Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə
test tapşırıqları
1. Qazın təzyiqi dedikdə nə başa düşülür?
A) Təzyiq sıxılma zamanı onun molekullarının yerləşdiyi qabın divarlarına vurduğu
zərbənin nəticəsidir
B) Təzyiq molekulların sərbəst hərəkəti nəticəsində bir-birinə təsirinin nəticəsidir
C) Təzyiq molekulların qabın divarına təsirinin nəticəsidir
D) Təzyiq qazın sıxlığının onun divarlarına təsiridir
E) Təzyiq qazın temperaturunun onun sıxlığına təsirinin nəticəsidir
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov.Bakı 2008
2. Qazın yanma reaksiyası hansıdır?
A) 1m3CH4+2m3O2=1m3CO+2m3H2O
B) 1m3 CH + 2m3O2=1m3CO+2m3HO
C) 1m CH4+ 2O2 = 1m CO2+ 2m HO
D) 1m CH + 2O = 1m CO + 2m3 H2 O
E) 1m3 CH4+2m3 O2=1m3 CO2+2m3 H2O
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov.Bakı 2008
3. Qazın odorizasiyası nəyə görə həyata keçirilir?
A) Qazın keyfiyyətinin artırılması üçün
B) Qaza spesifik iy vermək üçün
C) Qazın təzyiqinin aşağı salınması üçün
D) Qazın təzyiqinin artırılması üçün
E) Qazın tam yanmasının təmin edilməsi üçün
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov. Bakı.2008
4. Təbii qazın tərkibində hansı qazlar vardır?
A) Metan, etan, propan, butan, oksigen, azot, karbon
B) Metan, etan, hidrogen, etil, metil, propil
C) Metan, oksigen, karbon dioksid, propan
D) Etan, propan, butan, azot, karbon, metan
E) Metilen, propilen, butilen, karbon
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov. Bakı.2008
5. Metanın fiziki və kimyəvi xassələri hansılardır?
A) Rəngsiz, xüsusi spesifik iyli, havadan 1,8 dəfə yüngül qazdır
B) Xüsusi çəkisi olmayan, rəngsiz, iysiz, havadan yüngül qazdır
C) üsusi çəkisi 0,714 kq/m3, rəngsiz, iysiz, havadan 1,8 dəfə yüngül qazdır
D) Xüsusi çəkisi 0,7 m3/saat olan, havadan 2 dəfə yüngül, rəngsiz, iysiz qazdır
E) Çəkisi olmayan, xüsusi iyi olan, havadan 10 dəfə yüngül qazdır
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov Bakı 2008
6. Metanın partlayış həddi hansıdır?
A) Qapalı məkanda 5-15 atmosfer təzyiqdə
B) Açıq şəraitdə 5-15 atmosfer təzyiqdə
C) Havada 5-15 mm. su sütunu təzyiq olduqda
D) Qapalı məkanda havada 5-15% olduqda
E) Açıq şəraitdə 5-15% hava olduqda
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov. Bakı.2008
7. Qaz təsərrüfatı şəbəkəsinə nələr daxildir?
A) Qaz kəmərləri, avadanlıqları. Qazpaylayıcı stansiyalar, qurğular və şkaflar. Nəzarət ölçü
cihazları, qaz cihazları, korroziyadan mühafizə qurğuları
B) Qaz kəmərləri, avadanlıqları. Sxemlər, müvafiq sənədlər. Əyani vəsaitlər
C) Qaz kəmərləri. Siyirtmələr, kranlar, ventillər. Qazpaylayıcı stansiyaların layihə-smeta
sənədləri
D) Texniki şərt, Layihə-smeta sənədləri, İstismara qəbul aktları
E) Qaz kəmərləri və qaz tənzimləyicilər. Yeraltı və yerüstü, Orta, aşağı və yüksək təzyiqli qaz
kəmərləri
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov. Bakı.2008
8. Qaz təsərrüfatı sisteminin istismarına hansı xidmətlər daxildir?
A) Yeni qaz kəmərlərinin çəkilişi, istismarda olan qaz kəmərlərinə texniki xidmətin təşkili
B) Gəzmə yolu ilə qaz kəmərlərinə texniki baxış
C) Qaz kəmərlərinin qazoanalizator vasitəsi ilə yoxlanması
D) Texniki xidmət, əsaslı və cari təmir, qəza-bərpa işləri
E) Qaz kəmərlərinda aşkar olunmuş qaz sızmalarının ləğvi
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə dair 1000 sual-1000
cavab. Bakı- 2017
9. Buraxılış-sazlama işləri hansılardır?
A) Qazın kəmərə buraxılması zamanı təzyiqin artırılması işləridir
B) Təbii qazın qazpaylayıcı stansiyadan təmizlənib odorizasiya edilməsi və kəmərə
ötürülməsi işləridir
C) Qazpaylayıcı stansiyadan qazın texnoloji rejimə uyğun qaz kəmərlərinə ötürülməsi
işləridir
D) Nəzarət – ölçü cihazlarının sazlanması işləridir
E) Qaz qurğusunun işə burxılmasına hazırlığı, işə buraxılması, işlək gücünün lazımi
səviyyəyə çatdırılmasını nəzərdə tutan işlərdir
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə dair 1000 sual-1000
cavab. Bakı- 2017
10. Texniki şərt nə deməkdir?
A) Tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın
verilməsi ilə bağlı texniki parametrləri özündə əks etdirən sənəddir
B) Qaz kəmərlərinin çəkilişi üçün layihələndirmənin icra edilməsinə əsas olan sxemdir
C) Tam layihə-smeta sənədləri və texniki istismar qaydalarına uyğun toplanmış olan qaz
kəmərlərinin dəqiq təsnifatını özündə əks etdirən sənədlərin tam toplusudur
D) İnşa edilmiş qaz kəmərinin istismara buraxılması üçün sənəddir
E) Qaz təsərrüfatının bütün xarakteristikasını özündə əks etdirən sənəddir
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə dair 1000 sual-1000
cavab. Bakı- 2017
11. Qaz paylayıcı stansiyaların və qaz tənzimləyici məntəqələrin təyinatı (Tam doğru cavabı
göstərin)
A) QPS və QTM-lər təbii qazı təmizləyərək əhaliyə və sənaye obyektlərinə ötürür
B) QPS və QTM-lər təbii qazın ölçülərək əhali və sənaye obyektlərinə örürülməsi
funksiyasını yerinə yetirir
C) QPS və QTM-lər təbii qazın təmizlənmiş, tənzimlənmiş, odarizə olunmuş qazı, həcmi
ölçülərək istehakçılara ötürür
D) İstehlakçılara təbii qazı müvafiq təzyiqlərlə ötürür
E) Kollektor vasitəsi ilə qazı tələbatçılara paylayır
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə dair 1000 sual-1000
cavab. Bakı- 2017
12. Xarici qaz kəmərləri hansılardır?
A) Mənzillərin girişinədək olan xətlərdir
B) Magistral qaz kəmərləridir
C) Bütün yeraltı variantda çəkilmiş və korroziyadan mühafizə edilmiş qaz kəmərləridir
D) Binadan kənarda çəkilmiş, binanın xarici divarının konstruksiyasına qədər olan yeraltı
və yerüstü xətlərdir
E) Küçə və həyətyanı qaz xətləri xarici qaz kəmərləridir
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə dair 1000 sual-1000
cavab. Bakı- 2017
13. Daxili qaz kəmərləri hansılardır?
A) Həyətdaxili və binadaxili qaz kəmərləridir
B) Binanın xarici divarının konstruksiyasından binada yerləşən qaz cihazlarının
birləşməsinə qədər olan kəmərlərdir
C) Şəhər daxili qaz kəmərləri daxili qaz kəmərləridir
D) Aşağı təzyiqli kəmərlər daxili qaz kəmərləri adlanır
E) Qaz sayğacından qaz cihazlarının birləşməsinə qədər olan kəmərlərdir
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə dair 1000 sual-1000
cavab. Bakı- 2017
14. Qaz kəmərinin mühafizə zonası deyəndə nə başa düşülür?
A) Qaz kəmərlərinə əlavə qoşulmaların aşkar edilməsi üçün nəzərdə tutulan zonadır
B) Qaz kəmərlərində sızmaların aşkar edilməsi üçün yoxlanılan zonadır
C) Qaz kəmərlərinə və onların üzərindəki qurğulara və avadanlıqlara normal şəkildə texniki
baxışın keçirilməsi üçün ayrılmış və müvafiq sxemlərdə qeyd edilərək təsdiq edilmiş
zonadır
D) Qaz kəmərlərinin və onların üzərindəki qurğuların və avadanlıqların normal şəraitdə
istismarını təmin etmək və zədələnmədən qorunmasını təmin etmək üçün ayrılan zonadır
E) Qaz kəmərlərinin oğurlanmasının qarşısının alınması üçün yaradılmış zonadır.
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə dair 1000 sual-1000
cavab. Bakı- 2017
15. Qaz kəmərləri hansı sənəd əsasında inşa edilir?
A) Qaz təchizatı təşkilatı tərəfindən verilmiş texniki şərt əsasında
B) Qaz təchizatı müəssisəsi tərəfindən verilmiş texniki şərtə əsasən hazırlanmış layihə
əsasında
C) İstismara qəbul-icra sənədləri əsasında
D) Təsdiq edilmiş cizgilər əsasında
E) Qazpaylayıcı ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov. Bakı.2008
16. Şəhər təsərrüfatının qaz kəmərləri təzyiqə görə neçə yerə bölünür?
A) Aşağı (0.01 Atm) 0,001 MPa –dan (0,05Atm) 0.005 MPa-dək, Orta 0,05 Atm-dan 0,3 Atm-
dək, yüksək 0.3 Atm –dan yuxarı
B) Aşağı 500 mm su sütunu, orta 3 Atm, yüksək 3 Atm dən yuxarı
C) Aşağı (0,05Atm) 0,005MPa-qədər, Orta (0,05 Atm) 0,005MPa-dan 0,3 MPa-ya
qədər(3Atm), yüksək 0,3 MPa-dan (3 Atm) yuxarı
D) Aşağı 0.005 MPa, orta 0,3 MPa qədər, yüksək 0,6 MPa-ya qədər
E) Aşağı 0,05 atm, orta 0,3 atm , yüksək 6 Atm-dək
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov. Bakı.2008
17. Qaz kəmərləri binaların xarici divarından içəri daxil olduğu yerlərdə nə qoyulmalıdır?
A) Kran qoyulmalıdır
B) Futlyar qoyulmalıdır
C) Ventil qoyulmalıdır
D) Sqon qoyulmalıdır
E) Yivli birləşmə qoyulmalıdır
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov. Bakı. 2008
18. Qaz tənzimləyicinin təyinatı nə üçündür?
A) Qazın təzyiqinin artırıb azaldılması üçün
B) B) Təzyiqin stabil saxlanması üçün
C) C) Təzyiqin aşağı salınaraq tələb olunan səviyyədə saxlanması üçün
D) Təzyiqin aşağı salınması üçün
E) Qazın sərfiyyatının tənzimlənməsi üçün
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov. Bakı.2008
19. Şəhər qaz təsərrüfatı sistemində istifadə olunan aşağı təzyiq hansı intervaldadır?
