7
4. Tələbələrin hüquq və vəzifələri
4.1 Tələbə öz fərdi tədris planını tərtib edərkən bu Qaydalarla tanış olmalı və onlara ciddi
riayət etməlidir.
4.2 Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə tədris olunan fənləri
mənimsəməyə borcludur.
4.3 Fənn üzrə ayrılmış auditoriya saatlarının 30%-dən çoxunda iştirak etməyən tələbə
həmin fəndən imtahana buraxılmır.
4.4 Tələbə ali təhsil müəssisəsindən aşağıdakı hallarda xaric olunur:
- üzrsüz səbəbdən semestr müddətində tədris olunan bütün fənlərə ayrılmış ümumi
auditoriya saatlarının 30%-dən çoxunu buraxdıqda;
- ali təhsil müəssisəsinin daxili intizam qaydaları ilə müəyyənləşdirilmiş digər hallarda;
- xüsusi qabiliyyət tələb edən ixtisaslarda tələbənin peşə yararsızlığı müəyyən edildiyi
halda.
4.5 Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə
tələb olunan kreditləri yığa bilmədiyi halda “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununda müəyyən olunmuş hüquqları saxlanılmaqla digər müvafiq qanunvericilikdə nəzərdə
tutulmuş imtiyazlarını itirir. Bu zaman o, tələbələr sırasından xaric olunmur və kontingentdə
saxlanılmaqla təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişi
ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölüb götürdüyü fənlərin kreditlərinə
vurmaqla müəyyənləşdirilir. Bu qaydalar özəl ali təhsil müəssisələrində təhsil alan şəxslərə də
şamil edilir.
4.6 Tələbə bu Qaydaların 6.1 bəndinin tələblərinə uyğun digər ali təhsil müəssisələrində
də müvafiq fənlər üzrə kreditləri qazana bilər.
4.7 Tələbə öz transkriptini ali təhsil müəssisəsindən təhsil aldığı dövrdə istənilən vaxt
əldə edə bilər.
4.8 Tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə
təqaüddən məhrum edilir. Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən
kreditləri qazanarsa, onun təqaüdü bərpa olunur.
Dostları ilə paylaş: