Qərbi Kaspi Universitetinin Kolleci
Tələbə: Ocaqquliyeva Firuzə
İxtisas: Meşə və meşəpark
Qrup: 1703
Müəllimə: Səmədov Rauf
Fənn: Fəlsəfə
Mövzu: İnsan həyatının mənası
İnsan həyatının mənası onun hansı məqsədə xidmət etməsi ilə müəyyənləşir. Lakin məqsədi insan özümü seçir, yoxsa o, dünyaya müəyyən bir məqsəd üçünmü gəlmişdir (gətirilmişdir)? Əlbəttə, insanın öz istəkləri, məqsədləri, yaradıcılıq planları vardır. O nələrinsə yaradıcısı, müəllifidir. Lakin öz varlığının, şəxsi həyatının ideya müəllifi o özüdürmü? Özü deyilsə, bəs kimdir?
İnsanın həyatı ona potensial olaraq xas olan daxili imkanların realizasiya prosesidir. İnsanın bir cismani varlıq kimi, bioloji sistem kimi ən optimal fəaliyyəti ona genetik olaraq verilənlərin, genlərdəki proqramın (“alın yazısının”, bioloji taleyin) həyata keçirilməsidir. İnsan doğulur, böyüyür, fiziki-bioloji gücün optimal həddinə çatır, sonra qocalır, orqanizm getdikcə zəifləyir, müxtəlif xəstəliklərin (proqramdan kənaraçıxmalar) və təbii aşınmaların nəticəsində ruh üçün məskən olmaq funksiyasını tədricən itirir. (Son nəticədə bu, diskret bir proses olub, ölüm anı adlanır).
Həyat çox mürəkkəb və rəngarəngdir. Hər bir insanın dünyası əslində onun şəxsi həyatıdır. Digər tərəfdən, bu həyata bilavasitə cəlb olunmuş dünyadan fərqli olaraq insan başqalarının – keçmişdə və indi fərqli şəraitlərdə yaşayan insanların qazandığı biliklərdən də istifadə edir; yəni yaşanmamış bir dünyanın da xəritəsi çəkilir. Biz başqalarına inanmasaq, yazılanları mənimsəməsək, bizim dünyamız ancaq öz gördüklərimizdən, eşitdiklərimizdən və bilavasitə yaşadıqlarımızdan ibarət olacaqdır. Bu isə çox azdır. Böyük dünya obrazı fərdin deyil, bütün bəşəriyyətin hissi təcrübəsinin və nəzəri fikrinin iştirakı ilə, ümumi səylərlə yaradılmış bir obrazdır. Lakin başqalarına inamın əsasında nə durur? Bu, ayrıca bir problemdir. İstənilən halda, bizim üçün dünya obrazı min illər boyu bəşəriyyətin yaratdığı obrazlardan hasil olur. Və inam əsasında qəbul etdiyimiz biliklərin, məlumatların bir qismini biz öz şəxsi həyatımızda yoxlamış oluruq. Məhz yoxlamaq üçün olmasa da, o biliklərdən istifadə edərkən biz onların doğruluğuna bir daha əmin oluruq.
Bütün mənalar həyatda cəmlənir. Dünya işıqlanmasına, mənalanmasına görə insanlara borcludur. Dünyanın ayrı-ayrı guşələri həyatla mənalanır, ölümlə sona çatır. Ölümdən sonra da yaşayan mənalar ölümsüzlüyü ifadə edir.
Bütün dövrlərdə insan qarşısında duran ən böyük suallardan biri həyat ilə ölümün münasibətini aydınlaşdırmaq olmuşdur. Ölüm bir qayda olaraq ruhun bədəndən ayrılması kimi başa düşülür. Amma bu eyni hadisəni iki tamamilə əks qütblərdən dəyərləndirmək olar. Əbu Turxan soruşur: “Ömrün sonunda bədənmi onunla daha uzlaşa bilməyən, onu hərəkətə gətirə bilməyən, tükənmiş ruhdan ayrılır, yoxsa hələ kifayət qədər yaradıcılıq gücü olan ruhmu taqətdən düşmüş və onun üçün daha vasitə, alət ola bilməyən bədəndən imtina edir?”
Bu sualın birmənalı cavabı yoxdur. Belə ki, həyatlar müxtəlif olduğu kimi, ölümlər də müxtəlif olur. Əslində ruh ölməzdir. Amma bəzi həyatlar ruhu o dərəcədə alçaldır ki, hətta bədən sağ ikən də onun öldüyünü görməmək mümkün olmur. Ruhu sağlam olanların ölümü isə tamamilə başqa bir hadisədir.
İnsanın daxil olduğu hər bir hadisənin öz məntiqi, öz ideyası vardır. Lakin bu hadisələr başqa, daha böyük hadisələrin tərkib hissələridir. Və bu böyük hadisələrin də öz ideyaları, məqsədləri vardır. Bu hadisələr də bütün dünyanın, ümumbəşəri fəaliyyətin tərkib hissələridir. Bəşəriyyət haradan gəlib, haraya gedir? Dünya haradan gəlib, haraya gedir? Ümumi bir istiqamət, yekun bir məqsəd varmı? Əgər varsa, hər bir insanın məqsədi, fəaliyyət istiqaməti bu ümumi məqsədə nə dərəcədə uyğundur və nə dərəcədə onun əksinədir?
İnsan öz iradəsindən imtina edə bilər və özünü bütünlüklə hadisələrin axarına ata bilər. Və bu zaman heç bir istiqamətdə xüsusi bir cidd-cəhd göstərməz, cəfakeşlik etməz, nəyisə həddindən artıq istəməz, nəyinsə aludəçisi olmaz... Bütün bunların keçici, fani, mənasız olduğunu dərk edər, lakin mənanın məhz nədə olduğunu da bilməz.
Dini hiss insanı bu sonsuz, mürəkkəb hadisələr keşməkeşində öz ağlı və iradəsi ilə olmasa da, qəlbinin hökmü ilə, Allaha ümidlə yaşamağa sövq edir.
Ağlına güvənənlər hər şeyi özləri ölçüb-biçmək və (düzgün) qərar qəbul etmək iddiasındadırlar. Lakin sən saydığını say, gör Fələk nə sayır... Ağıl da insana məhz Allah tərəfindən verilmişdir. Lakin insan ağlının hüdudları məhduddur. Allah insana bilikləri məhdud dərəcədə vermiş, xüsusən ruhla bağlı bilgiləri çox az vermişdir.
“Qəlbin hökmü”nə qulaq asmaq nə deməkdir? Daha dəqiq desək, qəlb hansı vəziyyətdə olduqda onun hökmünə qulaq asmaq olar? Axı, adam gündəlik qayğılardan, cismani dünyanın cazibələrindən tam xilas ola bilməyibsə, onun qəlbi Haqqı göstərə bilməz.
Əvvəlcə qəlbin təmizlənməsi lazımdır!
Nədir qəlbin təmizlənməsi?
Daosizmdə, yoqa təlimində, sufizmin bəzi qollarında bunun üçün insanın bütün cismani istəklərdən azad olması, şəxsi iradənin heçə endirilməsi, bütün kənar təsirlərin aradan götürülməsi və s. tələb olunur. Yəni insan nəinki var-dövlət ehtirasından, yemək-içmək istəyindən xilas olmalı, həm də görməkdən, eşitməkdən, isti-soyuğu, bərki-yumşağı duymaqdan da xilas olmalıdır. Yəni duyğu ilə gələn informasiya aldadıcıdır, ona görə də insan kar, kor olmalıdır... Burada başqa bir sual ortaya çıxır. Bu yolla cismani dünyadan ayrılan insan özünü harada və necə hiss edir, onun içərisindən açılan yeni göz – əql gözü ona nələri göstərir?
Hər halda əql gözü açılana qədər insan dünyanı öz hiss orqanlarının köməyi ilə dərk etməyə çalışır. Hissi təcrübədən alınan biliklərlə qəlbin hökmü, əqlin gözü ilə alınan biliklərin uzlaşdırılması insanın mənəvi bütövlüyü üçün ən mühüm şərtlərdən biridir.
İnsanın dünya haqqında, özünün dünyada tutduğu yer, həyatının məqsədi və mənası haqqında düşüncələri, habelə müxtəlif xüsusi biliklərin ümumiləşməsindən irəli gələn problemlər küll halında fəlsəfənin formalaşması üçün mənbə rolunu oynayır. Bu biliklərin nizama düşməsi, sistemləşməsi, kateqoriyalarla ifadəsi və müəyyən stabil struktura malik olması fəlsəfə ilə elmin ümumi cəhətlərini təşkil edir.
