QəRİb məMMƏdov, mahmud xəLİlov


XXIV FƏSİL. ƏTRAF MÜHİTİN SOSİAL FAKTORLARI



Yüklə 4,26 Mb.
səhifə14/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   706
 

XXIV FƏSİL. ƏTRAF MÜHİTİN SOSİAL FAKTORLARI 

 

24.1. Papiros (siqaret) çəkmə və onkoloji xəstəliklər 



24.2. Narkomaniya və toksikomaniya 

24.3. Alkoqolizm 



Ədəbiyyat 


 

10

GİRİŞ 



 

İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır.  İnsanın həyatında və  fəaliyyətində  təbiətin rolunu 

qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin 

rifah və inkişaf səviyyəsini təyin edir. 

Hələ XX əsrin başlanğıcında yer kürəsinin  əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii 

sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət 

hüdudunda qaldı. Ekoloqların fikrincə əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra 

onu fəlakət gözləyir. 

XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab biosferdə deqradasiya 

proseslərinin  əlamətlərini yaratdı. Milyon illər  ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə  məruz 

qalaraq insanın xarici təsirinə qarşı davamsız vəziyyətə düşdü. 

XX əsrin əvvəlində Yer üzərində əhalinin sayı cəmi bir milyarda yaxın idi, əsrin sonunda isə, yəni bir əsr 

ərzində bu rəqəm 6 dəfə artaraq 6 milyarda çatdı. Ekoloqların əksəriyyəti belə hesab edirlər ki, təbii resursların 

tükənməməsi və texnogen fəaliyyət nəticəsində  dəyən ziyanın təbii yolla bərpa olunması üçün Yer üzərində 

əhalinin sayı 1-1,5 mlrd. nəfər hüdudunda olmalıdır. 

Elmi-texniki inqilab həyatda məlum olmayan və ağıla sığmayan çox böyük gərginliklər yaratdı: aviasiya və 

avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və  s.  Bu  və digər sahələr təbiət üçün zərərli olmaqla 

yanaşı, həm də təbii resursların azalmasına, bəzən tükənməsinə səbəb oldu. Belə ki, materiallardan və enerjidən 

istifadə XX əsrdə son dərəcə sürətlə artaraq, hətta əhali artımını da keçdi. Enerjidən istifadə 10 dəfə, material-

lardan istifadə isə 9 dəfə çoxaldı. 

İnsan fəaliyyəti və onun təbiətlə qarşılıqlı  əlaqəsi bu gün dünya əhalisinin  əksəriyyətinin həyat  şəraitinin 

dəyişməsinə səbəb oldu. Antropogen fəaliyyətin nəticələri aşağıdakı kimi təzahür olunur. 

 

Meşələrin məhv edilməsi, bozqırların (çöllərin)  şumlanması, meliorasiya, süni göllərin və  dənizlərin 



yaradılması, meqapolislərin salınması, yol, kanal və trasların tikilməsi nəticəsində yer səthinin landşaftı dəyişir. 

Təbii ekosistemlərin sahəsi hər il 1 % sürətilə azalır, o cümlədən meşələrin (xüsusilə tropik meşələrin) sahəsi 

ildə 200 min ha azalır, səhraların sahəsi isə ildə 60 min km

2

 genişlənir. Hazırda pozulmayan (təbii) 



ekosistemlərin yalnız 40 %-ə qədəri qalmışdır. 

 



Atmosferdə parnik (istilik) effekti yaradan toz və qazların toplanması  nəticəsində yerin istilik balansı 

dəyişir, qlobal istiləşmə baş verir. 

 

Ozon təbəqəsinin ildə 1-2 % nazilməsi, ozon «bacalarının» (deşiklərinin)  əmələ  gəlməsi müşahidə 



edilir. 

 



Torpağın deqradasiyası (şorlaşma, şorakətləşmə, eroziya, münbitliyin aşağı düşməsi) baş verir. 


 

11


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin