Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 33.55 Kb.
tarix10.07.2017
ölçüsü33.55 Kb.
Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2016-cı ilin aprel ayında tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynlinin anadan olmasının 100 illiyi tamam olur.

Qəmbər Hüseynli qısa ömrü ərzində milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkardır. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri vardır. Bəstəkarın “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mədəniyyətin zənginləşdirilməsi və tanıdılması işinə sanballı töhfələr vermiş bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



 

İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr  2015-ci il.
Каталог: front -> files -> libraries -> 2473 -> documents
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
documents -> Azərbaycanda Multikulturalizm
documents -> Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
documents -> Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə