İstirahət (dinclik), orqanizmin kəskin vəziyyətində xəstəliklə mübarizə aparmaqda orqanizmin
rezervlərindən tam istifadə etmək üçün vacib şərtdir. Lakin kəskin vəziyyəti aradan qaldırdıqdan sonra, xüsusən,
xroniki pozuntu zamanı onu tövsiyə etmək düzgün deyil. Əzələ sükutluğu orqanizmin həyati mühüm sisteminin,
o cümlədən patoloji dəyişmiş toxumaların qanla təchiz olunmasını azaldır, funksional ehtiyatı aşağı salır,
toxumaların atrofiya və distrofiyasına və regenerasiyanın gedişinin yavaşımasına səbəb olur. Bununla belə,
funksional vasitələrdən və metodlarından optimal istifadə etməklə, hətta kəskin vəziyyətdən və ciddi cərrahi
əməliyyatından sonra orqanizmin bərpasını tezləşdirmək olar.
Beləliklə, hazırda mövcud müalicə prinsipləri, adətən fizioloji proseslərin normal gedişinə sərt (kobud)
müdaxilədən ibarətdir və orqanizmin fərdi adaptasiya imkanlarından istifadə olunmur. Bu hal, belə müalicənin
aşağı effektliyi və müasir insanın sağlamlığının tibbi təminatdan aşağı dərəcədə asılı olması ilə izah olunur. Bu-
nunla əlaqədar Hippokrat demişdir: «Tibb çox vaxt sakitləşdirir, bəzən yüngülləşdirir, arabir müalicə
edir». Təəssüf ki, bu sözlər indi də çox halda aktualdır.
Dostları ilə paylaş: |