Termodinamikada iş.Əgər sistemin daxili enerjisi yalnız mexaniki işgörmə nəticəsində dəyişirsə, bu halda onun daxili enerjisi ya xarici qüvvələrin sistem üzərində gördüyü işə (A), yaxud da sistemin xarici qüvvələr üzərində gördüyü işə (A ') bərabər olur: ΔU = A = - A'. (7.8)
● Termodinamikada iş - termodinamik sistemin daxili enerjisinin dəyişməsinin miqdar ölçüsüdür.
Qazların kinetik nəzəriyyəsinin əsas tənliyindən çıxan nəticəyə görə ideal qazların ümumi enerjisi ancaq onların molekullarının irəliləmə hərəkətinin orta kinetik enerjisindən ibarətdir.Buna, molekulyar kinetik enerji deyilir. İdeal qazların molekulyar kinetik enerjisinə onun daxili enerjisi deyilir. Hər hansı bir termodinamik prosesdə qazın həcmi genişləndikdə o xarici qüvvələrə qarşı iş görür.Həcm sıxıldıqda isə xarici qüvvələr sistem üzərində iş görür.
Ədəbiyyat
1. Əhmədov F.A. Ümumi fızika (Mexanika, molekulyar fizika), BDU, 2006.
2. Friş və Timoryeva. Ümumi fızika kursu, I cild, 1952, 310 s.
3. Qocayev N. Ümumi fizika kursu. II cild, Molekulyar fizika. Çaşıoğlu. 2008.
4. Кикоин А.К., Кикоин И.К., Молекулярная физика, М., Наука, 1976, 480 c.