A) Aşağı təzyiq – 0,005 MPa (500 mm su sütunu)
B) Aşağı təzyiq – 0,5 atmosferdir.
C) Aşağı təzyiq – 3 atmosferdir
D) Aşağı təzyiq - 0,005 MPa (500 mm su sütunu)-a qədər təşkil edir
E) Aşağı təzyiq – 0,003 MPa (300 mm su sütunu)
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Qaz təsərrüfatının təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti-1979-cu il.
20. Şəhər qaz təsərrüfatı sistemində istifadə olunan orta təzyiq hansı intervaldadır?
A) 0,005 MPa-dan (0.05 kqq/sm2) yuxarı 0,3 MPa-ya (3 kqq/sm2) –ya qədər
B) 0,005 MPa-dan (0.05 kqq/sm2) yuxarı 0,6 MPa-ya (6 kqq/sm2) –ya qədər
C) 0-dan 3 atmosferədək
D) 0,5 MPa-dan 3 atmosferədək
E) 0.003 MPa-dan 6 MPa-yadək
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Qaz təsərrüfatının təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti-1979-cu il.
21. Şəhər qaz təsərrüfatı sistemində istifadə olunan yüksək təzyiq hansı intervaldadır?
A) 3 MPa-dan (30 atm) yuxarı
B) 0,3 MPa-dan (3 kqq/sm2) yuxarı
C) 0-dan 0.3 MPa (3 Atm) -ə dək
D) 0,5 MPa-dan 3 MPa-yadək
E) 0.003 MPa-dan 6 MPa-yadək
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Qaz təsərrüfatının təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti-1979-cu il.
22. Adamlar keçən yerlərdə qaz kəmərlərinin yerdən hündürlüyü nə qədər olmalıdır?
A) 2 metrdən yuxarı
B) 2,2 metrdən az olmamalıdır
C) 1 metrdən yuxarı olmalıdır
D) 4.5 metr
E) 3 metr
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov. Bakı.2008
23. Yaşayış binalarına məişət qaz cihazlarının qarşısında təbii qazın təzyiqi nə qədər ola
bilər?
A) 0,03 Atm-dən (300 mm su sütunundan) artıq olmamalıdır
B) 0,05 Atm (500 mm su sütunu) səviyyəsində
C) 3 Atmosferdən artıq olmamalıdır
D) 0,3 Atmosfetdən artıq olmamalıdır
E) Yalnız aşağı və orta təzyiqli olmalıdır
Testin çətinlik dərəcəsi: orta
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
24. Mənzillərdə istifadə olunan qaz cihazlarının təhlükəsiz istismarına kimlər cavabdehdir?
A) Mənzil kommunal təsərrüfatı sahləri
B) Qaz təsərrüfatı təşkilatı
C) Mənzil sahibləri
D) Fövqəladə Hallar Nazirliyinin Yanğın Təhlükəsizliyi İdarəsi
E) Qaz Nəzarəti İdarəsi
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti-1979-cu il.
25. Qaz cihazları quraşdırılan otaqlara olan ilkin tələblər hansılardır?
A) Qazın təzyiqi
B) Otaqların ölçüləri və qazın sərfiyyatı
C) Qaz cihazlarının növü
D) Normal havalandırma, təbii işıqlanma və otaqların tələb olunan ölçüləri
E) Cihazların layihəyə uyğun quraşdırılması
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
26. Qaz plitəsi quraşdırılan otaqların hündürlüyü nə qədər olmalıdır?
A) 2.2 metrədək
B) 2.2 metrdən az olmamalıdır
C) 2 metr
D) 2 metrdən yuxarı
E) 2,3 metr
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
27. 2 gözlü qaz plitəsi quraşdırılan otağın minimal həcmi nə qədər olmalıdır?
A) 6 m3
B) 8 m3
C) 12 m3
D) 15 m3
E) 18 m3
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
28. 3 gözlü qaz plitəsi quraşdırılan otağın minimal həcmi nə qədər olmalıdır?
A) 6 m3
B) 8 m3
C) 12 m3
D) 15 m3
E) 18 m3
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
29. 4 gözlü qaz plitəsi quraşdırılan otağın minimal həcmi nə qədər olmalıdır?
A) 6 m3
B) 8 m3
C) 12 m3
D) 15 m3
E) 18 m3
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
30. Yaşayış evlərində təbii qazla işləyən düz axımlı su qızdırıcılarının quraşdırılması üçün
otağın minimal həcmi nə qədər olmalıdır?
A) 6 m3
B) 7,5 m3
C) 8 m3
D) 12 m3
E) 15 m3
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
31. Yaşayış evlərində qazla işləyən tutumlu su qızdırıcısının quraşdırılması üçün otağın
minimal həcmi nə qədər olmalıdır?
A) 6 m3
B) 7,5 m3
C) 8 m3
D) 12 m3
E) 15m3
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
32. Yaşayış evlərində təbii qazla işləyən su qızdırıcıları quraşdırılan otağın minimal
hündürlüyü nə qədər olmalıdır?
A) 1.8 metr
B) 1.9 metr
C) 2.0 metr
D) 2.1 metr
E) 2.2 metr
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
33. Yaşayış evlərində təbii qazla işləyən su qızdırıcıları quraşdırılan otağın qapısı hansı
tərəfə açılmalıdır?
A) İçəriyə
B) Çölə
C) Fərqi yoxdur
D) Hər iki tərəfə
E) Qarşıya
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
34. Yaşayış evlərində təbii qazla işləyən su qızdırıcıları quraşdırılan otağın qapısında açılan
dəliklərin sahəsi nə qədər olmalıdır?
