QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə133/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   706
Rəqabətin gərginliyi – rəqib növlər üçün müəyyən yem növünə olan tələbatın onun təbiətdəki bolluğuna 

nisbəti ilə müəyyənləşdirilir. Məsələn, su kənarında yaşayan gəmiricilər (qunduz, ondatra, su siçanı) üçün ən 

mühüm qida yeri qamış və cilotu sayılır. Bu bitkilər isə təbiətdə başdan-başa cəngəllik yaradaraq yüksək bioloji 

kütləyə və məhsuldarlığa malikdir. Odur ki, belə şəraitdə məskunlaşan növlərin qidaya ehtiyacı praktiki olaraq 

ödənilir, onların rəqabəti formal xarakter alır və real neqativ qarşılıqlı əlaqə yaranmır.  

Rəqabətin həcmi və gərginliyi onun ümumi gücünü təyin edir: bu parametr rəqabət aparan növlər arasında 

müxtəlif qarşılıqlı əlaqə formalarının konkret baş verməsinin əsasını təşkil edir. 

Bitkilərdə  rəqibin boğulması kök sisteminin mineral qida maddələrini, torpaq nəmliyini və yarpaqlarla 

günəş şüasını tutub saxlaması, həmçinin toksik birləşmələri ayırması nəticəsində baş verir. Məsələn, iki yonca 

növünün qarışıq səpinində Trifolium repensin növünün yarpaq çətiri tez əmələ gəlir, lakin sonra onu daha iri 

saplağı olan T.Fragiferum kölgə altına alır.  

Bitkilərin maddələr mübadiləsi məhsulu vasitəsilə qarşılıqlı kimyəvi təsiri allelopatiya adlanır. Bir-birinə 

belə üsulla təsir heyvanlara da xasdır. Q.F.Qauze və Parkın apardığı  təcrübələr göstərir ki, rəqibəlrin 

sıxışdırılması əsasən mühitdə mübadilənin toksik məhsullarının toplanması nəticəsində baş verir, növlərdən biri 

digərinə nisbətən toksik maddələrə daha həssasdır.  

Azota az tələbkarlıq göstərən bitkilər dincə qoyulmuş torpaqları ilk növbədə  zəbt edir, kök ayırmaları 

vasitəsilə paxlalılarda kök yumrularının əmələ gəlməsini  və sərbəst yaşayan azot fiksasiya edən bakteriyaları 

sıxışdırır. Bununla da torpağın azotla zənginləşməsinin qarşısını alaraq azota çox ehtiyacı olan bitkilərlə 

rəqabətdə üstünlük təşkil edir. Ciyən otu su hövzəsində digər su bitkilərinə nisbətən allelopatik aktiv olduğun-

dan rəqabətsiz təmiz su hövzələrini basır.  

Heyvanlarda rəqabət mübarizəsində bir növün digərinə bilavasitə hücumu hallarına da rast gəlinir. Məsələn, 

yumurtayeyənlərin (Diachasoma tryoni və Opius humilis) sürfələri bir sahibin yumurtasında olduqda 

qidalanmağa başlamazdan qabaq əlbəayaq olaraq rəqibini öldürür.  

İri çəmən qarışqaları Formica pratensis torpaq təpəsi yuvası düzəldir (tikir) və onun ətrafındakı  ərazini 

mühafizə edir. Daha xırda qarışqanın (F.Cunicularia) yuvası isə torpaq təpəciyi şəklində kiçik olur. Onlar tez-tez 

çəmən qarışqalarının yuvaları ərazisinin kənarlarında yerləşərək onların yem sahələrində ova çıxırlar.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin