Qərarvermə prosesində informasiyanın sistemləşdirilməsi və təhlili
Qərarvermə prosesində informasiyanın sistemləşdirilməsi və təhlili Qərarların qəbul edilməsi prosesində hansı məqamlardan istifadə edilməkdən asılı olaraq, bu prosesi müxtəlif qaydaları əldə rəhbər tutaraq ayrı-ayrı mərhələlərə ayırmaq olar. Bu işdə bizi aşkara çıxarılmış çoxlu variantlardan qərarların məqsədə istiqamətlənmiş daha yaxşı formanı tapmaq ardıcıllığı və bu prosesdə rəhbərlərin rolu maraqlıdır. Bu proses, adətən tələb olunan sonluqa çoxhədəfli yaxınlaşma yolu ilə keçrilir.
Qərarların işlənib hazırlanması, qəbul edilməsi və reallaşması prosesində qeyd etiyimiz mərhələlər arasında ən vacibi birinci mərhələ, yeni problemli vəziyyətin aşkara çıxarılması və təhlili mərhələsi hesab olunur. Qarşıda duran problem müəyyən olunur, bu problemə uyğun lazımi məlumatlar toplanır, həmçinin modellərin qurulması və qiymət meyarının seçilməsi işləri ardıcıllıqla yerinə yetirilir. Bütün bu işləri praktiki olaraq həyata keçrilir.
Məsələn, müəyyən qiymət meyarından problem və məqsədlərin sıraya düzülməsində, alternativ qərarların seçilməsində, həmçinin qərarların yerinə yetirilməsi dərəcəsinin müəyyən edilməsində istifadı edilir. Bunlar idarəetmə funksiyasının tərkibinə daxildir. Qərarların işlənib hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi prosesi mürəkkəb bir vəziyyətdir. Bu prosesi son dərəcə dəqiq və ardıcıl şəkildə mərhələrə bölmək çətindir. Səbəb, bu mərhələr bu və ya digər dərəcədə paralel qaydada həyata keçrilir.
Qərarların işlənib hazırlanması, qəbul edilməsi və reallaşdırılması prosesi iterativ xarakter daşıyır. Buna görə də, işin gedişinində yeni amillər meydana çıxarkən çeviklik göstərmək, nəticələri yenidən qiymət vermək, bəzi vəziyyətdə qərarın əsasını təşkil edən ideaların dəyişmək zərurəti meydana çıxır. Qərarların işlənib hazırlanması, qəbul edilməsi və reallaşdırılması prosesində rəhbərlər bir sıra funksiyaları yerinə yetirirlər. Bu funksiyaların ən mühimlərini aşağıdakə qaydada göstərmək olar.
1.Rəhbər qərarın işlənib hazırlanması prosesini idarə etməlidir.
2. Rəhbər qərarının həlli üçün vacib olan konkret vəzifələr irəli sürülür və bu vəzifələrin daha da istifadəsində qiymət meyarının seçim bacarığı rəhbərlərin işinin başlıca tərkin hissəsinə daxildir.
3. Rəhbər qərarın qəbulu üzrə mürəkkəb işləri yerinə yetirməlidir.
4. Rəhbər qəbul edilmiş qərarların reallaşdırılması mərhələsindəki işlərə rəhbərlik edərək qərarın yerinə yetirilməsini təşkil etməlidir.
Sistem analitiklər təhlili tam həcmdə aparmaq üçün müasir metodlara malik olmalıdırlar. Həmçinin, rəhbər qərarların qəbul edilməsində sistem yanaşmaya sahib olmalı, o cümlədən qərarların işlənib hazırlanmasını rəhbərlər və sistem analitiklər birgə həayata keçirirlər. Rəhbər qərarı dəqiq və yoxlanmış məlumatlarla sistem analitiklər tərəfindən işlənib hazırlanmış variantlara əsaslanaraq qəbul edilməlidir. Burada rəhbərliyinin fikirlərinin rolu da böyük əhəmiyyətə malikdir. Rəhbər öz fikir və qərarlarından işləyib hazırladıöı nəticələri dəyişmək üçün deyil, əksinə onları tamamlamaq üçün istifadə etməlidir.