A) 0,2 m2-dan az olmamalıdır
B) 0,2 m2
C) 2 m2-dan az
D) 2 cm-dək
E) 0,02 m2 –dan az olmamalıdır
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
35. 1 m3 metanın tam yanması üçün nə qədər hava tələb olunur?
A) 2 m3
B) 6 m3
C) 7,5 m3
D) 9 m3
E) 9,5 m3
Testin çətinlik dərəcəsi: asan
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
36. 1 m3 metanın tam yanması üçün nə qədər oksigen tələb olunur?
A) 2 m3
B) 3 m3
C) 6 m3
D) 7.5 m3
E) 9,5 m3
Testin çətinlik dərəcəsi: asan
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
37. Uşaq baxçalarının yataq və qrup otaqlarının altında qaz cihazlarının quraşdırılmasına
icazə verilirmi?
A) İcazə verilmir
B) İcazə verilir
C) Yalnız iş vaxtlarında icazə verilir
D) Tüstü bacalarının təmizlənməsi barədə arayış təqdim edildikdə icazə verilir
E) Qaz cihazlarına xidmət edən işçilər öz bilikləri barədə imtahan verdikdən sonra icazə
verilir
Testin çətinlik dərəcəsi: orta
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
38. Qaz sobalarının odluq hissəsinin qarşısında keçid üçün nə qədər məsafə olmalıdır?
A) Azı 15 sm məsafə olmalıdır
B) Azı 1 metr məsafə olmalıdır
C) Azı 1,5 metr məsafə
D) 2 metr
E) Təzyiqdən asılı olaraq dəyişir
Testin çətinlik dərəcəsi: orta
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
39. Binadaxili qaz kəmərləri hansı materialdan olan borularla çəkilir?
A) Rezin, polietilen və polad
B) Polietilen və polad
C) Yalnız polad
D) Mis və polad
E) Yalnız mis
Testin çətinlik dərəcəsi: asan
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
40. Bina daxilində qaz xətlərinə tıxac qoymaq olarmı?
A) Quraşdırdıqdan sonra yaxşı yoxlanıldığı halda qoymaq olar
B) Yalnız metal tıxac qoymaq olar
C) Olar, yalnız müstəsna hallarda
D) Olmaz
E) Tıxacın çat vermə ehtimalı yoxdursa, olar
Testin çətinlik dərəcəsi: orta
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
41. Axımlı su qızdırıcısı yanmayan divarda quraşdırıldıqda divarla su qızdırıcısı arasında
minimal məsafə nə qədər olmalıdır?
A) 1 sm
B) Azı 2 sm
C) Azı 3 sm
D) Azı 5 sm
E) Azı 15 sm
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979 il
42. Axımlı su qızdırıcısı çətin yanan divarda quraşdırıldıqda divarla su qızdırıcısı arasında
minimal məsafə nə qədər olmalıdır?
A) 1 sm
B) Azı 2 sm
C) Azı 3 sm
D) Azı 5 sm
E) Azı 15 sm
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
43. Tutumlu su qızdırıcısı yanmayan divardan hansı minimal məsafədə quraşdırılır?
A) 2 sm
B) Azı 2 sm
C) 3 sm
D) Azı 5 sm
E) Azı 15 sm
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
44. Aşağı təzyiqli qaz xətlərinin başqa qayda ilə çəkilməsi mümkün olmadıqda yaşayış
otaqları ilə çəkilə bilərmi?
A) Olmaz
B) Layihədə göstərilən halda qaz xətlərinin başqa qayda ilə çəkilməsi mümkün olmadığı
halda icazə verilir
C) Yaşayış otaqlarından tranzit şəkildə yivli birləşmə və armatur qoyulmadığı halda icazə
verilir
D) Qaz nəzarəti idarəsi ilə razılaşdırıldıqda icazə verilir
E) Müvəqqəti olaraq icazə vermək olar
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
45. Tüstü bacaları nə üçün nəzərdə tutulur?
A) Metanın kənarlaşdırılması üçün
B) Otağın havasının təmizlənməsi üçün
C) Metanın yanma məhsullarının kənarlaşdırılması üçün
D) Propan qazının kənarlaşdırılması üçün
E) Tüstünün təmizlənməsi üçün
Testin çətinlik dərəcəsi: asan
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
46. Yanma məhsullarının kənarlaşdırılması üçün tüstü bacalarında döngələrin sayı
maksimum nə qədər ola bilər?
A) Maksimum 1 ədəd
B) Maksimum 2 ədəd
C) Maksimum 3 ədəd
D) Maksimum 4 ədəd
E) 5 ədəd
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov. Bakı.2008
47. Tüstü bacalarının en kəsiyi maksimum nə qədər olmalıdır?
A) 90 mm-dən az olmamaqla və çox hissəsi binanın çölündə olmalıdır
B) 100 mm
C) 110 mm
D) 120 mm
E) Ona birləşdirilən qaz cihazı borusunun en kəsiyindən az olmamalıdır.
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
48. Tüstü bacası damın yalından (belindən) minimum hansı hüdürlükdə olmalıdır?
A) 0,5 metrə qədər
B) 0,5 metrdən az olmamaqla
C) 1 metr
D) 1,5 metr
E) 1.7 metr
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov. Bakı.2008
49. Qeyri standart qaz cihazlarının qarşısında neçə bağlayıcı kran (ventil) quraşdırılmalıdır?
A) Cihazın konstruksiyasında kran mövcuddursa əlavə kran lazım deyil
B) Cihazın konstruksiyasında kran vardırsa – 1 ədəd
C) Hər halda – 1 ədəd
D) 2 ədəd
E) Əlavə krana ehtiyac yoxdur
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov. Bakı.2008
50. Tüstü bacalarının və ventilyasiya kanallarının saz vəziyyətdə saxlanılmasına kimlər
cavabdehdir?
A) Mənzil kommunal təsərrüfatı idarəsi
B) Mənzil yiyələri
C) Qaz təsərrüfatı təşkilatı
D) Yanğından mühafizə idarəsi
E) Qaz nəzarəti idarəsi
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
51. Dəm qazının yaranma səbəbi nədir?
A) Cihazın quraşdırıldığı otağın normativlərə cavab verməməsi
B) Qaz işlədən cihazın standartlara cavab verməməsi
C) Qazın natamam yanması
D) Otaqda karbon qazının çox olması
E) Otaqda hidrogen qazının çox olması
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
52. Qaz sızması barədə məlumatlar qaz təsərrüfatı müəssisəsində hansı sənəddə
qeydiyyatdan keçirilir?
A) Naryadların qeydiyyatı jurnalında
B) İcazə-tapşırıqların qeydiyyatı jurnalında
C) Qəza məlumatlarının qeydiyyatı jurnalında
D) Raportların qeydiyyatı jurnalında
E) Tabellərin qeydiyyatı jurnalında
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
53. Qaz təsərrüfatı müəssisəsində qaz sızması barədə məlumatı qəbul edən şəxs abonentə
hansı məlumatı verməlidir?
A) Öz adı və soyadını
B) Qəza yerinə çıxan şəxsin soyadını
C) Qaz təsərrüfatı təşkilatının tam adını
D) Briqada gələnədək təhlükəsizliyin təmin edilməsi barədə təlimatlandırmalı
E) Qazın fiziki xüsusiyyətləri barədə məlumatlandırmalı
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
54. Qaz sızması barədə məlumat daxil olduqdan sonra qəza xidməti briqadası hansı müddət
ərzində qəza yerinə çıxmalıdır?
A) Məlumatı alan kimi
B) 5 dəqiqə ərzində
C) 10 dəqiqə ərzində
D) 15 dəqiqə ərzində
E) 30 dəqiqə ərzində
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
55. . Mənzilə qaz sızması barədə məlumat daxil olduqda işçi briqada hansı sənəd əsasında
qəza yerinə göndərilir?
A) Naryad əsasında
B) İcazə-tapşırıq əsasında
C) Buraxılış vərəqəsi əsasında
D) Çağırış vərəqəsi əsasında
E) Raport əsasında
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
56. “Mənzildə qaz iyi” çağırışı zamanı hadisə yerinə gələn briqadanın üzvləri ilk olaraq nə
etməlidir?
A) Mənzilə daxil olan qazın çöldən bağlanmasını təmin edərək otaqların havası
dəyişdirilməli. Ehtiyac olarsa adamlar evakuasiya olunmalıdır
B) Dərhal qaz sızmasının yeri müəyyənləşdirilməli. Sızma aradan qaldırılmalıdır
C) Abonentin adı və soyadı dəqəqləşdirilərək, ona təhlükəsizlik barədə təlimat
keçirilməlidir
D) Sayğacdan keçən qazın miqdarı dəqiqləşdirilməlidir
E) Hadisə yerinə çatması barədə rəhbərliyə məlumat verilməlidir
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
57. Qəza vəziyyətlərində qəza xidməti işçiləri hansı sənədə istinad edərək öz xidməti
borclarını yerinə yetirməlidirlər?
A) İcazə - Naryad
B) Payız - qış mövsümünə hazırlıq tədbirləri
C) Planlı texniki xidmət işləri
D) Plandan kənar texniki xidmət
E) Qəza vəziyyətlərinin qarşısının alınması və məhdudlaşdırılması planı
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
58. Qaz təhlükəli işlər hansı işlərə deyilir?
A) Qaz qaynağı vasitəsi ilə görülən işlərə
B) Qaynaq vasitəsi ilə görülən işlərə
C) Yeni tikilən və istismarda olan qaz kəmərləri üzərində görülən işlərə
D) Qazlı mühitdə və ya qazın ətrafa yayılma ehtimalı olan şəraitdə görülən işlərə
E) Təbii qazla əlaqədar görülən işlərə
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
59. Qaz təhlükəli işlər hansı sənəd əsasında yerinə yetirilir?
A) Raport
B) Çağırış vərəqəsi
C) “İcazə-tapşırıq” (Naryad)
D) İcra sənədləri
E) Tabel
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
60. Qaz təhlükəli işlərin icrası üçün “icazə tapşırıq” (naryad) verilməsi kimlərə həvalə
olunur?
A) Müəssisənin rəhbərliyinə
B) Qəza-bərpa xidmətinin rəhbərliyinə və ya baş mühəndisə
C) Baş mühəndisə
D) Müəssisə rəhbərinin əmri ilə təyin olunmuş şəxslərə
E) Qəza-dispetçer xidmətinin rəisinə
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
61. Qaz təhlükəli işlərin icrasına kimlər buraxılır?
A) 18 yaşından yuxarı, xüsusi təlim keçmiş QDX-nin bütün işçiləri
B) Xüsusi təlim keçmiş, mühafizə vasitələrindən istifadə etməyi bacaran, imtahan vermiş
mühəndis – texniki personal
C) Qəza-dispetçer xidmətinin işçi personalı
D) 18 yaşından yuxarı, xüsusi təlim keçmiş, həkimə qədər ilk tibbi yardım göstərmək
qaydalarını bilən qaz təsərrüfatı təşkilatının fəhlə personalı
E) 18 yaşdan yuxarı, xüsusi təlim keçmiş, qaz təhlükəli işlərin aparılması qaydaları üzrə
imtahan vermiş, mühafizə vasitələrindən istifadə etməyi və ilk tibbi yardım qaydalarını
bilən işçilər
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
62. Qaz təhlükəli işlər ən azı neçə nəfər tərəfindən icra oluna bilər?
A) Azı 2 nəfər
B) Azı 3 nəfər
C) Azı 4 nəfər
D) 5 nəfər
E) 1 nəfər
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
63. “İcazə tapşırıq”ın (naryad) tərtib edilməsinin əsas məqsədi nədir?
A) İşin icra olunması barədə blankların doldurulması
B) İşin icrası barədə rəhbərliyin məlumatlandırılması
C) İşin planlaşdırılması və işçilərin təlimatlandırılması
D) İşin planlaşdırılması və sərf olunan vəsaitlərin hesabatı
E) Texnikanın uçotunun aparılması
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
64. “İcazə tapşırıq” (naryad) neçə günlük tərtib olunur?
A) 1 illik
B) 1 aylıq
C) 1 həftəlik
D) 1 günlük
E) 2 günlük
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
65. Qaz təhlükəli işləri “İcazə tapşırıq” (naryad) olmadan icra etmək olarmı?
A) Olmaz
B) Rəhbərliyə məlumat verməklə olar
C) İnsan həyatına və maddi nemətlərə ziyan dəymə təhlükəsi olduqda olar
D) Qaz sızması ilə əlaqəli işlər olduqda olar
E) Təcili olduqda
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
66. Qaz təhlükəli işlərin icrası zamanı işə cəlb olunmuş işçilərə kim göstəriş verə bilər?
A) Vəzifəsi daha böyük şəxslər
B) Rəhbərlik
C) “İcazə tapşırığı” verən şəxs
D) Qəza-bərpa xidmətinin rəhbərliyi
E) İşin icrasına cavabdeh şəxs
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
67. Qaz təhlükəli işlərin icrası zamanı hansı alətlərdən istifadə oluna bilər?
A) İdarə tərəfindən verilmiş alətlərdən
B) Bütün uyğun gələn alətlərdən
C) Metaldan hazırlanmış alətlərdən
D) Əlvan metallardan hazırlanmış alətlərdən
E) Poladdan hazırlanmış alətlərdən
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
68. Qaz paylayıcısı kimdir?
A) Qazın tənzimləməsi və odorizə edilməsini həyata keçirən hüquqi şəxs
B) Qazın paylanmasını, satılmasını həyata keçirən hüquqi şəxs
C) Qazın alınmasını və yanacaq kimi istifadəsini həyata keçirən fiziki şəxs
D) Qazın alınmasını və yanacaq kimi istifadəsini həyata keçirən hüquqi şəxs
E) Qazın istehlakşısı
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
69. İstehlakçı kimdir?
A) Qazın tənzimlənməsi və odorizə edilməsini həyata keçirən fiziki və ya hüquqi şəxs
B) Qazın paylanmasını və satılmasını həyata keşirən hüquqi şəxs
C) Qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki
şəxs
D) Qazı satın alan və satışını həyata keçirən fiziki şəxs
E) Təbii qazın təmizlənməsi, tənzimlənməsi və ölçülərək istehlakçılara ötürülməsini təmin
edən hüquqi şəxs
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
70. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi nəyə əsasən həyata
keçirilir?
A) Akta əsasən
B) Texniki şərtə əsasən
C) Protokola əsasən
D) Qazın alqı-satqı müqaviləsinə əsasən
E) Layihə-smeta sənədlərinə əsasən
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
71. Qaz paylayıcısının əsas vəzifəsi nədir?
A) Aşkar olunan qaz sızmalarının vaxtında və keyfiyyətlə aradan qaldırılmasını təmin
etməlidir
B) İstehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə, dövlət standartlarının
tələblərinə uyğun qazla təmin etməlidir
C) Təbii qazı qazpaylayıcı stansiyada tənzimləyərək istehlakçılara verilməsini təmin etmək
D) Qazın alqı-satqı əməliyyatlarını həyata keçirmək
E) Layihəyə uyğun qaz kəmərlərinin çəkilişi
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
72. Qaz təsərrüfatında balans mənsubiyyəti sərhədi dedikdə nə başa düşülür?
A) Qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə nəzərdə tutulmuş qazın tənzimləndiyi
yer
B) Qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans
mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi
C) Qazpaylayıcı stansiyada qazın ölçüldüyü nöqtə
D) Qazpaylayıcı stansiyada qazın təmizləndiyi və ölçüldüyü nöqtə
E) Təbii qazın separasiyadan keçdiyi yer
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
73. Balans mənsubiyyəti hansı sənəd əsasında təyin edilir?
A) Balans mənsubiyyəti sərhəddi barədə aktla
B) Balans mənsubiyyəti sərhəddi barədə protokolla
C) Obyekti istismara qəbulu barədə aktla
D) Texniki şərtə əsasən
E) Naryad-buraxılışa əsasən
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
74. Qaz qurğusu qəbul olunduqdan və şəbəkəyə qoşulduqdan sonra neçə gün müddətində
qazın alqı-satqısı barədə müqavilə bağlanmalıdır?
A) 1 gün ərzində
B) 2 gün ərzində
C) 3 gün ərzində
D) 5 gün ərzində
E) 10 gün ərzində
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
75. İstehlakçıya tələb edilən qazın həcmi necə müəyyən edilir?
A) Onun istismar etdiyi qaz qurğularının pasport göstəricisində maksimal saatlıq qaz
sərfinə uyğun
B) Onun istismar etdiyi qaz cihazlarının pasport göstəricisində nominal istilikvermə
əmsalına uyğun
C) Onun istifadə etdiyi qazın orta aylıq sayğac göstəricisinə uyğun
D) Aylıq sayğac göstəricisi götürülərək orta saatlıq qaz sərfi hesablanır
E) İstehlakçının tələb etdiyi rəqəm əsas götürülür
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
76. Müqaviləyə əsasən istehlakçı tərəfindən sərf olunmuş qazın miqdarı necə müəyyən
edilir?