Nə qədər ki, insan özü dünyanın bir hissəsidir, dünya haqqında əsl həqiqət insana bəlli ola bilməz. Binanın içində oturub onun ümumi mənzərəsini seyr etmək mümkün deyil; bunun üçün binadan kənara çıxmaq lazımdır.
Həyatın nə olduğunu dərk etmək üçün də ona kənardan nəzər salmaq, həyatla ölümün sərhəddində dayanmaq lazımdır.
Ölüm haqqında düşünməyən, ölümünü gözü önünə gətirməyən, onu qəlbən yaşamayan adam həyatı qiymətləndirə bilməz, onun ali mənasını dərk edə bilməz. Həyatın mənası ölümün hissi yaşantısı məqamında üzə çıxır.
Ölümünü yaşamaq aqibəti!
Maddi dünyadan beşəlli yapışanlar, dünya malını həyatın mənasına, ali məqsədinə çevirənlər maddi dünya ilə əkslik təşkil edə bilməzlər, çünki onun içində əriyirlər; ona kənardan baxa bilməzlər və deməli, fəlsəfi təfəkkür səviyyəsinə yüksələ bilməzlər.
Maddi dünyanın tələblərinə, “sifarişlərinə” həddindən artıq aludə olanda insan öz ali mənasını unudur.
Ölümün mütləqləşdirilməsi və ancaq fizioloji hadisə kimi başa düşülməsi, həm də tədrici yaxınlaşma kimi deyil, çoxpilləli bir proses kimi deyil, ancaq son məqam kimi anlaşılması – bəsit və sadəlövh yanaşmadır.
Əslində bir ömür ərzində nə qədər ölümlərlə rastlaşırıq. İnsan həyatı çoxşaxəli, çoxistiqamətlidir.
Hər gün, hər saat neçə-neçə hüceyrələr ölür, yeniləri yaranır.
Şikəst olmuş adam, neçə orqanı çıxarılmış və ya iflic olmuş adam hələ ölməmiş sayılır və ancaq ürək dayandıqdan sonra ölüm qeydə alınır. Əgər ölüm həyatın antitezidirsə, həyat isə faizlərlə, nisbətlə müəyyənləşirsə, onda ölüm də belə müəyyənləşməlidir. Kobud formada desək, insan 60% yaşayırsa, deməli, 40% ölüdür və s. Necə ki, neyronların ölməsi və yaranması çox müxtəlif forma və nisbətlərdə həyata keçir. Neyronların tədricən ölməsi, sağlam neyronların nisbi sayının azalması, – ölümün tədrici proses kimi anlaşılmasına imkan verir.
Bu, – fizioloji mənada.
Sosial və mənəvi proses kimi götürüldükdə həyat (sosial hüceyrələr sistemində, hər gün nə qədər hüceyrələr ölür və onların əvəzinə yeniləri yarana da bilər, yaranmaya da) bütövdür. Həyatı bütövləşdirən əqidə və amal müəyyənliyidir; bir arzu, məqsəd, plan və ona cəhdlər. Lakin haradasa bu cəhdlərin çoxpilləli ardıcıllığı qırılır. Əgər paralel surətdə yüz cəhd istiqaməti varsa (müxtəlif müstəvilərdə fəaliyyət), hər gün bunların neçəsində qırılmalar olur, əvəzində yeni cəhd istiqamətləri, yeni məqsədlər, yeni fəaliyyət prosedurları yaranır.
Məqsədlərin yox olması, amalların qırılması, əqidənin dəyişməsi, məhəbbətin ümidsiz sonluqla bitməsi və s. neçə-neçə ölümlər.
Və yalnız hər bir yaradıcı istiqamətdə ölüm məqamı çatdıqdan sonra, bütün həyat prosedurları öz ideya sonluğuna çatdıqdan sonra tam ölümdən danışmaq olar. Deməli, fizioloji ölüm neçə-neçə həyat prosedurlarına vaxtından əvvəl son qoyur. Həyati enerji torpağa gömülür və ya yandırılır.
