aparatına da təsir göstərərək, asteoporozun inkişafına səbəb ola bilər, bundan çox vaxt 50 yaşdan yuxarı
qadınlar əziyyət çəkir.
Biosubstratlarda qruğuşunun yol verilən miqdarı. Qurğuşunun əhalinin sağlamlıq vəziyyətinə təsirinin
əsas göstəricilərindən biri onun qanun tərkibindəki miqdarı hesab olunur. 12.1 saylı cədvəldə ABŞ-da
xəstəliklərə nəzarət Mərkəzi tərəfindən hazırlanmış, qurğuşunun qanda müxtəlif miqdarının sağlamlığın
vəziyyətinə təsirinin sxemi verilmişdir. 100 ml qanda qurğuşunun miqdarı fəhlələrdə 50 mkq-dan, uşaqlarda isə
20 mkq-dan artıq olduqda hemoqlobinin miqdarı azalır. ABŞ-da işçi personalı üçün qurğuşunun yol verilən
konsentrasiyası 100 ml qanda 30 mkq müəyyən edilmişdir.
Dostları ilə paylaş: |