A) Qaz işlədən cihazların ümumi sərfinə görə
B) Qaz borusunun diametrinə görə
C) Qaz işlədən cihazların pasportunda nəzərdə tutulmuş normalara görə
D) Sayğac göstəricisinə görə
E) Razılaşma protokoluna görə
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
77. Əhali abunəçiləri üçün qaz sayğacları kimin hesabına quraşdırılmalıdır?
A) Abunəçinin hesabına
B) Qaz paylayıcısının hesabına
C) İstehlakçının hesabına
D) Dövlət Qaz Nəzarəti İdarəsinin hesabına
E) Qaz nəzarəti idarəsinin hesabına
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
78. Sənaye qaz qurğuları üçün qaz sayğacları kimin hesabına quraşdırılır?
A) Qaz paylayıcısının hesabına
B) İstehlakçının hesabına
C) Dövlət hesabına
D) Dövlət Qaz Nəzarəti İdarəsinin hesabına
E) Qaz Nəzarəti İdarəsinin hesabına
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
79. Qaz sayğaclarının dövlət yoxlaması kimin hesabına həyata keçirilir?
A) İstehlakçının hesabına
B) Əhali abunəçiləri üçün dövlət hesabına, digər abunəçilər üçün öz hesablarına
C) Qaz paylayıcısının hesabına
D) Dövlət Qaz Nəzarəti İdarəsinin hesabına
E) Qaz Nəzarəti İdarəsinin hesabına
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
80. Məişət qaz sayğacları hansı hündürlükdə quraşdırılır?
A) Azı 1,5 metr
B) 1,6 metrədək
C) 1,6 – 1,8 metr
D) Maksimum 1,8 metr
E) 2 metrədək
Testin çətinlik dərəcəsi: orta
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
81. Qaz təsərrüfatında təbii qazın hansı əsas parametrləri ölçülür?
A) Təzyiq, sərfiyyat və istilikvermə əmsalı
B) Təzyiq, sərfiyyat və temperatur
C) Sərfiyyat və saat
D) Temperatur və təzyiq
E) Təzyiq və xüsusi çəki
Testin çətinlik dərəcəsi: orta
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
82. Qaz tənzimləyicinin təyinatı nədir?
A) Təzyiqin aşağı salınması yaxud artırılması
B) Təzyiqin sərfiyyata uyğun saxlanılması
C) Lazım gəldikdə qazın verilişinin dayandırılması
D) Təzyiqin aşağı salınması və tələb olunan səviyyədə saxlanılması
E) Qazın sərfinin azaldılması və lazımi səviyyədə saxlanması
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
83. Təzyiqin ölçü vahidləri hansılardır?
A) Barometr, manometr
B) Bar, paskal, atmosfer, mm su sütunu, mm civə sütunu və s.
C) Sərfiyyat, təzyiq və temperatur
D) Selsi, kelvin, farengeyt
E) m3, kqq/cm2, atm və s.
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
84. Qazın təzyiqi hansı cihaz vasitəsi ilə ölçülür?
A) Manometr
B) Barometr
C) Voltmetr
D) Ampermetr
E) Su sütunu
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov Bakı 2008
85. G-4 markalı qaz sayğacının minimal göstəricisi nə qədərdir?
A) saatlıq 0,4 m3
B) saatlıq 4 m3
C) 6 m3
D) 0,6 m3
E) 2,5 m3
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov Bakı 2008
86. G-6 markalı qaz sayğacının minimal göstəricisi nə qədərdir?
A) Saatlıq 4 m3
B) Saatlıq 0,6 m3
C) 6 m3
D) 0,4 m3
E) 10 m3
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov Bakı 2008
87. G-10 markalı qaz sayğacının minimal göstəricisi nə qədərdir?
A) Saatlıq 6 m3
B) Saatlıq 10 m3
C) Saatlıq 1 m3
D) 4 m3
E) 16 m3
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov Bakı 2008
88. G-4 markalı qaz sayğacının nominal göstəricisi nə qədərdir?
A) Saatlıq 2,5 m3
B) Saatlıq 4 m3
C) Saatlıq 6 m3
D) Saatlıq 0,4 m3
E) 0,6 m3
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov Bakı 2008
89. G-6 markalı qaz sayğacının nominal göstəricisi nə qədərdir?
A) Saatlıq 4 m3
B) Saatlıq 0,6 m3
C) Saatlıq 6 m3
D) Saatlıq 10 m3
E) Saatlıq 1 m3
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov Bakı 2008
90. G-10 markalı qaz sayğacının nominal göstəricisi nə qədərdir?
A) Saatlıq 4 m3
B) Saatlıq 6 m3
C) Saatlıq 10 m3
D) Saatlıq 16 m3
E) Saatlıq 1 m3
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov Bakı 2008
91. G-4 markalı qaz sayğacının maksimal göstəricisi nə qədərdir?
A) Saatlıq 4 m3
B) Saatlıq 6 m3
C) Saatlıq 10 m3
D) Saatlıq 0.4 m3
E) Saatlıq 0,6 m3
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov Bakı 2008
92. G-6 markalı qaz sayğacının maksimal göstəricisi nə qədərdir?
A) Saatlıq 4 m3
B) Saatlıq 6 m3
C) Saatlıq 10 m3
D) Saatlıq 0,6 m3
E) Saatlıq 60 m3
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov Bakı 2008
93. Hansı temperatur şkalaları vardır?
A) Selsi, dərəcə, temperatur
B) Atmosfer, dərəcə, selsi
C) İstilik, temperatur, dərəcə
D) Temperatur, sərfiyyat, təzyiq
E) Selsi, kelvin, farehgeyt, ryumer
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov Bakı 2008
94. Təbii qaz itkilərinin əmələ gəlmə səbələri hansılardır?
A) Qaz kəmərlərində sızmalar, korroziya halları
B) Qaz təchizatı sisteminin qeyri-mükəmməlliyi
C) Texnoloji itkilər, qəza halları zamanı havaya üfürülmə, oğurluq halları
D) Sızmalar, sayğaclarda qeyri-dəqiq uçot, qanunsuz istifadə halları, texnoloji itkilər
E) Təbii qazdan qeyri-qanuni istifadə halları, qaz kəmərlərinin avtomobillər tərəfindən
zədələnməsi zamanı əmələ gələn itkilər
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatının istismarı. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov Bakı 2008
95. Qaz təsərrüfatında xarakterik olan istehsalat zədələri hansılardır?
A) Zəhərlənmə, donvurma, günvurma
B) Donvurma, günvurma, sümüyün sınması
C) Zəhərlənmə, boğulma, sümük sınması və müxtəlif səbəblərdən ortaya çıxan xəstəliklər
D) Partlayışlar, yanmalar
E) Zəhərlənmə, yanıqlar, elektrik cərəyanından zədələr. Sümüyün sınması,
yerdəyişməsi
Testin çətinlik dərəcəsi: orta
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
96. Dəm qazından zəhərlənmə nədən əmələ gəlir?
A) Qazın tam yanmasından
B) Təbii qazın hisli yanmasından
C) Alov qirmizi yandıqda
D) Qazın natamam yanmasından
E) Qaz mavi rəngdə yandıqda
Testin çətinlik dərəcəsi: asan
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
97. Abonentlərlə qaz təsərrüfatında təbii qazdan təhlükəsiz istifadə qaydaları barədə
təlimat hansı müddətlərdə keçirilir?
A) Ayda 1 dəfə
B) 2 ayda 1 dəfə
C) 6 ayda 1 dəfə
D) 1 ildə 1 dəfə
E) Hər texniki baxış keçirilən vaxtda
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
98. Yaşayış yerlərində mənzillərə texniki baxış hansı müddətlərdə həyata keçirilməlidir?
A) Ayda 1 dəfə
B) 2 ayda 1 dəfə
C) 6 ayda 1 dəfə
D) 1 ildə 1 dəfə
E) 2 idə 1 dəfə
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
99. Zirzəmi tipli otaqlarda qaz cihazlarının quraşdırılmasına icazə verilirmi?
A) Havalandırma sistemi ilə təchiz olunduqda icazə verilir
B) Layihə-smeta sənədləri olduqda icazə verilir
C) Verilmir
D) Hər bir halda icazə verilir
E) Yalnız yaşayış mənzillərində verilir
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
100. Tüstü bacalarında sorma necə yoxlanılır?
A) Açıq alov və ya kağız vasitəsi ilə
B) Qazoanalizator vasitəsi ilə
C) Xüsusi cihazlar vasitəsi ilə
D) Yuxarıdan ağırlıq sallama vasitəsi ilə
E) Sökülərək baxmaqla
Testin çətinlik dərəcəsi: orta
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. SSRİ Dövlətdağnəzarəti 1979-cu il
101. Mənzildaxili kəmərlərdə qaz sızmalarının mövcudluğu hansı üsulla yoxlanılır?
A) Alov vasitəsi ilə
B) Sabun köpüyü yaxud qazoanalizatorla
C) Odorant qatmaqla
D) Sakit şəraitdə qulaq asmaqla
E) Kəmərə əlavə təzyiq verməklə
Testin çətinlik dərəcəsi: asan
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
102. Daşıyıcı qaz kəmərlərində qaz sızmalarının mövcudluğu hansı üsulla yoxlanılır?
A) Açıq alov vasitəsi ilə
B) Sabun köpüyü vasitəsi ilə
C) Qazoanalizator vasitəsi ilə
D) Odorant qatmaqla
E) Səsini dinləməklə, otların saralması, qarın rənginin dəyişməsindən bilmək olur
Testin çətinlik dərəcəsi: asan
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
103. Kimlərə təbii qazdan istifadə etmək qadağandır?
A) Məktəb yaşlı uşaqlara və əlillərə
B) Xüsusi təlim keçməmiş və müvafiq imtahan verməmiş şəxslərə
C) Xüsusi təlimat almamış şəxslərə
D) Məktəbəqədər yaşlı uşaqlara və əqli cəhətdən əlil, özünü idarə edə bilməyən şəxslərə
E) Təhlükəsizlik barədə təlimatlandırılmamış qaz təsərrüfatı işçilərinə
Testin çətinlik dərəcəsi: asan
İstinad: Qazdan istifadə qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
104. Qazın sərfiyyatı hansı cihazla ölçülür?
A) Manometrlə və barometrlə
B) Sayğacla
C) Qazoanalizatorla
D) ROC-larda sıxılma qurğusu ilə
E) Taxometrlə
Testin çətinlik dərəcəsi: asan
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
105. Fəhlələrin bilikləri neçə vaxtdan bir yoxlanılır?
A) Ayda 1 dəfə
B) İldə 1 dəfə
C) İldə 2 dəfə
D) 3 ildə 1 dəfə
E) 5 ildə 1 dəfə
Testin çətinlik dərəcəsi: asan
İstinad: Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə
dair 1000 sual-1000 cavab. Bakı- 2017
Dostları ilə paylaş: |