280
qaz odluğu qurğularının və nizamlayıcı mexanizmlərin verilmiş iş rejimində
(buraxılma və istismarda) sınaqdan çıxarılması və sazlanması;
2.5. Nəzarət-ölçü cihazlarının sazlanması;
2.6. Qazanxana, çən və təmizləyici qurğuların qaz avadanlıqlarının təmiri üçün
qüsur siyahısının tərtib olunması;
2.7. Təbii qazdan istifadə edən abonentlərin fərdi həyətlərində, eləcə də
çoxmərtəbəli yaşayış binalarında olan qaz cihazlarına, sayğaclara və qaz xətlərinə,
onların üzərində yerləşən tıxac qurğuların–ventil və kranların sazlığına nəzarət
edilməsi, xidmət sahəsi üzrə tərtib edilmiş qrafikə uyğun olaraq qaz cihazlarına,
avadanlıqlara, qaz xətlərinə, kran və siyirtmələrə texniki baxışların keçirilməsi;
2.8. Binaların fasadından keçən qaz kəmərlərindən mənzillərə və otaqlara
ayrılan qaz xətlərinə vizual baxışın keçirilməsi, bağlayıcı qurğuların, qaynaq
birləşmələrin və yivlərin müvafiq qaydada yoxlanılması, aşkar olunan nasazlıq və ya
qaz sızmasının ləğv və bu barədə xidmət rəisinə və ya xidmət ustasına rəsmi
məlumatın təqdim edilməsinin təmin edilməsi;
2.9. Yaşayış evlərinə və çoxmərtəbəli yaşayış binalarına daxili qaz
avadanlıqlarına texniki baxışın və evdaxili qaz cihazlarının təhlükəsiz istifadə
qaydalarına dair abonentlərə il ərzində 2 dəfə təlimatın keçirilməsi və bu barədə
nəzarət kitabçalarında (jurnalda) müvafiq qeydlərin aparılması;
2.10. Qaz istismarı Sahəsinin rəsmi razılığı olmadan abonentlər tərəfindən qaz
cihazlarının, qaz xətlərinin yerinin dəyişdirilməsi, yeni qaz xəttinin çəkilməsi, yeni qaz
cihazlarının quraşdırılması, ləğv edilməsi və yerinin dəyişdirilməsi kimi hallara yol
verilməməsi və göstərilən faktların aşkar olunduğu təqdirdə bu haqda xidmət rəisinə
və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsinin təmin edilməsi;
2.11. Əsaslı təmir işləri aparılan, yaşayış olmayan (qonşuların imzası ilə akt
tərtib olunmalıdır) evlərdə profilaktiki baxış keçirilməsi zamanı dəfələrlə qapı
açmayan abonentlərin qaz xəttinin girəcəkdən (sayğacdan qabaq) bağlanması və bu
haqda xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsi;
2.12. Mənzillərdə quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi,
sayğaclara müdaxilə, sayğacların sоkülməsi, sındırılması, sayğaclara vurulmuş
plоmblara müdaxilə hallarına rast gəldikdə dərhal qaz təminatının dayandırılması və
bu haqda xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsi;
2.13. Təbii qazdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə
qoşulma və ya rezin borularla qoşulma hallarına rast gəldikdə qaz verilməsinin
dayandırılması və bu haqda xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın
təqdim edilməsi;
2.14. Abonentlərin mənzillərindən ayda bir dəfə olaraq vaxtlı-vaxtında sayğac
göstəricilərinin çıxarılması, “Abonent kitabçasında” qeyd edilməsi və reyestr
formasında imzalanaraq xidmət rəisinə təqdim edilməsinin təmin edilməsi;
2.15. Bildirişlərin vaxtlı-vaxtında abonentlərə təqdim edilməsi və istifadə
olunmuş qazın dəyər məbləğinin yalnız poçt və ya bank vasitəsilə ödənilməsinin təmin
edilməsi, bildirişlərin təqdim edilməsindən bir ay ərzində qazın dəyər məbləğinin
ödənilmədiyi təqdirdə, abonentlərə verilən qaz təminatının dayandırılması və bu haqda
xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsi.
Dostları ilə paylaş: