Qazlar. Qazların ümumi xassələri. Qazın təzyiqi və qazın təzyiqinin ölçülməsi. Sadə qaz qanunları

Yüklə 1,57 Mb.
səhifə1/10
tarix31.01.2023
ölçüsü1,57 Mb.
#82041
  1   2   3   4   5   6   7   8   9   10
qazlar

Qazlar. Qazların ümumi xassələri. Qazın təzyiqi və qazın təzyiqinin ölçülməsi. Sadə qaz qanunları.

Əgər velosiped təkəri həddindən çox hava ilə doldurularsa partlaya bilər və ya aerozol balonunun oda atılması çox təhlükəlidir. Heliumla şişirdilmiş şar yerə düşmür, əksinə havaya qalxır. Qazlarla bağlı baş verən bu kimi hadisələr bu bölmədə öz əksini tapacaq. Hava ilə çox doldurulan təkərin partlaması, aerozol balonunun atəşlə təmasının təhlükəli olması, helium şarının havaya qalxması təzyiqə, temperatura, sıxlığa, həcmə və ya qazın miqdarına əsaslanır. Havadan yüngül şarların yuxarı qalxmasının və ya quru buzdan ayrılan karbon qazının aşağı yayılmasının səbəblərini anlamaq üçün qazların sıxlığı haqqında, eyni zamanda da bunun molyar kütlə, həcm və təzyiqlə bağlılığı ilə əlaqədar kifayət qədər geniş məlumata sahib olmaq lazımdır. Qaz molekullarının havada yayılma surəti və məsafəsi haqqında fikir bildirmək üçün ən azından diffuziya haqqında müəyyən bir biliyə sahib olmaq lazım gələcək. Qazların xüsusiyyətlərinin, kəmiyyət anlayışının izahı bəzi sadə qaz qanunlarının və ən əsası çox geniş araşdırma tələb edən ideal qaz tənliyinə əsasən verilir. Bu bölmədəki mövzularla əlaqəli anlayışlar digər bölmələrdə yenidən müzakirə olunacaq.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin