Qərbi Kaspi Universiteti SƏRBƏst iŞ TƏLƏBƏ: Əlizadə Rəsul faküLTƏ: Sosial Siyasi elmlər İXTİsas: Sosial İş qrup: 132Si



Yüklə 68,68 Kb.
səhifə6/9
tarix14.12.2022
ölçüsü68,68 Kb.
#74606
1   2   3   4   5   6   7   8   9
resuk

Sənaye əleyhiqazı PFM

Kiçik ölçülü filtrasiya edici sənaye əleyhiqazı PFM-1 tənəffüs üzvlərini, üzü, gözləri havada qaz, toz və aerozol (toz, tüstü, duman) halında olan zəhərli qatışıqlardan mühafizə üçün nəzərdə tutulmuşdur. Komplektin tərkibinə daxildir: üz hissə, kiçik ölçülü filtrasiya edici – uducu qutu, çanta, sürtgü olan flakon. PFM-1 əleyhiqazı təyinatına görə aşağıdakı zəhərli qatışıqlardan etibarlı mühafizəni təmin edir:
A-üzvü birləşmələr, fosfor- və xlorüzvü zəhərli kimyəvi maddələrdən;
• B-turş qazlar və buxarlar;
• K-ammonyak;
KD-ammonyak, hidrogen sulfid;
• E- mərgümüş və hidrogen-fosfid;
• MKF-turş qazlar və buxarlar, üzvü birləşmələr, mərgümüş və hidrogen-fosfid;
• Q-civə buxarları;
• H-azot oksidləri.

İzolə edici əleyhiqazlar
İzolə edici əleyhiqazlar İP-4M, İP-4MK, İP-4MP; İzolə edici əleyhiqaz İP-6 İzoləedici əleyhiqazlar filtrasiyaedizi əleyhiqazlar etibarlı mühafizəni təmin etmədikdə istifadə edilir, məsələn, ətraf mühitdə oksigen çatmamazlığı zamanı. İzoləedici əleyhiqazların 2 növü vardır: tərkibində olan kimyəvi prepatlar əsasında tətbiq edilən və balonlarda sıxılmış oksigen olan əleyhiqazlar. Kimyəvi preparatlar əsasında tətbiq edilən əleyhiqazlarda nəfəs verərkən tərkibində su buxarları və karbon qazı olan tənəffüs havası patrona daxil olur və udulur; sonra hava tənəffüs edilən kisəyə keçir. İzoləedici əleyhiqazlar filtrasiyaedici əleyhiqazlar mühafizəni təmin etmədikdə, məsələn, ətraf mühitdə lazımi qədər oksigen olmadıqda istifadə edilir. İzoləedici əleyhiqazların kimyəvi preparatlar və balonlarda sıxılmış oksigenlə istifadə edilən növləri vardır. Kimyəvi preparatlarla işləyən izoləedici əleyhiqazda hava nəfəs verərkən patrona daxil olur, tərkibindəki su buxarları və karbon qazı udulur, təmiz oksigen ayrılır; sonra hava tənəffüs kisəsinə keçir. Təyinatı. İzolə edici əleyhiqazlar qəza xidməti, qazdan xilasetmə və bərpa işlərində atmosfer havasının tərkibindən və onda olan qatışıqların konsentrasiyasından asılı olmayaraq, həmçinin oksigen çatmamazlığında, insanın tənəffüs üzvlərinin, üzünü, gözlərini mühafizə edir. Əleyhiqazın iş prinsipi insanın tənəffüsü zamanı verilən havanın karbon qazının və nəmliyinin xüsusi bərpaedici tərəfindən udulması və eyni zamanda nəfəs almaq üçün lazımi miqdarda əleyhiqazın içərisinə oksigen verilməsinə əsaslanır. Əleyhiqazlar xüsusi qurğu vasitəsilə işə salınır; onun daxilində tənəffüs qapalı sxemlə həyata keçir. Tərkibi: üz hissə, büzməli boru, işə başladıcı xüsusi qurğu ilə bərpa edici patron, izafi təzyiqli klapanlı tənəffüs kisəsi, çanta.
Diqqət. Əleyhiqazlar və bərpaedici patronlar ayrı-ayrılıqda təmin edilir!
İzoləedici əleyhiqazlar (İP) tənəffüs orqanlarının, gözlərin, üzün dərisinin xüsusi mühafizə vasitəsi olub, onları atmosfer havasının tərkibindən və onda olan qatışıqların konsentrasiyasından asılı olmayaraq mühafizə edir və filtrasiya edici əleyhiqazlar olmadıqda fövqəladı hallar zamanı tətbiq edilir. Məsələn:

  1. Havada olan zəhərləyici maddələrin və zərərli qatışıqların filtrasiya edici əleyhiqazlar tərəfindən pis və ya tamamilə təmizlənə bilinməməsi hallarında
    2. Havada olan zəhərləyici maddələrin və zərərli qatışıqların yüksək konsentrasiyaları zamanı filtrasiya edici əleyhiqazlardan onların daxilə sızması hallarında
    3. Havada oksigenini miqdarı 16%-dən az olduğu zaman oksigen çatmamazlığı hallarında
    4. Su altında 7 metrdən artıq dərinlikdə işləyən zaman
    5. Tənəffüs üzvlərinin tam təcrid edilməsi lazım olan digər hallarda
    Tənəffüs üzvlərinin tam təcrid edilməsi üçün lazım olan vaxt göstəricisi oksigen ehtiyatından və görülən işin xarakterindən asılıdır. İP aşağıdakı növləri ayırd edilir:
    • kimyəvi birləşmiş oksigen əsasında işləyən əleyhiqazlar
    • sıxılmış hava və ya oksigen əsasında işləyən əleyhiqazlar.
    İP əleyhiqazında olan hava həcmi fəaliyyət müddətində daima bərpa olunur. Bərpa- tənəffüs zamanı verilən havanın tərkibindəki karbon qazına və nəmliyə sərf olunmuş oksigenin əvəzlənməsi deməkdir.



Yüklə 68,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin