planı və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış sənəddir.
2.6 Müəllimin illik işçi tədris planı – müəllimin tədris etdiyi fənləri,
mühazirə və
məşğələlərə (laboratoriyaya) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə
tədrisini, həmçinin fənn üzə tələbələrin sayını özündə əks etdirən sənəddir.
2.7 Tələbənin sərbəst işi – tələbənin fərdi şəkildə nəzərdə tutulmuş tapşırıqları sərbəst və
müəllimin rəhbərliyi ilə auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir.
2.8 Akademik məsləhətçi (tyutor) – ali təhsil müəssisələrində tədris məsləhətçisidir.
2.9 Akademik mobillik – tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici
ölkələrin ali təhsil müəssisələrində müvafiq olaraq sərbəst təhsil
almaq və akademik fəaliyyət
göstərmək hüququdur.
2.10 AKTS (Avropa Kredit Transfer Sistemi) – təhsil proqramı ilə müəyyən olunmuş
kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma trayektoriyasını
müəyyənləşdirən sistemdir. Bu sistem həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil
proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır.
Dostları ilə paylaş: