Qaz təsərrüfat obyektlərinin qazlaşdırılması üzrə layihə şöbəsi üzrə test tapşırıqları



Yüklə 107,6 Kb.
səhifə4/9
tarix29.11.2022
ölçüsü107,6 Kb.
#71083
1   2   3   4   5   6   7   8   9
Qaz t s rr fat obyektl rinin qazla d r lmas zr layih b si


Partlayışdan yaranan yüklər

  1. 1, 3, 5

  2. 1, 2, 3

  3. 1, 2, 4

  4. 1, 4, 5

  5. 2, 3, 4

Testin çətinlik dərəcəsi: asan
İstinad: N.H.Ağayev, M.Ə.Hacıyev Birmətəbəli sənaye binalarının metal konstruksiyaları. Bakı, 2014
164. Bina və qurğuların təbii sərvətlərdən səmərəli istifadə edilməsi hansı tələblərə aiddir?

  1. Funksional tələblər

  2. Texniki tələblər

  3. İnşaat tələbləri

  4. Ekoloji tələblər seh 70

  5. İqtisadi tələblər

Testin çətinlik dərəcəsi: asan
İstinad: А.С.Ильяшев, Ю.С.Тимянский, Ю.Н.Хромец Пособие по проектированию промышленных зданий. Москва, 1990г.
165. Kran yükləri hansı konstruksiya vasitəsilə çərçivəyə ötürülür?

  1. Fermanın dirsək milləri ilə

  2. Kranaltı tir ilə

  3. Proqonlar ilə

  4. Kran arabacığı ilə seh 393

  5. Divarlar vasitəsilə

Testin çətinlik dərəcəsi: orta
İstinad: N.H.Ağayev, M.Ə.Hacıyev Birmətəbəli sənaye binalarının metal konstruksiyaları. Bakı, 2014
166. Metal sütunun dayaq tavasının qalınlığı hansı şərtdən qəbul edilir?

  1. Anker boltlarının diametrindən

  2. Betonun əyilməsi şərtindən

  3. Tavanın sıxılması şərtindən

  4. Tavanın əyilməsi şərtindən

  5. Betonun əzilməsi şərtindən

Testin çətinlik dərəcəsi: çətin
İstinad: N.H.Ağayev, M.Ə.Hacıyev Birmətəbəli sənaye binalarının metal konstruksiyaları. Bakı, 2014
167. Sənaye binasında rabitələrin əsas vəzifəsi nədən ibarətdir?

  1. Sütunların hesabi uzunluğunu artırmaq

  2. Proqonların əyintisinin qarşını almaq

  3. Qurğunun həndəsi dəyişməzliyini təmin etmək she 18

  4. Qapı və pəncərə boşluqlarını bərkitmək

  5. Divar panellərini saxlamaq

Testin çətinlik dərəcəsi: orta
İstinad: N.H.Ağayev, M.Ə.Hacıyev Birmətəbəli sənaye binalarının metal konstruksiyaları. Bakı, 2014
168. Sənaye binasında rabitələr əsasən hansı konstruksiyalar arasında verilir?

  1. Sütunlar

  2. Proqonlar

  3. Fermalar

  4. Döşəmə tirləri

  5. Bünövrə tirləri

  1. 1, 3

  2. 2, 5

  3. 3, 4

  4. 4, 5

  5. 1, 5

Testin çətinlik dərəcəsi: orta
İstinad: N.H.Ağayev, M.Ə.Hacıyev Birmətəbəli sənaye binalarının metal konstruksiyaları. Bakı, 2014
169. Hündür bina və qurğularda hansı yük əsas rol oynayır?

  1. Külək yükü

  2. Temperatur yükü

  3. Avadanlıqların çəkisindən düşən yük

  4. Qar yükü

  5. Konstruksiyanın çəkisindən düşən yük

Testin çətinlik dərəcəsi: asan
İstinad: A.Ə.Səmədov, A.N.Yusifov, L.M.Zeynalov. Metal konstruksiyaların layihələndirilməsi. Bakı, 1991
170. Qazholderlərin təyinatı nədir?

  1. Dənəvər materialları saxlamaq

  2. Qazı saxlamaq və qarışdırmaq

  3. Gübrə saxlamaq

  4. Yığılmış qazların təzyiqini sabitləşdirmək

  5. Qazları bir yerə yığmaq və təzyiqini artırmaq

Testin çətinlik dərəcəsi: asan
İstinad: A.Ə.Səmədov, A.N.Yusifov, L.M.Zeynalov. Metal konstruksiyaların layihələndirilməsi. Bakı, 1991
171. Bunker və siloların təyinatı nədir?

  1. Qazları saxlamaq və nəql etmək

  2. Maye maddələri saxlamaq və qarışdırmaq

  3. Xam nefti saxlamaq və nəql etmək

  4. Su ehtiyatını təmin etmək

  5. Dənəvər materialları saxlamaq və boşaltmaq

Testin çətinlik dərəcəsi: asan
İstinad: A.Ə.Səmədov, A.N.Yusifov, L.M.Zeynalov. Metal konstruksiyaların layihələndirilməsi. Bakı, 1991

172. Hansılar massiv qurğulara aiddir?



  1. İstinad divarları seh 8

  2. Nazik tağ tavanlar

  3. Çənlər

  4. Fermalar

  5. Tirlər üzərində oturan tavalar

Testin çətinlik dərəcəsi: orta
İstinad: Ə.M.İsayev, H.H.Məmmədsadıqov. İnşaat mexanikası. Bakı -2010
173. Hansılar nazik elementli qurğulara aiddir?

  1. Şaquli rabitələrlə əlaqələndirilmiş çərçivələr

  2. Ensiz daş körpülər

  3. Özüllər

  4. Tirlər üzərində oturan fermalar

  5. Tirlər üzərində oturan tavalar seh8

Testin çətinlik dərəcəsi: orta
İstinad: Ə.M.İsayev, H.H.Məmmədsadıqov. İnşaat mexanikası. Bakı -2010
174. Hansılar millərdən təşkil olunmuş qurğulara aiddir?

  1. Fermalar seh 8-9

  2. Bəndlər

  3. Xarici divar panelləri -

  4. Kümbəzlər

  5. Gəmi gövdələri

Testin çətinlik dərəcəsi: orta
İstinad: Ə.M.İsayev, H.H.Məmmədsadıqov. İnşaat mexanikası. Bakı -2010
175. Metal sütunun dayaq düyünündə yaranan əyici momentləri qəbul etmək üçün sütun və dayaq lövhəsini əlaqələndirən metal vərəqlər necə adlanır?

  1. Şaquli rabitə millləri

  2. Anker boltları

  3. Sərtlik qabırğaları

  4. Düyün lövhəsi -

  5. Traverslər

Testin çətinlik dərəcəsi: çətin
İstinad: A.Ə.Səmədov, A.N.Yusifov, L.M.Zeynalov. Metal konstruksiyaların layihələndirilməsi. Bakı, 1991
176. Layihənin baş mühəndisi öz fəaliyyətində nələri rəhbər tutmalıdır?

  1. Nazirlər kabinetinin göstərişlərini

  2. Podratçı təşkilatın göstərişlərini

  3. Dövlət nəzarəti orqanlarının normativ sənədlərini

  4. Mühəndis konstruktorların göstərişlərini

  1. 1, 3

  2. 1, 4

  3. 2, 3

  4. 3, 4 insanlartı

  5. 2, 4

Testin çətinlik dərəcəsi: orta
İstinad: СНиП-1.06.04-85; AzDTN 1.5 -4

177. İstehsalat və mədəni məişət binalarında yanğın zamanı ən vacib məsələ hansıdır?



  1. Qapı və pəncərələri açmaqla havalandırmanı təmin etmək

  2. İnsanları və qiymətli əşyaları sanitar qovşaqların ətrafına toplamaq

  3. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına yardım etmək

  4. İnsanlara əleyhqaz paylamaq

  5. İnsanları və qiymətli əşyaları yanğın sahəsindən köçürmək

Testin çətinlik dərəcəsi: orta
İstinad: F.Ə.Əliyev, Ü.C.Orucov. Əmək mühafizəsinin hüquqi məsələləri. Gəncə - 2001

178. Üstü örtülən işlər dedikdə nə başa düşülür?



  1. Tikintinin növbəti mərhələlərində naturada yoxlanması tam və ya qismən mümkün olmayan iş növləri

  2. Bünövrənin əks doldurulması prosesi

  3. Əmək haqqı tam ödənmiş işlərin siyahısı

  4. Dam konstruksiyası olan binalarda görülən işlər

  5. Tikintinin mərhələsindən asılı olmayaraq təhvil verilmiş və naturada yoxlanması hər zaman mümkün olan işlər

Testin çətinlik dərəcəsi: asan
İstinad: Tikinti təşkili. AzDTN 1.6 -2
179. Tikinti fəaliyyətinin subyektləri kimlərdir?

  1. Fövqəladə hallar nazirliyi

  2. Podratçı

  3. Ekologiya nazirliyi

  4. Layihəçi

  5. Sifarişçi

  6. Yanğın idarəsi

  7. Arxitektura komitəsi

  1. 1, 3, 6

  2. 3, 6, 7

  3. 1, 5, 7

  4. 2, 4, 5

  5. 1, 4, 7

Testin çətinlik dərəcəsi: orta
İstinad: Tikinti təşkili. AzDTN 1.6 -2
180. Tikinti fəaliyyətinin subyektləri tikintiyə görə fərdi məsuliyyət daşıyan şəxsləri sərəncam verici sənədlər əsasında təyin edirlər:

  1. Sifarişçi –Tikintiyə müəllif nəzarətçisini

  2. Podratçı –İş icraçısını

  3. Sifarişçi – İş icraçısını

  4. Layihəçi – Texniki nəzarətçini

  5. Podratçı - Tikintiyə müəllif nəzarətçisini

Testin çətinlik dərəcəsi: orta
İstinad: Tikinti təşkili. AzDTN 1.6 -2
181. Tikinti istehsalının son məhsulu nədir?

  1. Ətrafında abadlıq işləri görülmüş bina və ya qurğu

  2. Dam örtüyü vurulmuş bina və ya qurğu

  3. Növbəti mərhələsi təmir işləri olan bina və ya qurğu

  4. Dəmir-beton işləri bitmiş bina

  5. İstismara tam hazır olan bina və ya qurğu seh 7

Testin çətinlik dərəcəsi: asan
İstinad: M.Salahov, Ə.Bələgözov. Tikinti proseslərinin texnologiyası. Bakı, 2006
182. İstilik qatlı qəliblərdən nə üçün istifadə olunur?

  1. Betona istilik verilməsi üçün

  2. Betonun tez qurumasını təmin etmək üçün -

  3. Betonu soyutmaq üçün

  4. Betonu temperaturdan izolyasiya etmək üçün seh384

  5. Qəlibi daha tez sökmək üçün

Testin çətinlik dərəcəsi: orta
İstinad: M.Salahov, Ə.Bələgözov. Tikinti proseslərinin texnologiyası. Bakı, 2006
183. Sürüşən qəliblərin digər qəliblərdən əsas fərqi nədir?

  1. Növbəti mərhələ üçün sökülüb yenidən qurulmasının asan olması

  2. İstənilən formalı konstruksiyaların betonlanmasında istifadəsi

  3. Betonlanmanın axınabənzər üsulla aparılması seh386

  4. Qısa zaman ərzində müxtəlif ölçüləri alması

  5. Qurulmasının çox ucuz başa gəlməsi

Testin çətinlik dərəcəsi: orta
İstinad: M.Salahov, Ə.Bələgözov. Tikinti proseslərinin texnologiyası. Bakı, 2006
184. Özülün qrunt əsasla görüşən müstəvisi necə adlanır?

  1. Özül dabanı

  2. Özül xətti

  3. Özül səviyyəsi

  4. Özül tiri

  5. Üst qrunt

Testin çətinlik dərəcəsi: orta
İstinad: M.Salahov, Ə.Bələgözov. Tikinti proseslərinin texnologiyası. Bakı, 2006
185. Özül dabanından aşağıda yerləşən və özüldən qurğunun ağırlığını qəbul edən qrunt necə adlanır?

  1. Tökmə qrunt

  2. Qaya qrunt

  3. Çökən qrunt

  4. Əsas

  5. Sərt qrunt

Testin çətinlik dərəcəsi: orta
İstinad: M.Salahov, Ə.Bələgözov. Tikinti proseslərinin texnologiyası. Bakı, 2006
186. Qurğu tikilənə qədər tikinti meydançasının qruntu dəyişdirilmirsə bu əsas necə adlanır?

  1. Süni əsas

  2. Təbii əsas

  3. Zəif əsas

  4. Bərk əsas

  5. Sabit əsas

Testin çətinlik dərəcəsi: çətin
İstinad: M.Salahov, Ə.Bələgözov. Tikinti proseslərinin texnologiyası. Bakı, 2006

187. Qruntların silikat məhlulu verərək möhkəmləndirilməsi hansı üsula aiddir?



  1. Texnoloji

  2. Fiziki

  3. Kimyəvi

  4. Mexaniki

  5. Fiziki-kimyəvi

Testin çətinlik dərəcəsi: orta
İstinad: M.Salahov, Ə.Bələgözov. Tikinti proseslərinin texnologiyası. Bakı, 2006

188. Hansı hallarda bina və qurğularda burulma fırlanma deformasiyası yaranır?



  1. Bina və ya qurğu simmetrik olmadıqda

  2. Bina və ya qurğu simmetrik olduqda

  3. Sərtlik mərkəzi ilə ağırlıq mərkəzi üst-üstə düşdükdə

  4. Sərtlik mərkəzi ilə ağırlıq mərkəzi üst-üstə düşmədikdə

  5. Binanın ağırlıq mərkəzi simmetriya oxunun üzərinə düşdükdə

Testin çətinlik dərəcəsi: orta
İstinad: AzDTN 2.3-1 (Seysmik rayonlarda tikinti)
189. Müayinə zamanı betonun möhkəmliyini hansı cihazla təyin edirlər ?

  1. Kaşkarovun etalon çəkici ilə

  2. Manometrlə

  3. Dinamometrlə -----

  4. Akseloqramla

  5. Kəsik konusla

Testin çətinlik dərəcəsi: asan
İstinad: M.Salahov, Ə.Bələgözov. Tikinti proseslərinin texnologiyası. Bakı, 2006
190. Kaşkarovun etalon çəkici ilə betonun hansı möhkəmliyi təyin edilir ?

  1. Sıxılmada möhkəmliyi

  2. Əyilmədə möhkəmliyi

C) Kub möhkəmliyi

  1. Prizmatik möhkəmliyi

  2. Kəsilmədə möhkəmliyi

Testin çətinlik dərəcəsi: orta
İstinad: M.Salahov, Ə.Bələgözov. Tikinti proseslərinin texnologiyası. Bakı, 2006
191. İdarəetmə metodlarına aiddir?

  1. İnzibati

  2. Mənəvi

  3. İqtisadi

  4. Maddi

  5. Yazılı

  6. Sosial psixoloji

  7. Şifahi

  1. 1, 3, 6

  2. 2, 4, 6

  3. 1, 5, 7

  4. 2, 3, 4

  5. 3, 5, 7

Testin çətinlik dərəcəsi: çətin
İstinad: T.Abdullayev. Tikinti istehsalatının təşkili və idarə edilməsi. Bakı, 2004
192. Aşağıdakılardan hansı idarəetmənin təşkilati strukturuna aiddir?

  1. Üfüqi

  2. Xətti

  3. Funksional

  4. Funksional-qərərgah

  5. Qarışıq

  6. Şaquli

  1. 1, 3, 4

  2. 1, 2, 6

  3. 1, 5, 6

  4. 2, 5, 6

  5. 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin
İstinad: T.Abdullayev. Tikinti istehsalatının təşkili və idarə edilməsi. Bakı, 2004
193. Tikinti istehsalatının planlaşdırılması nə üçün lazımdır ?

  1. Tikintini keyfiyyətlə və ardıcıl tikmək üçün

  2. Tikintini vaxtından əvvəl tikmək üçün

  3. İşlərin fasiləsiz və ritmli yerinə yetirilməsini təmin edən idarəetmə üçün

  4. Maşın, mal-material təchizatı üçün

  5. İşləri keyfiyyətli, ritmli və ardıcıl olaraq vaxtından əvvəl təhvil vermək üçün

Testin çətinlik dərəcəsi: çətin
İstinad: T.Abdullayev. Tikinti istehsalatının təşkili və idarə edilməsi. Bakı, 2004
194. Binalarda yerləşməsinə görə divarlar hansı növlərə ayrılır?

  1. Daxili və xarici divarlar

  2. Asma və dirək tipli divarlar

  3. Asma və yükdaşıyan divarlar

  4. Soyuq və isti divarlar

  5. Uzununa və eninə divarlar

Testin çətinlik dərəcəsi: asan
İstinad: V.H.Muradov. Mülki binaların memarlıq konstruksiyaları. Bakı-2013
195. 50 kq -dan 500 kq –a qədər yüklərin yüklənməsi və boşaldılması zamanı aşağıda göstərilən hansı vasitələrdən istifadə etmək olmaz?

  1. Diyirlədicilərdən

  2. Bloklardan

  3. Bir işçinin əl əməyindən

  4. Tallardan

  5. Bucurqadlardan

Testin çətinlik dərəcəsi: asan
İstinad: M.Salahov, Ə.Bələgözov. Tikinti proseslərinin texnologiyası. Bakı, 2006
196. Sahəsi 40 m2 olan 15 sm qalınlığında örtük tavasına sərf edilən betonun həcmi nə qədərdir? A) 9,0 m3

  1. 24,0 m3

  2. 12,0 m3

  3. 3,0 m3

  4. 6,0 m3

Testin çətinlik dərəcəsi: çətin
İstinad: H. Artıkoğlu, X. Məhəmmədoğlu. Dəmir-Beton elementlərin hesablanması. Bakı 2005
197. Qazın odarizasiyası hansı məqsədlə aparılır?

  1. Qaz sızmaları baş verdikdə tez aşkar etmək

  2. Zərərli qarışıqlardan təmizləmək

  3. Qazın qurudulması

  4. Qazın nəmliyinin azaldılması

  5. Qazın sıxlığının azaldılması

Testin çətinlik dərəcəsi: orta
İstinad: H.F.Mirələmov, Q.Q.İsmayılov.Neftin və qazın boru kəmərləri ilə nəqli.Bakı, 2010

198. Tikintiyə icazə əsasında yeni bina və qurğuların inşası, mövcud tikinti obyektlərinin yenidən qurulması və sökülməsi, eləcə də ərazilərin abadlaşdırılması və mühəndis hazırlığı necə adlanır?



  1. Tikinti obyektləri

  2. Tikililər sahəsi

  3. Layihə obyektləri

  4. İnşaat sahəsi

  5. İnşaat obyektləri

İstinad: İstinad: AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Bakı – 2016
199. Tikinti obyektlərinin qırmızı xətdən və ya torpaq sahəsinin sərhəddindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq yerləşdirilmə xətləri necə adlanır?

  1. Tənzimləmə xətləri

  2. İstiqamətləndirici xətlər

  3. Keçid xətləri

  4. Kollektor xətləri

  5. Ayırıcı xətlər

İstinad: İstinad: AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Bakı – 2016
200. Hidrotexniki qurğular dedikdə nə başa düşülür?

  1. Keçidlər və aşırımlar

  2. Su ilə təmasda olan qurğular +

  3. Körpülər və keçidlər

  4. Tünellər və panton

  5. Asma qurğular

İstinad: İstinad: Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
201. Hansı qabaqlayıcı tədbirlər görülməlidir ki, çoxaşırımlı tiri hesablamaq mümkün olsun?

  1. Tirlərin sayını azaltmaq

  2. Dayaqların sayını azaltmaq

  3. Aralıq seksiyanı ayırmaq

  4. Dayaq milləri artırmaq

  5. Model sxemi qurmaq

İstinad: İstinad: Yüklər və Təsirlər. Layihələndirmə Normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli
02№-li qərarı ilə təsdiq edilmişdir

202. Layihə smeta sənədləri nədir?



  1. Sifarişçi imzaladığı sənədlər toplusu

  2. Cizgi vərəqələrini özündə birləşdirən sənəd

  3. Tikiləcək tikintinin izahını özündə əks etdirən sənəd

  4. Tikintinin texnoloji-iqtisadi göstəricilərlə əsaslanmış qrafiki və izahlı toplusu

  5. Tikiləcək tikintinin cizgilərini özündə əks etdirən sənədlər toplusu

İstinad: İstinad: Azәrbaycan Respublikasının şәhәrsalma vә tikinti mәcәllәsi. 06 sentyabr 2012


203. Hansı ardıcıllıqla üç oynaqlı tağın oxu götürülür?

  1. Dairə, parabola və hiperbola şəklində

  2. Parabola, hiperbola və dairə şəklində

  3. Oval və ya ellips şəklində

  4. Sınıq ox və ştrix şəklində

  5. Parabola, çevrə qövsü, ellips və hiperbola

İstinad: İstinad: Yüklər və Təsirlər. Layihələndirmə Normaları. Azərbaycan Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli
02№-li qərarı ilə təsdiq edilmişdir
204. Tikinti quraşdırma sahəsində plan hansı müddət üçün hazırlanır və təsdiq edilir?

  1. Bir il üçün

  2. Üç il üçün

  3. Beş il üçün

  4. On il üçün

  5. İyirmi beş il üçün

İstinad: İstinad: AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Bakı – 2016
205. Strukturunda dəyişikliklər baş verməməklə xarici təsirlərdən və bəzi hallarda qruntun çəkisindən qrunt əsasın deformasiyasının şaquli toplananı necə adlanır?

  1. Deformasiya

  2. Dağıntı

  3. Çökmə

  4. Yatma

  5. Uçqun

İstinad: İstinad: Bina və qurğuların qrunt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02№-li qərarı ilə təsdiq edilmişdir.
206. Dabanın qoyulma dərinliyi qruntun iqlim donma hesablama dərinliyindən çox olan bünövrə necə adlanır?

  1. Çox dərinləşdirilmiş bünövrə

  2. Az dərinləşdirilmiş bünövrə

  3. Donmuş bünövrə

  4. Donmamış bünövrə

  5. Ehtiyata götürülmüş bünövrə

İstinad: İstinad: Bina və qurğuların qrunt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02№-li qərarı ilə təsdiq edilmişdir

207. Xarici yüklərdən, qruntun xüsusi çəkisindən, strukturunda köklü dəyişikliklər olmaqla qrunt əsasın deformasiyasının şaquli toplananı necə adlanır?



  1. Deformasiyalar

  2. Dağıntılar

  3. Çökmələr

  4. Batmalar

  5. Uçqunlar

İstinad: İstinad: Bina və qurğuların qrunt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02№-li qərarı ilə təsdiq edilmişdir.
208. Hündürlüyü 100 m-dən çox olan qurğular necə adlanır?

  1. Unikal qurğular

  2. Yüksək binalar

  3. Hündür binalar

  4. Hündür qurğular

  5. Yüksək qurğular

İstinad: İstinad: Bina və qurğuların qrunt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02№-li qərarı ilə təsdiq edilmişdir.
209. Bina və qurğularla bilavasitə qarşılıqlı təsirdə olan yer qabığının üst hissəsini təşkil edən və dispers cisim olan süxurlar necə adlanır?

  1. Məhlul

  2. Qrunt

  3. Gilcə

  4. Qumca

  5. Gil və qumun qarışığı

İstinad: İstinad: Bina və qurğuların qrunt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02№-li qərarı ilə təsdiq edilmişdir.
210. Qarışıq qruntlarda qum hissəcikləri çoxluq təşkil edərsə, qrunt necə adlanır?

  1. Məhlul

  2. Qrunt

  3. Gilcə

  4. Qumca seh 3

  5. Gil və qumun qarışığı

İstinad: İstinad: Bina və qurğuların qrunt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02№-li qərarı ilə təsdiq edilmişdir.
211. Qrunt əsasları hansı qrup həddi hallarda hesablanmalıdır?

  1. Ağırlıq və deformasiya

  2. Ağırlıq və yükdaşıma

  3. Sıxlıq və nəmlilik

  4. Nəmlilik və keçiricilik

  5. Yükdaşıma və deformasiya

İstinad: İstinad: Bina və qurğuların qrunt əsasları. Layihələndirmə normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02№-li qərarı ilə təsdiq edilmişdir.

212. Tikinti layihəsinin ekspertizadan keçirilməsi üçün hansı rəhbər sənəd olmalıdır və neçə nüsxə hazırlanır?



  1. Ekspert rəyi, 4 nüsxə

  2. Ekspert rəyi, 3 nüsxə

  3. Komissiya rəyi, 5 nüsxə

  4. Komissiya aktı, 4 nüsxə

  5. Ekspert rəyi, 5 nüsxə

İstinad: İstinad: Tikinti layihələrinin ekspertizadan keçirilməsi QAYDALARI - Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
213. Sənədlər Dövlət orqanlarına təqdim edildikdə, hansı müddətə onlar xüsusi kitabda qeyd edilməklə baxılmalıdır?

  1. 3 gün müddətində

  2. 5 gün müddətində

  3. 10 gün müddətində

  4. 15 gün müddətində

  5. 20 gün müddətində

İstinad: İstinad: Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması QAYDALARI - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR.
214. Tikinti layihələrinin ekspertizası hansı müddət ərzində icra edilir?

  1. 20 gün müddətində

  2. 25 gün müddətində

  3. 30 gün müddətində

  4. 35 gün müddətində

  5. 40 gün müddətində

İstinad: İstinad: Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları - Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
215. Hansı müddətdə quyu tikintisi üzrə layihə, tikinti quraşdırma işlərinin aparılması təsdiqlənməli və icraçılara təqdim olunmalıdır?

  1. 58 gün ərzində

  2. 60 gün ərzində

  3. 62 gün ərzində

  4. 64 gün ərzində

  5. 65 gün ərzində

İstinad: İstinad: “Dənizdə Neft və qaz quyularının tikintisinin vahid texniki Qaydaları” Bakı – 1998
216. Hansı miqyasda istismarda olan qurğuların ərazi üzrə yerləşməsi və əməkdaşların bölgü sahələri üzrə baş plan tərtib edilir?

  1. 1:100

  2. 1:1000

  3. 1:5000

  4. 1:10000

  5. 1:20000

İstinad: İstinad: Xəzər Dənizində Neftqazmədən Hidrotexniki Qurğularının istismarı Bakı –
2010 (MS 1669347-13-2009)
217. Tikinti obyektlərinə xarici təsirlər (konstruksiyaların, avadanlıqların, qar yığılmalarının, insanların və bu kimi digər amillərin çəkiləri) necə adlanır?