Həyat proqnozlaşdırılmış və tədricən həyata keçən müntəzəm, kəsilməz bir prosesdir. Başqa planda yanaşdıqda, həyat ölümə aparan bir yoldur və ömür ölümün realizasiya müddətidir.
Həyat bu sonsuz və tükənməz dünyada iki qaranlıq arasında bir işartıdır. Qığılcım alovlanır, yanır və nəhayət sönür. Həmişə yanması sadəcə mümkün deyil.
Yanma prosesi daxili enerjinin məsrəfi, tükədilməsi prosesidir. Küləş tez alışıb yanır və tez sönür. Hansı isə ağaclar ağır-ağır yanır, amma alışmır, tüstüləyir, kömürləşmiş halda öz daxili enerjisini saxlayır, onu bir də közərdirlər və tam yana bilməsi üçün hava ilə, oksigenlə təmin edirlər.
Amma ağacın başqa bir həyatı da var. Hələ canlı ikən yaşadığı bir həyat. Kökləri yerdə və suda, budaqları və yarpaqları havada və işıqda – dörd ünsürdən qida alır; bu xarici enerji sayəsində öz daxili proqramını reallaşdıran ağacın həyatı məhz bundan ibarətdir. Amma ağac kəsildikdə (yəni proqram tam reallaşmır, yarımçıq qalır) onun daxili enerjisi ilə yanaşı, hələ reallaşmamış proqram da qalır. Sosial həyata qatılma – ictimai proseslərdə iştirak... İnsanın fizioloji olaraq öldükdən sonra da onun sosial iyerarxik sistemdə iştirakı qalır; həyat tarixləşir.
Aforizmlər
Yeni cümlə başlamaq üçün əvvəl nöqtə qoymaq lazımdır.
Yaşamaq – sadəcə nəfəs almaq deyil, həyatın nəfəsini duymaqdır.
Hər bir insan ancaq öz boyuna biçilmiş bir həyat yaşayanda xoşbəxt ola bilər.
Ömür çoxölçülüdür və hər ölçüdə fərqli bir həyat yaşanır.
Bəzən yaşamadıqlarımız bizi yaşadığımız həyatdan daha çox mühakimə edir.
Həyat da, ölüm də eşqin təzahürləridir. Bizim təbiətə sevgimiz həyat eşqidir. Təbiətin bizə sevgisi bizi yenidən əbədiyyətə qaytarmaq əzmidir.
Adam o zaman özünə yer tapa bilmir ki, yerini başqa yerdə axtarır.
Bəzən biz yolu seçirik, bəzən də yol bizi.
Özünə mühit yaratmayan insan ömrü boyu başqa bir mühitdə – qərib kimi yaşamağa məhkumdur.
Əgər danışsaydı, ölümlə də “dil tapmaq” olardı.
Bantlı manqus dişiləri müntəzəm olaraq ataları və qardaşları ilə cütləşirlər.
Yataq böcəkləri : Şimali Karolina Dövlət Universiteti aşkar etdi ki, yataq böcəkləri, əksər böcəklərdən fərqli olaraq, insestə dözür və genetik olaraq qohumluğun təsirlərinə kifayət qədər yaxşı dözə bilirlər.
Adi meyvə milçəyi dişiləri qohum olmayan erkəklərdən daha çox öz qardaşları ilə cütləşməyə üstünlük verirlər.
Oksford Universitetinin Zoologiya Departamentindən Laura Ross, "Məlum oldu ki, bu hermafrodit həşəratlardakı dişilər yumurtalarını özləri dölləmirlər, əksinə, bunu anadangəlmə onları yoluxduran parazit toxuma edir " . “Görünür, bu yoluxucu toxuma qızları ilə cütləşərək daha çox uşaq sahibi olmağın hiyləgər yolunu tapmış atalarından qalmış spermadan əmələ gəlir”.
Adactylidium : Tək erkək nəsil gənə, hələ anada ikən bütün qızları ilə cütləşir. İndi hopdurulmuş dişilər, yeni trips yumurtaları tapmaq üçün ortaya çıxa bilmələri üçün analarının bədənində deşiklər kəsirlər. Erkək də ortaya çıxır, lakin yemək və ya yeni cüt axtarmır və bir neçə saatdan sonra ölür. Dişilər 4 günlük ikən ölürlər, öz nəsilləri onları içəridən diri-diri yeyirlər .
Dostları ilə paylaş: |