Lazım olan avadanlıqlar. Sınaqları aparmaq üçün aşağıdakılar istifadə edilir: 029 modelli qurğu ( dövr/dəq. və 180 zərbə/dəq.); diametri 200 mm olan 11 ələk (DUİST 3584-73); yumşaq fırçalar (Kr26, Kr30 DÜİST 10597-70); DÜİST 19491-74-ə uyğun 2-ci dəqiqlik sinifli laboratoriya tərəzisi; qurutma kasaları (DUİST 9147-73).
029 Modelli qurğunun quruluşu. Qumların ələk analizini yerinə yetirmək üçün 029 modelli qurğunun sxemi şəkil 1-də verilir. Qurğunun gövdəsində elektrik mühərriki yerləşdirilmiş və halqa vasitəsilə silkələyici-fırlanma mexanizmi ilə birləşdirilmişdir. Ələklər dəsti mühərriki işə salmaqla hərəkətə gətirilir. Ələklərin dövr/dəq. fırlanma hərəkəti ekssentriklər, zərbə/dəq. silkələnməsini isə çəkic təmin edir.