  1. Təsirlər

  2. Yüklər

  3. Külək dalğaları

  4. Fırtınalar

  5. İqlim

İstinad: İstinad: Yüklər və Təsirlər. Layihələndirmə Normaları. Azərbaycan Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli
02№-li qərarı ilə təsdiq edilmişdir

218. Sərbəstlik dərəcəsi dedikdə nə başa düşülür?



  1. Qurğunun müstəvi üzərində vəziyyətini müəyyən edən həndəsi parametrlərinin maksimum miqdarı

  2. Qurğunu birləşdirən dayaqların həndəsi parametrləri

  3. Qurğunun müstəvi üzərində həndəsi parametrlərinin minimum miqdarı seh18 2.2

  4. Qurğunun hərəkət istiqamətləri

  5. Qurğunun elementlərinin həndəsi parametrləri kra

İstinad: İstinad: Yüklər və Təsirlər. Layihələndirmə Normaları. Azərbaycan Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli
02№-li qərarı ilə təsdiq edilmişdir
219. Qurğuların həndəsi ölçülərinə görə hansı növləri mövcuddur?

  1. Elastik, nazik elementli və millərdən təşkil olunmuş

  2. Massiv, həcmi və nazik elementli

  3. Həcmi, nazik elementli və millərdən təşkil olunmuş

  4. Massiv, nazik elementli və millərdən təşkil olunmuş

  5. Asma, massiv, elastik və həcmi

İstinad: İstinad: Yüklər və Təsirlər. Layihələndirmə Normaları. Azərbaycan Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli
02№-li qərarı ilə təsdiq edilmişdir
220. Tikinti obyektinin istismar müddətində konstruksiyaların həndəsi ölçülərindən, eləcə də qruntun kütləsi və təzyiqindən asılı olaraq təsir edən yüklər necə adlanır?

  1. Yüklər

  2. Uzunmüddətli yüklər

  3. Qısamüddətli yüklər

  4. Xüsusi yüklər

  5. Daimi yüklər

İstinad: İstinad: Yüklər və Təsirlər. Layihələndirmə Normaları. Azərbaycan Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli
02№-li qərarı ilə təsdiq edilmişdir
221. Tikinti obyektinin hesablama istismar müddətində (yüklərin hesablama qiymətlərinin dəyişməsi onların orta qiymətlərinə nisbətdə nəzərə alınmaz dərəcədə az olduqda) təsir edən yüklər necə adlanır?

  1. Yüklər

  2. Uzunmüddətli yüklər

  3. Qısamüddətli yüklər

  4. Xüsusi yüklər

  5. Daimi yüklər

İstinad: İstinad: Yüklər və Təsirlər. Layihələndirmə Normaları. Azərbaycan Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli
02№-li qərarı ilə təsdiq edilmişdir
222. Hesablama qiymətlərinin təsir müddəti qurğuların istismar müddətindən əhəmiyyətli dərəcədə az müddətdə təsir edən yüklər necə adlanır?

  1. Yüklər

  2. Uzunmüddətli yüklər

  3. Qısamüddətli yüklər

  4. Xüsusi yüklər

  5. Daimi yüklər

İstinad: İstinad: Yüklər və Təsirlər. Layihələndirmə Normaları. Azərbaycan Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli
02№-li qərarı ilə təsdiq edilmişdir
223. Fəlakətli nəticələrlə müşayiət olunacaq qəza vəziyyəti yarada biləcək mümkün yük və təsirlər necə adlanır?

  1. Yüklər

  2. Uzunmüddətli yüklər

  3. Qısamüddətli yüklər

  4. Xüsusi yüklər

  5. Daimi yüklər

İstinad: İstinad: Yüklər və Təsirlər. Layihələndirmə Normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli
02№-li qərarı ilə təsdiq edilmişdir
224. Obyektin layihələndirilməsində istifadə olunan yüklərin mümkün olan ən əlverişsiz kombinasiyaları necə adlanır?

  1. Yüklərin hesablama birləşmələri

  2. Uzunmüddətli yüklər

  3. Qısamüddətli yüklər

  4. Xüsusi yüklər

  5. Yüklərin hesablama qiymətləri

İstinad: İstinad: Yüklər və Təsirlər. Layihələndirmə Normaları. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02№-li qərarı ilə təsdiq edilmişdir
225. Obyektin istismar müddəti ərzində yüklərin həddi (maksimum və ya minimum) qiymətləri necə adlanır?

  1. Xüsusi yüklərin qiymətləri

  2. Uzunmüddətli yüklərin qiymətləri

  3. Qısamüddətli yüklərin qiymətləri

  4. Yüklərin hesablama birləşmələri

  5. Yüklərin hesablama qiymətləri

İstinad: İstinad: Yüklər və Təsirlər. Layihələndirmə Normaları. Azərbaycan Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli
02№-li qərarı ilə təsdiq edilmişdir
226. Konstruksiya və qrunt əsasların, eləcə də qurğuların seysmik rayonlarda layihələndirilməsi normalarında nəzərdə tutulmuş hallar istisna olmaqla xüsusi yük birləşmələri üçün bütün qısamüddətli yüklərin yük birləşmə əmsalının qiyməti neçəyə bərabər qəbul edilir?

