Qərbi Kaspi Universitetinin Kolleci Tələbə: Camalova Elanə İxtisas: Metrologiya



Yüklə 0,77 Mb.
səhifə1/2
tarix28.11.2022
ölçüsü0,77 Mb.
#71009
  1   2
Enerji. Kinetik və potensial enerji. Mexaniki enerjinin saxlanma qanunu. İmpulsun saxlanması qanunu



Qərbi Kaspi Universitetinin Kolleci
Tələbə: Camalova Elanə
İxtisas: Metrologiya
Tədris ili: 2022/2023
Qrup: 2200
Fənn: Fizika
Elmi rəhbər: Asiyət Qulayeva
Mövzu: Enerji. Kinetik və potensial enerji. Mexaniki enerjinin saxlanma
qanunu. İmpulsun saxlanması qanunu


Enerji. Kinetik və potensial enerji. Mexaniki enerjinin saxlanma qanunu.
İmpulsun saxlanması qanunu
Enerji (ἐν = daxili,və ἔργον = təsir etmək) — fiziki kəmiyyət. Onun işarəsi E-dir. Ancaq çox vaxt müxtəlif enerji növləri üçün başqa işarələmələrdən də istifadə olunur. Sİ ölçü sistemində enerji Coul ilə ölçülür. Enerji fizikada verilmiş sistemin iş görmə qabiliyyəti kimi başa düşülür. Enerji müxtəlif formalarda yarana bilir.
Enerji anlayışı 1852-ci ildə ilk dəfə şotlandiyalı fizik Con Rankine tərəfindən tətbiq edilir. Burada məqsəd qüvvəni daxili təsirdən fərqləndirmək idi. Qabaqlar enerjini qüvvə növü kimi səciyyələndirirdilər, məsələn, "saxlanmış qüvvə" kimi. Bu bir tərəfdən fiziki olaraq səhv olmuş, digər tərəfdən yalnız mexaniki enerjiyə aid edilə bilərdi. Başqa enerji (termiki, kimyəvi və b.) formalarında qüvvənin tətbiqi mənasız idi.
Fiziki proseslərdə bir neçə enerji forması mövcuddur. Onları bir neçə qrup daxilində birləşdirmək mümkündür. Enerji forması onun daxil olduğu qrupdan asılı olmayaraq sistemin halını göstərən xarakteristik kəmiyyətdir. Burada enerjinin saxlanması qanunu hökm sürür, yəni qapalı sistemin ümumi enerjisi həmişə sabitdir. Yalnız sistemə kənardan təsir etdikdə (əlavə enerji verdikdə) onun ümumi enerjisi dəyişir.
Mexaniki sistemin enerjisini kinetik və potensial enerjinin cəmi kimi təsvir etmək olar. Bu iki məvhum klassik mexanikanın bütün sahələrində tətbiq olunur.

  • Kinetik enerjiyə həm də hərəkət enerjisi deyilir. Bu bir sistemin başqa sistemə nisbətən hərəkəti zamanı öz kütləsi ilə təyin olunur və fırlanma və düzxətli enerjilərin cəmindən ibarət olur.

  • Potensial enerji həm də vəziyyət enerjisi adlanır. Mexanikada əgər bir sistem qüvvə təsiri altına düşürsə (məsələn, yerin qravitasiya sahəsi)onda potensial enerji yaranır.

Enerji hər yerdə var – adamlarda, mexanizmlərdə, bitkilərdə, heyvanlarda, atmosfer hadisələrində və s. O, nədir? Fizika nöqteyi-nəzərindən bu, iş görmək, hərəkət etmək və qarşılıqlı təsirdə olmaq qabiliyyətidir.
Enerjinin növləri çoxdur: obyektlərin hərəkəti zamanı kinetik enerji, müxtəlif maddələr qarışdıqda kimyəvi enerji, atomlar parçalandıqda nüvə enerjisi, qızdırılma zamanı istilik enerjisi yaranır.
Enerji bir növdən digər növə keçə bilmək kimi unikal xassəyə malikdir, o heç hardan yaranmır və heç hara yox olmur, sadəcə transformasiya olunur.
Qüvvənin təsiri cismi hərəkətə gətirirsə, mexaniki iş görülür. Baxılan misallarda görülən işin nəticəsində cisim deformasiyaya məruz qalır (kaman və elastik yay dartılır). Deformasiyaya məruz qalan cisim, məsələn, yay, buraxıldıqda əvvəlki vəziyyətinə qayıdır, bu zaman o, özü ilə yükü də hərəkətə gətirir (kamandan çıxan ox hədəfə doğru uçur) – elastik yay iş görür.
Beləliklə, deformasiya olunan cisim iş görür: Cismin işgörmə qabiliyyəti ilə xarakterizə olunan fiziki kəmiyyət enerjidir. Sıxılıb sapla bağlanan yay və ya dartılan yay əvvəlki formalarını ala bilmir- onlar deformasiya etmiş vəziyyətdə qalır. Deformasiya edən yayın hissəcikləri arasında qarşılıqlı təsirlər artır.
Cismin və ya onun hissəciklərinin qarşılıqlı təsiri zamanı malik olduğu enerji potensial enerji adlanır.
Qayçı ilə sapı kəsdikdə sıxılan və dartılan yay iş görür, onlarda toplanan potensial eneıji kürəciyə verilir. Nəticədə kürəcik artan sürətlə dartılan yay istiqamətində hərəkətə gəlir — yaya təsir edən elastiklik qüvvəsi iş görür. Beləliklə, yayların potensial enerj isi kürəciyin hərəkət eneıj isinə çevrilir. Cismin hərəkət enerjisi kinetik enerji adlanır (yun. “kinetikos ” — hərəkətə gətirən). Enerji skalyar fiziki kəmiyyət olub E hərfi ilə işarə edilir, BS-də vahidi couldur: [E]=1C.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin