Qədim Misir
Plan:
1. Misir Erkən səltənət mərhələsində - e.ə. 3100-2800
2. Misir Qədim səltənət mərhələsində e.ə. 2800-2250
3. Misir orta səltənət mərhələsində - e.ə. 2050-1750
4. Misir yeni səltənət mərhələsində - e.ə. 1554-1075
5. Misir son səltənət mərhələsində-e.ə.1075-332
Afrika qitəsinin şimal-şərq hissəsində yerləşir. Ölkənin şimalı
Aralıq dənizinin suları ilə əhatə olunur. Orada Sina yarımadası
vasitəsi ilə ölkənin Yaxın Şərqə çıxışı vardır. Burada Qədim
zamanlarda yalnız Nil çayı hövzəsinin ətrafı Misir ölkəsi sayılırdı. Nil
çayının və oradakı ərazilərin Aralıq dənizinə yaxınlaşan hissəsi
üçbucaq şəkilli olduğuna və eyni adlı yunan hərfinə bənzədiyinə görə
oraya “Delta” deyilir. ‘Delta’da yerləşən vilayətlər bu çaydan, bir çox
məcralarla axdığına görə, həmdə xarici basqınlardan qorunmaq üçün
istifadə edirdilər. Misirin şimal və cənubu birləşəndən sonra,
birləşmiş ölkə fironlar tərəfindən idarə olunurdu. Onlar çox vaxt
tanrılaşdırılmış və Horus tanrısının təcəssümü kimi təsəvvür
edilirdilər. Fironların ölkənin hər iki hissəsini simvolizə edən ağ və
qırmızı rəngli iki tacı olmuşdur. Etimala görə, vahid Misirin birinci
hökmdarı Menes olmuşdur. O cənublu idi, şimal çarlığa qalib gəlib,
ölkəni birləşdirə bilmişdir. Etimal ki, o 1-ci sülalənin yaradıcısı
olmuşdur. Menes birləşmiş Misirin baş şəhəri olmuş Memfisi inşa
etmişdir. II sülalənin fironları özlərini Horusun deyil, Set tanrısının
təcəssümü kimi ifadə edirdilər. III sülalədən olan firon Zoserin (e.ə.
2635—2611) dövrundə Misir çox güclənmişdir. O mis və filizi ilə
zəngin olan Sinay yarımadası uğrunda oradakı köçəri tayfalarla uğurlu
savaşlar apararaq o əraziləri öz ölkəsinə qatmış və oranı idarə etmək
üçün canişinini təyin etmişdir. Cənubda isə o həbəşləri məğlub edə
bilmişdir. Zoserin yardımçısı məşhur vəziri İmhotep olmuşdur. O
həmdə Misirin
baş kahini
olaraq, ölümündən sonra
tanrılaşdırılmışdır. Məhz İmhotep fironların dəfn olunan yeri kimi
məşhur Misir piramidalarının inşa edilməsi təşəbüsü ilə çıxış etmiş və
onların layihəsini təklif etmişdir. İlk piramida firon Coser üçün inşa
edilmiş və bu gün də Qahirənin yaxınlığında yerləşən Saqqara
kəndində tarixi abidə kimi qalmaqdadır. Bir çox dillərdə işlənən
"Eqipet" sözü Misir dövlətinin qədim paytaxtı Xikupta şəhərinin (Xet-
Ka-Ptax — "Ka-Ptaxın evi", yun. — Memfis) adından götürülmüşdür.
Yunan dilinə bu söz "Ayqyuptos" kimi daxil olmuş, oradan isə digər
Avropa dillərinə keçmişdir. Misirlilər özləri ölkələrini "Ta Kemet" –
"Qara torpaq" adlandırırdılar. Herodota görə, "Misir Nilin töhfəsidir".
Çünki Nilsiz Misiri təsəvvür etmək qeyri-mümkündür. Nil vadisini
əhatə edən dağlar da müxtəlif daş növləri ilə zəngin idi. Misirin
özündə metal yox idi. Metal qonşu vilayətlərdən gətirilirdi; Sinay
yarımadasından mis, Nillə Qırmızı dəniz arasındakı səhradan qızıl,
Qırmızı dənizin sahillərindən sink və qurğuşun əldə edilirdi. Gümüş
Dostları ilə paylaş: |