  1. 0.2

  2. 0.4

  3. 0.6

  4. 0.8

  5. 1.0

İstinad: İstinad: Yüklər və Təsirlər. Layihələndirmə Normaları. Azərbaycan Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli
02№-li qərarı ilə təsdiq edilmişdir
227. İşçilərə ilkin təlimatı kim keçir?

  1. Əməyin mühafizə şöbəsinin mühəndisi

  2. Əməyin mühafizəsi şöbəsinin rəisi

  3. Sahə və ya işin rəhbəri

  4. Həmkarlar ittifaqı komitəsinin sədri

  5. Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan
İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127
228. İşçilərə ilkin təlimat harda keçirilir?

  1. Baş mühəndisin yanında

  2. İşçinin göndərildiyi sahədə

  3. Həmkarlar ittifaqı komitəsində

  4. Əməyin mühafizəsi otağında

  5. Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan
İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127
229. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

  1. Təkrar təlimat

  2. İlkin təlimat

  3. Növbədənkənar təlimat

  4. Birdəfəlik təlimat

  5. Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan
İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127
230. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

  1. İlkin, giriş və növbədənkənar

  2. İlkin, vaxtaşırı, növbədənkənar və birdəfəlik

  3. Giriş, vaxtaşırı, birdəfəlik və növbədənkənar

  4. Giriş, vaxtaşırı və növbədənkənar

  5. Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənkənar

Testin çətinlik dərəcəsi: asan
İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456
231. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

  1. 8 saatdan artıq olmamalıdır

  2. 10 saatdan artıq olmamalıdır

  3. 7 saatdan artıq olmamalıdır

  4. 5 saatdan artıq olmamalıdır

  5. E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta
İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233
232. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

  1. 40 saatdan artıq olmamalıdır

  2. 35 saatdan artıq olmamalıdır

  3. 36 saatdan artıq olmamalıdır

  4. 33 saatdan artıq olmamalıdır

  5. 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta
İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233
233. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

  1. Kimyəvi, bioloji və psixofizioloji

  2. Sosioloji, kimyəvi, bioloji və psixofizioloji

  3. Bioloji və psixofizioloji

  4. Fiziki və kimyəvi və psixofizioloji

  5. Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta
İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456
234. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

  1. İki ildə bir dəfədən az olmayaraq

  2. Dörd ildə bir dəfədən az olmayaraq

  3. Üç ildə bir dəfədən az olmayaraq

  4. Beş ildə birdəfədən az olmayaraq

  5. İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456
235. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

  1. 25 kq-dan artıq olmamalıdır

  2. 15 kq-dan artıq olmamalıdır

  3. 30 kq-dan artıq olmamalıdır

  4. 50 kq-dan artıq olmamalıdır

E) 10 kq-dan artıq olmamalıdır
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526
236. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

  1. 80 metrdən artıq olduqda

  2. 40 metrdən artıq olduqda

  3. 60 metrdən artıq olduqda

  4. 100 metrdən artıq olduqda E) 120 metrdən artıq olduqd

Testin çətinlik dərəcəsi: çətin
İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526
237. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

  1. Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 mdən çox olmadıqda

  2. Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

  3. Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 mdən çox olmadıqda

  4. Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

  5. Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 mdən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin
İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526
238. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

  1. 2 metrdən az olmamalıdır

  2. 3 metrdən az olmamalıdır

  3. 4 metrdən az olmamalıdır

  4. 1 metrdən az olmamalıdır

  5. 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta
İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127
239. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

  1. Dezaktivasiya vasitələri

  2. Səsboğan

  3. İzoləedici örtüklər və qurğular

  4. Hermetikləşdirici qurğu

  5. İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500
240. Yer səthindən 2 metrdən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

  1. Rezin əlcəkdən

  2. Xüsusi çəkmələrdən

  3. Qulaqcıqdan

  4. Eynəkdən

  5. Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500
241. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

  1. Şlanqlı əleyhqazlardan

  2. Süzgəcli əleyhqazlar və qulaqcıqlardan

  3. Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən

  4. Resperatorlar, əleyhqazlar və eynəkdən

  5. Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta
İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008
242. Günvurma nə vaxt baş verir?

  1. Günəşli havada gün şüalarının altında olduqda

  2. Yayda kölgəlikdə çox durduqda

  3. Isti otaqda çox qaldıqda


  4. Yüklə 107,6 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin