276
İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və
qazın alqı-satqı müqaviləsinin ləğvi
Qaz paylayıcısı bu “Qazdan istifadə Qaydaları”nın
tələblərinə
əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:
–
istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının
dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
–
təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş
verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
–
istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə
cavab vermədikdə;
–
qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla
müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı
tərəfindən
təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam
ödənilmədikdə;
–
qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda;
–
məhkəmənin qərarı ilə.
İstehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi
qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən
istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında
ödəyən
digər
istehlakçıların
hüquqlarının
pozulması
ilə
nəticələnməməlidir.
İstehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının
dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-
satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (“Qazdan istifadə
Qaydaları”nda nəzərdə tutulmuş xüsusi hal istisna olunmaqla)
barədə
qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü
müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya
qazın alqı-satqı müqaviləsinin ləğv
edilməsi barədə qərar qəbul
etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi
gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə
etdiyi qazın dəyərini ödəməlidir.
Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə,
əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi
günədək qazdan istifadəyə
görə olan borcunu ödəməli, qaz
paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin
arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi)
277
qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz
paylayıcısına 10 iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı
müraciət daxil olduğu gündən başlayaraq, 3
iş günü müddətində yeni
mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə
bağlanılmalıdır.
Qazlaşdırılmış
obyektin
mülkiyyətçisinin
(istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün
əsas deyildir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar
edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı
şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin
ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb
etməlidir. Qazın verilməsinin dayandırılmasına
səbəb olmuş hallar
aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra
1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa
edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər
bir halda (“Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş xüsusi hal
istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə
aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim
edilməlidir.
Dostları ilə paylaş: