QəRİb məMMƏdov, mahmud xəLİlov


 Nüvə silahlarının ətraf mühitə təsiri nəticələri



Yüklə 4,26 Mb.
səhifə601/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   597   598   599   600   601   602   603   604   ...   706
 

22.3. Nüvə silahlarının ətraf mühitə təsiri nəticələri  

Nüvə silahı (atom silahı) nüvə reaksiyaları nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili 

enerjidən baş verən partlayış təsirli silahlara deyilir. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji 

adi partlayıcı maddədəkinə nisbətən 20-80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə  və külli miqdarda ayrılan 

enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərin (zərbə dalğası, işıq şualanması, 

nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının 

partlayışından fərqlənir.  

Nüvə silahı  ən güclü kütləvi qırğın vasitəsidir: inzibati mərkəzləri, sənaye və  hərbi obyektləri dağıtmaq, 

canlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. Nüvə silahı 

insanlara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq Rusiya, ABŞ, Böyük Britaniya, Fransa 

və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər.  

Xirosima və Naqasaki şəhərlərinin bombardman edilməsi  şəhərlərdə nüvə silahlarının partlayışının 

nəticələrini bilavasitə öyrənmyə imkan verir. Bu faciəli hadisələr nüvə müharibəsinin potensial fiziki, bioloji və 

sosial nəticələri müxtəlif məlumatlar  əldə etməyə imkan yaradır. Lakin qeyd etmək lazımdır ki, adı  çəkilən 

şəhərlərin hər biri yalnız bir atom partlayışına məruz qalmışdır və ora atılan bombaların gücü dünyanın bugünkü 

nüvə arsenalında toplananlardan olduqca azdır. Nəticədə hazırda 50 min vahid nüvə silahı mövcuddur, həm də 

onların hər birinin gücü Xirosimada partladılan bombanın gücündən dəfələrlə (500 dəfə) çoxdur. Nüvə 

bombasının gücü İkinci Dünya müharibəsində isttifadə olunan ən güclü bombadan 100 min dəfə güclüdür.  

Fasiləsiz olaraq daha güclü yeni silah növlərinin inkişaf etdirilməsi belə bir həyəcan sualı doğurur: əgər si-



 

358


lahlardan istifadə edilsə, nələr baş verər? Aydındır, belə bir addımın atılması 1945-ci ildəki illə müqayisə olun-

mayan ağır nəticələrə  gətirib çıxarar. Bu, hələ indiyə  kimi  yaddan  çıxmayan Xirosima və Naqasaki 

hadisələrindən prinsipcə tamamilə  fərqli olacaqdır. Nüvə bombardmanı zamanı  şəhərlərdə baş verən nəhəng 

yanğınlardan yaranan tüstünün nəticəsi olaraq Yerdə havanın və iqlimin qlobal dəyişməsi istisna edilmir.  

Tədqiqatlar göstərir ki, iri miqyaslı müharibə başlayarsa, dünyanın böyük şəhərlərinin bombardmanı 

zamanı, Yerin geniş ərazilərini həftələrlə, aylarla duman, toran bürüyəcək. Günəş şüaları yanğınlar zamanı his 

hissəciklərindən ibarət olan möhtəşəm buludlardan keçə bilməyəcək.  Ən ağır vəziyyət  Şimal yarımkürəsində 

yaranacaq, burada atmosferin çirklənməsi daha güclü olacaqdır. Bir sıra regionlarda orta temperatur bir neçə 

10

0

C aşağı düşəcək, yəni suyun donma nöqtəsindən də  aşağı olacaqdır. Belə  vəziyyət hərbi  əməliyyatlar 



qurtardıqdan sonra bir neçə həftə, hətta bir neçə ay qala bilər. İqlimin pozulması, hətta bilavasitə müharibədə 

iştirak etməyən ölkələrdə də, bir neçə il keçdikdən sonra təsirini göstərəcəkdir. Dünyanın bir sıra rayonlarında 

yağıntıların azalması da istisna edilmir.  

Temperaturun və atmosfer yağıntılarının dəyişməsi tropik rayonlarda və  cənub yarımkürəsində  (Şimal 

yarımkürəsi ilə müqayisədə az dərəcədə) müşahidə oluna bilər. Tropik və subtropik rayonlarda da xeyli 

soyuqlaşmanın baş verməsi istisna edilmir.  

Fəlakətlər dünya kənd təsərrüfatından və  əsas ekosistemlərdən (meşə, bozqır, dəniz sahələri) də yan 

keçməyəcək. Bitki və heyvan populyasiyaları adi halda nisbətən tez və dramatik dəyişilən  şəraitə düşəcəklər. 

Məhsulun toplanması kəskin iqlim dəyişkənliyi ilə yanaşı, həm də enerji, texnika, gübrələrlə təmin olunmasında 

fasilələr, pozuntularla əlaqədar çətin ki, mümkün olsun. Bu həm müharibə aparılan, həm də neytral ölkələrdə 

qlobal  ərzaq krizisinə  səbəb olacaqdır.  İstehsalın  əsas sisteminin və  ərzaq məhsullarının paylanmasının 

dağıdılması Yer əhalisinin sayının xeyli azalmasına gətirib çıxaracaqdır.  

Mümkün iqlim dəyişmələrindən başqa, irimiqyaslı nüvə  zərbələri nəticəsində baş verən yanğınlar, 

partlayışlar, radioaktiv yağıntıların düşməsi geniş əraziləri xarabazarlığa çevirəcəkdir. Digər nəticələr arasında 

enerji təchizatı sisteminin sıradan çıxması; Yer üzərində  həyatı Günəşin təhlükəli ultrabənövşəyi  şüalarından 

mühafizə edən ozon qatının nazilməsi; intensiv lokal radioaktiv yağmurlar və atmosferin uzunmüddətli qlobal 

çirklənməsi; çoxlu miqdarda yaranan toksik maddələr və qazlarla suyun və havanın zəhərnəlməsini göstərmək 

olar.  


Beləliklə,  nüvə konflikti Yer üzərində olduqca ciddi iqlim və digər ekoloji dəyişkənliklərə  səbəb 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   597   598   599   600   601   602   603   604   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin