Nüvə silahı (atom silahı) nüvə reaksiyaları nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili
enerjidən baş verən partlayış təsirli silahlara deyilir. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji
adi partlayıcı maddədəkinə nisbətən 20-80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan
nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının
partlayışından fərqlənir.
Nüvə silahı ən güclü kütləvi qırğın vasitəsidir: inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq,
canlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. Nüvə silahı
insanlara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq Rusiya, ABŞ, Böyük Britaniya, Fransa
və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər.
Xirosima və Naqasaki şəhərlərinin bombardman edilməsi şəhərlərdə nüvə silahlarının partlayışının
nəticələrini bilavasitə öyrənmyə imkan verir. Bu faciəli hadisələr nüvə müharibəsinin potensial fiziki, bioloji və
sosial nəticələri müxtəlif məlumatlar əldə etməyə imkan yaradır. Lakin qeyd etmək lazımdır ki, adı çəkilən
şəhərlərin hər biri yalnız bir atom partlayışına məruz qalmışdır və ora atılan bombaların gücü dünyanın bugünkü
nüvə arsenalında toplananlardan olduqca azdır. Nəticədə hazırda 50 min vahid nüvə silahı mövcuddur, həm də
onların hər birinin gücü Xirosimada partladılan bombanın gücündən dəfələrlə (500 dəfə) çoxdur. Nüvə
bombasının gücü İkinci Dünya müharibəsində isttifadə olunan ən güclü bombadan 100 min dəfə güclüdür.
Fasiləsiz olaraq daha güclü yeni silah növlərinin inkişaf etdirilməsi belə bir həyəcan sualı doğurur: əgər si-
358
lahlardan istifadə edilsə, nələr baş verər? Aydındır, belə bir addımın atılması 1945-ci ildəki illə müqayisə olun-
mayan ağır nəticələrə gətirib çıxarar. Bu, hələ indiyə kimi yaddan çıxmayan Xirosima və Naqasaki
hadisələrindən prinsipcə tamamilə fərqli olacaqdır. Nüvə bombardmanı zamanı şəhərlərdə baş verən nəhəng
yanğınlardan yaranan tüstünün nəticəsi olaraq Yerdə havanın və iqlimin qlobal dəyişməsi istisna edilmir.
Tədqiqatlar göstərir ki, iri miqyaslı müharibə başlayarsa, dünyanın böyük şəhərlərinin bombardmanı
zamanı, Yerin geniş ərazilərini həftələrlə, aylarla duman, toran bürüyəcək. Günəş şüaları yanğınlar zamanı his
hissəciklərindən ibarət olan möhtəşəm buludlardan keçə bilməyəcək. Ən ağır vəziyyət Şimal yarımkürəsində
yaranacaq, burada atmosferin çirklənməsi daha güclü olacaqdır. Bir sıra regionlarda orta temperatur bir neçə
10
0
C aşağı düşəcək, yəni suyun donma nöqtəsindən də aşağı olacaqdır. Belə vəziyyət hərbi əməliyyatlar
qurtardıqdan sonra bir neçə həftə, hətta bir neçə ay qala bilər. İqlimin pozulması, hətta bilavasitə müharibədə
iştirak etməyən ölkələrdə də, bir neçə il keçdikdən sonra təsirini göstərəcəkdir. Dünyanın bir sıra rayonlarında
yağıntıların azalması da istisna edilmir.
Temperaturun və atmosfer yağıntılarının dəyişməsi tropik rayonlarda və cənub yarımkürəsində (Şimal
yarımkürəsi ilə müqayisədə az dərəcədə) müşahidə oluna bilər. Tropik və subtropik rayonlarda da xeyli
soyuqlaşmanın baş verməsi istisna edilmir.
Fəlakətlər dünya kənd təsərrüfatından və əsas ekosistemlərdən (meşə, bozqır, dəniz sahələri) də yan
keçməyəcək. Bitki və heyvan populyasiyaları adi halda nisbətən tez və dramatik dəyişilən şəraitə düşəcəklər.
Məhsulun toplanması kəskin iqlim dəyişkənliyi ilə yanaşı, həm də enerji, texnika, gübrələrlə təmin olunmasında
fasilələr, pozuntularla əlaqədar çətin ki, mümkün olsun. Bu həm müharibə aparılan, həm də neytral ölkələrdə
qlobal ərzaq krizisinə səbəb olacaqdır. İstehsalın əsas sisteminin və ərzaq məhsullarının paylanmasının
dağıdılması Yer əhalisinin sayının xeyli azalmasına gətirib çıxaracaqdır.
Mümkün iqlim dəyişmələrindən başqa, irimiqyaslı nüvə zərbələri nəticəsində baş verən yanğınlar,
partlayışlar, radioaktiv yağıntıların düşməsi geniş əraziləri xarabazarlığa çevirəcəkdir. Digər nəticələr arasında
enerji təchizatı sisteminin sıradan çıxması; Yer üzərində həyatı Günəşin təhlükəli ultrabənövşəyi şüalarından
mühafizə edən ozon qatının nazilməsi; intensiv lokal radioaktiv yağmurlar və atmosferin uzunmüddətli qlobal
çirklənməsi; çoxlu miqdarda yaranan toksik maddələr və qazlarla suyun və havanın zəhərnəlməsini göstərmək
olar.
Beləliklə,
nüvə konflikti Yer üzərində olduqca ciddi iqlim və digər ekoloji dəyişkənliklərə səbəb
Dostları ilə paylaş: